Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4556/2025 19.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarının ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli **********4547 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə 4000 (dörd min manat) manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bildirir ki, qeyd edilən qərarla razı deyil. Həmin qərar qanuni deyil. Ona yazılmış cərimə düzgün deyil. Cərimənin yazılmasına səbəb olmuş 2 nəfər şəxs onun işçisi olmamışdır. Həmin şəxslər özləri də yoxlama zamanı izahat verərək bildirmişlər ki, onlar İddiaçı işçisi deyil. X5 təcrübəçi kimi orda olub və faktiki olaraq işləməyib. Sadəcə işin gedişatı ilə maraqlanıb. O, onu işə götürəcəyi təqdirdə rəsmi olaraq əmək müqaviləsi bağlayacaqdı. X5 özü də izahatında bunu qeyd edib. Digər şəxs X8 da onun dostu olub. Həmin vaxt şəxsi işi ilə əlaqədar dükanı müvəqqəti tərk etdiyinə görə ona onu qısa müddətə əvəz etməsini xahiş etmişdir. X6 idarəsində işləyir. Başqa yerdə işləyən adam necə həm də onun işçisi ola bilər. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, qərarla razı deyil. Həmçinin qeyd edir ki, həmin yoxlamada ona kassasına görə və sənədsiz mallarına görə 1000 manat və 2052 manat cərimə yazılıblar. O, həmin cərimələri ödəmiş və heç bir narazılığı yoxdur. Əgər o, tam məsuliyyətdən qanunsuz olaraq boyun qaçırsaydı həmin cərimələrlə də razı olmazdı. Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli **********4547 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 15 oktyabr 2025-ci il tarixli 3-21-2-12/2-73980/2025 nömrəli iddia ərizəsinə etiraz ərizəsinə əsasən, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, **********1383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən **********-21001 kodlu “Uşaq X4” adlı obyektdə DVM X7 və DVM X11 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən təsərrüfat obyektində xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Vergi nəzarəti tədbiri zamanı sahibkar İddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə 2 nəfər fiziki şəxsin (X8 (FİN: 1TUGGKC), X5 (FİN:7MP3Q8E)) cəlb edilməsi faktı aşkar edilmişdir. Qeyd olunan işçi X8 öz yazılı izahatında başqa bir müəssisədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsədə, OVN tədbirinin keçirildiyi müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar edilmişdir. Qeyd olunan digər işçi X5 10 gündür ki, həmin təsərrüfat obyektində təcrübəçi satıcı kimi çalışdığını və vergi ödəyicisi ilə həmin müddət ərzində heç bir əmək müqaviləsi bağlanmadığını öz yazılı izahatında qeyd etmişdir. Yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli, DVX seriyalı 007662 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə dair müvafiq izahatlar alınmış, vergi ödəyicisi İddiaçı heç bir üzrlü səbəb göstərmədən barəsində tərtib edilmiş akta imza etməkdən və tanış olmaqdan imtina etmişdir. Əlavə olaraq bildiririk ki, aşkar edilmiş nöqsanlar və əmək müqaviləsi olmayan işçilərin Dövlət Vergi Xidmətinə məxsus kamera ilə video görüntüləri qeydə alınmışdır. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) barəsində Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********4547 nömrəli qərar qəbul edilmiş və 4000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi tədbirləri Operativ vergi nəzarəti yoxlamasının növlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh orqan tərəfindən daxil edilmiş inzibati akt iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli qərarı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşdə olan “SOCAR”ın 18 dekabr 2025-ci il tarixli 14-2-12/2-1520/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi tərəfindən X8 barəsində məlumatların və müvafiq sənədlərin təqdim edilməsi barədə “Qaz İxrac” İdarəsinə ünvanlanmış sorğuya əsasən bildirilir ki, F.X.Nəhmətov xx.xx.2024-cü il tarixindən əmək müqaviləsi əsasında, “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X14 aparatında 4-cü dərəcəli gözətçi peşəsində işləyir. İşdə olan xx.xx.2025-ci il tarixli 25 nömrəli arayışdan görünür ki, X8 “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X17 aparatı bölməsində gözətçi vəzifəsində işləmişdir. İşdə olan 18 iyun 2025-ci il tarixli imtina aktından görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X7 və dövlət vergi müfəttişi X11 bu aktı ondan ötrü tərtib edir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, **********1383 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Şirvan şəhəri,M.Rəsulzadə ünvanında yerləşən "Uşaq X4" adlı təsərrüfat obyektində xx.xx.2025-ci il tarixdə OVN tədbiri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş vergi nəzarəti tədbiri zamanı qeyd olunan ünvanda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 (iki) işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması faktı aşkar edilmişdir. OVN tədbiri zamanı vergi ödəyicisi İddiaçı məxsus “Uşaq X4" adlı təsərrüfat obyektində X8 və X5 əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması müəyyən edildi. Qeyd olunan işçi X8 və vergi ödəyicisi qeyd olunan işçini başqa bir müəssədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsələrdə OVN tədbirinin keçirildiyi müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar edildi Qeyd olunan digər işçi X5 10 gündür ki, həmin təsərrüfat obyektində çalışdığını qeyd etdi və xx.xx.2025-ci il tarixdə sahibkar ilə əmək müqaviləsi bağlanıldı. Vergi ödəyicisi barəsində operativ vergi nəzarətinin nəticəsinə dair xx.xx.2025-ci il tarixdə DVX N5007662 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi İddiaçı barəsində tərtib edilmiş akta imza etməkdən və tanış olmaqdan imtina etdi. Əlavə olaraq bildirilir ki, aşkar edilmiş nöqsanlar və əmək müqaviləsi olmayan işçilər Dövlət Vergi Xidmətinə məxsus kamera ilə video görüntüləri qeydə alınmışdır. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, seriya DVX № 007652 nömrəli aktdan görünür ki, İddiaçı iştirakı ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da “Uşaq aləmi-oyuncaq satışı” mağazasında 2 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı tərəfindən akta imza edilməsindən imtina edilmişdir, bir nüsxəsi götürüldü, lakin aktdan imtina etdi, qərarla tanış oldu, lakin imza etmədi. xx.xx.2025-ci il tarixli, seriya DVX № 007652 nömrəli akta əlavədə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı təqdim edilmişdir: X8, X5. İş materiallarında olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 1 nəfər fiziki şəxsin (işçinin) - X1 yazılı izahatından görünür ki, o, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən İddiaçı məxsus “Uşaq aləmi-oyuncaq satışı” mağazasında 10 gündür ki, təcrübəçi satıcı kimi çalışır. Bu müddət ərzində əmək haqqı almamışdır. Sahibkar ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Həftənin 6cı günü iş günü hesab edilir. İş saatları 09.00-17.00 təşkil edir. İş materiallarında olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 1 nəfər fiziki şəxsin (işçinin) - X3 yazılı izahatından görünür ki, o, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazasının sahibi İddiaçı ilə dost olduğu üçün onun hüzür ilə əlaqədar obyektdə olmadığı müddətdə təqribi 30 dəqiqə o əvəz etmişdir. O, hal-hazırda “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X17 aparatı bölməsində gözətçi vəzifəsində 1 ildir ki, fəaliyyət göstərmişdir. İş materiallarında olan operativ vergi nəzarəti tədbiri nəticəsində İddiaçı izahatı alınmış və onun yazılı izahatından görünür ki, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazası icarə əsasında fəaliyyət göstərmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə saat 10.00-10.30 radələrində obyektdə keçirilən vergi nəzarət tədbiri zamanı dostunun atasının 40 mərasimində iştirak etdiyinə görə obyektdə olmamışdır. Obyektdə olmadığı zamanda dostu X2 xahiş etdi ki, hüzürdə olduğu vaxt obyektə nəzarət etsin. X8 onun işçisi deyil, “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X17 aparatı bölməsində gözətçi işləmişdir, X5 onun sinif yoldaşının qızıdır. xx.xx.2025-ci il tarixdən sınaq üçün onun obyektində işləyir. Bu günədək əmək haqqı verməmişdir, buna görə də X5 ilə əmək müqaviləsi bağlamamışdır. İşini doğrulduğu halda onunla əmək müqaviləsi bağlanacaqdır. İşdə olan xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X7 və dövlət vergi müfəttiş: X11 tərtib edirik bu aktı ondan ötəri ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci tarixli, **********1383 nömrəli qərarına əsasən vergi ödəyicısi İddiaçı Ra c oğlunun (VÖEN: **********) Şirvan şəhəri,M.Rəsulzadə ünvanında yerləşən "Uşaq X4" adlı təsərrüfat obyektində xx.xx.2025-ci il tarixdə OVN tədbiri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş vergi nəzarəti tədbiri zamanı qeyd olunan ünvanda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 (iki) işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması faktı aşkar edilmişdir. OVN tədbiri zamanı vergi ödəyicisi İddiaçı məxsus “Uşaq X4" adlı təsərrüfat obyektində X8 və X5 əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması müəyyən edildi. Qeyd olunan işçi X8 və vergi ödəyicisi qeyd olunan işçini başqa bir müəssədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsələrdə OVN tədbirinin keçi, i ..., müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar ea u, „ olunan digər işçi X5 10 gündür ki, hərnin təsərrüfat cbye-.ıi çalışdığını qeyd etdi və xx.xx.2025-ci il tarixdə sahibkar iiə əmək müqaviləsi bağlanıla. Vergi ödəyicisi barəsində operativ vergi nəzarətinin nəticəsinə dair xx.xx.2025-ci il tarixdə DVX №007662 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi İddiaçı barəsində tərtib edilmiş akta imza etməkdən və tanış olmaqdan imtina etdi. Aşkar edilmiş nöqsanlar vo əmək müqaviləsi olmayan işçilər Dövlət Vergi Xidmətinə məxsus kamera ilə video görüntüləri qeydə alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, İddiaçı Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazası ona məxsusdur, obyektə vergi əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirilməsi və s. barədə etiraz etməmişdir. İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********1383 saylı qərardan görünür ki, İddiaçı məxsus Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazada Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (yoxlanılacaq dövr xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilədək) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan KY252321053 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Operativ Vergi nəzarətinin həyata keçirilməsi barədə məlumat xx.xx.2025-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən **********-21001 kodlu “Uşaq X4” adlı obyektdə “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********1383 saylı qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (yoxlanılacaq dövr xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilədək) operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə xx.xx.2025-ci il tarixli, seriya DVX № 007652 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, **********4547 saylı ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi 5 saylı Ərazi Vergilər İdarəsininxx.xx.2025-ci il tarixli, **********1383 saylı qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı işlətdiyi“Uşaq X4” adlı obyektə operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 2 nəfər fiziki şəxsin, yəni X8 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli, seriya DVX № 007652 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli, **********4547 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarından görünür ki, İddiaçı X1 əmək müqaviləsi olmadan X1 xx.xx.2025-ci il tarixdən sınaq üçün obyektində işləməsi, onu əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etməsi barədə izahat, həmçinin aktda adı olan 2 nəfər şəxslərdən izahat alınması və akta onların imza etməmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Həmçinin iddiaçı R.Əhmədov tərəfindən məhkəməyə təqdim edilmiş X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli əmək müqaviləsində işəgötürənin adı göstərilməmişdir, bundan əlavə isə xx.xx.2025-ci il tarixdə yəni, operativ vergi nəzarəti tədbirinin həyata keçirlidiyi vaxt iddiaçı ilə əmək müqaviləsi bağlayan işçilər (2 nəfər) əmək funksiyalarının icrası üçün nəzərdə tutulmuş iş yerində olmuşdur, işçinin əmək funksiyasının icrasına başlanma tarixinin və vaxtının xx.xx.2025-ci il tarix və saat 11:00 olduğunu və iddiaçının mağazada olmadığını nəzərə alsaq həmin vaxt üçün əmək müqaviləsi bildirişi qeydiyyatdan keçməmiş, yəni işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər işçini işə cəlb etmişdir. Məhkəmə tərəfindən əlavə olaraq bildirilir ki, X3 yazılı izahatında, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazasının sahibi İddiaçı ilə dost olduğu üçün onun hüzür ilə əlaqədar obyektdə olmadığı müddətdə təqribi 30 dəqiqə o əvəz etdiyini, “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X17 aparatı bölməsində gözətçi vəzifəsində işlədiyini bildirmişdir. Cavabdeh orqan tərəfindən isə X3 iddiaçıya məxsus mağazada işçi kimi işləməsi barədə məlumat versə də, cavabdeh orqan tərəfindən bunu təsdiq edən hər hansı məlumat, həmçinin izahatlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan operativ vergi yoxlaması apararkən hazırki qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, vergi orqanının əməkdaşları tərəfindən aktda, pozuntu faktını foto və ya video çəkilişlə qeydə alması barədə məlumat versə də, bunu təsdiq edən məlumatlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan X3 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh adları çəkilən şəxslə əmək müqaviləsi bağlanmadan onların işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə görə işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü madəsinin 5-ci əndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci bəndinə görəəmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci bəndinə görə iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 7-cimaddəsinin 2-ci bəndinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddənin 1-ci bəndinin “h” yarım bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla)əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 47-ci maddəsinin “b” bəndinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci bəndinə görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2-ci bəndinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü bəndinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 49-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən hüquq normalarının təbiətindən görünür ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri tərəflər (işçi ilə işəgötürən) arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Eyni zamanda müəyyən olunur ki, əmək müqaviləsi bu barədə bildirişin qeydiyyata alındığı andan hüquqi qüvvəyə malik olur. Həmçinin qeyd olunan hüquq normaları ilə müəyyən olunur ki, işçinin əmək funksiyalarının icrasına başlanması və qurtarması anı, o cümlədən əmək funksiyalarının icrası yeri əmək müqaviləsi ilə tənzimlənir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı R.Əhmədov tərəfindən iş materiallarına X5 arasında bağlanmış əmək müqaviləsi təqdim edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 2 nəfər fiziki şəxsin (işçinin) yazılı izahatlar təqdim edilmişdir. Təqdim edilmiş X1 izahatından görünür ki, o, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən İddiaçı məxsus “Uşaq aləmi-oyuncaq satışı” mağazasında 10 gündür ki, təcrübəçi satıcı kimi çalışır. Bu müddət ərzində əmək haqqı almamışdır. Sahibkar ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Həftənin 6-cı günü iş günü hesab edilir. İş saatları 09.00-17.00 təşkil edir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, işçinin işə başlamalı olduğu ana kimi iddiaçı (işəgötürən) sözügedən əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmasını təmin etməli idi. Bu hal həmçinin işçinin əmək hüquqlarının (əmək haqqının hesablanması, məzuniyyət hüququnun yaranması və s.) və gələcəkdə pensiya təminatının təmin olunmasına xidmət etmiş olur. Göründüyü kimi, əmək müqaviləsinin qeydiyyatının aparılması (elektron informasiya sisteminə yerləşdirilməsi) işəgötürən kimi iddiaçının bir başa vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəziəfəsini icra etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.1. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.2. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Maddə 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 58.7 və 58.7.2-ci maddələrinə əsasən 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinin zəruri edən faktiki şərtlər mövcud olmuş və həmin faktlar keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində aşkar olunaraq nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Məhz yuxarıda qeyd edilən akta əsasən maliyyə sanksiyasının tətbiqi ilə bağlı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərar qəbul edilmişdir. İşin faktiki haları onu deməyə imkan verir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin digər işçi X3 verdiyi izahatdan və məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, o, “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X17 aparatı bölməsində gözətçi vəzifəsində işləyir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarının həmin hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. AzərbaycanRespublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarı qismən-2000 manat hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia ərizəsi qismən təmin edilsin. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4547 saylı qərarı qismən-“2000 (iki min) manat hissədə” ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-4556/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4556/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver