Məhkəmə qərarları › İş №2-1(120)-458/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-458/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-458/2025 11.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı1 və İddiaçı2, Üçüncü şəxs Lənkəran rayon Şağlaser bələdiyyəsinin nümayəndəsi X7, Üçüncü şəxs X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “X18 X31”ndə düzəliş edilərək, X12 0,107 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların və İddiaçı1 0,50 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin sənədlərin verilməsinə əsas olmuş xx.xx.1999-cu il tarixli, JN-107, kod 80224028 nömrəli dövlət aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X12 və İddiaçı1 X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mərzçəkmə işlərinin aparılması naturada yerinin və sərhəddinin müəyyənləşdirilməsi və mərz nişanlarının qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran rayon Şağlaser bələdiyyəsi və X23 xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçıların vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən, iddiaçı X24 xx.xx.2025-ci il tarixdə beyin ödemindən rəhmətə getdiyini və bu barədə ölüm şəhadətnaməsini sistemə əlavə etdiyini bildirmiş və iddiaçının oğlu İddiaçı2 vərəsəlik şəhadətnaməsini alandan sonra qanunvericiliyin tələblərinə əsasən iddiaçının vərəsəsi kimi tanınmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı X12 hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. Sonradan iddiaçının vəkili Elektron Məhkəmə sistemi vasitəsilə iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Torpaq sahələrinin sənədləri üzrə “X18 X31”ndə düzəliş edilərək, X12 0,107 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların və İddiaçı1 0,50 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin sənədlərin verilməsinə əsas olmuş xx.xx.1999-cu il tarixli, JN-107, kod 80224028 nömrəli dövlət aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan torpaq sahələri 1990- 1996-cı il tarixlərində xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının direktoru Camal Babazadə tərəfindən 15 nömrəli protokoldan çıxarışa əsasən verilən arayışdan da görünür ki, yaradılan “Azərbaycan çayı Kooperativi”nin bazasında olmuşdur. xx.xx.1996-cıil tarixdə təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən “İslam Tağızadə” kəndli fermer təsərrüfatı yaradılmışdır. Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən torpağın mülkiyyət hüququna dair JN-107 saylı (KOD: ********) dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.74 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvləri-X19, X29, X25 və X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılmış, yeri də göstərilərək təhvil verilmişdir. Həmin dövlət aktı əsasında Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi- **********45), İddiaçı1, X19, X29, X25 və X13 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Cil kəndində yerləşən 0.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi barədə çıxarış almışlar. Qeyd olunan torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılıb, yeri də əvvəlki qaydada həmin yerdə onlara göstərilib təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən yuxanda qeyd olunan çıxarışla ümubirgə mülkiyyətlərində olan 0.74 ha torpaq sahəsindən 0.068 ha torpaq sahəsini X14, 0.065 ha torpaq sahəsini isə X26 verilmişdir. Torpaq sahələrinin planı tərtib edilərək ölçü işləri aparılmış, yeri də alıcılara göstərilməklə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli çıxarişla reyestr nömrəsi **********09,qeydiyyat nömrəsi ********** saylı 0.607 ha torpaq sahəsinə verilmişdir. xx.xx.2023 cü il tarixdə alqı satqı müqaviləsinə əsasən isə yuxarıda qeyd olunan çıxarışla ümubirgə mülkiyyətində olan torpaq sahəsindən 0.107 ha hissəsini X1. Satılan torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılmış, yeri də X15 göstərilməklə təhvil verilmişdir. 0.74 ha torpaq sahəsindən cəmi 0.14 ha yuxarıda adları qeyd olunan şəxslərə verilmiş və 0.50 ha torpaq sahəsi onların mülkiyyətində qalmaqla planı tərtib edilərək ölçü işləri aparılmış, yeri onlara göstərilib təhvil verilmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********84), onun yəni, İddiaçı1 tam mülkiyyətində olan Lənkəran rayonu, Cil kəndində yerləşən 0.50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi barədə çıxarış verilərək həmin torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılıb mənə təhvil verilmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********85), X15 tam mülkiyyətində olan Lənkəran rayonu, Cil kəndində yerləşən 0.107 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi barədə çıxarış verilərək həmin torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılıb ona təhvil verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçılar X12 və İddiaçı1 Baxşı oğlunun 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mərzçəkmə işlərinin aparılmasına (naturada yerinin və sərhəddinin müəyyənləşdirilməsi) münasibətdə” aidiyyəti hissədə icrası barədə 28 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hazırki müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, 2-1 (120)-3871/2023 saylı iş üzrə tərəflərin iştirakı ilə məhkəmə, tikinti-texniki ekspertizası təyin olunduğu təqdirdə faktiki yerində keçirilən müayinənin (çöl-ölçmə işləri) nəticələrinə uyğun qanunamüvafiq qərar qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X27 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lənkəran rayonu ərazisində yerləşdiyindən və Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Torpağa mülkiyyət hüququna dair JN-107, KOD 80224028 nömrəli dövlət aktının surətindən görünür ki, Lənkəran rayonu Cil kənd sakini İddiaçı1 Baxşı oğluna və ailə üzvlərinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə 0.74 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,74 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabanın 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı1 Baxşı oğlu, X20, X28, X21, və X33 tərəfindən Lənkəran rayonu Cil kəndində yerləşən ümumi sahəsi 0.74 ha torpaq sahəsini birgə mülkiyyət üzrə X26 və X2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,607 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabanın 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,068 ha torpaq sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabanın 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,065 ha torpaq sahəsi X22 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabanın 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran rayonu Şağlaser bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli arayışının surətindən görünür ki, Cil kənd sakini X24 həqiqətən 13 sentyabr 2019-cu ildən təsərrüfatın nəznində olan Lənkəran şəhər sakini X34 pay torpaq sahəsindən Şağlaser bələdiyyəsinə indiyə kimi heç bir vergi ödəməmişdir. X5 Dövlət Vergi İdarəsinə fermer təsərrüfatı adından ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı1 Baxşı oğlu, X20, X21, X28 və X33 tərəfindən Lənkəran rayonu Cil kəndində yerləşən ümumi sahəsi 0.607 ha torpaq sahəsini birgə mülkiyyət üzrə X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,107 ha torpaq sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli reyestr kitabanın 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində olan 0,50 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabanın 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********61 nömrəli məktubundan görünür ki, iddiaçılar X12 və İddiaçı1 Baxşı oğlunun mübahisələndirdikləri ərazi Lənkəran rayonu Şağlaser bələdiyyəsinin ərazisi ilə üst-üstə düşür, həmçinin həmin torpaq sahəsinə dair iddiaçılarla Lənkəran rayonu Şağlaser bələdiyyəsi arasında mübahisə mövcuddur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 10/4594 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Lənkəran rayonu, Cil kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********84 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan 0,50 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 mülkiyyətində olan 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Rəydə qeyd olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X18 X31nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, X18 X31nə miqrasiya edilmişdir. X18 X31nə əsasən araşdırma zamanı sözügedən 0,50 ha və 0,107 ha torpaq sahələrinin iddiaçılar tərəfindən faktiki vəziyyətdə iddia edilən yerə yaxın məsafədə, faktiki vəziyyətə uyğun öz əksini tapması müəyyən olunmuşdur. X18 X31nə əsasən sözügedən 0,50 ha və 0,107 ha (JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Lənkəran rayonu, Cil kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********84 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan 0,50 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 mülkiyyətində olan 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilmişdir. İddiaçılar X24 və İddiaçı1 tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahələrinin koordinatlarının həmin torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarına uyğun olması müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X18 X31nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’na uyğun olaraq, Lənkəran rayonu, Cil kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində iddiaçılar tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi təsvir edilməsi və həmin torpaq sahəsinin faktiki vəziyyətdə üçüncü şəxs X9 istifadəsində olması müəyyən olunmuşdur. Lənkəran rayonu, Cil kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********84 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan 0,50 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 mülkiyyətində olan 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatlarının X18 X31nə əsasən araşdırma zamanı digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 3699/2025 nömrəli məktubundan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********85 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 mülkiyyətində olan 0,107 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********84 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X18 X31ndə həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olan JN-107 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ümumi 0,74 ha sahə göstəricisi saxlanılmaqla (bölgü eskizi nəzərə alınmamaqla- 0,107 ha və 0,50 ha və digər bölünən torpaq sahələri ilə birgə olaraq) öz əksini tapması müəyyən olunmuşdur. X4 mülkiyyətində olan 0,107 ha və İddiaçı1 mülkiyyətində olan 0,50 ha torpaq sahələrinin X18 X31ndə həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarından fərqli koordinatlarda öz əksini tapması müəyyən olunmuşdur. Qeyd olunan 0,107 ha və 0,50 ha torpaq sahələrinin həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarına uyğun yerləri isə X18 X31ndə bələdiyyə mülkiyyətinə (X12 mülkiyyətində olan 0,107 ha torpaq sahəsi bütövlüklə, İddiaçı1 mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin bir hissəsi) aid torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və həmin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi təsvir edilən torpaq sahəsinin faktiki vəziyyətdə X9 istifadəsində olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı tələbi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan mübahisəli torpaq sahələrinə dair təqdim edilən çıxarışlarda koordinatların düzgün qeyd edilməməsi iddiaçıların tələblərindən imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 10/4594 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Rəyə əsasən Lənkəran rayonu, Cil kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********84 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan 0,50 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 mülkiyyətində olan 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənildiyi, iddiaçılar X24 və İddiaçı1 tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahələrinin koordinatlarının həmin torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarına uyğun olması müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X18 X31nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’na uyğun olaraq, Lənkəran rayonu, Cil kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində iddiaçılar tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi təsvir edilməsi və həmin torpaq sahəsinin faktiki vəziyyətdə üçüncü şəxs X9 istifadəsində olması müəyyən olunur. Tədqiqat nəticəsində məhkəməyə mütəxəssislər tərəfindən mübahisənin tədqiqi üzrə yerquruluşu planı sxemi tərtib edilmişdir ki, həmin sxemə və sxemdə qeyd edilən koordinatlara nəzər yetirilən zaman iddiaçıların mülkiyyətində olan torpaq sahələri üzrə çıxarışlarla həmin çıxarışların verilməsinə əsas olan sənədlər arasında koordinat uyğunsuzluları olduğu müəyyən edilir. Eləcə də, torpaq sahəsinin faktiki vəziyyətdə üçüncü şəxs X9 istifadəsində olması halı müəyyən edilmişdir ki, həmin hissədə araşdırma nəticəsində qeyd edilən istifadə üçün hər hansı bir hüquqmüəyyənedici sənədin olmadığı müəyyən edilir. İddiaçılara məxsus hüquqmüəyyənedici sənədlər üzrə isə qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı X17 Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 nömrəli qərarına əsasən ona ayrılan 0.21 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh orqanın imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, “X18 X31”ndə düzəliş edilərək, X12 0,107 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların və İddiaçı1 0,50 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin sənədlərin verilməsinə əsas olmuş xx.xx.1999-cu il tarixli, JN-107, kod 80224028 nömrəli dövlət aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilsin. “X18 X31”ndə düzəliş edilsin. X12 0,107 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların və İddiaçı1 0,50 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin sənədlərin verilməsinə əsas olmuş xx.xx.1999-cu il tarixli, JN-107, kod 80224028 nömrəli dövlət aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar