Məhkəmə qərarları › İş №2-1(120)-4529/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4529/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4529/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın ona təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın ona təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, mərhum atası X4 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-216/2024 №-li arayışına əsasən xx.xx.1942ci il tarixdə keçmiş Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 1941-1945-ci illərdə keçmiş SSRİ ərazisində baş vermiş müharibəyə göndərilmiş, lakin 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Lakin təsadüfən internet sosial şəbəkəsini izləyərkən mərhum atası X2 1942-ci iin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması barədə məlumata rast gəlmiş və həmin məlumatı skan edərək surətini çıxartmışdır. Mərhum atasının 1942-ci il tarixdə müharibədə itkin düşməsi məlumatını ailəsi aldıqdan sonra həmin tarixdən internetin “Tik-Tok” səhifəsində çıxmış məlumat əldə edilənə kimi axtarış aparılmış və hər an yolunu gözləmişdirlər. Lakin hər il X5 veteranlarına və onların ailələrinə verilmiş birdəfəlik yardımdan bu günə kimi məhrum olmuşdur. Bu səbəbdən də, mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan illər boyunca mərhum atasının vəfat etməsi barədə məlumatsız olduğundan onun ölüm haqqında şəhadətnaməsini də ala bilmirməmişdir. Mərhum atasının ailəsinə hər il verilmiş birdəfəlik yardımdan məhrumdur. Bununla bağlı aidiyyəti orqanlara müraciət etdikdə onlar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin olmasının zəruriliyini bildirmişlər və ondan sonra qeydiyyata alındıqdan sonra həmin halla bağlı verilə biləcəyini bildirmişdirlər. Bununla bağlı yaşadığı yer üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bundan sonra ərizə ilə Şirvan şəhər məhkəməsinə müraciət edərək mərhum atasının İİ dünya müharibəsində almanlara əsir düşərək orda həlak olaraq dəfn edilməsinə əsasən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şirvan şəhər məhkəməsi işə mahiyyəti üzrə baxaraq ərizəni təmin etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(032)-170/2025 saylı qətnaməsinə əsasən mərhum atası X2 XX.06.1943-cü ildə həlakı günü onun ölüm günü sayılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən mərhum atasının adına xx.xx.2025-ci il tarixli, 493154 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Beləliklə həqiqətən mərhum atasının İİ dünya müharibəsi zamanı almanlara qarşı aparılan döyüş əməliyyatları zamanı əsir düşməsi və 1943-cü ildə Almaniyada əsirlikdə həlak olaraq Almaniya Respublikasının Qerlits şəhərində dəfn olunması faktı öz təsdiqini tapmışdır. Artıq mərhum atasının ölüm faktı təsdiqləndiyinə və müvafiq şəhadətnamə verilməsinə əsasən ona müharibə iştirakçıları üçün müəyyən olunmuş və hər il verilən birdəfəlik pul məbləği almaq hüququna əsasən mərhum atasının yeganə övlad vərəsəsi olaraq onun həmin pul müavinətini almaq hüququ yaranmışdır. DSMF-nə müraciət edərək birdəfəlik maddi yardımın təyin edilməsi barədə müraciət etmiş, DSMF-dən ona rəsmi cavab verilərək müraciətinin təmin olunmasından imtina olunduğu qeyd olunmuşdur. DSMF ona birdəfəlik maddi yardımın təyin olunması barədə müraciətinə imtina etdiyinə görə inzibati məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məlumat üçün bildiririk ki, iddiaçı eyni məzmunlu ərizə ilə Fonda müraciət edərək, İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə birdəfəlik maddi yardımın təyin olunaraq ödənilməsini xahiş etmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Bildiririk ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən hər təqvim ili üçün verilir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, sözügedən dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Sərəncamda həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarından başqa digər ailə üzvlərinə birdəfəlik maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, Sərəncamda sözügedən şəxslərin övladları nəzərdə tutulmadığından birdəfəlik maddi yardımın iddiaçıya ödənilməsi qanunvericiliklə mümkün deyildir. Beləliklə, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, cavabdehin ona birdəfəlik maddi yardımın təyin edilməsindən imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“inzibati icraat haqqında" AR Qanununun 13.2 və 17-ci maddələri). Buna görə qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçı Q.Rəhmamovun “birdəfəlik maddi yardımın təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi təmin edilməməlidir. İddiaçı “birdəfəlik maddi yardımın təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan xx.xx.2025-ci il tarixli, AZ-İİ 493154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 XX.06.1943-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025-ci ilin 05 ayının 08 günündə 201 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-R-145642/4/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən xx.xx.2025-ci il tarixində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatından xx.xx.2025-ci il tarixində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra - Nazirlik) xx.xx.2025-ci il tarixində Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, sözügedən dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Sərəncamda qeyd olunan şəxslərin övladları nəzərdə tutulmadığından birdəfəlik maddi yardımın ödənilməsi qanunvericiliklə mümkün deyildir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, İkinci dünya müharibəsində döyüşləri zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın ona təyin olunaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə İddiaçı ünvanladığı 21 iyun 2025-ci il tarixli məktubundn görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtina məktubunda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, sözügedən dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Sərəncamda qeyd olunan şəxslərin övladları nəzərdə tutulmadığından birdəfəlik maddi yardımın ödənilməsi qanunvericiliklə mümkün olmadığı bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 561 saylı, 21 aprel 2025-ci il tarixli Fərmanının birinci bəndində qeyd edilmişdir ki, 41–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. Sərəncamın məzmunundan göründüyü kimi sözügedən maddi yardım aşağıdakı kateqoriya şəxslərə ödənilir: 1) İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə; 2) İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına; 3) İkinci Dünya müharibəsində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə; 4) İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə; 5) İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə; 6) Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, sözügedən dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Sərəncamda həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarından başqa digər ailə üzvlərinə birdəfəlik maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın ona təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı İİ dünya müharibəsində döyüşlər zamanı həlak olmuş mərhum atası X2 ölümünə görə müharibədə həlak olmuş döyüşçülərə görə təyin olunmuş birdəfəlik maddi yardımın ona təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar