Məhkəmə qərarları › İş №2-1(120)-4531/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4531/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4531/2025 09.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə X21 Filialının nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə X21 Filialı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə X2rşı iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 avqust 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, 1982-1984-cü illərdə Sovet Ordusunda hərbi xidmət keçmişdir. 1980-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif sahələrdə çalışmışdır. 31 avqust 2024-cü ildə 60 yaşına çatmış və bu tarixə 39 il 5 ay 30 gün ümumi əmək stajına malikdir. Bu stajın 13 il 2 ay 38 günü zərərli və ağır əmək şəraitində fəaliyyət göstərdiyi dövrü əhatə edir. İddiaçı 2025-ci ildə ƏƏSMN yanında DSMF-yə ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli pensiya hüququnun tanınmasını və pensiya təyin olunmasını xahiş etmişdir. İddiaçı 2025ci ildə ƏƏSMN yanında DSMF-yə ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli pensiya hüququnun tanınmasını və pensiya təyin olunmasını xahiş etmişdir. Lakin 22 iyul 2025-ci il tarixli 3-17-1/2-H-171733/2025 saylı məktubla müraciət əsassız şəkildə rədd edilmiş və öz qərarını onunla əsaslandırmişdır ki; Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şərait i xüsusiləzərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfi ndən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərari ilətəsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın bina, qurğu və digər o byektlərin inşası, yenidən qurulmasi,texniki təchizatı, bərpası və təmiri bölməsinin (29 ) fəhlələr yarımbəndində (a yüksək gərginlikli vəkontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmir-beton konstruksiyal arının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı dair 18 may 2025-ci il tarixli 01-PH/268 nömrəli arayişda xx.xx.1996-xx.xx.2001 -ci il tarixləri arasındakı dövr ərzində xətt üzrə elekt romontyor vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda Vəkil Həsəno vun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və k ontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barə də hər hansı məlumat göstərilməyib. Bundan başqa, SOCAR "Aznefflstehsalat Bi rliyinin 8 may 2025-ci il tarixli 14-2/2-H-1371- 1/2025 nömrəli arayışında xx.xx.2007-2 2.01.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsind ə işlədiyi qeyd olunub. Lakin adıçəkilən şəxsin işlədiyi xətt üzrə quraşdırıcı vəzifəsi s özügedən arayışda istinad edilən,yuxarida qeyd olunan polad və dəmir-beton kons truksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. İddiaçı aşağıdakı vəzifələr üzrə çalışmışdır: xx.xx.1980-xx.xx.1982: DCU-15 DSR lll-3-də avtomobil mexaniki, xx.xx.1984-xx.xx.1986: DCU-15 DSR lll-3-də fəhlə, xx.xx.1986-xx.xx.1988: "Azərneftlayihətikinti" birliyində 2-ci dərəcəli fəhlə, xx.xx.1996-xx.xx.2001: eyni müəssisədə xətt üzrə elektromontyor, xx.xx.2006-xx.xx.2015: "xxxx" MMC və SOCAR "Azneffdə elektrik xətt quraşdırıcısı, xx.xx.2015-hal-hazırda: "xxxx" ASC-də hava və kabel təmirçisi. "Azərneftlayihətikinti" Birliyinin 6 Nö-li İxtisaslaşdirilmis Tikinti-Quraşdırma İdarəsinin haqq- hesab cədvellərinə əsasən xx.xx.1986-ci ildə (əmr No 67 k) 1 -ci sahəyə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1988-ci ildə (əmr No 27 k) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1996-ci ildə (əmr No 53-k, xx.xx.1996-ci il) "Azərneftlayihetikinti" Birliyinin 6 Nö-li İxtisaslaşdırilmiş Tikinti-Quraşdırma İdarəsinin 1 -ci sahəsinə 3-cü dərəcəli xətt azrəelektromontyor peşesinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərində peşəsi 1996-ci ilin noyabr ayından 2001 -ci ilin iyun ayınadək 3-cü dərəcəli el/montyoru, 2001-ci ilin iyul ayindan oktyabr ayınadək 2-ci dərəcəli fəhlə olaraq göstərilmişdir. Beləliklə iddiaçı “Azərneftlayihətikinti" Birliyinin 6 Nö-li İxtisaslaşdırilmiş Tikinti-Quraşdırma İdarəsində xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 av 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Nö- li oərari ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları. xətçilər” peşəsi ilə eynilik təşkil edir. Güzəştli pensiya üçün staj: 04 il 11 ay 17 gün təşkil edir. xx.xx.2006-cı ildə (Əmr No-193-kş, xx.xx.2006-cı il) “Azərenerjitikinti"MMC-nin X9 və Yarımstansiyaların Tikintisi və Təmiri İdarəsinin Sumqayıt X9 çəkilişi üzrə fəhlə peşəsinə qəbul edilib, 01,10.2007-ci ildə (ƏmrNo188/1a-kş, xx.xx.2007-ci il) X8 Tikintisi və Təmiri İdarəsinin 3 Nö-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, xx.xx.2012-ci ildə ( ATÜ/572No-li Əmr, 05.11,2012-ci il ) X13, Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin 1 Saylı tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə (Əmr No- 11/09-irş, 21.01,2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 Nö-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “"a" Fəhlələr bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 21 iyun 1993-cüil tarixli 320 Sayli Qərarının 2 Nö-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 Nö-li siyahısının, XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 22290000a-14612 kodlari ilə quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.Güzəştli pensiya üçün staj: 08 il, 03 ay, 21 gün təşkil edir. ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 iyul 2025-ci il tarixli 3-17-1/2-H-171733/2025 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyinatından imtinası aşağıdakı səbəblərdən əsassızdır: İmtina “fəaliyyət uyğun gəlmir” arqumentinə əsaslansa da, bu hüquqi və faktiki baxımdan yanlışdır: Cavabdeh qeyd edir ki, təqdim olunmuş arayışlarda iddiaçının çalışdığı “xətt üzrə elektromontyor” və “elektrik xətt quraşdırıcısı” vəzifələri Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına uyğun gəlmir. Lakin bu fikir yanlışdır, çünki: NK-nin həmin qərarına uyğun olaraq "yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər" və “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” güzəştli iş hesab olunur. İddiaçının çalışdığı müəssisələr (“Azərneftlayihətikinti”, "xxxx" MMC və s.) üzrə vəzifələri real olaraq bu işlərlə tam eynilik təşkil edir. Təqdim olunmuş əmrlər, haqq-hesab cədvəlləri və arxiv arayışları iddiaçının bu işləri konkret dövrlərdə, konkret vəzifələr üzrə icra etdiyini aydın və açıq şəkildə sübut edir. Arayışlarda “yüksək gərginlikli hava xətləri” ifadəsi xüsusi qeyd edilməsə də, bu, güzəşt hüququnun rədd edilməsi üçün əsas ola bilməz. İşəgötürən tərəfindən verilən arayışda konkret “yüksək gərginlikli” və ya “kontakt şəbəkəli” ifadəsinin yazılmaması avtomatik olaraq həmin peşənin siyahıya uyğun gəlmədiyi mənasına gəlmir. İşin faktiki xüsusiyyəti, çalışdığı idarənin profili və normativ sənədlərdəki təsvirlə eynilik təşkil edirsə, bu, güzəşt hüququnun tanınması üçün kifayət qədər əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər cavabdeh qurum imtinanı “şərait uyğun gəlmir” arqumenti ilə əsaslandırırsa, bu faktiki şəraitin mövcud olmadığını məntiqi və sənədlərlə sübut etmək onun öhdəliyindədir. Halbuki cavabdeh sadəcə "arıqlı ifadə yoxdur" kimi formal yanaşma ilə kifayətlənmişdir. İddiaçının 1993-cü il 320 nömrəli qərarla qüvvədə olan dövrlərdə (1996-2001 və 2006- 2015) bu vəzifələrdə çalışması “keçid dövrü normativ aktlarına uyğun staj” hesab olunur. Bu baxımdan, cavabdeh hazırkı qanunvericiliyin texniki ifadələrinə əsaslanaraq əvvəlki qanunvericiliyin imkan verdiyi hüququ tanımaqdan imtina edə bilməz. 13 il 2 ay 38 gün güzəştli əmək stajı rəsmi sənədlərlə təsdiqlənmişdir. İddiaçının stajı müxtəlif dövrlərdə bir neçə müəssisədə güzəştli siyahılarda göstərilən peşələr üzrə icra olunub, bu da stajın dağınıq və müxtəlif formalarda (elektromontyor, xətt quraşdırıcısı) olmasına baxmayaraq bütöv şəkildə güzəştli sayılmasını təmin edir. Cavabdehin imtina qərarı: Faktiki iş şəraitinə hüquqa zidd qiymət verib; Arayışlarda konkret ifadələrin olmamasını hüquqdan məhrumetmə əsası kimi dəyərləndirib; Əvvəlki qanunvericilik aktlarını və Konstitusiya normalarını nəzərə almayıb; İddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət vermədən ümumi və formal yanaşma ilə cavab verib. Bu səbəblə, həmin imtina qərarı qanunsuz və əsassız hesab olunmalıdır və İPM-in 73.1-ci maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən ləğv edilməli, cavabdehin üzərinə əmək pensiyası təyin etmə öhdəliyi qoyulmalıdır. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə X21 Filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2025-ci il tarixli 3-17-1/2-H- 171733/2025 nömrəli məktubla güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “SOCAR" "Azneft İB 8 may 2025-ci il tarixli 14-2/2-H-1371-1/2025 nömrəli arayışında onun xx.xx.1996-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək xətt üzrə elektromontyor vəzifəsində işlədiyi qeyd olunmuşdur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Lakin sözügedən arayışda Vəkil Həsənovun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Belə ki, adından da göründüyü kimi elektromontyor və yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları bir-birindən fərqli işləri görür. Hər ikisi elektrik montyoru olsa da, yüksək gərginlikli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları digərinə münasibətdə işçinin həyat və sağlamlığı üçün daha zərərli, əmək şəraiti daha təhlükəli olduğu üçün məhz həmin elektrik montyorlarının vəzifəsi güzəştli şərtlərlə pensiya təyinatı hüququ verir. Əgər qanunvericinin belə bir məqsədi olmasa idi, belə olan halda bu bölgünün də hər hansı əhəmiyyəti qalmayacaqdı. Həmçinin "xxxx" ASC-nin 01-PH/268 nömrəli arayışında iddiaçının xx.xx.2007- xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Arayışdan da göründüyü kimi müəssisə İddiaçı adıçəkilən Siyahıda polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə istinad etmiş, lakin onun çalışdığı vəzifənin elektrik xətt quraşdırıcısı olduğunu qeyd etmişdir. Bu məqamda iki vəzifə arasındaki fərqə nəzər yetirmək zəruridir. Belə ki, dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar ağır dayaq, sütunların, konstruksiyaların quraşdırılması, krandan istifadə etməklə böyük blokların qaldırılması və s. işləri görür. Lakin elektrik xətt quraşdırıcısı isə hazır konstruksiya üzərində elektrik xətlərinin çəkilməsi işlərini həyata keçirir. Göründüyü kimi bu iki vəzifə üzrə fəaliyyətlər bir-birinin ardı olan işləri nəzərdə tutmuşdur. Belə olan halda onların hər ikisinin eyni işləri görməsi mümkün deyildir. Buna görə də elektrik xətt quraşdırıcısı vəzifəsi ilə bağlı polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə istinad edilməsi ağlabatan görünmür. Göründüyü kimi iddiaçının işlədiyi xətt üzrə elektromontyor vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsi ilə, həmçinin işlədiyi elektrik xətt quraşdırıcısı vəzifəsi polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə uyğunluq təşkil etmir. Göstərilən səbəblərdən də Vəkil Həsənovun güzəştli iş stajı yoxdur. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X18 qərarlarını, X18 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsınə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlum vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 482/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarınıda da qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə "Əmək pensiyaları haqqında " Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhiükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alman, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçı xx.xx.1996-ci il tarixindən xx.xx.2001 -ci il tarixinədək xətt üzrə elektromontyor və xx.xx.2007-xx.xx.2015ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt qurasdırıcısı vəzifəsində işləsə də, xətt üzrə elektromontyor vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə, həmçinin işlədiyi elektrik xətt quraşdırıcısı vəzifəsi sözügedən Siyahının polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(120)-4531/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X14rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixində ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. İşdə olan NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən 20 noyabr 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşd olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə X21 Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-171733/2025 nömrəli imtina məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş 2 iyul 2025ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X18 qərarlarını, X18 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı dair 18 may 2025-ci il tarixli 01-PH/268 nömrəli arayışda xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində xətt üzrə elektromontyor vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda Vəkil Həsənovun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bundan başqa, SOCAR “Azneft” istehsalat Birliyinin 8 may 2025-ci il tarixli 14-2/2-H-1371-1/2025 nömrəli arayışında xx.xx.2007- xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin adıçəkilən şəxsin işlədiyi xətt üzrə quraşdırıcı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, Vəkil Həsənova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan xx.xx.2025-ci il tarixli 01/05-151 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2015-ci il tarixindən hal-hazıradək "xxxx" ASC-nin X19 Təchizatı və Satışı İdarəsinin Hava və kabel xidmətində hava xəttinin təmiri üzrə elektrik montyoru vəzifəsində çalışır. İşdə olan 29 aprel 2025-ci il tarixli 14-2/2-H-1371-1/2025 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti- Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərinə əsasən xx.xx.1986-cı ildə (əmr № 67 k) 1ci sahəyə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1988-ci ildə (əmr № 27 k) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 53-k, xx.xx.1996-cı il) “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsinin 1-ci sahəsinə 3-cü dərəcəli xətt üzrə elektromontyor peşəsinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərində peşəsi 1996-cı ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 3-cü dərəcəli el/montyoru, 2001-ci ilin iyul ayından oktyabr ayınadək 2-ci dərəcəli fəhlə olaraq göstərilmişdir. Qeyd: Mərkəzi Arxivdə saxlanılan “Azərneftlayihətikinti" Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsinin sənədləri natamam olduğundan işdən azad olunma barədə qeyd göstərmək mümkün olmamış, arayış mövcud sənədlərə istinadən tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" 22 mart 2001-ci il tarixli 651 saylı Sərəncamı ilə, ARDNŞ-nin 11 oktyabr 2001-ci il tarixli 177 №-li və Quruda Neft və X3 15 oktyabr 2001-ci il tarixli 124 №-li əmrlərinə əsasən "Azərneftlayihətikinti" Birliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, Quruda Neft və X3 struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər Mərkəzi Arxivə təhvil verilməmiş, sənədlərin yalnız bir hissəsi 2019-cu ildə aşkarlanaraq fondlaşdırılmışdır. İşdə olan “SOCAR”ın 08 may 2025-ci il tarixli 14-2-1/2-H-247-1/2025 nömrəli məktubuna əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə sosial sığorta (əmək) stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş (qeydiyyat: 14-2/1-H-2805-1/2025 nömrəli, xx.xx.2025-ci il) müraciəti SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2025-ci il tarixli 14-2/3-6-1148/2025 nömrəli məktubu ilə baxılmaq üçün “Azneft” İstehsalat Birliyinə göndərilmiş və müəssisənin aidiyyəti mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırılmışdır. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş xx.xx.2025-ci il tarixli 14-2/2-H-1371-1/2025 nömrəli arxiv arayışında “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək fəhlə, həmin idarədə xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək xətt üzrə elektromontyor peşəsində işlədiyi qeyd olunur. “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" yarımbölməsində nəzərdə tutlan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsi ilə eynilik təşkil edir. İşdə olan “SOCAR”ın 30 sentyabr 2025-ci il tarixli 14-2-1/2-1556/2025 nömrəli məktubuna əsasən, sizin, məhkəmənin icraatında olan 2-1(120)-4531/2025 nömrəli iş üzrə İddiaçı iddia tələbi üzrə zəruri olan məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dölət Neft Şirkərinə (SOCAR) daxil olmuş sorğu məktubu SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/3-6-2630/2025 nömrəli məktubu ilə baxılmaq üçün “Azneft” İstehsalat Birliyinə (“Azneft” İB) göndərilmiş və “Azneft” İB-də aidiyyəti üzrə baxılmışdır. SOCAR-ın Mərkəzi arxivindən verilmiş xx.xx.2025-ci il tarixli 14-2/2-H-1371- 1/2025 nömrəli arxiv arayışında İddiaçı “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək fəhlə, həmin idarədə xx.xx.1996-cı il tarixdən xx.xx.2001- ci il tarixədək xətt üzrə elektromontyor peşəsində işlədiyi qeyd olunur. SOCAR-ın Mərkəzi arxivindən verilmiş arayışdakı qeydlərə əsasən Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli 651 saylı Sərəncamı ilə, ARDNŞ-nin 11 oktyabr 2001-ci il tarixli 177 №-li və Quruda Neft və X3 15 oktyabr 2001-ci il tarixli 124 №-li əmrlərinə əsasən “Azərneftlayihətikinti” Birliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, Quruda Neft və X3 struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər SOCAR-ın Mərkəzi arxivinə təhvil verilməmiş, sənədlərin yalnız bir hissəsi 2019-cu ildə Mərkəzi arxivin əməkdaşları tərəfindən aşkarlanaraq fondlaşdırılmışdır. Qurumun sənədləri natamamdır və arxiv arayışı mövcud sənədlərə istinadən tərtib olunmuşdur (sənədlərin surəti məktuba əlavə olunur) “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsinin adında da göründüyü kimi əsas fəaliyyət istiqaməti tikinti-quraşdırma sahəsidir. Vahid X1 xətt üzrə elektromontyor peşəsi aşkarlanmadı. Lakin Tikinti quraşdırma və təmirtikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (Hissə - 3) “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsində “yüksək gərginlikli hava xətti və kontakt şəbəkələrin quraşdırılması üzrə elektrik montyoru-xəttçəkən” peşəsi nəzərdə tutulmuşdur. SOCAR-ın “Neftqaztikinti” trestinin fəhlələrinin ştat cədvəlində həmin montyorların peşəsinin adı “yüksək gərginlikli hava xətti və kontakt şəbəkələrin quraşdırılması üzrə elektrik montyoru-xəttçəkən” peşəsi olaraq nəzərdə tutulubdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, İddiaçı “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsi ilə eynilik təşkil edir. Sorğu məktubunda qeyd etdiyi digər məsələ “İddiaçı işlədiyi vəzifələrə dair müvafiq məlumatın və sənədlərin tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) məlumatların 10 gün müddətində məhkəməyə təqdim olunması” ilə bağlı bildirilir ki, SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında işçilərin məzuniyyət əmrləri, əlavə ödənişlərlə bağlı əmrlər, iş yerlərinin attestasiyasının nəticələrinə aid sənədlər aşkarlanmadığına görə zərərli əmək şəraitində işləməyə görə tətbiq edilən güzəşt və təminatlar (əlavə ödənişlər, əlavə məzuniyyətlər və s.) barədə məlumatı və bu məlumatla bağlı təsdiqedici sənədləri təqdim etmək imkanlarımız xaricindədir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 dekabr 2025-ci il tarixli 3-17-1/2-301640/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 dekabr 2025-ci il tarixində daxil olmuş 2- 1(120)-4531/2025 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar X7 və X5 pensiya işlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri göndərilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/268 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, 1964-cü il təvəllüdlü İddiaçı, həqiqətən xx.xx.2006-cı ildə (Əmr №-193-kş, xx.xx.2006-cı il) “Azərenerjitikinti“MMC- nin X9 və Yarımstansiyaların Tikintisi və Təmiri İdarəsinin Sumqayıt X9 çəkilişi üzrə fəhlə peşəsinə qəbul edilib, xx.xx.2007-ci ildə ( Əmr№ 188/1 a-kş, xx.xx.2007-ci il) X8 Tikintisi və Təmiri İdarəsinin 3 №-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, xx.xx.2012-ci ildə ( ATÜ/572№-li Əmr, xx.xx.2012-ci il ) X13, Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin 1 Saylı tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə (Əmr №-11/09- irş, xx.xx.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir -beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının, XXVİİ “Bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a-14612 kodları ilə quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 il, 03 ay, 21 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. Arayış 4 Saylı “DOST Mərkəzi”nə təqdim etmək üçün verilir. Digər 10 oktyabr 2025-ci il tarixli aktdan müəyyən olunur ki, Hüquqi ünvanı məlum olmayan Saatlı rayon Sarıcalar MSU idarəsinin arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən vətəndaşın işə girmə və işdən çıxma əmrlərini, habelə əmək haqqını araşdırmaq mümkün olmadı. Digər 10 oktyabr 2025-ci il tarixli aktdan məəyyən olunur ki, hüquqi ünvanı məlum olmayan Saatlı rayon Təchizat Bazasının arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən M.Əsədovun işə girmə və işdən çıxma əmrlərini habelə əmək haqqını araşdırmaq mümkün olmadı. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak etmiş X15 bildirmişdir ki, İddiaçı 1978-ci ildən tanıyır. ”Azərneftlayihətikinti” birliyində elektrik sahəsi üzrə ikinci dərəcəli elektrik montyoru kimi işə qəbul olmuş,1978-ci il tarixdən 1980-cı il tarixə və 1990-cı il tarixdən 2001-ci il tarixə kimi birlikdə işləmişlər. O, həmin Birlikdə dördüncü dərəcəli elektrik montyoru kimi işləmişdir, iddiaçı isə ikinci dərəcəli elektrik montyoru kimi işləyib,1ay sınaq müddətini keçdikdən sonra eyni işi görmüşlər. Özü 52 yaşından güzəştli şərtlərlə pensıyaya çıxmışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1964-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunanlara əsasən, ümumi iş stajı 25 ildən çox siğorta sjajı olaraq qəbul edilmişdir, 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçı məhkəmə prosesi gedişində 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı 25 il çox ümumi iş stajının olmasıdır. İşin mübahisəli halı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışının təqdim edilməsi ilə bağlı olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 60 yaşı –xx.xx.2024-cü ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş və İddiaçı barəsində SOCAR tərəfindən arxiv arayışı və güzəştli arayış verilmişdir. İşdə olan “SOCAR”ın 08 may 2025-ci il tarixli 14-2-1/2-H-247-1/2025 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" yarımbölməsində nəzərdə tutlan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsi ilə eynilik təşkil edir. Həmçinin "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/268 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı ildən “Azərenerjitikinti“MMC- nin X9 və Yarımstansiyaların Tikintisi və Təmiri İdarəsinin Sumqayıt X9 çəkilişi üzrə fəhlə peşəsi, xx.xx.2007-ci ildən X8 Tikintisi və Təmiri İdarəsinin 3 №-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı vəzifəsi, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək X13, Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin 1 Saylı tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir -beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir.Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının, XXVİİ “Bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a-14612 kodları ilə quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Məhkəmə tərəfindən göndərilmiş sorğular əsasında iddiaçı ilə birlikdə çalışmış digər şəxslərin (X6, X4) pensiya işlərinin surətlərini iş materiallarına təqdim etmişdir. Təqdim edilmiş pensiya işlərinin surətlərinin surətlərindən görünür ki, İddiaçı digər iş yoldaşları kimi eyni vəzifədə- xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci ilədək X8 Tikintisi və Təmiri İdarəsinin Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı vəzifəsində işləmişdir. İddiaçı işlədiyi “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti- Quraşdırma İdarəsində xx.xx.1996- cı il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” işi ilə eyni olması barədə və yarımbəndinə uyğun olması barədə “SOCAR” (“Azneft” İB) tərəfindən güzəştli arayış təqdim edilmişdir. Bundan başqa İddiaçı işlədiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci ilədək “Azərenerjitikinti“ MMC-nin X9 və Yarımstansiyaların Tikintisi və Təmiri İdarəsinin Sumqayıt X9 çəkilişi üzrə fəhlə, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixə dək X8 Tikintisi və Təmiri İdarəsinin 3 №-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar polad və dəmir -beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi və həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının, XXVİİ “Bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a- 14612 kodları ilə quraşdırıcıların işi ilə eyni olması barədə yarımbəndinə uyğun olması barədə "xxxx" ASC tərəfindən güzəştli arayış təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş məhkəmə qərarlarını və iş materiallarını araşdıraraq hesab edir ki, “Azərneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsində xx.xx.1996- cı il tarixdən xx.xx.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi peşəsi üzrə işlədiyi dövr keçmiş iş yoldaşı şahid qismində dindirilmiş X11 işlədiyi əmək funskiyası ilə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci ilədək fəhlə, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci ilədək elektrik xətt quraşdırıcısı peşəsi üzrə işlədiyi dövr keçmiş iş yoldaşları X6, X4 işlədiyi əmək funskiyası ilə eynilik təşkil etdiyi üçün həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 60 yaşından pensiya hüququ yarandığından xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı 60 yaşdan (xx.xx.2024-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar