Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-458/2024 31.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı əsasında Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, özəlləşdirilmiş çay kolları altında olan yararlı və yararlı torpaq sahəsinin və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü satılmış 2.0 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı əsasında Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, özəlləşdirilmiş çay kolları altında olan yararlı və yararlı torpaq sahəsinin və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü satılmış 2 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Lənkəran rayonu Şiləvar bələdiyyəsinin adi cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi idarəsinin üzərinə Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli 08 saylı qərarı ilə ona satılmış, alqı-satqı predmeti olan Lənkəran rayonu. Şiləvar kəndi ərazisində yerləşən, özəlləşdirilmiş çay kollan altında olan yararlı və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının təmin edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmədə iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi üzrə inzibati işə onun iştirakı olmadan baxılmasının xahiş etməsi barədə teleqram əlavə etmişdir. Üçüncü şəxs Lənkəran rayonu Şiləvar bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və üçüncü şəxs Lənkəran rayonu Şiləvar bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Şiləvar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 3 899,83 manat bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi xidmətinə görə Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına köçürmüşdür. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarından görünür ki, İddiaçı Şiləvar Bələdiyyəsi ehtiiyyat fonn torpağından alqısatqı predmeti olan yararlı və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 hektar torpaq sahəsi satılmışdır. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixli 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsini, yəni 3899,83 manat pul məbləğini Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına ödənilməsindən ötrü İddiaçı tədiyyə bildirişi təqdim edilmişdir. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 148 saylı arayışında göstərilmişdir ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən alqısatqı predmeti olan özəllədirilmiş çay kolları altında olan kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha. torpaq sahəsinin vətəndaşa satılmasına dair 28 avqsut 2005ci ıl tarixli 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637 (beş min altı yüz otuz yeddi) man.-83 qəp. torpaq sahəsinin dəyəri vətəndaş tərəfindən hissə-hissə tam ödənilmişdir. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Şiləvar Bələdiyyəsi ehtiiyyat fonn torpağından alqı-satqı predmeti olan yararlı və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 hektar torpaq sahəsi satılması təklifi səsə qoyulmuşdur. Nəticədə leyhinə 7 səs, əleyhinə isə səs verilməmişdir. Yığıncağın son qərarı isə 2 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 16 saylı məktubundan göstərilmişdir ki, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin mülkiyyətində olan 2,0 ha torpa< sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə satılmasına dair Lənkəran rayonı Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli 08 saylı Qərarını və ona əlavc olunmuş sənədləri, o cümlədən müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktını (Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2022-ci l tarixli, 2-1(120)-145/202; saylı qərarı) təqdim etməklə vətəndaş İddiaçı Qulamhüseyr oğlunun həmim torpaq sahəsi üzərindəki hüquqlarının qeydiyyata alınmasını təmir edilməsini xahiş etmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 40 saylı məktubuna əsasən, İddiaçı 2.0 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki. İddiaçı torpaq alqı-satqısı üzrə Şiləvar bələdiyyəsinin hesabına xx.xx.2007-ci il tarixdə 138 manat, 27 09.2007-ci il tarixdə 100 manat xx.xx.2007-ci il tarixdə 150 manat, xx.xx.2008-ci il tarixdə 200 manat xx.xx.2010-cu il tarixdə 100 manat. xx.xx.2011 -ci il tarixdə 150 manat, xx.xx.2011 -ci il tarixdə 400 manat, xx.xx.2011- ci il tarixdə 500 manat, xx.xx.2013-cü il tarixdə 1.000 manat və xx.xx.2013-cü il tarixdə 2.900 manat ödəmişdir. İş materiallarında olan Lənkəran rayon Şiləvar bələdiyyəsinin xx.xx.2013-cü i! tarixli 04 saylı protokol qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayon Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən 2,0 ha torpaq sahəsinin alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti üçün Şiləvar kənd sakini İddiaçı mülkiyyətinə ayrılması barədə qərarın icrası 2007-ci ilin noyabr ayının 30-dək öz həllini tapmadığı üçün, yəni torpağın dəyəri bələdiyyə hesabına ödənilmədiyinə görə torpaqların alqı-satqısına dair akt tərtib olunmadığı üçün ləğv edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Lənkəran rayon Şiləvar bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********11 nömrəli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır.Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir.Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.Tərəfinizdən təqdim olunmuş Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2- 1 (120)-145/2022 saylı iş üzrə qəbul edilmiş 13 aprel 2022-ci il tarixli “Qərar”la Ərazi İdarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmamışdır. Bu baxımdan bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki müraciətdə barəsində qeyd olunanlara münasibətdə bildirilir ki, mübahisələndirilən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, həmin kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması proseduru (həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət, istifadə və icarə hüquqları) başa çatdıqdan sonra notarial alqı-satqı müqaviləsi ilə hər-hansı bir şəxsin adına özgəninkiləşdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən hazırki müraciətin icrası prosedurundan qanunamüvafiq olaraq imtina edilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı əsasında etibarlı nümayəndəsi olduğu şəxsə (İddiaçı) ayrılmış 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib*, qaydaları qanunvericiliklə müəyyən edilir.Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. ‘Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu baxımdan hazırki müraciətin icrasına münasibətdə bildirilir ki, mübahisələndirilən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən həmin kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması proseduru (həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət, istifadə və icarə hüquqları) başa çatdıqdan sonra notarial alqı-satqı müqaviləsi üzrə etibarlı nümayəndəsi olduğu şəxsin adına özgəninkiləşdirilə bilər. Təqdim olunmuş məhkəmə qərarları ilə ərazi idarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin əmlaka dair etibarlı nümayəndəsi olduğu şəxsin adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(049)- 4181/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Lənkəran rayon Şiləvar bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması barədə iddia tələbi qismən təmin edilmiş, Lənkəran rayon Şiləvar bələdiyyəsinin mülkiyyətində olan və cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0.43 ha torpaq sahəsinin cavabdehdən alınraq Şiləvar bələdiyyəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2(049)-4181/2015 nömrəli məktubda göstərilmişdir ki, iddiaçı Lənkəran Rayon Şiləvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair 2015-ci ildə Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-4181/2015 nömrəli mülki iş üzrə məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (086)-1009/2016 saylı, 05 avqust 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsinə qarşı 05 aprel 2013-cü il tarixli 04 saylı qərarının ləğv ediiməsi tələbinə dair iddiası təmin edilmiş, Lənkəran rayonu Şiləvər kənd sakini İddiaçı 2,0 ha torpaq sahəsinin ayrılmasına dair Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 05 aprel 2013cü il tarixli 04 saylı qərarı ləğv olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi" barədə inzibati mübahisəyə dair iş üzrə Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1 (86)-1009/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 2-1(102)-898/20178 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2- 1(106)-390/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2(106)-27/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş. İddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Lənkəran rayon Məhkəməsinin 2(049)-4181/2015 saylı, 28 dekabr 2015-ci il tarixli qətnaməsi, iddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 20 fevral 2023-cü il tarixli, 3-9/1-403/23 nömrəli məktubda göstərilmişdir ki, inzibati mübahisələrə dair işlər Şirvan Apellyasiya Məhkəməsinin arxivində saxlanılmır.Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2016cı il tarixli, 2-1(106)-211/2016 saylı qərarına dair inzibati iş də baxıldıqdan sonra Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-145/2022 saylı, 13 aprel 2022-cı il tarixli qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək, Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, atqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin iddiaçıya satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərərda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qəraf üzrə sənədləşdırilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması öhdəliyi cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasov tərəfindən ünvanlanmış 2-1(120)-145/2022 nömrəli, 15 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(120)- 145/2022 nömrəli qərarı 20 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X3 filialının məhkəməyə ünvanladığı 17 fevral 2023-cü il tarixli, 3-48-DA-7F/1-34/2023 nömrəli məktubunda göstərilmişdir ki, X3 filialında saxlanılan Lənkəran rayon Şiləvar bələdiyyəsinin xx.xx.2005- ci il tarixli 08 saylı protokolu yoxlanıldı. Həmin protokolda İddiaçı adma heç bir sənəd müəyyən edilmədi. Ona görə də sorğuda qeyd olunan İddiaçı Lənkəran rayon Şiləvar bələdiyyəsi tərəfindən yuxarıda göstərilən protokola əsasən torpaq satılması barədə sənəd təqdim etmək mümkün olmadı. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-520/23 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 20 dekabr tarixli sorğuya cavab olaraq bildiririk ki, icraatda olan 2-1 (120)-3461/2022 saylı inzibati iş üzrə sorğunun “İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin), habelə həmin müraciətlə bağlı inzibati icraat materiallarının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə hazırki müraciətə baxılmışdır. Mübahisələndirilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən texniki sənəd olaraq müvafiq “Plan və ölçü”nün, habelə müvafiq “Çıxarış”ın verilməsi proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi X8 (habelə Şiləvar bələdiyyəsinin sədri Natiq Babayev) tərəfindən iki halda olmaqla Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********, ********** və eyni məzmunlu xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətlərin və həmin müraciətlərə verilmiş cavab məktublarının təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunmuşdur. İş materiallarında olan Lənkəran rayon Şiləvar Bələdiyyəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 02 mart 2023-cü il tarixli, D№10 nömrəli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(120)- 3461/2022 saylı sərəncamın icrası ilə əlaqədar İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli 08 saylı qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 Aprel 2022-cil tarixli, 2-1 (120)-145/2022 nömrəli qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar məsələyə Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı bələdiyyə iclasında baxılmış və məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə qərara uyğun olaraq İddiaçı qaliq pulun 3899,83 manat ödənilməsindən ötrü tədiyyə bildirişi verilmiş və vətəndaş həmin vəsaiti “Azərpoçt” şöbəsi tərəfindən cari hesabına ödənilməsini təmin etmişdir. Qalıq pulun vətəndaş tərəfindən ödənilməsindən sonra məhkəmə qərarına uyğun olaraq işlərin davam etdirilib,yekunlaşdırılmasından ötrü toplanmış sənədlər 12 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən sənədləşmə işlərinin başa çatdırılması qanuna müvafiq olmadığı əsası ilə imtina verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 27 mart 2023-cü il tarixli, 3-21-3-43/2-777/23 nömrəli məktubda göstərilmişdir ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə hazırki iş üzrə iddiaçıya ayrılmış 2.0 ha torpaq sahəsinə dair yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçının etibarlı nümayəndəsi tərəfindən əvvəllər təqdim olunmuş sənədlər icraata qəbul edilmiş, sənədlərin ekspertizası və faktiki yerində müayinə (çöl ölçmə işləri) keçirilmişdir.İcratda olan sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı şəxsə yuxarıda barəsində qeyd olunan Şiləvar bələdiyyəsinin 28 avqust 2005- ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.0 ha torpaq sahəsi ayrılmış, lakin həmin dövrdə bələdiyyənin hesabına tələb olunan ödənişlər ödənilmədiyi səbəbdən bələdiyyə ilə həmin şəxs arasında alqı-satqı aktı tərtib olunmamışdır. Tərəflər arasında yaranmış mübahisə uzun illər davam etmiş və müxtəlif instansiyalarda məhkəmə prossesləri keçirilmişdir. Məlumat üçün bildirilir ki, mabahisə ilə bağlı yaranmış vəziyyətin Ərazi İdarəsinə heç bir aidiyyəti olmamışdır, lakin son illərdə həmin şəxsin özünün, etibarlı nümayəndəsinin, habelə Şiləvar bələdiyyəsinin sözü gedən torpaq sahəsi ilə bağlı müraciətləri olduğundan aidiyyəti üzrə tərəfimizdən cavablandırılmışdır. Hazırki iddia ərizəsində Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya satılan 2.0 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulması barədə qeyd olunur. Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı torpaq sahəsinin ayrılması barədə qəbul olunmuşdur, lakin tələb olunan mühüm əhəmiyyətli ilkin torpaqayırma sənədlərinin tərkib hissəsi sayılan həmin dövrdə səlahiyyətli orqan olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi, habelə Şiləvar bələdiyyəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı qeydiyyat orqanına təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin ərəfədə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-145/2022 saylı iş üzrə qəbul edilmiş 13 aprel 2022-ci il tarixli “Qərar”la Ərazi İdarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmaması, habelə alqı-satqı aktının təqdim olunmaması səbəbindən həmin şəxsin və onun etibarlı nümayəndəsinin müraciətlərindən (digər sorğuya cavab olaraq təqdim olunmuş) qanunamüvafiq olaraq imtina edilmişdir. Bu baxımdan bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki sərəncamda və iddia ərizəsində qeyd olunanlara münasibətdə bildirilir ki, yuxarıda barəsində qeyd olunan Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı əsasında ayrılmış həmin kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması proseduru (həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət, istifadə və icarə hüquqları) başa çatdıqdan sonra notarial alqı-satqı müqaviləsi ilə iş üzrə iddiaçının adına özgəninkiləşdirilə bilər. İş materiallarında olan Lənkəran rayon Şiləvar bələdiyyəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 24 fevral 2023-cü il tarixli, D№08 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı torpaq sahəsi ayrılması ilə əlaqədar Lənkəran rayonu, Şiləvar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş sürətlərini göndərilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli 3-16-16/2-10/9754 nömrəli ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 29 mart 2024-cü il tarixli 3-16-16/2-10/9754 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3429/2023 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3429/2023 №li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kateqoriyalı, uqodiyası çoxillik əkmə olan torpaq sahəsi olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3429/2023 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olması müəyyən edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-3429/2023 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə olunması müşahidə olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3429/2023 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarışla Şiləvar Bələdiyyəsi ehtiyyat fonn torpağından alqı-satqı predmeti olan yararlı və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 hektar torpaq sahəsinin Qulamhüseyn oğluna satılması qərara alınmışdır və bu barədə plan sxem, İddiaçı 2.0 ha torpaq sahəsinin satılmasına etiraz edilməməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli məktubu təqdim edilmişdir. Bundan sonra Lənkəran rayonu Şiləvar Bələdiyyəsinə qarşı 05 aprel 2013-cü il tarixli 04 saylı qərarı ilə Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən 2.0 ha torpaq sahəsinin alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti üçün Şiləvar kənd sakini İddiaçı mülkiyyətinə ayrılması barədə qərarın icrası 2007-ci ilin noyabr ayının 30-dək öz həllini tapmadığı üçün yəni torpağın dəyəri bələdiyyə hesabına ödənilmədiyinə görə torpaqların alqı-satqısına dair akt tərtib olunmadığı üçün ləğv olunmuşdur. İddiaçı iddiası əsasında Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (086)-1009/2016 saylı, 05 avqust 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsinə qarşı 05 aprel 2013-cü il tarixli 04 saylı qərarının ləğv ediiməsi tələbinə dair iddiası təmin edilmiş, Lənkəran rayonu Şiləvər kənd sakini İddiaçı 2,0 ha torpaq sahəsinin ayrılmasına dair Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 05 aprel 2013cü il tarixli 04 saylı qərarı ləğv olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibatilqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi" barədə inzibati mübahisəyə dair iş üzrə Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1 (86)-1009/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 2- 1(102)-898/20178 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Lənkəran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(049)- 4181/2015 nömrəli qətnaməsi ilə iddiaçı Lənkəran rayon Şiləvar bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş 2.80 ha torpaq sahəsinin buraxılması barədə iddia tələbi qismən təmin edilmiş, Lənkəran rayon Şiləvar bələdiyyəsinin mülkiyyətində olan və cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0.43 ha torpaq sahəsinin cavabdehdən alınraq Şiləvar bələdiyyəsinə qaytarılması qət edilmişdir. İddiaçı Lənkəran Rayon Şiləvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair 2015-ci ildə Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-4181/2015 nömrəli mülki iş üzrə məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Sonradan iddiaçı Q.X6 Məhkəməsinə 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-145/2022 saylı, 13 aprel 2022-cı il tarixli qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək, Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, atqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin iddiaçıya satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərərda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissəhissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qəraf üzrə sənədləşdırilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması öhdəliyi cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı iclas protokolundan çıxarışa əsasən, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2022-cil tarixli iş № 2-1(120)-145/2022-İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 aprel 2005-ci il tarixli 08 saylı qərarın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair məhkəmə qərarının Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 120-ci və 119.2-ci maddələrinə əsasən icrasının təmin edilməsi, Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış,alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2,0 ha torpaq sahəsinin iddiaçıya satılmasına dair 28 avqust 2005-ci il tarixli 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsini,yəni 3899,83 manat pul məbləğini Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabina ödənilməsindən ötrü vətəhdaşa tədiyyə bildirişinin təqdim edilməsi, Məhkəmə qərarına uyğun olaraq pulun qalan hissəsini,yəni 3899,83 manat pul məbləğinin vətəndaş tərəfindən Şiləvar bələdiyyəsinin hesabına ödənilməsi təmin edildikdən sonra sənədləşmə işlərinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə göndərilməsi qərara alınmışdır. Təqdim edilən xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına 3899.83 manat pul məbləği ödənilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 2.0 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə imtina verilmiş və göstərilmişdir ki, İddiaçı ayrılmış 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Mübahisələndirilən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən həmin kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması proseduru (həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət, istifadə və icarə hüquqları) başa çatdıqdan sonra notarial alqı-satqı müqaviləsi üzrə şəxsin adına özgəninkiləşdirilə bilər. Təqdim olunmuş məhkəmə qərarları ilə ərazi idarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin əmlaka dair etibarlı nümayəndəsi olduğu şəxsin adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları ... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli məktubu, Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı iclas protokolundan çıxarış, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən və mübahisəli torpaq sahəs ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğu üçün həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. İş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 16 saylı məktubundan görünür ki, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə satılmasına dair Lənkəran rayom Şiləvar bələdiyyəsinin 28 avqust 2005ci il tarixli 08 saylı Qərarım və ona əlavə olunmuş sənədləri, o cümlədən müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktını (Şirvan İnzibati Məhkəməsinin 13 Aprel 2022-cil tarixli, 2- 1(120)-145/2022 saylı qərarı) təqdim etməklə vətəndaş İddiaçı həmim torpaq sahəsi üzərindəki hüquqlarının qeydiyyata alınmasını təmin eedilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kateqoriyalı, uqodiyası çoxillik əkmə olan torpaq sahəsi olması müəyyən olunmuş, 2,0 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olması müəyyən edilməmiş, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə olunması müşahidə olunmuş, İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 2,0 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilməmişdir. İddiaçıya 2005-ci il tarixdə ayrılmış torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kateqoriyalı, uqodiyası çoxillik əkmə olan torpaq sahəsi kimi göstərilsə də, Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən məhkəməyə etiraz təqdim etməmiş və məhkəmə tərəfindən Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli məktubu, Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı iclas protokolundan çıxarış, ödəniş qəbzləri, torpaq sahəsinin sxematik planı mübahisəli torpaq sahəsinin İddiaçı satılması və onun mülkiyyətinə verilməsi barədə sənədlər mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli məktubu, plan sxem sənədi, Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı iclas protokolundan çıxarış, xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri) Şəiləvar Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı 2 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X4 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi və cavabdeh orqan tərəfindən təqdim edilən mütəxəssis rəyi üzrə təqdim edilən sənədlər əsasında məlumatlarla faktiki vəziyyət arasında heç bir uyğunsuzluq müəyyən edilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçıya 2.0 ha ayrılmış torpaq sahəsi üçün Bələdiyyənin Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarışdan sonra iddiaçı və Şiləvar Bələdiyyəsi arasında mübahisəli torpaq sahəsinin alqı-satqısının baş verməməsi hal-hazıradək İddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə və sahiblik edildiyi halda, iddiaçıya 2 ha torpaq sahəsinin ayrılaraq satılmaması anlamı vermir. Belə ki, iddiaçı tərəfindən Bələdiyyənin hesqabına ödənilmiş pul məbləğləri, Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı protokoldan çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2005ci il tarixli məktubu, Şiləvar bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixində 10 saylı iclas protokolundan çıxarış, ödəniş qəbzləri, torpaq sahəsinin sxematik planının tərtib edilməsi və qanuni qüvvəsini almış məhkəmə qərarları mübahisəli torpaqla bağlı iddiaçı və Bələdiyyə arasında münasibətlərin həqiqətən olduğuna əsas verir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir, əgər İddiaçı ilə Lənkəran rayonu Xanbulan bələdiyyəsi arasında mübahisəli torpaq sahəsi üçün alqı-satqı həyata keçirilməsəydi, pulun ödənilməsi də mümkün olmazdı, ən son Şirvan İnzibati Məhkəməsinə 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı iddiaçı tərəfindən Bələdiyyənin xx.xx.2022-ci il tarixli qərarına əsasən 3899.83 manat pul məbləği Bələdiyyənin hesabına keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Belə ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zamAan tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Lənkəran rayonu Şiləvar bələdiyyə ərazisində (Şiləvar kəndi) yerləşən (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2.0 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova