Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-454/2025 09.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dövlət aktının 3-cü şəxslərə münasibətdə etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət aktının 3-cü şəxslərə münasibətdə etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində 0.39 ha torpaq sahəsinin üçüncü şəxslər X19,X30,X14, X11, X5 və X15 mülkiyyətlərinə verilməsinə dair JN:0166 KOD 80212028 saylı dövlət aktının onlara münasibətdə olan hissəsinin etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 noyabr 2006-cı il tarixdə Lənkəran rayonunun Lüvəsər Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikməkdən ötrü 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin dəyəri ödənilməklə ona satılmasını xahiş etmişdir. Lənkəran rayonunun Lüvəsər Bələdiyyəsinə etdiyi müraciəti nəzərə alınaraq bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarına əsasən yaşayış evi tikilməsi məqsədi ilə 0,08 ha torpaq sahəsi ayrılmış, 07 fevral 2007-ci il tarixdə həmin torpaq sahəsinin dəyəri olan 200 manat dövlət rüsumu tərəfindən ödənilmiş, 30 noyabr 2007-ci il tarixli bələdiyyə ilə onun arasında alq-satqı barədə tərtib edilmiş akta əsasən, Lüvəsər kəndi ərazisində 0.08 ha torpaq sahəsi ona bələdiyyə tərəfindən satılmışdır. Daha sonra həyat yoldaşı X23 da bələdiyyəyə müraciət etmiş və Lənkəran rayon Lüvəsər bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi alqı-satqı əsasında satılmış, həmin tarixdə, yəni 05 noyabr 2007-ci il tarixdə həmin torpaq sahəsinin dəyəri olan 250 manat pul arvadı Minayə Əmirova tərəfindən ödənilmiş, bu barədə eyni tarixdə də müvafiq akt tərtib edilərək Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində 05 noyabr 2007-ci il tarixdə 2493 nömrə ilə qeydiyyata alınaraq həmin torpaq sahəsinin planı, sxemi və ölçüsü barədə müvafiq sənədlər onlara verilmişdir. Daha sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək 01 dekabr 2011-ci il tarixdə 1285 nömrə ilə X33 kitabında qeydiyyata alınmışdır. Bundan sonra onlara satılmış və artıq həyat yoldaşı Ramazanova (Əmirova) Minayə Elxan qızının adına olan torpaq sahəsində həyat yoldaşı Minayənin adına fərdi yaşayış evi tikmişlər. Artıq 15 ildir ki, həmin torpaq sahəsi onların istifadəsindədir və hazırki vaxta kimi orada hər hansı tikinti işləri və ya torpaqla əlaqədar olaraq işləyən zaman heç kim həmin torpaq sahəsinin onlara məxsusluğuna şübhə etməmiş, buna heç bir narazılıq və etiraz bildirilməmişdir. Çünki həmin torpaq sahəsini onlara ölçüb verəndə bələdiyyə və digər aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə yerində xəritələr əsasında ölçülərək təqdim edilmişdir. Onlar də bundan sonra həmin torpaq sahəsindən istifadə etməyə başlamışlar. 2021-ci ildə Lənkəran Rayon Məhkəməsindən onun yaşadığı ünvana məhkəmə bildirişi gəlmiş və həmin bildirişlə tanış olandan sonra məlum oldu ki, iş üzrə iddiaçılar X19, X24, X14, X11, X5 və X25 ona və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və inşa edilmiş tikililərin sökülməsi barədə iddia qaldırmış və pulunu verib aldıqları torpaq sahəsindən onun çıxarılmağını, eyni zamanda min bir əziyyətlə tikdiyi evlərinin sökülməsini tələb edirlər. Bundan sonra məhkəmə hazırlıq və baxışı iclasında iştirakı zamanı həmin özünün və arvadının adına torpaq sahəsini bələdiyyədən pulunu ödəməklə alqı-satqı yolu ilə almaqları və həmin torpaq sahəsinin bələdiyyə və həmin vaxt torpağın ölçülməsi ilə bağlı səlahiyyətli orqanların nümyəndələrinin iştirakı ilə torpaq sahəsinin yerində ölçülməsi, Kadastrda qeydiyyata alınması ilə bağlı sübutlarını məhkəməyə təqdim etmiş, lakin həmin sənədlər nəzərə alınmadan məhkəmə tərəfindən torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi əsasında daha doğrusu yarımçıq olan rəy əsasında iddia tələbi üzrə işə baxaraq iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsindən ötrü iş üzrə ekspertiza təyin etmiş və həmin rəydə ona münasibətdə guya iddiaçılara məxsus olan torpaq sahəsinin 0.15 ha hissəsini zəbt etdiyini, inşa etmiş olduğu 170 kv.m sahəsi olan fərdi yaşayış evinin çox hissəsinin, yəni 150 kv.m hissəsinin iddiaçılara məxsus olan torpaq sahəsində tikdiyini müəyyən edildiyi göstərilmiş, məhkəmə də həmin rəy əsasında qətnamə qəbul edərək həmin hissələrdən 0.15 ha torpaq sahəsindən çıxarılmağını, ümumi sahəsi 170 kv.m olan evin 150 kv.m hissəsinin guya zəbt olunmuş torpaq sahəsində tikilməsinə baxmayaraq məhkəmə bütün tikililərin sökülməsi barədə qətnamə qəbul etmişdir. Hansı ki, qeyd etdiyi kimi yaşayış evi onun adına olan torpaq sahəsində yox, arvadının Minayənin adına alqı-satqı ilə satılmış torpaq sahəsində tikilmişdir. Məhkəmə isə bütün bunlara heç bir əhəmiyyət belə verməmişdir. Məhkəmə iclası zamanı ekspert rəyi elan olunandan sonra onun bir nüsxəsini tələb etsə də verməkdən imtina etmiş, ekspert rəyində iddiaçılara məxsus olan torpaq sahəsinin guya tərəfindən hansı istiqamətdə və hansı ölçüdə zəbt etdiyi dəqiq göstərilmədiyindən, eyni zamanda tikdiyi evin 170 kv.m hissəsindən 150 kv.m hissəsinin də hansı istiqamət və hansı ölçüdə iddiaçılara məxsus olan torpaq sahəsində yerləşməsi konkret göstərilmədiyindən həmin ölçülərin dəqiqləşdirilməsi üçün əlavə ekspertiza təyin edilməsini tələb etsə də və eləcə də həmin torpaq sahəsini o və həyat yoldaşı qanuni yolla alqı-satqı əsasında bələdiyyədən almaqla ilkin sənədlərin olmasını bildirsə də, işə baxan hakim həmin tələbə heç bir məhəl qoymadan qanunsuz və əsassız olan qətnaməni elan etməklə ekspertin verdiyi tam və aydın olmayan rəyini əsas götürmüşdür. Tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(106)-1904/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(049)-3/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə həmin qətnamənin ləğvi üçün əsas olaraq iddia ərizəsinin iddiaçılar tərəfindən imzalanmaması, yəni iddia ərizəsinin əslinin deyil, kserosurətinin iş materiallarında olmasını qeyd etmişdir. Hansı ki, həmin hal olmasa belə hesab edir ki, həmin qətnamə qüvvədə qala bilməzdi. Belə ki, sözügedən torpaq sahəsinin onlara verilməsi ilə əlaqədar yuxarıda qeyd etdiklərindən əlavə olaraq bildirmək istəyir ki, Lənkəran rayonunun Lüvəsər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən müraciətinə əsasında onun bələdiyyə arasında alqsatqı barədə akt imzalanması və həmin akta əsasən Lüvəsər kəndi ərazisində 0.08 ha torpaq sahəsinin ona bələdiyyə tərəfindən satılması, həmin torpaq sahəsi ilə əlaqədar müvafiq rüsumun tərəfindən ödənildiyi, eləcə də həyat yoldaşı X12 da bələdiyyəyə müraciət etməsi və Lənkəran rayon Lüvəsər bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə 0,10 ha torpaq sahəsinin alqı-satqı əsasında dəyəri ödənilməklə ona satılması, bu barədə də müvafiq akt tərtib edilməsi, Kadastrda qeydiyyata alınması, həmin torpaq sahəsinin planı, sxemi və ölçüsü barədə müvafiq sənədlərin onlara verilməklə qeyd edilən bələdiyyə sənədləri və Kadastr qeydiyyatının hazırda da qüvvədə olmaqla ləğv edilmədiyindən məhkəmə əleyhlərinə olan həmin qətnaməni qəbul edə bilməzdi. Onu da qeyd etmək istəyir ki, hər hansı bir şəxsə hansısa bir yerdə torpaq sahəsi verilirsə, reyestr idarəsinin məsul şəxsləri tərəfindən həmin torpaq sahəsi ölçülüb verilməli, yerində həmin vətəndaşlara təhkim edilməlidir. Belə olan halda necə ola bilər ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən həmin mübahisəli torpaq sahəsi ölçülüb üçüncü şəxslərə verilərkən, həmin torpaq sahəsi üzərində uzun illərdir ki, tikilmiş və 3 ailəyə məxsus evlərin, digər yardımçı tikililərin olduğunu görmür və yüklü olan torpaq sahəsinə üçüncü şəxslərə çıxarış verilir ki, həmin torpaq sahələri onlara məxsusdur. Bu o deməkdir ki, Reyestr Xidmətinin əməkdaşları heç vaxt gəlib həmin torpaq sahəsinə baxmamış və qiyabi olaraq üçüncü şəxslərə çıxarış vermişlər. Hesab edir ki, ilkin sənədlər olduğu, yəni sözügedən torpaq sahəsini qanuni yollarla dəyəri ödənilməklə alqı-satqı yolu ilə bələdiyyədən aldığı, bu barədə Lənkəran rayonu Lüvəsər bələdiyyəsinin müvafiq aktı və qüvvədə olan qərarı olduğu, eləcə də Kadastrda qeydiyyatdan keçirildiyi halda üçüncü şəxslərə həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq həmin çıxarış verilmişdir. Ona görə də Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 12 nömrəli qərarı ilə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində 0,39 ha torpaq sahəsinin ayrılaraq üçüncü şəxslər, yəni X19, X30, X14, X11, X5 və X15 mülkiyətlərinə verilməsinə dair JN:0166 KOD 80212028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 aprel 2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lənkəran rayon Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarından görünür ki, X6 yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X6 yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı mülkiyyətçi və ya onun etibarlı nümayəndəsi tərəfindən Dövlət rüsumu haqqında Qanunda və Azərbaycan Respublikasının Tarif Şurasının 2021-ci il 04 yanvar tarixli, 2 nömrəli Qərarında nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi təmin edilməli, həmçinin həmin torpaq sahəsinə dair tələb olunan sənədlər tam şəkildə təqdim olunmadığından, habelə faktiki yerində müayinə (çöl ölçmə işləri) aparılmasına şərait yaradılmadığı səbəbdən hazırki müraciətin icrasından qanunamüvafiq olaraq imtina edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 06 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X34 Komissiyasının fəaliyyətinə xitam verildiyindən komissiyanın 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarının ləğv edilməsi şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Odur ki, sizə və həyat yoldaşınıza ayrılmış torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyənləşdirməkdən ötrü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməlisiniz. Mütəxəssislər tərəfindən sənədə əsasən ölçü işləri aparılacaq və bununla bağlı müvafiq qərar qəbul ediləcəkdir. Lənkəran rayon Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarından görünür ki, X16 yaşayış evi tikmək üçün 1000 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X16 yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə X7 1000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. JN:0166, 80212028 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X20, X5, X19, X21, X25 və X8 mülkiyyətinə 0.39 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran rayonu, Lüvəsər kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/1908 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2- 88/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin 03.02 2007-ci il tarixli, 01 saylı qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha və Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin 05 11.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Əmirova (Ramazanova) Minayə Elxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayılmış 0.10 ha (1000 kv.m) həyətyanı torpaq sahələrinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha və Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Əmirova (Ramazanova) Minayə Elxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayılmış 0.10 ha (1000 kv.m) həyətyanı torpaq sahələrinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının olması və məqsədli istifadə növünün kənd təsərrüfatı məhsullarının istehsalı üçün olması müəyyən olmuşdur. Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış və buna görə də faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Əmirova (Ramazanova) Minayə Elxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha (1000 kv.m) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0024 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) 0.0176 ha hissəsinin koordinatlarının JN-165 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Səfərova (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Səfərova (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərinə torpaq islahatı zamanı 0,26 ha torpaq sahəsinin verilməsi və həmin torpaq sahəsinin “Bölgü eskizi” əsasında bölünərək bir hissəsinin digər şəxslərə satılması, hazırda onların mülkiyyətində qalan hissənin ölçüsünün 0.0815 ha olması müəyyən edilmiş) koordinatları ilə üst-üstə düşməsi, 0.0611 ha hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında) X13 mülkiyyətində olan 0,2015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeyd edilən 0,2015 ha torpaq sahəsinin X19 və ailə üzvlərinin JN- 166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətlərində olmuş 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Bölgü eskizi” əsasında bölünən hissəsi olması və həmin 0 2015 ha torpaq sahəsinin X19 tərəfindən xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 müəyyən olunmuş) koordinatları ilə üst-üstə düşməsi və 26 kv.m hissəsinin koordinatlanın isə JN-167 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X31 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Əmirova (Ramazanova) Minayə Elxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha (1000 kv.m) həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) 0.0215 ha hissəsinin koordinatlarının JN-165 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Səfərova (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Səfərrva (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərinə torpaq islahatı zamanı 0,26 ha torpaq sahəsinin verilməsi və həmin torpaq sahəsinin "Bölgü eskizi əsasında bölünərək bir hissəsinin digər şəxslərə satılması, hazırda onların mülkiyyətində qalan hissənin ölçüsünün 0,0815 ha olması müəyyən edilmiş) koordinatları ilə (X16 məxsus fərdi yaşayış evinin 60 kv.m hissəsi bu əraziyə düşür) üst-üstə düşməsi, 0,0748 ha hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında) X13 mülkiyyətində olan 0,2015 ha kend təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeyd edilən 0,2015 ha torpaq sahəsi X19 və ailə üzvlərinin JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olmuş 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Bölgü eskizi” əsasında bölünən hissəsi olması və həmin 0,2015 ha torpaq sahəsi X19 tərəfindən xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 müəyyən olunmuş) koordinatları ilə X16 məxsus fərdi yaşayış evinin 106 kv.m hissəsi bu əraziyə düşür), üst-üstə düşməsi və 41 kv.m kv.m hissəsinin koordinatlarının isə JN-167 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X31 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qəranı ilə iddiaçı X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin (iddia edilen faktiki vəziyyətə əsasən) 0,0611 ha hissəsinin koordinatlarının 4-cü sualın cavabında qeyd olunduğu kimi JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X19 və ailə üzvlərinin mülkiyyətlərində olmuş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2015 ha hisəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd edilen 0,2015 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X19 tərəfindən X2 və hazırda həmin torpaq sahəsinin X13 mülkiyyətində olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı Əmirova (Ramazanova) Minayə Elxan qızına ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki vəziyyətə əsasən) 0,0748 ha hissəsinin koordinatlarının 4-cü sualın cavabında qeyd olunduğu kimi JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X19 və ailə üzvlərinin mülkiyyətlərində olmuş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2015 ha hissəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd edilən 0,2015 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X19 tərəfindən X2 və hazırda həmin torpaq sahəsinin X13 mülkiyyətində olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən X10 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha və Lənkəran rayonu Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Əmirova (Ramazanova) Minayə Elxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha (1000 kv.m) həyətyanı torpaq sahələrinin (iddia edilən faktiki koordinatlarına əsasən) faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Qanunun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. 18 fevral 1995-ci il tarixdə qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanun yerli və rayon aqrar islahat komissiyalarının səlahiyyət bölgüsünü müəyyən etmiş, o cümlədən 7-ci və 8-ci maddələrə əsasən əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü haqqında təkliflərin hazırlanması yerli aqrar islahat komissiyalarının səlahiyyətlərinə aid edilmiş, həmin komissiyaların qərarlarına baxmaq və təsdiq etmək səlahiyyəti isə rayon aqrar islahat komissiyalarına verilmişdir. Başqa sözlə müvafiq ərazi üzrə əhalinin sayı, torpaq payının həcmi və pay alacaq subyektlərin dairəsi yerli aqrar islahat komissiyaları tərəfindən hazırlanır və baxılması və təsdiq edilməsi üçün yuxarı komissiyaya təqdim edirlir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia və etiraz ərizəsini, iş materiallarını və iddianın mümkünlük şərtlərini obyektiv şəkildə araşdıraraq hesab edir ki,iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən olunur ki, Lənkəran rayon Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı və xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktla X6 yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsinin 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü müəyyən etdikdən 3-cü şəxslərin mülkiyyət hüquqlarının yaranmasəna əsas olmuş X34 Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarının ləğvi ilə bağlı Cavabdehnə müraciət etmiş və İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 06 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X34 Komissiyasının fəaliyyətinə xitam verildiyindən komissiyanın 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarının ləğv edilməsi şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək Cavabdehnə qarşı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində 0.39 ha torpaq sahəsinin üçüncü şəxslər X19,X30,X14, X11, X5 və X15 mülkiyyətlərinə verilməsinə dair JN:0166 KOD 80212028 saylı dövlət aktının onlara münasibətdə olan hissəsinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi və digər xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə təyin edilmiş ekspertiza üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/1908 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının olması və məqsədli istifadə növünün kənd təsərrüfatı məhsullarının istehsalı üçün olması, sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış və buna görə də faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamış, həmin torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) 0.0176 ha hissəsinin koordinatlarının JN-165 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Səfərova (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Səfərova (Abbaszadə) Pərvanə Əliağa qızı və ailə üzvlərinin mülkiyyətlərinə torpaq islahatı zamanı 0,26 ha torpaq sahəsinin verilməsi və həmin torpaq sahəsinin “Bölgü eskizi” əsasında bölünərək bir hissəsinin digər şəxslərə satılması, hazırda onların mülkiyyətində qalan hissənin ölçüsünün 0.0815 ha olması müəyyən edilmiş) koordinatları ilə üst-üstə düşməsi, 0.0611 ha hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında) X13 mülkiyyətində olan 0,2015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeyd edilən 0,2015 ha torpaq sahəsinin X19 və ailə üzvlərinin JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətlərində olmuş 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Bölgü eskizi” əsasında bölünən hissəsi olması və həmin 0 2015 ha torpaq sahəsinin X19 tərəfindən xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 müəyyən olunmuş) koordinatları ilə üst-üstə düşməsi və 26 kv.m hissəsinin koordinatlanın isə JN-167 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X31 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuş, həmin torpaq sahəsinin (iddia edilen faktiki vəziyyətə əsasən) 0,0611 ha hissəsinin koordinatlarının 4-cü sualın cavabında qeyd olunduğu kimi JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X19 və ailə üzvlərinin mülkiyyətlərində olmuş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2015 ha hisəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd edilen 0,2015 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X19 tərəfindən X2 və hazırda həmin torpaq sahəsinin X13 mülkiyyətində olması müəyyən olunmuşdur. Beləliklə də, mötəbər sübut əhəmiyyəti daşıyan ekspert rəyi əsasında məhkəmə müəyyən edir ki, iddiaçı X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış və buna görə də faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamış, həmçinin JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X19 və ailə üzvlərinin mülkiyyətlərində olmuş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2015 ha hisəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd edilen 0,2015 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X19 tərəfindən X3 və hazırda həmin torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Məhkəmə işin araşdırılması nəticəsində müəyyən edir ki, JN:0166, 80212028 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X20, X5, X19, X21, X25 və X8 mülkiyyətinə 0.39 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran rayonu, Lüvəsər kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı sözügedən Dövlət Aktının verilməsinə əsas olmuş Komissiyanın qərarını mübahisələndirməlidir ki, sözügedən akt Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli aktın qəbul edilməsindən kifayət qədər uzun müddət keçmişdir və iddiaçının indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməz. Belə ki, inzibati aktın etibarsız hesab edilməsi də özlüyündə həmin aktın mübahisələndirilməsi anlamına gəlir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə tərəfindən iddiaçıya 03 avqust 2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək yuxarıda qeyd olunan mövqeyə uyğun olaraq qanunvericiliyin mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, 3-cü şəxslərə məxsus torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə koordinatlarının mübahisələndirilməsi ilə bağlı hüququ mövcuddur. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-454/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-454/2025
09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver