Məhkəmə qərarları › İş №2-1(120)-4576/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4576/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4576/2025 23.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiаçı İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrlərin ödənilməmiş pensiya məbləğinin və xx.xx.2022-ci il tarixdən hal-hazıradək yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrlərin ödənilməmiş pensiya məbləğinin və xx.xx.2022-ci il tarixdən hal-hazıradək yaranmış fərqin ödənilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdə, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-C-76507/2024 №-li məktub göndərilərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi qeyd edilmişdir. Halbuki, o, cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdə, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda niyə görə ona 57 yaşdan deyil, 60 yaşdan olmaqla 311,26 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/Ə-C-132364/2024 №-li imtina məktubunda, Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək sizin ümumi iş stajınız 25 ildən az (24 il 05 ay 19 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. O, iddiaçı yuxarıda qeyd edilənlərə əsasən cavabdehin imtinasından narazı qaldığı üçün sosial təminat hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsinə söykənərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. İşdə olan Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-203727/2025 nömrəli iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi filiala müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi filialda baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-C- 132364/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək persiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikcə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8-cı maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq sürətcə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olar və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az: xx.xx.1978-xx.xx.1980-cı il; xx.xx.1980-xx.xx.1982-ci il; xx.xx.1983-xx.xx.1984-cü il; xx.xx.1984-xx.xx.1985-ci il; xx.xx.1986-xx.xx.1987-ci il; xx.xx.1988-xx.xx.1988-ci il; xx.xx.1988-xx.xx.1988-ci il; xx.xx.1988-xx.xx.1988-ci il; xx.xx.1989-xx.xx.1995-ci il; xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər nəzərə alınmaqla 24 il 5 ay 19 gün təşkil etmişdir. İddiaçıya Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 3 aprel 2024-cü il tarixində 311.36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququ yarandığı 10 avqust 2022-ci il tarixindən hesablanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-4576/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iddia tələbi üzrə bildirmişdir ki, cavabdeh orqan tərəfindən əvvəlki verilmiş imtina məktubu üzrə iddiaçının 25 il sosial siğorta stajının mövcud olmadığını bildirmişdir, lakin hazırda 25 il sosial siğorta stajının olmasını, belə ki xidməti məruzə məktubuna əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 il 4 ay 7 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və kolxozda işlədiyi 1 il 318 gün)), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 8 ay 29 gün (xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyini qeyd etmişdir. Belə ki, iddiaçının xx.xx.1989-cu ildən (Əmr №108-л, xx.xx.1989-cu il) “Azenerji” X1-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexi) xx.xx.1995-ci ilədək (“Azenerji” X1-Təmir müəssisəsində hörgüçü vəzifəsində işlədiyi dövr cavabdeh orqan tərəfindən güzəştli iş stajı olaraq qəbul edilmir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, hal-hazırda yaşa görə əmək pensiyası alır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajnın və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Cavabdeh orqan ilk öncə iddiaçının müraciətindən imtina edərək, onun 57 yaşdan yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajnın olmamasını əsas gətirmişdir. Ən son məhkəmə iclasında cavabdeh orqan tərəfindən iddiaçının 25 il ümumi iş stajının mövcud olduğunu, lakin 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. -İşdə olan (İT-İ seriyalı 1312749, xx.xx.1983-cü il tarixli) əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2021-ci ilədək mütəxlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-132364/2024 nömrəli iş materialına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 may 2024-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. 3 aprel 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən 311,36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 10 avqust 2022-ci il tarixindən hesablanmışdır. Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-cı il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq. 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (24 il 5 ay 19 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. -İşdə olan “X9 Stansiyası”MMC-nin xx.xx.2009-cu il tarixli 263-y nömrəli əmrinə əsasən, istilik izolyasiya və hörgü sexinin 6-cı dərəcəli hörgüçüsünün əmək müqaviləsinə xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. -İşdə olan “X9 Stansiyası”MMC-nin xx.xx.2024-cü il tarixli 206/17-xx/xx-2024 nömrəli arayışına əsasən, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə kimi “Azərenerjiistilikizolyasiya” İM-nin Əli Bayramlı sahəsində hörgüçü işləmişdir. xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə kimi “X9 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində hörgüçü işləmişdir. xx.xx.2001-ci ildən (əmr№ 26/54-n. xx.xx.2001 -ci il) xx.xx.2009-cu ilə kimı(əmr№ 263-y. 31.08 2009-cu il) '”X10 Stansiyası"MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində hörgüçü (odadavamlı materiallarla işləyənlər) işləmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı14(on dörd) il 5(beş) ay, 1 (bir) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması,səs-küyün normadan artıq olması, zərərli odadavamlı materiallarla(şamot kərpici, azbes, şüşə döşəkcə, maye şüşə və s.) işləməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində odadavamlı materiallarla işləyənlər (hörgüçülər) bəndinin xüsusiyyətləri ile eyni olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd: Hörguçulər odadavamlı materiallarla (rus dilində obmurovşık) bu vəzifədə çalışarkən yüksək temperaturlara məruz qalan qazan qurğusunun sobanın buxar qazanı və s ətraf mühitdən izolyasiya edilərək istilik itkisini azaltmaq (bu qazan qurğusunun faydalı ış əmsalını artırır), yanmış qazların axınına istənilən istiqamət vermək, xarici havanın qazan qaz kanallarına daxıi olmasının qarşısını almaq və s məqsədlər uçun həmin qurğuların daxilinə odadavamlı kərpiclə (samot kərpici ilə izolsolyasiya qatı hörürlər. Həmin hörgü işləri qeyd edilən qurğuların daxilində həyata keçirilir. Bu vəzifədə çalışarkən ona ağır və zərərli ış şəraitinə gorə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyul 1993-cu ıl tarixli 373 saylı Qərarına əsəsən "Şərəf Nışanı” ordenlı llıç adına X13 Rayon Eiektrık Stansiyasının adı dəyişilərək X13 Rayon Elektrik Stansiyası adlandırılmışdı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş Azərenerjı ASC-nın 05 yanvar 2006-cı ıl tarixli. AU/002 saylı əmrinə əsasən X13 Rayon Elektrik Stansiyasının adı dəyişilərək X3 X2 Cəmiyyəti adlandırılmışdır. “Azərenerji' Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş Azərenerjı ASC-nın 14 may 2008-cı il tarixli AÜ/117 saylı əmrinə əsasən Əli X7 Stansiyası" Məhdud Məsuliyyəti Cəmiyyətinin adı dəyişilərək X10 X2 Cəmiyyəti adlandırılmışdır. -İşdə olan xx.xx.2023-cü il tarixli 01-PH/590 nömrəli İşin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu ildə (Əmr №108-л, xx.xx.1989-cu il) “Azenerji” X1-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə hörgüçü peşəsinə qəbul edilib və xx.xx.1995-ci ildə (Əmr №19-ш, xx.xx.1995-ci il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci maddəsinə əsasən “Azərenerjiistilikizolyasiya” müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2009-cu ildə (əmr №-01/17-kş, xx.xx.2009-cu il) "xxxx"ASCnin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin İstilik İzolyasiya və Hörgü sexinə hörgüçü peşəsinə işə qəbul edilib və xx.xx.2012-ci ildə (əmr №130/17-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş dünü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslin “a” “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığına yerində təmirini yerinə yetirən “a” fəhlələr bəndinə əsasən odadavamlı materiallarla işləyən hürgüçülərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmçinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №li Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nın 2 nömrəli siyahısının 2140000a —15416 saylı şifrəsinə əsasən odadavamlı materiallarla işləyən (Qeyd: Qazanxana vo turbinlərdə yaranan yüksək tempraturdan ətrafı mühafizə etmək üçün qoruyucu təbəqə kimi odadavamlı materiallardan istifadə etməklə hörgüsünü və təmir işlərini hörgüçülər yerinə yetirir) hörgiiçülərin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 08 il, 08 ay, 28 gün təşkil edir. “Azbaşenerji” nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx"MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC “Azərenerjixüsusitəmirsazlama “ MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. Arayış, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. -İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-ph/387 nömrəli məktubuna əsasən, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu ildə (Əmr №108-л, xx.xx.1989-cu il) “Azenerji" X1-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə hörgüçü peşəsinə qəbul edilib və xx.xx.1995-ci ildə (Əmr №19-ш, xx.xx.1995-ci il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci maddəsinə əsasən (başqa nüəssisəyə keçməsi ilə əlaqədar) işdən azad edilmişdir. xx.xx.2009-cu ildə (əmr №-01/17-kş, xx.xx.2009-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Qazan Turbin və Köməkçi Avadanlıqların təmiri (Şirvan) sahəsinin İstilik İzolyasiya və Hörgü sexinə hörgüçü peşəsinə işə qəbul edilib və xx.xx.2012-ci ildə (əmr №130/17-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun və havada normadan yuxarı zərərli maddələrin artıq olması səbəbindən, ona 12% əmək haqqına ödəniş və məzuniyyətinə əlavə 6 təqvim günü verilmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarının 24-cü fəslin "a" "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığına yerində təmirini yerinə yetirən “a” fəhlələr bəndinə əsasən odadavamlı materiallarla işləyən hürgüçülərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmçinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cii il tarixli 320 №li Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2 nömrəli siyahısının 2140000a-15416 saylı şitrəsinə əsasən odadavamlı materiallarla işləyən (Qeyd: Qazanxana və turbinlərdə yaranan yüksək tempraturdan ətrafı mühafizə etmək üçün qoruyucu təbəqə kimi odadavamlı materiallardan istifadə edərək hörgünü və müvafiq yerlərin təmirini hörgüçülər yerinə yetirirdilər) hörgüçülərin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 09 il, 02 ay, 28 gün təşkil edir. İşdə olan “X9 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli 20/206-xx/xx-2025 nömrəli məktubuna əsasən, "xxxx"ASC,“X9 Stansiyası” MMC-yə ünvanladığı İddiaçı barədə xx.xx.2025-ci il tarixli, İş № 2-1 (120)-4576/2025 saylı məktubuna baxılmışdır. Belə ki, İddiaçı zərərli işdə işləməsi barədə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair, arxiv sənədləri əsasında xx.xx.2024-cü il tarixli 206/17- xx/xx-2024-cü il nömrəli arayış verilmişdir. Arayışdan göründüyü kimi, o, işlədiyi peşə üzrə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququna malikdir. İddiaçı işlədiyi hörgüçü(rusca obmurovşik)vəzifəsinin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri:blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması,səs-küyün normadan artıq olması, zərərli odadavamlı materialla(şamot kərpici, azbes və s.) işləməsindən ibarət olmaqla, hörgüçü(rusca obmurovşik) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində 25-ci xana odadavamlı materialla işləyənlər(hörgüçülər(rusca obmurovşik)) peşəsinin xüsusiyyətləri eyni olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğundur. Qeyd: hörgüçülərin(rusca obmurovşik) işi odadavamlı materialla işləyənlərin işi ilə eynidir,yəni onlar eyni zərərli və odadavamlı materialla işləyirlər. Eyni zamanda İddiaçı işlədiyi hörgüçü, (rusca obmurovşik) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”nın 2 nömrəli Siyahısının 2140000a -15416 saylı şifrəsi üzrə odadavamlı materialla işləyənlər peşəsi ilə eyni olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququna malikdir(qeyd:qazanxana və turbinlərdə yaranan yüksək temperaturdan ətraf mühafizə etmək üçün qoruyucu təbəqə kimi odadavamlı materialdan istifadə etməklə hörgü və təmir işlərin hörgüçülər yerinə yetirirlər). İddiaçı hörgüçü (odadavamlı materiallarla işləyənlər, obmurovşik) peşəsində çalışarkən, ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə əmək haqqı və 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. - İşdə olan xx.xx.2024-cü il tarixli, 3-48-17RA/2-21/2024 saylı arayışına əsasən, Cəbiyev X4 rayonu M.Müşfiq kolxozunda 1978-1980-ci illərdə işləmişdir. - İşdə olan xx.xx.2024-cü il tarixli X11 Filialının arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan “AZƏRENERJİİSTİLİKİZOLYASİYA” İM-in ("xxxx" MMC) 1993-1998-ci il və 1998-2001-ci illərə aid əmr kitablarından adına aşkar olunan əmrlərin çıxarışını və "xxxx" MMC-nin 2009-cu ilə aid əmr kitabından adına aşkar olunan əmrlərin və 2009-cu ilə aid İşdən azad olan işçilərinin şəxsi vərəqləri Forma T-2 kitabından iddiaçının adına aşkarlanan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini təqdim edilir. - İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-106363/202 nömrəli məktubuna əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006cı il tarixinədək onun ümumi iş stajı 25 il 4 ay 7 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və kolxozda işlədiyi 1 il 318 gün)), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 8 ay 29 gün (xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. -İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-205705/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 avqust 2025-ci il tarixində daxil olmuş 2-1(120)-4576/2025 nömrəli sorğuya sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, İddiaçı Mərkəzi Filiala müraciətinə dair izibati icraat materiallarının surətlərini təqdim etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı –xx.xx.2019-cu ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü ilədək "xxxx" İB İstehsalat-Təmir Müəssisəsində hörgücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək “ƏliBayramlı DTSdə hörgücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" DM İTM-də hörgücü peşəsi kimi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü ilədək "xxxx" İB İstehsalat-Təmir Müəssisəsində hörgücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək “ƏliBayramlı DTS-də hörgücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" DM İTM-də hörgücü peşəsində işləməsi “X9 Stansiyası”MMC-nin xx.xx.2024-cü il tarixli 206/17-xx/xx-2024 nömrəli arayışı, xx.xx.2023-cü il tarixli 01-PH/590 nömrəli İşin xarakteri haqqında güzəştli arxiv arayışı, Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-ph/387 nömrəli məktubu, “X9 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli 20/206-xx/xx-2025 nömrəli məktubunda, əmək kitabçasında öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. İddiaçı işlədiyi hörgüçü, (rusca obmurovşik) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”nın 2 nömrəli Siyahısının 2140000a -15416 saylı şifrəsi üzrə odadavamlı materialla işləyənlər peşəsi ilə eyni olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2 nömrəli siyahısının 2140000a-15416 saylı şitrəsinə əsasən odadavamlı materiallarla işləyən (Qeyd: Qazanxana və turbinlərdə yaranan yüksək tempraturdan ətrafı mühafizə etmək üçün qoruyucu təbəqə kimi odadavamlı materiallardan istifadə edərək hörgünü və müvafiq yerlərin təmirini hörgüçülər yerinə yetirirdilər) hörgüçülərin işi bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarının 24-cü fəslin "a" "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığına yerində təmirini yerinə yetirən “a” fəhlələr bəndinə əsasən odadavamlı materiallarla işləyən hürgüçülərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşə ilə eynilik təşkil etmiş, zərərli əmək şəraitində işləyən peşəsi hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmək istəmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun güzəştli şərtlərlə yaşa görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında və güzəştli arayışlarda öz əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarında olan görünür ki, İddiaçı xx.xx.1962-ci təvəllüdlüdür, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-275705/2025 saylı məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, iddiaçıya hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və müraciət etdiyi tarixdən əvvəlki 3 il yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasından hal-hazıradək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət etdiyi tarixdən əvvəlki 3 il yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasından hal-hazıradək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar