Məhkəmə qərarları › İş №2-1(120)-453/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-453/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-453/2025 02.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhum X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı ilə Astara rayonu Balaca Şahağacı kəndi ərazisində X1 verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün arayışın verilməsi və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhədliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı ilə Astara rayonu Balaca Şahağacı kəndi ərazisində X1 verilmiş 0.06 ha torpaq sahəsinin X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Astara rayonu Pensər bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli Sərəncamına əsasən Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş AZ-İ seriyalı, 956226 saylı X12 görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş Astara Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 122 saylı Sərəncamından görünür ki, İcra başçısı ehtiyacı olan vətəndaşlara fərdi ev tikilməsindən ötru torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində tikinti aparılmasına icazə verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 1996-cı il tarixli, 132 saylı qərarı ilə Astara şəhəri, Kijəbə qəsəbəsi Ərkivan kənd icra nümayəndəliyində yaşayan vətəndaşlar üçün həyətyanı fond torpağı təsdiq edilmişdir. “Azərbaycan Respublikası yerli XDS-nin səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1995-ci il tarixli 250 saylı sərəncamını rəhbər tutaraq İcra başçısı X7 fərdi ev tikilməsindən ötrü 0.06 ha hektar torpaq sahəsinin ayrılması və ona layihə smeta sənədlərinə uyğun olaraq fərdi yaşayış evi tikilməsinə icazə verilməsini, rayon torpaq şöbəsi, rayon icra hakimiyyəti, kənd icra numayəndəliklərinə yerli islahat komissiyalarına bu sərəncamda nəzərdə tutulan ərazidə fərdi yaşayış evi tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılması barədə vətəndaşa təhkim aktının verilməsinin təmin edilməsi tapşırılmış, eləcə də Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə tapşırılmışdır ki, ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməkdən ötrü layihə smeta sənədlərinin hazırlanmasını təmin etsin və fərdi evin həmin sənədlər əsasında tikilməsinə nəzarət etsin. X6 və mülkiyyət hüquqlarımn qeydiyyatı idarəsinə isə tapşırılmışdır ki, verilmiş ilkin sənədlərə əsasən torpaqdan müddətsiz istifadə etmək barədə müqavilənin tərtib edilməsini, fərdi yaşayış evi tikilib başa çatdıqdan və dövlət komissiyasi tərəfindən qəbul edildikdən sonra onların dövlət qeydiyyatına alınmasını təmin etməklə verilmiş torpaq sahələrində vətəndaş tərəfındən torpaqdan müddətsiz istifadə müqaviləsində nəzərdə tutulmuş müddət ərzində tikintinin başa çatdırılmasına nəzarət etsin. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli AKT-dan görünür ki, Astara Rayonu Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri R.Quliyevin, Kakalos kənd İcra nümayəndəsi N.Əkbərovun, Astara rayonu, Balaca Şahağacı kəndinin bələdiyyə sədri B.Əliyevin, Astara Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin mütəxəssisi İ.Salmanovun və Astara rayonu, Balaca Şahağacı kənd sakini X4 iştirakı ilə Akt tərtib edilmişdir ondan ötrü ki, X11 ayrı təsərrüfat olmaqla adına həyətyanı torpaq sahəsi yoxdur, fərdi yaşayış evi tikməyə ehtiyacı vardır, ona görə də Astara Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 122 saylı Sərəncamı ilə Astara rayonu, Balaca Şahağacı kənd sakini X7 0.06 ha həyətyani torpaq sahəsi təhkim edilmişdir. İddia ərizasinə əlavə edilmiş Baş Plandan Çıxarışdan görünür ki. Sərəncamda göstərilən torpaq sahəsinin koordinatları dəqiq göstərilməklə torpaq sahəsinin sxemi müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində miilkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, müraciətin təmin edilməsindən 3-21-3-43/2-1810/2023 saylı, 03 iyul 2023-cü il tarixli bildirişlə imtina edilmişdir. Bununla da etimad və mülkiyyət hüquqları məhdudlaşdırılan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmtina bildirişi onunla əsaslandırılmışdır ki, arxiv sənədləri ilə hazırkı sənədlər ziddiyyət təşkil edir. İlk növbədə qeyd etmək istəyirlər ki, hazırkı iş üzrə bütün sənədlər icra hakimiyyəti və bələdiyyə tərəfındən verilmişdir. İddiaçı həmin sənədləri verən səlahiyyətli şəxs deyil, ona verilmiş sənədlər də ziddiyyət təşkil etmir, ziddiyyat təşkil etsəydi belə, o halda da iddiaçıya mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırıla bilməzdi. Əksinə verilmiş sanədlərdən görünür ki, bütün sənədlər bir-birini tamamlamaqla icra hakimiyyəti tərəfındən ona verilmiş Sərəncama zidd olan heç bir hüquqi sənəd mövcud deyil və həmin Sərəncam iddiaçının qanunla qorunan etimad hüququnun əsasını təşkil edir. Göründüyü kimi, 10 saylı Lənkəran Ərazi İdarəsinin imtina məktubunda imtinanın əsası kimi heç bir nöqsan və hüquqi əsas müəyyən etmədən, iddiaçının dövlət tərəfındən tanınan və etibarlılığı təkzib edilməmiş icra başçısı tərəfındən verilmiş Sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə çıxarışın (arayışın) verilməsindən qanunsuz olaraq imtina edərək süründürməçiliyə yol verməklə mülkiyyətçinin mülkiyyət hüquqlarını kobud şəkildə məhdudlaşdırmışdır. Lakin hesab edir ki, hüquqi əsası olmadan sənədlərin arxiv sənədləri ilə ziddiyyət təşkil etməsini öz imtina məktubunda göstərən, lakin bu ziddiyyətin nədə ifadə olunmasını əsaslandıra bilməyən cavabdehin süründürməçiliyə yol verərək iddiaçıya ona verilmiş torpaq sahəsi ilə bağlı çıxarışın (arayışın) verilməsindən imtina etməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılmasının hüquqi əsasını taşkil edə bilməz. Azərbaycan Respublikası Prezidentininin 07 aprel 2022-ci il tarixli 1655 saylı fərmanına əsasən Prezidentin 439 saylı fərmanı ilə tasdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndi aşağıdakı yeni redaksiyada verilmişdir: “1.4. rayon, şahər, qəsəbə va kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfındən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Q a n u n u n 8 . 0 . 1-ci maddasinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi X22 məhkəmə iclasına gəlmiş, İddiaçı oğlu və üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 26 may tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində yerləşən, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamından çıxarış əsasında fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı oğlu) Qanun üzrə vərəsəsi olduğu şəxsə (X11) ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqrnüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin tikintisindən ötrü mərhum şəxsə ayrılmış həmin 0.06 ha həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi İdarəsinə təqdim etdiyiniz ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında uyğunsuzluqlar mövcuddur. Ayrılmış torpaq sahəsinə dair tərəfinizdən təqdim olunmuş mühüm əhəmiyyətli ilkin torpaqayırma sənədlərindən sayılan Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamından çıxarış, 18 may 2007-ci il tarixli “Akt”, habelə tərtib olunmuş yerquruluşu planından çıxarış üzrə göstərilən faktiki koordinatlar yerə köçürülmüş, habelə həmin koordinatlar mövcud baza məlumatları ilə yoxlanılmışdır. Aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, həyətyanı məqsədilə mərhum şəxsə ayrılmış həmin 0.06 ha torpaq sahəsi mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyənin ehtiyyat fondu kimi qeyd olunmuş ərazidə yerləşir. Mövcud qanunvericiliyin tələblərinə əsasən ehtiyyat fond torpaqları vətəndaşların mülkiyyətinə yalnız müvafiq kateqoriyaya keçirildikdən sonra verilə bilər. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli Sərəncamına əsasən ehtiyacı olan vətəndaşlara, o cümlədən X7 fərdi ev tikilməsindən ötrü 0.06 ha torpaq sahəsinin ayrılması və layihə-smeta sənədlərinə uyğun olaraq fərdi ev tikilməsinə icazə verilməsi qərara alınmış, həmin sərəncamda rayon torpaq şöbəsinə, rayon icra hakimiyyəti başçısının kənd icra numayəndəliklərinə, yerli islahat komissiyalarına vətəndaşlara nəzərdə tutulan ərazidə fərdi yaşayış evi tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılması barədə təhkim aktının verilməsinin təmin edilməsi, həmçinin Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə vətəndaşlara ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməkdən ötrü layihə-smeta sənədlərinin hazırlanmasının təmin edilməsi və fərdi evin həmin sənədlər əsasında tikilməsinə nəzarət edilməsi, X6 və mülkiyyət hüquqlarımn qeydiyyatı idarəsinə isə verilmiş ilkin sənədlərə əsasən torpaqdan müddətsiz istifadə etmək barədə müqavilənin tərtib edilməsi, fərdi yaşayış evi tikilib başa çatdıqdan və dövlət komissiyasi tərəfindən qəbul edildikdən sonra onların dövlət qeydiyyatına alınmasını təmin etməklə verilmiş torpaq sahələrində vətəndaş tərəfındən torpaqdan müddətsiz istifadə müqaviləsində nəzərdə tutulmuş müddət ərzində tikintinin başa çatdırılmasına nəzarət edilməsi tapşırılmışdır. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri B.Həbibovun, Astara rayonu Kakalos Bələdiyyəsinin sədri B.Əliyevin və V.Fərziyevanın imzaladıqları, adları çəkilən təşkilatların möhürləri ilə təsdiq olunmuş Baş Plandan Çıxarışdan görünür ki, Astara rayonu Balaca Şahağacı kəndində yerləşən, X7 fərdi ev tikilməsindən ötrü ayrılmış 0.06 ha torpaq sahəsinin yeri dəqiq göstərilməklə torpaq sahəsinin sxemi tərtib edilmişdir. İş materiallarında olan Astara Rayonu Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri R.Quliyevin, Astara rayonu Kakalos kənd icra nümayəndəsi N.Əkbərovun, Astara rayonu Balaca Şahağacı kəndinin bələdiyyə sədri B.Əliyevin, Astara Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin mütəxəssisi İ.Salmanovun və Astara rayonu, Balaca Şahağacı kənd sakini X4 imzaladıqları və adları çəkilən təşkilatların möhürləri ilə təsdiq olunmuş 18 may 2007-ci il tarixli Aktdan görünür ki, X11 ayrı təsərrüfat olmaqla adına həyətyanı torpaq sahəsi yoxdur, fərdi yaşayış evi tikməyə ehtiyacı vardır, ona görə də Astara Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 122 saylı Sarəncamına əsasən Astara rayonu, Balaca Şahağacı kənd sakini X7 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi ona təhkim edilmişdir. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 25 iyul 2023-cü il tarixli 0678-05/70 nömrəli arayışından görünür ki, X11 xx.xx.1975-ci il tarixdə Astara rayonu, Balaca Şahağac kəndində anadan olmuş, atası İddiaçı oğlu, anası X14r. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 956226 saylı X12 görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Astara rayonu Pensər bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 05 nömrəli ərizəsində bildirilir ki, X7 ayrılmış torpaq sahəsi qanuni əsaslarla ayrıldığı üçün iddia tələbinin təmin edilməsinə etiraz etmirlər. Yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərə əsasən X3 Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 122 saylı Sərəncamı ilə ona ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən müəyyə olunur ki, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli Sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmış və layihə-smeta sənədlərinə uyğun fərdi evin tikilməsinə icazə verilmiş, tərtib olunmuş baş plandan çıxarışa əsasən həmin torpaq sahəsinin yeri və koordinatları müəyyən edilərək xx.xx.2007-ci il tarixli aktla ona təhkim edilmiş, iddiaçının nümayəndəsi Vəkil Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində yerləşən, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğu şəxsin (İddiaçı oğlunun) qanun üzrə vərəsəsi olduğu şəxsə (X7) ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə 26 may 2023cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin olunmasından imtina etmiş, buna əsas kimi Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində yerləşən, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamından çıxarış əsasında fərdi yaşayış evinin tikintisindən ötrü X7 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyənin ehtiyyat fondu kimi qeyd olunmuş ərazidə yerləşdiyini, mövcud qanunvericiliyin tələblərinə əsasən ehtiyyat fond torpaqlarının vətəndaşların mülkiyyətinə yalnız müvafiq kateqoriyaya keçirildikdən sonra verilə biləcəyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində yerləşən, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikilməsindən ötrü mərhum X7 ayrılmış 0.06 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 fevral 2025-ci il tarixli, 10/9439 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-3424/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Bala Şahağac kəndi ərazisində yerləşən, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999cu il tarixli, 122 saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evi tikilməsindən ötrü mərhum X7 ayrılmış 0,06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi (torpaq sahəsinin ayrılan vaxta aid) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Həmçinin araşdırma zamanı qeyd olunan torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş təhkim Aktında göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdə qonşu torpaq sahələrinə uyğun olmaması müəyyən olunmuşdur. Belə ki, X2 ayrılmış 0,06 ha torpaq sahəsinin şimaldan Fərziyev Zamanın həyəti ilə, şərqdən azad fond torpağı ilə, qərbdən kanal ilə, cənubdan ara yol ilə sərhəd olması qeyd edilmişdir. Lakin faktiki vəziyyətdə torpaq sahəsinin şimaldan ara yol ilə, şərqdən Fərziyev Zamanın həyəti ilə, cənubdan həyətyanı torpaq sahəsi ilə, qərbdən isə kanal ilə sərhəd olması müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-3424/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-3424/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında X20 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3424/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı ehtiyat fondu torpaqları kateqoriyasına aid olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mərhum X4 müvafiq hüquqmüəyyənedici sənədlərə - Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamına, əlaqədar təşkilatların möhürləri ilə təsdiq olunmuş Baş Plandan Çıxarışa və 18 may 2007-ci il tarixli təhkim aktına əsasən qanuni əsaslarla əldə etdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyənin ehtiyyat fond torpaqları kimi qeyd olunmuş əraziyə daxil edilmişdir. Halbuki, mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatları təsdiq edilənədək X11 qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzərində artıq mülkiyyət hüququnu əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunu müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X18 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 yanvar 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X21 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X5rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunverijilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. Digər tərəfdən, Etimad hüququnun qorunması Konstitusiyadan və X25 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X25 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ... inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mərhum X4 müvafiq hüquqmüəyyənedici sənədlərə - Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999cu il tarixli, 122 saylı sərəncamına, əlaqədar təşkilatların möhürləri ilə təsdiq olunmuş Baş Plandan Çıxarışa və 18 may 2007-ci il tarixli təhkim aktına əsasən qanuni əsaslarla əldə etdiyi hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,06 hektar həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq X4 mülkiyyətinə verilməsi nəzərə alınmadan bələdiyyə ehtiyat fond torpaqlarının yerləşdiyi əraziyə daxil edilmiş, bununla da, X4 vəfat etdiyi 20 avqust 2018-ci il tarixədək (həmçinin hal-hazıradək), heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən, fasiləsiz və etirazsız sahiblik etdiyi qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi sözügedən torpaq sahəsinin mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyə ehtiyat fond torpaqlarının yerləşdiyi əraziyə daxil edilməsinin məsuliyyəti isə mərhum X4 üzərinə qoyula bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, X4 qanun üzrə vərəsəsi (atası) iddiaçı Fərziyev X13 Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı əsasında Astara rayonu Balaca Şahağacı kəndi ərazisində X1 verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və həmin torpaq sahəsinin mərhum övladı X7 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsindən cavabdeh inzibati orqanın imtina etməsinin hüquqi əsası yoxdur. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və mərhum X4 qanun üzrə vərəsəsi (atası) İddiaçı oğlunun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı ilə Astara rayonu Balaca Şahağacı kəndi ərazisində fərdi yaşayış evi tikilməsindən ötrü X7 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin mərhum X7 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı ilə Astara rayonu Balaca Şahağacı kəndi ərazisində fərdi yaşayış evi tikilməsindən ötrü X7 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin mərhum X7 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X8, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar