Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4587/2025 03.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinə qarşı “xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinə qarşı “xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Karrar kəndində yaşayır. X2 xx.xx.1996-cı ildə, anası X5 xx.xx.2010-cu ıl tarixdə, bibiləri, X18 xx.xx.2013-cü il tarixdə, X19 isə xx.xx.2017-ci il tarixdə ölmüşdürlər. Mərhum atasının qardaşı X10 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Digər qardaşları X7 və X6 isə ayrı-ayrılıqda hazırda Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. Mərhum nənəsi X8 ölənə kimi mərhum atasının himayəsində onlarla birlikdə yaşamış, atası vəfat etdikdən sonra isə ölənə kimi, yəni xx.xx.2002-ci il tarixə kimi onun himayəsində olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdırlar. Mərhum nənəsi X3 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarına əsasən Kürdəmir rayonunun Karrar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,13 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi həmin torpaq sahəsini vəfat edənə kimionunla birlikdə istifadə etmiş, onun ölümündən sonra həmin torpaq sahəsini qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən istifadə edir. Digər vərəsələr olan və hazırda Bakı şəhərində yaşayan qardaşları X7 və X6 mərhum nənəsi X1 miras qalmış 1,13 ha torpaq sahəsini qəbul etməmiş və miras əmlakdan heç bir pay təklif etməyəcəklərini bildirmişdirlər. 2023-cü ildə mərhum nənəsi X1 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Cavabdehnə müraciət etsə də, mirasın qəbul müddətini ötürdüyünü, vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirilərək məhkəməyə müraciət etməyii tövsiyə edərək bu barədə ona məktub verilmişdir. Ona görə də vərəsəliyin qəbulu müddətinin ötürülməsinin bərpa edilməsi ilə bağlı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə nazirliyi X20 Xidmət Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 700 nömrəli məktubundan görünür ki, Vərəsəliyin qəbul müddətini ötürdüyünüz üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı xx.xx.2023-cü il tarixli 1083 nömrəli məktub əsasında tərəfimizdən bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etməyiniz təkrarən tövsiyyə olunur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr (rayon və ya şəhər) tərəfindən baxılır. Göründüyü kimi notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə mülki icraat qaydasında ümumi məhkəmədə baxılır. Həmçinin müddətlə bağlı mübahisənin olduğu müəyyən edilir ki, həmin hissədə iddiaçıya izah olunur ki, qeyd edilən tələb üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına nəzər yetirilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticə aşağıdakı kimi olmuşdur: Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İş materiallarına nəzər yetirilən zaman isə tərəfin notariat orqanına müraciətinin plenum qərarında əvvəlki dövrdə olduğu müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbi üzrə yenidən müvafiq notariat orqanına müraciət etməlidir. Tələbindən imtina olunacağı təqdirdə müvafiq ümumi (rayon/şəhər) məhkəməsində tələbi üzrə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(120)-4587/2025 nömrəli məktubla İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının diqqətinə çatdırılır ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə mülki icraat qaydasında ümumi məhkəmədə (rayon və ya şəhər) mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinə qarşı “xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh X20 Xidmət Mərkəzində Notariat ofisinə qarşı “xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4587/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4587/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver