Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-452/2024 04.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 avqust 1962-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. 1979-cu ildə Azərbaycan mühəndis inşaat inistutuna qəbul olmuş, 20 iyun 1984-cu il tarixində inşaat mühəndisi ixtisası üzrə bitirmiş, sonradan təyinatla Rusya Federasyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi işlə təmin olunmuş, bu barədə AT-İİİ № ******* nömrəli əmək kitabçası açılmış, müvafiq qeydlər aparılmışdır. Hərbi xidmətə getməyi ilə əlaqədar 29 aprel 1985-ci il tarixində 4 nömrəli Tikinti idarəsində inşaat ustası vəzifəsindən işdən azad olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqan ona ünvanladığı 28 oktyabr 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 10 may 1985-ci il tarixindən 19 dekabr 1986-ci il tarixinədək Sovet ordusunda xidmət etmiş, Sovet ordusundan təxris olandan sonra 02 mart 1987-ci ildə Lerik rayon kənd təssərrüfatı və ərzaq idarəsinin nəznində fəaliyyət göstərən Lerik Təmir Tikinti Müəsisəsı 162 saylı əmri ilə inşaat ustası vəzifəsinə işə qəbul edilmiş, Lerik icra Hakimyyətinin 25 may 1994-cü il tarixli 32 nömrəli sərəncamına əsasən Lerik rayon kənd təssərrüfatı və ərzaq idarəsinin nəznində fəaliyyət göstərən Lerik Təmir Tikinti Müəsisəsi 31 saylı TSMD ilə birləşdiyindən həmin müəssisədə inşaat ustası kimi işini davam etdirmişdir. Azəraqrartikinti ASC-nin 01 may 1998-ci il tarixli 01 saylı əmrinə əsasən 31 saylı TSMD Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialı adlandırıldığından Azəraqrartikinti ASC- nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işini davam etdirmişdir. Başqa işə keçdiyi üçün Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialının rəisi R.Bəndiyevin 30 dekabr 2005-ci il tarixli əmr № 52 saylı əmrinə əsasən inşaat ustası işindən işdən azad edilmişdir. Rusya Federasiyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi 8 ay 26 gün və Azəraqrartikinti ASC-nın, Lerik Aqrartikıntı filialında inşaat ustası kimi 18 il 9 ay 29 gün əmək stajı olmuşdur, işlədiyi dövrlərdə adına əmək haqqı cədvəlləri tərtib olunmuş əmək haqqı barədə bütün qeydlər aparılmışdır. Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işəməyi əmək şəraiti xüsusi ilə zərərli olduğundan Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə uyğun olduğundan güzəştli əmək pensiyası hüququna mailk şəxs olduğu üçün müvafiq əmək pensiyası təyin olunması üçün DSMF PHŞ-nın 1 saylı X1 müraciət etmiş, onun güzəştli əmək pensiyası hüququna malik şəxs olduğu nəzərə alınmamış, əmək pensiyası təyin olunmasından imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda kifayət qədər ümumi sığorta stajı və fərdi hesabın sığorta hissəndə kifayət qədər pensiya kapitalı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. H.X4 təqdim etdiyi 31 avqust 1984-cü il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının ona dair 20 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə inşaat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar tərəflərindən yuxarıda qeyd olunan dövr üzrə iddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında saxlanılan sənədlərdə xx.xx.1997-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərinin qeydə alınmadığı bildirilib. Həmçinin Fondun 1 saylı Lənkəran-Astara regional filialının əməkdaşlarının iştirakı ilə İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illəri üzrə iş stajı və əmək haqlarının yoxlanılması məqsədilə tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında da iddiaçının 1997-2005-ci illər üzrə əməkhaqqı cədvəllərinin təqdim edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə onun iş stajını müəyyən etmək mümkün olmadığı üçün İddiaçı ümumi iş stajı 25 ildən az (15 il 3 ay 10 gün (xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il (hərbi xdmət dövrü), xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 3 il 2 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10950,95 manat təşkil edir. Bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq. İddiaçı güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, 047544 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, AТ-İİl ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1985-cu il tarixli, НП ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" X20 Cəmiyyəti Lerik “Aqrartikinti” Filialının xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixli 16 saylı 2 nömrəli əmrə əsasən təşkilatda inşaat ustası kimi işə qəbul olunmuş və 30 dekabr 2005-ci il tarixli 5 saylı 2 nömrəli əmrə əsasən başqa işə keçdiyi üçün öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1987-ci il tarixli, 16 saylı əmrlə İddiaçı Lerik Təmirtikinti müəssisəsində inşaat ustası vəzifəsində qəbul edilmiş, xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmrlə Lerik rayon icra hakimiyyəti başçısının 25 may 1994-cü il tarixli, 32 nömrəli sərəncamı ilə rayon K/T və ərzaq idarəsinin nəzdindəki təsərrüfatlararası təmirtikinti müəssisəsi 31 nömrəli TSMD ilə birləşdiyi üçün inşaat ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 01 nömrəli əmrlə "xxxx" X20 Cəmiyyətinin idarə heyətinin 01 saylı qərarı ilə Lerik 31 saylıTSMD xx.xx.1998-ci il tarixdən etibarən Lerik “Aqrartikinti” Filialı adlandırılmışdır. xx.xx.2005-ci il tarixli, 5 nömrəli əmrilə başqa işə keçirildiyi üçün işdə azad edilmişdir. Təqdim olunmuş müəssisənin mühasibat sənədlərində əmək haqqı aldığı qeyd edilmişdir; 1987-10 ay, 1988-1996-cı illərdə bütün aylar üzrə (12 ay) əmək haqqı cədvəlləri 1997-2005-ci illər üzrə təqdim edilməmişdir. Bu səbəbdən akta imza və möhür qoymaqdan filialın keçmiş rəisi X8 imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 31 avqust 1984-cü il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının 20 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə inşaat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar tərəflərindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında saxlanılan sənədlərdə xx.xx.1997-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərinin qeydə alınmadığı bildirilib. Bu səbəbdən də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə iş stajını müəyyən etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (15 il 3 ay 10 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 3 il 2 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10950,95 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-30260/23 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 15 il 3 ay 10 gün (xx.xx.2006-cı il tarlxinədək 12 il 1 ay 10 gün əmək stajı (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il (hərbi xidmət dövrü), xx.xx.1987-xx.xx.1997-ci il), xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün 3 il 2 ay sığorta stajı), güzəştli iş stajı isə 9 il 9 ay 29 gün (xx.xx.1987- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixinədək iş stajın sığorta kapitalına çevirilməklə hazırda fərdi hesabının sığorta hissəsində ümumilikdə qeydə alınmış pensiya kapitalı 12627,56 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) inşaatçı ustası işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 29 gün təşkil edir. Əmək şəraiti xüsusilə zərərli ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə və ya 3112 vəzifə koduna uyğundur. İşdə olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) inşaatçı ustası işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 29 gün təşkil edir. Əmək şəraiti xüsusilə zərərli ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə və ya 23419 vəzifə koduna uyğundur. İşdə olan "xxxx" X20 Cəmiyyəti Lerik “Aqrartikinti” Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 18 il 9 ay 29 gün inşaat ustası vəzifəsində çalışmışdır. Təşkilatlarında ştat cədvəli üzrə 5 (beş) vahid “inşaat ustası” vəzifəsi mövcud olmuşdur. “İnşaat ustası” vəzifəsi ştat cədvəli üzrə mühəndis-texniki işçilər və həmçinin mütəxəssislər siyahısına daxildir. Bu vəzifədə işləyən hər bir şəxs onun rəhbərlik etdiyi (fəhlə, sürücü və sairə) şəxslərə şamil olunur. Həmçinin onun rəhbərlik etdiyi tikinti sahəsində tikinti işlərinin, layihə və smeta sənədləri üzrə dəqiq yerinə yetirilməsinə və tikintidə işləyən hər bir şəxsin təhlükəsizlik texnikasına əməl etməsinə cavabdehlik daşıyır. Bir mənalı olaraq inşaat ustası tikinti sahəsində bütün proseslərə nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə və 23419 vəzifə koduna əsasən inşaat ustası vəzifəsi xüsusilə zərərli iş olaraq qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-152293/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri göstərilmişdir. Eyni zamanda, 21.1 -ci maddəyə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun qeyd olunan maddəsinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün 1979-1984-cü il tarixləri arasındakı dövrünü İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-152294/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı vaxtilə işlədiyi “Lerik Aqrartikinti” filialında əmək stajının dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Fondun 1 saylı Lənkəran-Astara regional filialının əməkdaşı tərəfindən müvafiq sənədlərə yerində baxış keçirilib və akt tərtib edilmişdir. Lakin sənədlərə baxış keçirilməsində iştirak etmiş “Lerik Aqratikinti” filialının keçmiş rəisi X6 aktı imza və möhürlə təsdiq etməkdə imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-81/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1979-1984-cü illərdə Azərbaycan inşaat Mühəndisləri İnstitutunda (2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti) əyani təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. İddiaçı məxsus olan 047544 nömrəli diplom Azərbaycan Memarlıq və İnşaat Universitetində 1032 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-13/2- 2635/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi orqanının arxivində saxlanılan iş qovluğunda "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının xx.xx.1998-ci tarixdə yaradılması, xx.xx.1998-ci il tarixdə vergi orqanında uçota alınması, rəhbərinin xx.xx.2001-ci ilədək X9, xx.xx.2001-ci ildən X8 (ünvanı ünvan 3ası, hüquqi varisinin "xxxx" ASC (VÖEN **********) olması barədə məlumatlar mövcuddur. İşdə olan DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının vətəndaş müraciəti ilə iş şöbəsinin aparıcı mütəxəssisi X3 və böyük mütəxəssisi X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərin iş stajı və əmək haqqları yoxlanılmış və müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Lerik “Aqrartikinti” filialının sabiq direktoru X8 ilə işçi qaydada əlaqə saxlanılmış (İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərin sığorta stajının yoxlanılması ilə bağlı) R.Bəndiyev "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının fəaliyyətinin olmadığını, onun işdən azad olduğunu və müəssisəyə aid müdürü təhvil verdiyini və göstərilən səbəblərə görə müəssisəyə aid binanın arxivində qarşılıqlı yoxlama aktının yazılmasıyla bağlı səlahiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. Təhsil müddətinin əmək stajına əlavə edilə bilməməsi;
2. Ümumi iş stajının toplanmaması;
3. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Şərh olunan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-30260/23 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 15 il 3 ay 10 gün (xx.xx.2006-cı il tarlxinədək 12 il 1 ay 10 gün əmək stajı (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il (hərbi xidmət dövrü), xx.xx.1987-xx.xx.1997-ci il), xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün 3 il 2 ay sığorta stajı), güzəştli iş stajı isə 9 il 9 ay 29 gün (xx.xx.1987- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixinədək iş stajın sığorta kapitalına çevirilməklə hazırda fərdi hesabının sığorta hissəsində ümumilikdə qeydə alınmış pensiya kapitalı 12627,56 manat təşkil edir. İddiaçının tələbindən imtinanın əsaslarından biri iddiaçının 1979-1984-cü illərdə aldığı təhsil dövrü ilə bağlı olmuşdur. İnzibati oran tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və etirazda qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir kimi qeyd aparılmışdır. Məhkəmə həmin hissə ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd edir: İddiaçının peşəyönümlü və orta-ixtisas təhsil müəssisələrində təhsil müddətlərinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-81/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1979-1984-cü illərdə Azərbaycan inşaat Mühəndisləri İnstitutunda (2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti) əyani təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. İddiaçı məxsus olan 047544 nömrəli diplom Azərbaycan Memarlıq və İnşaat Universitetində 1032 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının təhsil müddəti ilə bağlıimtinası əsassız olmuş və qeyd edilən təhsil dövrü iddiaçının iş stajına əlavə edilməlidir. İddiaçının tələbindən imtinanın əsaslarından digər halı iddiaçının ümumi iş stajı ilə ilə bağlı olmuşdur. Ümumi stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2006-cı il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016- 2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2019-cu il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən müəssisədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın mübahisəli dövr kimi hesab etdiyi iddiaçının "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixli dövrü ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində qeyd edilən dövrdə iddiaçını həmin müəssisədə işlədiyi və əmək haqqı aldığını müəyyən etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının işə girmə, digər vəzifəyə keçmə, işdən azad edilmə əmrlə aşkar edilmiş və mübahisə doğurmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən filialın keçmiş rəisi X8 iddiaçının həmin dövrdə işlədiyini və əmək haqqı aldığını təsdiqləmiş, arayışları və sənədləri məhkəməyə təqdim etmiş, tərəflərin iştirakı ilə sənədlərə baxış keçirilmiş və şübhə doğuran hallar aşkar edilməmişdir. Eləcə də X8 mübahisəli hesab edilən 1997-2005-ci illərlə bağlı sənədlərin arxivə verilməməsini həmin dövrdə müəssisənin inzibati binasında məcburi köçkünlərin yaşadığını və həmin dövrdə sənədlərin verilməsinin qeyd edilən əsasdan mümkün olmadığını bildirmişdir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddiaçının "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması, sənədlərin arxivə təhvil verilməməsi onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixə kimi işlədiyi dövrlə bağlı imtinası əsassız olmuşdur və qeyd edilən dövr iş stajına daxil edilməlidir. Qanunvericilik 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi hərbi, təhsil və ümumi iş stajını cəmlədikdə 25 il stajın toplanmadığı müəyyən edilir. İddiaçının tələbindən imtinanın əsaslarından digər halı iddiaçının güzəştli iş stajı ilə ilə bağlı olmuşdur. Güzəştli stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçının təqdim etdiyi 31 avqust 1984-cü il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının 20 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə inşaat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar tərəflərindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında saxlanılan sənədlərdə xx.xx.1997-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərinin qeydə alınmadığı bildirilib. Bu səbəbdən də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə iş stajını müəyyən etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (15 il 3 ay 10 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 3 il 2 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10950,95 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sorğu nəticəsində məhkəməyə ünvanlanan "xxxx" X20 Cəmiyyəti Lerik “Aqrartikinti” Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubunda İddiaçı 18 il 9 ay 29 gün inşaat ustası vəzifəsində çalışmışdır. Təşkilatlarında ştat cədvəli üzrə 5 (beş) vahid “inşaat ustası” vəzifəsi mövcud olmuşdur. “İnşaat ustası” vəzifəsi ştat cədvəli üzrə mühəndistexniki işçilər və həmçinin mütəxəssislər siyahısına daxildir. Bu vəzifədə işləyən hər bir şəxs onun rəhbərlik etdiyi (fəhlə, sürücü və sairə) şəxslərə şamil olunur. Həmçinin onun rəhbərlik etdiyi tikinti sahəsində tikinti işlərinin, layihə və smeta sənədləri üzrə dəqiq yerinə yetirilməsinə və tikintidə işləyən hər bir şəxsin təhlükəsizlik texnikasına əməl etməsinə cavabdehlik daşıyır. Bir mənalı olaraq inşaat ustası tikinti sahəsində bütün proseslərə nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə və 23419 vəzifə koduna əsasən inşaat ustası vəzifəsi xüsusilə zərərli iş olaraq qəbul edilmişdir. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeyd edilən müəssisədə xx.xx.1997-ci il tarixə kimi işlədiyi dövrü güzəştli iş stajı kimi mübahisəsiz hal kimi qəbul etmişdir. Həmin tarixdən xx.xx.2005-ci il tarixə kimi iddiaçı eyni vəzifədə işləsə də, iddiaçının həmin dövrlə bağlı ümumi iş stajı mübahisələndirildiyindən qeyd edilən dövrün güzəştli iş stajı kimi qəbul edilməsi də mümkün olmamışdır. Məhkəmə iddiaçının ümumi iş stajını əsaslı hesab etdiyindən həmin dövrlə bağlı güzəştli iş stajını da qəbul edir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 26 sentyabr 2022-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 26 sentyabr 2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov