Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-458/2022 06.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə köçürülməsi və ya bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixdə Moskva Bevnəlxalq Universitetindən köçürülmə yolu ilə Azərbavcan Bevnəlxalq Universitetinə daxil olmuş va universitetin tarix-coğrafiya fakültəsində təhsil almışdır. Həmin universitetdə bir müddət oxuduqdan sonra Azərbaycan Bevnəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüşdür. Orada təhsil alaraq imtahanları verməyə başlamışdır. Lakin ailə qurduğuna va hamilə olduğuna görə universitetə gedərək imtahanların qalan hissəsini verə bilməmiş va təhsilini yarımçıq qoymuşdur. Sonradan Bakı Asiya Universiteti da bağlanmışdır. Onun üç övladı anadan olmuş, onları böyütməklə məşğul olmuşdur. Hazırda ailə vəziyyəti normallaşdığı üçün Azərbaycanın istənilən universitetində təhsilini davam etdirmək istəyir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş və onu Bakı şəhərində yerləşən hər hansı bir universitetə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin imzası ilə rəsmi imtina cavabı almışdır. Təhsil Nazirliyindən daxil olmuş cavab məktubunda (inzibati aktda) qeyd edilir ki, “Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasını dəyişməsi və tələbələr sırasına bərpa olunması Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibbi təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”la tənzimlənir. Həmin Qaydaların 2.5-ci bəndinə əssən ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsilalma forması və ya ixtisasının dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasin. Qaydaların tələbləri ödənilmədiyinə görə müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir. Qeyd edir ki, Təhsil Nazirliyinin cavab məktubundakı göstərilən dəlillər tamamilə əsassızdır. Belə ki, həmin Qaydalar xx.xx.2017ci il tarixdən sonrakı dövrə aid edilməlidir. O, 2008-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinə Moskva Bevnəlxalq Universitetindən köçürülmə yolu ilə daxil olmuş və universitetin tarix-coğrafiya fakültəsində təhsil almışdır. Azərbaycan Beynəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüş və orada təhsilini davam etdirmişdir. Ailə vəziyyətinə görə təhsilini dayandırmışdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsilin bakalavriat və magistratura səviyyəsində, əsas (baza ali) tibbi təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir smestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Onun hazırda Azərbaycanın istənilən Universitetində təhsilini davam etdirmək hüququ var və Təhsil Nazirliyi buna şərait yaratmadığına görə bu hüquq məhkəmə yolu ilə bərpa edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı “2008-ci ildə Moskva Beynəlxalaq Universitetinin Filialından Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və oradan da Bakı Asiya Universitetinə köçürülmüşdür. Həmin universitetdə imtahanlarda kəsiri olduğunu və ailə vəziyyəti ilə bağlı sonradan təhsilini davam etdirə bilmədiyini qeyd edir. Lakin həmin universitetin 2015-ci ildə fəaliyyəti dayandırıldırıldığından təhsilini başa vura bilməmişdir. İddiaçı Bakı Asiya Universitetində təhsil aldığını nəzərə alaraq, hazırda Bakı şəhərində və ya regionlarda yerləşən digər ATM-ə köçürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ATM-dən xaric edildikdən sonra, 2015-ci ildə Bakı Asiya Universiteti fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asiya Universitetinin tələbələri Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür. İddiaçının təhsil aldığı “Tarix-coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universitetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bildirirlər ki, Bakı Asiya Universiteti tərəfindən verilən siyahı üzrə təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asıya Universitetində təhsil alan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır. Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir smestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə rektorun əmri ilə həyata keçirilir. Hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X3 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Eyni zamanda bildirmək istəyirlər ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə qəbul olunan tələbələr universitetin rektorunun əmri ilə tələbələr sırasına daxil edildikdən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 2007-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialınını “Tərcüməçilik” ixtisasına daxili əmrlə qəbul edilmiş, 16 iyul 2008-ci il tarili M/590-321 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla ödənişi əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına köçürülmüşdür. 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan Bakı Asiya Universitetinə köçürülmüş, həmin universitetdə təhsil aldğı müddətdə ailə qurduğuna görə universitetə gedərək imtahanların qalan hissəsini verə bilməmiş va təhsilini yarımçıq qoymuşdur. Sonradan Bakı Asiya Universiteti da bağlanmışdır. İddiaçı hazırda onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə köçürülməsi və ya bərpa olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Göründüyü kimi, hazırkı inzibati mübahisənin yaranma əsası onunla bağlıdır ki, iddiaçı ali təhsil müəssisəsinə bərpa ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndinə istinad edərək ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsil alma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının təhsil almaq hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi Kollegiya qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndində “ölkə daxilində bakalavriat səviyyəsində, əsas tibb təhsilində tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzər minimal keçid balından az olmasın” formasında müddəa öz əksini tapsa da, həmin qaydanın şamil edilmədiyi hallar da həmin Qaydalarla tənzimlənmişdir. Belə ki, Qaydaların 2.4.1-ci yarımbəndinə görə Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə, eyni zamanda 2.4.2-ci yarımbəndinə görə ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionunda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə hallarında 2.4-cü bəndin tələblərinə əsasən bakalavriat səviyyəsində tələbənin köçürülmə DİM tərəfindən keçirilən imtahanlarda toplanan balı nəzərə alınmadan aparılır. Hazırkı halda da iddiaçı Bakıda yerləşən təhsil müəssisəsindən Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunmasını xahiş edir ki, qeyd olunan səbəbdən imtinada göstərilən toplanan keçid balı ilə bağlı şərtin tətbiqi hazırkı halda yolverilməzdir. Belə ki, Qaydalar konkret olaraq regionda yerləşən təhsil müəssisəsinə keçirilmə ilə bağlı toplanan balın müvafiq ixtisas üzrə minimal keçid balından az olması ilə bağlı şərtin tətbiqini istisna etmişdir ki, cavabdehin imtinasının yeganə əsasının Qaydaların tələbinə zidd olması aşkar müəyyən edilmişdir. Təhsil haqqında Qanunun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. 32.1.Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Yuxarıda adıçəkilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların: 4.1 ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Göründüyü kimi akademik borca görə universitetdən xaric edilmiş iddiaçının xaric olunma vaxtından bir smestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququ mövcuddur ki, hazırkı halda həmin hüququn reallaşdırılmasını həyata keçirə bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhsil müəssisəsinin fəaliyyətinin olmaması da iddiaçının konstitusion hüququn reallaşdırılmasına əngəl törətmir. Belə ki, adıçəkilən Qaydalarda müxtəlif səbəblərdən, eləcə də müəssisənin fəaliyyətinin dayandırılması zamanı təhsil müəssisəsinə köçürülmə və bərpa olunma ilə bağlı səlahiyyətli qurum kimi Təhsil Nazirliyi tanınmışdır ki, hazırkı halda iddiaçının tədris aldığı təhsil müəssisəsinin mövcud olmaması səbəbindən onun bərpa və keçirilmə ilə bağlı kompleks tədbirləri də məhz cavabdeh həyata keçirməli, hal-hazırda xaric olunduğu təhsil müəssisəsi mövcud olmadığından onun birbaşa təhsil müəssisəsinə bərpası da Nazirlik tərəfindən həyata keçirilməlidir. Əks yanaşma iddiaçı ilə eyni universitetdə təhsil almış və başqa təhsil müəssisələrinə köçürülmüş və diplomla təmin edilmiş şəxslərlə eyni səviyyədə təhsil almada bərabərlik hüququnun təmininə zidd hesab edilər ki, iddiaçının digər şəxslərdən fərqli olaraq akademik borca görə xaric olunması da bərabərlik hüququnun mahiyyətinə münasibətdə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçını həmin şəxslərdən yeganə ayıran xüsusiyyət tələbələrin köçürülməsi zamanı onun müəssisədən xaric olunması olmuşdur ki, 15 il müddətində reallaşdırılması mümkün olan hüququn mövcudluğu həmin fərqi aradan qaldırmaqla iddiaçının təhsil alma hüququnu davam etdirməsinə imkan yaradır. Göründüyü kimi, iddiaçı mahiyyət etibarı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda da iddiaçı ilə oxşar vəziyyətdə olan şəxslər barəsində təhsil hüququnun həyata keçirilməsinə imkan yaradılması, iddiaçının da həmin hüququnun bərpasına münasibətdə müraciətə sövq etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi akademik borca görə müəssisədən xaric edilmə özlüyündə təhsil hüququnun realizəsinə münasibətdə fərq yaratmır. Məhkəmə, əlavə olaraq qeyd edir ki, iddiaçının ilkin olaraq təhsil müəssisəsinə qəbul olunması mübahisələndirilməmiş, iddiaçı barəsində təhsil sahəsində qəbul edilmiş əmrlər ləğv edilməmiş, X3 tərəfindən isə iddiaçı barəsində məlumatlar “Tələbə-Məzun” məlumat sisteminə daxil edilmişdir ki, qeyd olunan hallar dövlətin iddiaçının tələbə qismində tanındığının təzahürüdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə köçürülməsi və ya bərpa olunmasından Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda (Sumqayıt şəhəri istisna olmaqla) hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı İddiaçı Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda (Sumqayıt şəhəri istisna olmaqla) hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-458/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-458/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver