Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-456/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(120)-1649/2023 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılsın, iddia tələbinə “cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” kimi baxılması qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna 546,7 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən 5.8 ha torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan xidmət” mərkəzində 4Ə-106 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəmə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan xidmət” mərkəzində 4Ə-106 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, 5.8413 ha torpaq sahəsi X1. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəmə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 5.8413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ödənilməmiş 588,31 manat borc məbləği ilə satılması tələb olunan siyahıya alınmış əmlakın (torpaq sahəsinin) 5800 məbləğində qiymətləndirilən dəyəri arasında ciddi uyğunsuzluq vardır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 11-ci və 17-ci maddələrində təsbit olunmuş “qanunçuluq” və “mütənasiblik” prinsipləri, eləcə də Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edir . Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Belə ki, qanunverici bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakın (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.) müəyyən edilmiş ardıcıllıqla siyahıya alına biləcəyini tələb etdiyi halda, vergi orqanının əməkdaşı tərəfindən birbaşa bələdiyyənin əsas gəlir mənbəyini təşkil edən örüş torpaq sahəsi siyahıya alınmışdır. Əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış ünvan 3i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-456/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-456/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver