Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-453/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi X3 və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8rşı «ona dəymiş 3.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubundakı tələbkarlıqdan doğan vəzifələrin cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 üzərinə qoyulması, ona vurulan 3000 (üç min) manat məbləğində mənəvi ziyanın cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını, “Hippokrat andı”nın tələblərinə ciddi və əhəmiyyətli hörmətsizlik edən səlahiyyətli həkimlərin dairəsini müəyyənləşdirməklə onların barəsində və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 rəhbərliyi barəsində müvafiq Xüsusi Qərardadın çıxarılmasını təmin edib, barələrində tədbir görülməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova tərəfindən göndərilən 14 iyul 2021-ci il tarixli imzalanmış məktuba məhkəmə qaydasında ciddi və sərt münasibət bildirməklə barəsində müvafiq xüsusi qərardad çıxarılaraq aidiyyəti ünvana göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona vurulan 3000 (üç min) manat məbləğində mənəvi ziyanın cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X9 alınaraq ona ödənilməsi barədə qərar çıxarılması, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq aidiyyəti ünvana göndərilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 iyul 2021-ci il tarixli, **********2 saylı ona ünvanladığı rəsmi məktubdan məlum olur ki, əlilliyin qiymətləndirilməsi üçün ona Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən göndəriş natamam doldurulduğuna görə, yəni xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən barəsində əsassız qərar qəbul edilib, süni süründürməçilik hallarının yaradılması gündəmə gətrilərək, səlahiyyətli həkimlərin peşə hazırlılığının lazımi səviyyədə olmaması ucbatından bu gün o, tibbi süründürməçiliklərə məqsədli şəkildə qərq edilməklə, məqsədli şəkildə də qanun pozuntuları ilə üz-üzə qalmışdır. Elə bu səbəbdən də ona ünvanlanan məktubda birmənalı qeyd edilir ki, “bununla əlaqədar Siz tibb müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı, sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiriləşdirilməli və sonra da əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq tərəfimizdən müəyyənləşdiriləcəkdir”, deyilməklə, əlbəttə, haqqındakı həkim məsuliyyətsizliyinin nəticəsi olatraq, “HİPOKRAT ANDİ”nın tələbkarlığının pozulması nəticəsində o, aylarla xəstəxanalara get-gəl etmək məcburiyyətində qalmışdır. Bunun birbaşa günahkarları Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və cavabdehliyi olan məsuliyyətsiz həkimlər olduğundan hesab edir ki, bu cür xoşagəlməz halların aradan qaldırılması üçün bu xəstəxananın rəhbərliyi üzərində Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələbkarlığı əsasında müvafiq öhdəlik qoyulmaqla, pozulmuş hüquqlarının bərpası təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X15 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, əlilliyinin qiymətləndirilməsi üçün ona «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X15 tərəfindən verilən göndəriş guya natamam doldurulduğuna, yəni «xəstəliyin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən barəsində əsassız qərar qəbul edilmiş, ona qarşı süni süründürməçilik halları yaradılmış, məqsədli şəkildə qanun pozuntusu ilə üz-üzə qalmışdır». İddiaçı bundan ötrü 3000 (üç min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını tələb etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirlər ki, İddiaçı tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı barəsində «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X12 həkimi X2 tərəfindən tərtib olunmuş «05» oktyabr 2021-ci il tarixli, «0284003AAMQ8» saylı tibbi sənəddən görünür ki, İddiaçı tibbi müayinəsi zamanı onda “Fəqərələr arası disklərin zədələnməsi zamanı sinir köklərinin” xəstəliyi aşkar olunmuş və ona “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və Fəqərə şütünün bel nahiyyəsinin f/a disklərinin çoxsaylı protruziyası və yırtıqlarmin qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Bu barədə olan bütün məlumatlar AR Səhiyyə Nazirliyinin «30» dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş TQS N088 göndərişdə tam halda yazılmışdır. Yəni həmin göndəriş müalicə həkimi tərəfindən tam halda doldurulmuş, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmişdir. Belə ki, İddiaçı adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli göndərişdə onun səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdır. Əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aid olduğundan İddiaçı ona əlillik təyin olunması ilə bağlı həmin agentliyə müraciət etmiş, lakin imtina aldıqdan sonra «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X8rşı qərəzli olaraq iddia tələbilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Həmin Məcəllənin 48.3-cü maddəsində göstərilir ki, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X6 və vəkili X7 gəlmiş, üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və vəkili X7 təmsil etdikləri qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, onun müraciətinə həmin Agentlikdə baxılaraq 14 iyul 2021-ci il tarixli, **********2 saylı məktubla rəsmi cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “X1”na uyğun olaraq Sizin əlillik vəziyyətiniz “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 0284003AAKEB nömrəli göndəri əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilməmişdir) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar Siz dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Hazırda iddiaçı hesab edir ki, “əlilliyinin qiymətləndirilməsi üçün ona «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X15 tərəfindən verilən göndəriş natamam doldurulduğundan, yəni «xəstəliyin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən barəsində əsassız qərar qəbul edilmiş, ona qarşı süni süründürməçilik halları yaradılmış, məqsədli şəkildə qanun pozuntusu ilə üz-üzə qalmışdır”. Odur ki, iddiaçı onun əllik vəziyyətinə dair “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 0284003AAKEB nömrəli göndərişinin natamam doldurulması nəticəsində ona dəymiş mənəvi ziyanı cavabdehdən tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu, eləcə də vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Belə zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, baxmayaraq ki, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 0284003AAKEB nömrəli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilməmişdir) barədə qərar qəbul edilmişdir, göstərilən 3.000 manat məbləğində mənəvi ziyanın cavabdehin hərəkətləri ilə bağlı keçirdiyi iztirabların və sarsıntının nəticəsində baş verməsinə dair məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində yuxarıda göstərilən tələblə yanaşı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 rəhbərliyi barədə xüsusi qərardad çıxarılması tələbi də qoyulmuşdur. MPM-in 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı tərəf belə bir tələblə (xüsusi qərardad çıxarılması) çıxış edə bilməz. Çünki mövcud qanunvericilik işə baxarkən şəxslərin hərəkətlərində cinayət əlamətlərinin aşkara çıxarıldığı halda xüsusi qərardad çıxarılmasını işə baxan hakimin səlahiyyətlərinə aid etmiş və həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Məhkəmə işə baxarkən cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət əlamətləri aşkara çıxarılmamışdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8rşı «ona dəymiş 3.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidur. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 35, 58.7, 62.3, 68-69, 70, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8rşı «ona dəymiş 3.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-453/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-453/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver