Məhkəmə qərarları › İş №2-1(120)-457/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-457/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-457/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X12, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi (dayandırılmış) əlilliyə görə ödənilməyən 1600 manat məbləğində müavinət ödənilməsi barədə iddia tələbinə dair inzibati işə Masallı şəhəri, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi (dayandırılmış) əlilliyə görə ödənilməyən 1600 manat məbləğində müavinət ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdeh sırasından çıxarılması və 2 saylı X1 cavabdeh qismində tanınmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-457/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə ödənilməyən 1600 manat müavinətin ödənilməsi” tələbi bаrədə iddia ərizəsi iddiaçı və iddia tələbi olduğu kimi saxlanılsın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu cavabdeh sırasından çıxarılması, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 cavabdeh qismində tanınması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı xx.xx.2011-ci ildə anadan olmuş və anadan gəlmə xəstə olduğu üçün onun “sinir- psixi inkişafı ləng ’’olmuşdur. O zaman həkimlərin məsləhəti ilə onun müəyyən yaş həddinə çatana qədər daimi ona nəzarət edilməsi məsləhət görülmüş və daimi olaraq müalicəsi aparılmışdır. Sonradan uşaq 6 saylı X8 müalicə almış və ona qoyulmuş diaqnoz Psixomotor inkişafdan geriliyi, Uşaq anlamamış, xaotik əl hərəkətləri vardır, Ətrafa reaksiyası adekvat deyildir, qavraması yoxdur, baxışı aydın deyildir, yersiz gülür, danışmır, özünə qulluq bacarığı yoxdur. xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi Bakı şəhəri İcra Hakimiyyəti nəzdində olan Bakı şəhəri Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasında müalicə almışdır. “İnkişaf etaplarının ləngiməsi qavrama və dərketmə funksiyasının geriliyi, baş beyin assosiativ ələqalərinin inkişaf geriliyi, nitqin qusuru”, xəstə 2 yaş yarımında yeriməyə başlayıb, danışmayıbdır”. Ona görə də o zaman, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında Dövlət 'Tibbi Sosial Ekspertiza və Realibitasiya Xidmətinin 2013-cü il tarixində X5 ömürlük əlil hesab olunması qərara alınmışdır. Həmin vaxtı uşağın əlilliyi ilə əlaqədar müavinət təyin edilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından güya uşağın yenidən müayinədən keçməsi adı ilə ödənilən müavinət əsasız olaraq və bizə heç bir məlumat vermədən dayandırılmışdır. O zaman bir neçə Aydan sonra uşağa ödənilən müavinətin dayandırılmasının səbəbini soruşduqda, onlara bildirilmişdir ki, Əmək və əhalini Sosial Müdafiəsi Nazirliyini göstərişi ilə dayandırılmışdır. Etiraz olunduqdan sonra, Xidmətin əməkdaşları uşağın təkrar müayinə və müalicə aldıqdan sonra bu məsələyə yenidən baxılacağını bildirmişlər. Bununla əlaqədar 2020-ci ilin sentyabr ayında İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrinnin İdarəetmə X19 Xəstəxanasında müayinə olunmuş və müalicə alması üçün Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. 2020-ci ilin oktyabr ayında X2 müalicə olunmuş və ona “Orta dərəcəli əqli gerilik, F71.1, Anlaşılmaz nitq F80.1” diaqnozu qoyulmuşdur. 2020-ci ilin fevral ayında 6 saylı X11 müalicə almış və övladıma qoyulmuş ilkin diaqnozu təsdiq edilmişdir. Belə olan halda o, təkrar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Xidmətinə (Agentliyinə) müraciət edərək qızımın əlilliyinin bərpa edilməsi və ona ödənilən müavinətin davam etdirilməsi və ödənilməyən müddətə görə müavinətlərin ödənilməsini tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Xidməti (Agentliyi) yenə də süni sürətdə uşağın əlilliyin bərpa edilməsi ləngitmişlər. Belə olan halda xəstə uşağı Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Xidmətinə gətirmişlər və onun vəziyyətinin rnüayinə edilməsini tələb etmişlər. O zaman Xidmətin Komissiyası uşağa baxdıqda onun əlilliyinin səhv dayandırıldığını və tezliklə bərpa ediləcəyini qeyd etmişlər. X7 müavinət ömürlük təyin olunmuşdur. Sonradan müavinətin formal əsaslarla, lakin qanunda göstərilmiş hallar nəzərə alınmadan dayandırılması qanunsuzdur. Ona görə 8 ay müddətinə onun müavinətinin ödənilməməsi əsasızdır və həmin müddət üçün müavinət ödənişləri ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 2, 32, 33-cü maddələrini rəhbər tutaraq X9 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi (dayandırılmış) əlilliyə görə ödənilməyən 1600 manat məbləğində müavinətin ödənilməsinin təmin edilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Lakin ona cavab verilməmişdir. Daha sonra məhkəməyə müraciət etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubundan görünür ki, iddiaçı Ə.E.Kazımova iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Kazımlı Fatimə Elçin qızının əlilliyinə görə 200 manat məbləğində sosial müavinət alır. Həmin müavinət 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayınadək əlilliyə görə ödənilməmişdir. Cavabdeh orqana dəfələrlə müraciət etsə də müsbət cavab almamışdır. Bu səbəbdən ödənilməmiş 1600 manat müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya övladı F.Kazımlının sağlamlıq imkanları məhdudluğu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional (keçmiş 8 saylı regional ərazi) filialı tərəfindən xx.xx.2013cü il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi sosial müavinət təyin edilmişdir.Əlillik müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün müavinətin ödənişi xx.xx.2020ci il tarixdən dayandırılmışdır. xx.xx.2021 -ci il tarixdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Kazımlı Fatimə Elçin qızına təkrar əlillik təyin edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən avtomatlaşdırılmış qaydada ona xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət və anası İddiaçı ona qulluq etməyə görə Prezident təqaüdü təyin olunmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi- sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbisosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının qızı F.Kazımlının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021-ci il tarixdə müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq sosial müavinət və prezident təqaüdü hesablanaraq ödənilməkdədir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, sağlamlıq imkanlarının məhdudluğu barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən sosial ödənişləri alması üçün əsasdır. İddaçının 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayınadək əlilliyə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1 -ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanun 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etira edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış ərizəsindən və ona əlavə olunmuş poçt qəbzindən görünür ki, iddiaçı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci il iyun ayına kimi dayandılaraq ödənilməyən müavinətin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən müraciətə münasibət bildirilməmişdir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Kazımlı Fatimə Elçin qızının sağlamlıq imkanları məhdudluğunun təyinat tarixi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, Fatimə Kazımlının xx.xx.2021-ci il tarixdən (üç) il müddətinə (xx.xx.2024-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir.Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. İşdə olan Masallı rayon X6 Məsləhət komissiyasının xx.xx.2021-ci il tarixli Fatimə Kazımlı Elçin qızına verilmiş məktubdan görünür ki, Fatimə Kazımlı Elçin qızı "Masallı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi-nin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin 8 saylı Regional ərazi filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********0 saylı məktubundan görünür ki, Masallı rayonu Həsənli kənd sakini xx.xx.2011-ci il təvəllüdlü Kazımlı Fatimə Elçin qızına xx.xx.2013-cü il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi sosial müavinət təyin edilmişdir. Əlillik müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün müavinətin ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Kazımlı Fatimə Elçin qızına təkrar əlillik təyin edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən avtomatlaşdırılmış qaydada ona xx.xx.2021-ci il tarixdən 01,06.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət və anası İddiaçı ona qulluq etməyə görə Prezident təqaüdü təyin olunmuşdur. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, Kazımlı Fatimə Elçin qızının sağlamlıq imkanlarının məhdudluğu Masallı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2013-cü il tarixində ilkin olaraq qiymətləndirilmiş və 2 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar verilmişdir. Növbəti dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAFG7 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixində təkrar olaraq qiymətləndirilmiş və 2 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar verilmişdir. Təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2017-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 3 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) uzadılmışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAUUW nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış müalicəyə ehtiyacı olduğundan sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAWKP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış psixiatriya müəssisəsindən müayinəsi və tibbi rəyi olmadığından sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. F.Kazımlı xx.xx.2021-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq F.Kazımlıya xx.xx.2021-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilmişdir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Fatimə Kazımlının sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra - SİM) Masallı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ilkin olaraq Tibbi-sosial ekspert komissiyasında (bundan sonra - TSEK) xx.xx.2013-cü ildə qiymətləndirilmiş (Diaqnoz: İnkişaf etaplarının ləngiməsi, qavrama və dərketmə funksiyasının geriliyi. Baş beynin assosiatik əlaqələrinin inkişaf geriliyi, nitqin qüsuru) və iki il müddətinə təyinat aparılmışdır. Növbəti dəfə şəxsin SİM vəziyyəti xx.xx.2015-ci ildə təkrar qiymətləndirilmiş və iki il müddətinə (növbəti müayinə tarixi - xx.xx.2017-ci il) F.Kazımlı SİM uşaq hesab olunmuşdur. Bundan sonra F.Kazımlının sağlamlıq imkanları məhdudluğu eyni diaqnozla xx.xx.2017- ci il tarixindən “Əlillik” altsistemi tərəfindən üç il müddətinə (növbəti müayinə tarixi - xx.xx.2020- ci il) uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. F.Kazımlının SİM vəziyyəti “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAUUW nömrəli göndərişi əsasında (Diaqnoz: Orta dərəcəli əqli gerilik. Ekspressiv nitq pozuntusu, anlaşılmaz nitq) TSEK tərəfindən xx.xx.2020-ci ildə elektron qiymətləndirilmiş və 2013-cü ildən sonra müalicə kursu keçmədiyindən, “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Sonuncu dəfə F.Kazımlının SİM vəziyyətinə dövlət səhiyyə müəssisəsinin 0286003AAWKP nömrəli göndərişinə uyğun olaraq xx.xx.2021-ci il tarixində TSEK-də elektron baxılmış (Diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik) və “Əlavə müalicəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın anasının müraciəti əsasında 2011-ci il təvəllüdlü X14 ixtisaslaşmış Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinəyə cəlb edilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq həmin tarixdən, yəni xx.xx.2021-ci ildən etibarən (növbəti müayinə tarixi xx.xx.2024-cü il) F.Kazımlı üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab olunmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7. bəndinə uyğun olaraq, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab olunur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı (Masallı rayonu, № 901395) müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2013-cü ildə ilkin qiymətləndirilmiş və 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq (Diaqnoz: İnkişaf etaplarının ləngiməsi, qavrama və dərketmə funksiyasının geriliyi. Baş beyin assosiatik əlaqələrinin inkişaf geriliyi, nitqin qüsuru) hesab edilməsi barədə qərar verilmişdir. Sonuncu dəfə F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən 3 il müddətinə (Diaqnoz: Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) müvafiq təyinat aparılmışdır. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarının 3cü maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsin əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyqun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, müavinətlərin təyin edilməsi müddəti əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının qızı X7 F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2013-cü ildə ilkin qiymətləndirilmiş və 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq (Diaqnoz: İnkişaf etaplarının ləngiməsi, qavrama və dərketmə funksiyasının geriliyi. Baş beyin assosiatik əlaqələrinin inkişaf geriliyi, nitqin qüsuru) hesab edilməsi barədə qərar verilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAWKP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış psixiatriya müəssisəsindən müayinəsi və tibbi rəyi olmadığından sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. Sonuncu dəfə F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən 3 il müddətinə müvafiq təyinat aparılmışdır. İddiaçı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci il iyun ayına kimi dayandılaraq ödənilməyən müavinətin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Belə ki, iddiaçının qızı X7 F.Kazımovaya xx.xx.2020-ci il tarixdə “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAUUW nömrəli göndərişi əsasında qiymətləndirmə əsasında ixtisaslaşmış müalicəyə ehtiyacı olduğundan sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0286003AAWKP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış psixiatriya müəssisəsindən müayinəsi və tibbi rəyi olmadığından sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. F.Kazımlı xx.xx.2021-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq F.Kazımlıya xx.xx.2021-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına görə əlilliyə görə sosial müavinətəlillik müddətinə təyin edilir. Yəni, 2020-ci ilin oktyabr ayından xx.xx.2021-ci ilədək iddiaçının qızı F.Kazımova əlil hesab edilmədiyi üçün ona müavinət verilməsi mümkün deyil. Həmçinin məhkəmə tərəfindən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2011-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbli əlaqəsi ilə ona daha əvvəl yəni xx.xx.2013-cü tarixdə təyin edilmiş əlilliyin səbəbli əlaqəsi (diaqnozu) ilə eyni olub-olmaması barədə məlumat verilməsi barədə sorğu göndərilmiş və F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğunun xx.xx.2013-cü ildə ilkin qiymətləndirilməsi və 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq (Diaqnoz: İnkişaf etaplarının ləngiməsi, qavrama və dərketmə funksiyasının geriliyi. Baş beyin assosiatik əlaqələrinin inkişaf geriliyi, nitqin qüsuru) hesab edilməsi barədə qərar verilməsi, sonuncu dəfə F.Kazımovanın sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi və xx.xx.2021-ci ildən 3 il müddətinə (Diaqnoz: Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) müvafiq təyinat aparılması göstərilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbli əlaqəsi ilə ona daha əvvəl yəni xx.xx.2013-cü tarixdə təyin edilmiş əlilliyin səbəbli əlaqəsi (diaqnozu) eyni olub-olmamışdır. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi (dayandırılmış) əlilliyə görə ödənilməyən 1600 manat məbləğində müavinət ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qızı X7 təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi (dayandırılmış) əlilliyə görə ödənilməyən 1600 manat məbləğində müavinət ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar