Məhkəmə qərarları › İş №2-1(120)-4534/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4534/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4534/2025 27.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı “”Maqro” MMC-yə 25 ha torpaq sahəsinin verilməsi barədə Cavabdeh xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Maqro” MMC-yə 25 ha torpaq sahəsinin verilməsi barədə Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcəbədi RİHB-nın xx.xx.2004-cti il tarixli, 103 saylı sərəncamı ilə X1 mərhum əri, X4 15 il müddətinə 50 hektar topraq sahəsi icrarəyə verilmişdir. Ərimin vəfatından sonra RİHB-nın xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı ilə torpaq sahəsi qalan müddətə ona icarəyə verilmişdir. İcarə müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 37S saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və RİHB-nin xx.xx.2017ci il tarixli sərəncamı və 08 saylı icarə müqaviləsi əsasında X2 verilmiş torpaq sahəsinin 25 hektarı “Maqro" MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Qalan 25 ha torpaq sahəsinə görə 2500 manat kompensasiya təklif olunsa da, o kompensasiyanı almaqdan imtina etmişdir və müqavilənin eyni müddətə uzadılmasını tələb etmişdir. Ona icarəyə verilmiş 50 hektar torpaq sahəsinin 25 hektarı 2017-ci ilin avqust ayının 31-dən "xxxx" MMC-yə icarəyə verilsə də. bu günə kimi 50 hektar torpaq sahəsi istifadəsindədir və buna görə icarə haqqları ödəyir. Eyni zamanda torpaq sahəsində şəxsi vəsaiti hesabına 11415 rp nömrəli artizan da vurdurmuşdur. Göründüyü kimi 50 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Ağcəbədi RİHB-nın xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı qüvvədə olduğu halda RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamı və 08 saylı icarə müqaviləsi əsasında həmin torpaq sahəsinin 25 hektarı məlumatı və razılığı olmadan "xxxx" MMC-yə icarəyə verilmişdir. Onu da bildirir ki, Ağcəbədi RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamının təqdim olunması barədə xx.xx.2025-ci il tarixdə Ağcəbədi RİH-ə sorğu göndərilsə də bu günə kimi sorğuya cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamından çıxarış üzrə X2 xx.xx.2004-cü il tarixli sərəncam ilə 15 il müddətinə icarəyə verilmiş 50 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X2 verilməsi və icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından çıxarışa əsasən, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi və "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması qərara alınmışdır. Belə ki, işdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı X1 Cavabdehnə qarşı “Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş mümkünsüz sayılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-118/24 saylı qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvə saxlanılmışdır. Həmçinin qeyd edilən iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1666/24 saylı işi üzrə eyni məzmunlu iddiaçı X1 Cavabdehnə qarşı “Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-118/24 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə tərəfindən ilk öncə nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamla "xxxx" MMC-yə 25 ha torpaq sahəsinin verilməsi barədə deyil, 1000 ha torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən yuxarıda göstərilmiş məhkəmə aktları nəzərdən keçirərək qeyd edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh xx.xx.2017-ci il tarixli sərəncamı tərəflər arasında müzakirə edilmişdir, sübutların tədqiqində elan edilmişdir. İddiaçı ən geci 2022-ci ildən mübahisəli sərəncamdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, mübahisələndirilən inzibati akt üzrə ayrılmış torpaq sahəsi üzrə Cavabdeh xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının ləğvi ilə bağlı artıq 2023-cü il tarixdən etibarən üç instansiya məhkəmələrində məhkəmə proseslərinin aparılması, yekun məhkəmə aktlarının qəbul edilməsindən uzun müddət keçdikdən sonra, iddiaçının mübahisəli sərəncamdan 2025-ci il tarixdən məlumatlı olması barədə iddia ərizəsində qeyd etdikləri məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərar barədə ən geci 2022-ci il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisələrində mübahisələndirilən sərəncam əsasında ayrılmış torpaq sahəsi mübahisələndirilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə mübahisəsi olmuş, məhkəmə qərardadı qəbul edilmiş, iddiaçının iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, tərəflər arasında eyni predmet barəsində əvvəllər çox sayda məhkəmə prosesləri və məhkəmə aktları artıq mövcud olduğu üçün məhkəmə, "xxxx" MMC-nin yenidən zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməsini zəruri hesab etməmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2017-ci il tarixli sərəncamının sərəncamdan məlumatlı olduğu vaxtdan 3 (üç) il vaxt keçdikdən sonra təkrar olaraq eyni tələb və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibati-prosessual məcəlləsində qanunvericiliyi qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən əlavə olaraq qeyd edilir ki, cavabdeh orqan tərəfindən İddiaçı ilə bağlı təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir, sərəncamda da bu müddət göstərilmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə bağlı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı “”Maqro” MMC-yə 25 ha torpaq sahəsinin verilməsi barədə Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar