Məhkəmə qərarları › İş №2-1(120)-4564/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4564/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4564/2025 19.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdehnə qarşı “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Тəsviri hissə: İşin halları İddiaçı X4 Cavabdehnə qarşı “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad şəhər Bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli 08 saylı qərarı ilə ona Ələt-Astara şossesinin kənarında kommersiya məqsədi ilə torpaq sahəsi icarəyə verilmiş və bu Cəlilabad rayon İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuş torpaq sahəsinin yerləşdiyi yer barədə plan-sxem verilmişdir. 01 dekabr 2003-cü il tarixdə isə bələdiyyə ilə aralarında 10 il müddətinə, yəni 2014-cü il kimi 97 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin əlavə şərtlərini özündə əks etdirən 6-cı bəndinin 1-ci hissəsinə əsasən, bu müqavilə açıqlana bilməz və icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə (çıxarış) alındıqdan sonra qüvvəyə minir. Müqavilənin şərtlərini özündə əks etdirən 6-cı bəndinin 1-ci hissəsinə əsasən, bu müqavilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinə dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır. Torpaq sahəsinən təyinatı üzrə istifadə etməyə aşağıdakı məlum səbəblər uzun müddət ona maneçilik yaratmınşır. Belə ki, 2004-cü ilin əvvəllərində həmin torpaq sahəsinin qonşuluğunda Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən və ona məxsus olan fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X2. Danışıqlar zamanı qonşuluqda yerləşən 0,6 ha torpaq sahəsinin də bələdiyyənin qərarı ilə ona məxsus olduğunu və istəsə torpaq sahəsinin ona sata biləcəyini bildirmişdir. X20 pulu olmadığını bildirib bu təklifdən imtina etmişdir. 2004-cü ilin axırında ona məlumat vermişlər ki, Həmin torpaq sahəsində kimsə torpaq işləri aparır. Məsələni araşdırarkən ona məlum olmauş ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 28 fevral 2004-cü il tarixli 30 saylı qanunsuz sərəncamı ilə həmin torpaq sahəsi X12 istifadəsinə verilmiş, Cəlilabad Bələdiyyəsi ilə aralarında 30 noyabr 2004-cü il tarixli 139 saylı qanunsuz icarə müqaviləsi bağlanmışdır. 2004-2014-cü illər ərzində torpaq sahəsinə dair mübahisə məhkəmə qaydasında həll edildiyinə görə torpaq sahəsini təyinatı üzrə istifadə etmək hüququndan və icarə müqaviləsinin müvafiq qaydada qeydiyyata alınmasından məhrum edilmişdir. Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi ilə Cəlilabad rayon İcra Hakimiyyətinin 27 fevral 2004-cü il tarixli 30 saylı sərəncamı və hər iki icarə müqaviləsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli qətnaməsi ilə mübahisə tərəflərinin apellyasiya şikayətləri təmin olunmamış, Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2012-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2011ci il tarixli qətnaməsi X7 ilə Cəlilabad Bələdiyyəsi arasında bağlanmış 01 dekabr 2003cü il tarixli 97 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv olunaraq həmin hissədə yeni apellyasiya baxışına qaytaraılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi 01 dekabr 2003-cü il tarixli 97 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilib həmin hissədə ona qarşı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qərarı ilə X12 və Cəlilabad Bələdiyyəsinin kassasiya şikayətləri təmin olunmamış Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nəhayət 10 il ərzində davam edən mübahisədən sonra icarə müqaviləsi 20 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinə 3437 nömrəsi ilə qeydiyyata alındıqdan sonra etibarlı hesab edilmişdir. Bundan sonra torpaq sahəsi üzərində icarə hüququ DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən qeydə alınaraq ona 15 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmiş və müqavilənin 6-cı bəndinin 1ci hissəsinin şərtinə əsasən həmin müqavilə qüvvəyə minmişdir ki, bu müddət 2023-cü ilin 15 fevral ayında tamam olmuşdur. Həmin torpaq sahəsinin ona satılması barədə Cəlilabad Bələdiyyəsinə rəsmi müraciətlərinə Cəlilabad Bələdiyyəsi tərəfindən 19 dekabr 2014-cü ildə 210 saylı məktubla bildirilmişdir ki, icarə müqaviləsinin müddəti 01 dekabr 2014-cü il tarixdə başa çatmış (halbuki icarə müqaviləsinin şərtinə əsasən həmin müqavilə 15 fevral 2013-cü ildə qeydə lındıqdan sonra 10 il müddətinə qüvvəyə minmiş və bu müddət 15 fevral 2023-cü ildə başa çatmışdır), torpaq sahəsi icarəyə verilməsi üçün hərrac və müsabiqəyə çıxarılması üçün hazırlanır. Məktubla əlaqədar Cəlilabad Bələdiyyəsinə müraciət etsə də ona onsuzda torpaq sənindir deyərək həmin torpaq sahəsinin ona satmaqdan imtina etmişlər. Cəlilabad Bələdiyyəsinə müraciətlərinə imtina edilməsinin səbəbləri sonradan ona aydın olmuşdur. 2023-cü ilin sentyabr ayının axırlarında rayonda yaşayan qohumları həmin torpaq sahəsində məlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə ona məlumat verilmişdir. Araşdırma zamanı müəyyən etmişdir ki, həmin şəxs X12 həyat yoldaşı X9r və ona DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları tanınaraq çıxarış verilmişdir. Mübahisənin məhkəmədə həll olunacağını nəzərə alaraq torpaq sahəsinin X8 mülkiyyətinə verilməsinə əsas olmuş sənədlərin məhkəmə sorğusu ilə məhkəməyə təqdim olunacağını bildirmiş, Cəlilabad Bələdiyyəsi isə ümumiyyətlə cavab verməmişdir. Sənədlərin olmaması səbəbindən məcburiyyət qarşısında məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilkin olaraq Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosessi zamanı Daşınaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilərək 4Ə-1571 nömrə ilə reyestrdə qeydə alınmış AN-İ ******* saylı 17 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli torpaq sahəsi cavabdeh X10 X17 adlı şəxs 6000 manata satmışdır və ona **********81 nömrəli 24 noyabr 2021-ci il tarixli çıxarış verilmişdir. Mübahisənin inzibati məhkəməyə aid olduğundan Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuş və torpağın satılmasına əsas olmuş sənədlərin tələb edilməsi xahiş olunmuşdur. Nəhayət ki, Şirvan İnzibati Məhkəməsinin sorğusu əsasında təqdim olunmuş torpağın satılmasına əsas olmuş Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Cəlilabad şəhər Bələdiyyəsi qanunvericiliyi pozmaqla mülkiyyətində olan torpaq sahəsini dövriyyədən çıxarmaq üçün təkrar öz adına özəlləşdirilmiş və torpaq sahəsinin açıq hərracda və müsabiqəyə çıxarmadan satmışdır. Mübahisəli torpaq sahəsinə dair aralarında olan icarə müqaviləsi pozulmamış, torpaq üzərində icarə hüquqlarının qeydiyyata alınması barədə çıxarış və torpaq sahəsinin ölçü planı ləğv olunmamış, torpaq sahəsinin satılması barədə ona məlumat verilməmiş, üstünlük hüququ olmasına baxmayaraq torpaq sahəsi ona təklif edilməmiş, torpaq sahəsi açıq hərracdan və müsabiqədən kənar satılmışdır. Həmin sənəd ona 5 iyun 2025-ci il tarixdə məhkəmə tərəfindən təqdim olunmuş və yeni iddia ilə məhkəməyə müraciət etmək məqsədi ilə ərizəsini geri götürmüşdür. Hesab edir ki, Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarı qanunsuz qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Cəlilabad rayon Dövlət Arxivinin 3-48-12-RA/2-519/20025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 12 saylı iclas protokoluna tərəflərindən baxıldı lakin X4 adına verilmiş torpaq sahəsi barədə heç bir məlumat aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-7612/2025 nömrəli, 3 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, **********10 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin, həmin torpaq sahəsinin X8 mülkiyyətinə verilməsinə dair **********81 reyestr nömrəli, 24 noyabr 2021-ci il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin və sözügedən torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpağın yerləşmə sxemi, yerquruluşu xəritəsi və.s) sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində X8 adına qeydə alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, 17 noyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 0,06 ha torpaq sahəsini X10 6000 manata satmışdır. İş materiallarında olan Torpaq shəsinin icarəyə verilməsi haqqında 01 dekabr 2003cü il tarixli, 97 nömrəli Müqaviləsinin surətindən görünür ki, X5 ilə X7 arasında Cəlilabad Bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli, 08 saylı qərarı əsasında 600 kv.m olan torpaq sahəsini kommersiya üçün icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində X13 adına qeydə alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, 17 noyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 0,06 ha torpaq sahəsini X10 6000 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin adına qeydə alınmışdır. İş materiallarında olan 31 iyul 2003-cü il tarixli 08 saylı iclas protokolundan Çıxarışın surətindən görünür ki, Cəlilabad şəhər sakini X1 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, ona Bələdiyyə torpaqlarından 600 kv.m torpaq sahəsinin kommersiya xidməti məqsədilə icarəyə verilməsini xahiş etmişdir. X6 icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin plan-xəritəsi hazırlanaraq Cəlilabad RİH-nin memarı tərəfindən təsdiq olunmuşdur. Cəlilabad Bələdiyyəsi öz iclasında X4 müraciətinə baxmış və ona Cəlilabad Bələdiyyəsi tərəfindən kənd təsərrüfatına şərti yararlı hissəsindən kommersiya xidməti məqsədilə 600 kv.m torpaq sahəsinin icarəyə verilməsini məqsədə müvafiq bilmişdir. İş materiallarında olan A seriyalı, 168986 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən, Cəlilabad bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli 08 saylı qərarı ilə icarəyə ayrılan 600 kv.m torpaq sahəsi kommersiya xidməti üçün X4 adına tərtib olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon İH-nin Memarlıq və Tikinti şöbəsinin Rəyinin surətindən görünür ki, bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 600 kv.m və ya 0,06 hektar torpaq sahəsi Cəlilabad Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla bələdiyyənin ərazisinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi mühafizə zonasında yerləşmir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. Yüklülüyün müddəti xx.xx.2003-cü il tarixdən, xx.xx.2014-cü ilədək (11 (on bir) il) qeyd edilmişdir. İş materiallarında olan Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin 210 nömrəli 19 dekabr 2014-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçıya Cəlilabad bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli 08 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötəri icarəyə verilmişdir. Onunla bağlanılmış həmin torpaq sahəsindən istifadəyə dair 01 dekabr 2003-cü il tarixli 97 saylı icarə müqaviləsinin müddəti 01 dekabr 2014-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtarıldıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində müliyyət, istifadə və ya icarə hüququna xitam verilir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Qanunun 9-cu bölməsinə əsasən icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Əvvəllər iddiaçının istifadəsində olmuş və Cəlilabad bələdiyyəsinin mülkiyyətinə aid olan 600 kv.m torpaq sahəsi mövcud qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verilməsi üçün hərrac və ya müsabiqəyə çıxarılmasından ötəri prosedur qaydalarına əsasən lazımi sənədləşmə işləri aparılır. İddiaçı həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə keçiriləcək hərrac və ya müsabiqədə iştirak edərək qalib gəldikdən sonra onunla həmin torpaq sahəsindən istifadəyə dair icarə müqaviləsi qanunamüvafiq qaydada bağlanıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-401/2-Ə- 0189-35 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı 19 sentyabr 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkalət edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin maddənin 5.2-ci bəndində göstərilir ki, dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Yuxarıda qeyd olunan qanuni əsaslara görə ərizədə qeyd edilən tələbin icrası mümkün deyildir. Daşınmaz əmlakın sənədlərinin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı Məhkəmə sorğusu 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi daxil olduqdan sonra sənədlər Məhkəməyə təqdim ediləcəkdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)1378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh Cəlilabad bələdiyyəsinə qarşı ”bələdiyyə qərarının, hərracın nəticələrinin, alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X4 iddiası mümkün sayılmamalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı X7 Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Qərarın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün iddiaçının müraciət etdiyi müəyyən ediləcəyi halda isə məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, ilk növbədə, mübahisələndirilən inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) iddiaçının istifadə edib-etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə edib etmədiyini aydınlaşdırmalı, istifadə etmədiyi müəyyən ediləcəyi təqdirdə İnzibati icraat haqqında Qanunun 68.2.2-ci maddəsinin tələbi baxımından mübahisəyə hüquqi münasibət bildirməlidir. Burada işin əsas diqqət edilməli halı hüquq münasibətlərinin yarandığı zaman torpaq sahəsinin 11 (on bir) il müddətinə icarəyə verilməsinin qanunla yol verilməsi, icarə müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən sonra iddiaçının bələdiyəyə müraciət etməsi aydınlaşdırılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, 31 iyul 2003-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Cəlilabad şəhər sakini X1 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, ona Bələdiyyə torpaqlarından 600 kv.m torpaq sahəsinin kommersiya xidməti məqsədilə icarəyə verilməsi qərara alınmış, həmin müqavilənin müddəti 11 (on bir) il nəzərədə tutulmuşdur. İddiaçı ilə bağlanmış müqavilə müddəti xx.xx.2014-cü ildə bitmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh Cəlilabad Bələdiyyəsi tərəfindən qəbul edilmiş 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının mahiyyəti xx.xx.2014-cü il tarixdə müddəti bitmiş müqaviləni ləğv etməkdən ibarət olmamış, həmin qərarın hüquqi qüvvəsi icarə müqaviləsinin müddəti başa çatmış, həmin vaxtdan xx.xx.2003-cü il tarixli qərar faktiki qüvvədən düşmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli, 12 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Cəlilabad Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi Cəlilabad bələdiyyəsinin mülkiyyəti olaraq reysterdə müvafiq qeyd aparılmaq çıxarışın verilməsinə aid olmuşdur. Hazırda iddiaçının mübahisələndirdiyi iclas protokolunun 27 noyabr 2015-ci il tarixli, 12 saylı qərarı məhəkəmə tərəfindən ləğv edildiləcəyi halda iddiaçının hüquqi marağı bərpa olunmayacaqdır. Torpaq sahəsi Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xüsusi mülkiyyətində olmuş, 11 (on bir) il müddətinə iddiaçıya icarəyə verilmişdir. İcra müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Məcburetmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə iddia ərizəsininin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, X7 mübahisələndirdiyi Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərardan məlumatlı olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı həmin qərardan 2015-ci il tarixdən məlumatlı olmasını, bundan başqa iddia ərizəsinin məzmununda qeyd edir ki, 2023-cü ilin sentyabr ayının axırlarında rayonda yaşayan qohumları həmin torpaq sahəsində məlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə ona məlumat veridiyini qeyd etmişdir. Bundan başqa Şirvan İnzibati Məhkəməsinin 2-1(120)1378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh Cəlilabad bələdiyyəsinə qarşı “bələdiyyə qərarının, hərracın nəticələrinin, alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2025-cü il tarixdə geri götürülsədə, iddiaçı X7 Cavabdehnə qarşı “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə yeni iddia ərizəsini xx.xx.2025-ci il tarixdə poçta təqdim edilməklə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı mübahisələndirilən qərardan məlumatlı olduğu müəyyən olunur, bu zaman iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Məhkəmə qeyd edir ki, iddiaçı 2-1(120)1378/2025 nömrəli inzibati iş üzrə iddia tələbini dəqiqləşdirmək əvəzinə iddia tələbindən imtina etmiş, iş üzrə icraata xitma verildikdən 47 ( qırx yeddi) gün keçidkdən sonra mübahisələndirmə haqqında iddia növünə aid yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir” Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2028-c il tarixli 2-1(120)- 4564/2025 saylı məktublarla və xx.xx.2025 -ci il tarixli məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X7 Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, subyektiv hüququ olmamamış və bununla yanaşı mübahisənlədirmə növünə aid qanunvericilikdə nəzərədə tutulmuş 30 (otuz) günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 Cavabdehnə qarşı “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə qərarı iddiaçıya məlum olmuş və onu məhkəmə qaydasında mübahisələndirmişdir. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı X4 Cavabdehnə qarşı “Cəlilabad Bələdiyyəsinin 27 noyabr 2015-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar