Məhkəmə qərarları › İş №2-1(120)-460/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-460/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-460/2022 07.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X3 qarşı «iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 4 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X7 ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun 1992- 1999-cu illərdə X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2019cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Sabirabad rayonu, Cavad kəndində anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. O, xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləmişdir. Ümumilikdə 27 il 4 ay 2 gün iş stajı var. Qeyd olunan sığorta stajı əmək kitabçasında qeyd olunmuşdur. Ona xx.xx.2019-cu il tarixdən, 64 yaşdan 27 il 4 ay 2 gün sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasinda qeyd olunmasına baxmayaraq, müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.2021-ci il tarixdə əmək pensiyası dayandırılmışdır. O, yaşa görə əmək pensiyasının bərpa olunmasından ötrü DSMF 4 saylı regional ərazi filialına rəsmi olaraq müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 saylı imtina məktubu verərək ona bildirilmişdir ki, xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. O, xx.xx.1977-xx.xx.1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləmişdir. Göstərilən əmək stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafr X14 Şəxsinin 4 saylı Regional Ərazi filialı tərəfindən qəbul edilməmiş və ona imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi filialının imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən xx.xx.2019-cu il tarixdən ona 64 yaşından 27 il 4 ay 2 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin sonradan aparılmış audit yoxlamaları nəticəsində 1992-1999-cu illərdə X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajı öz təsdiqini tapmamış, əmək stajı hesablanan zaman həmin illər nəzərə alınmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsini tələb etmişdir. Lakin İddiaçı xx.xx.1973-cü il tarixli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işləmiş olduğu “X8 İdarəsi Təsərrüfatlararası əsaslı tikinti şöbəsi”nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən qeyd olunan dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı 19 il 4 ay 13 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 22 dekabr 2021-ci il tarixli, 141 nömrəli məktubda “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti söbəsi”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və X9 filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 23 dekabr 2021-ci il tarixli, 141 nömrəli məktubda “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsi”nin vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sabirabad Rayon Statistika İdarəsi tərəfindən təqdim edilmiş 28 dekabr 2021-ci il tarixli, 98 nömrəli məktubda “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsi”nin 19 iyun 1996-cı ildə SVDRdə qeydiyyatdan keçdiyi və 05 yanvar 1999-cu ildə bu müəssisənin ləğv edildiyi qeyd edilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (19 il 4 ay 13 gün) sığorta kapitalı 14195.57 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarından aydın olur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsinin faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (xx.xx.1992-xx.xx.1999-cu illər) sosial sığorta stajına daxil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixli, 987 nömrəli əmrlə Bakı Elektrik Maşınqayırma zavodu 5 saylı sexə çilingər quraşdırıcı şagird kimi qəbul edilmiş, xx.xx.1971-ci il tarixli, 587 nömrəli əmrlə 5 saylı sexə işçi kimi keçirilmiş, xx.xx.1971-ci il tarixli, 51 nömrəli əmrlə 5 saylı sexə 1-ci dərəcəli çilingər quraşdırıcı kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 68 nömrəli əmrlə ştatın ixtisarı üzrə işdən azad edilmiş, xx.xx.1973cü il tarixli, 48k nömrəli əmrlə 2 nömrəli Bakı Mebel Fabrikinin mebel sexinə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 98k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1973-cü il tarixli, 76k nömrəli əmrlə Bakı Asbest-Sement və Keramika məmulatları fabrikinin Şifer sexinə müvəqqəti olaraq çilingər kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 76k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1973-cü il tarxili, 195 nömrəli əmrlə Sabirabad Kolxozlararası Tikinti İdarəsinə fəhlə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 239 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1974-cü il tarixli, 56 nömrəli əmrlə Tikinti ustası-santexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli, 146 nömrəli əmrlə hərbi qulluğa çağırıldığına görə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 6 nömrəli əmrlə X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsinə ikinci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci il tarixli, 91 nömrəli əmrlə inşaat ustası vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixli, 03 nömrəli əmrlə öz ərizəsinə əsasən inşaat ustası vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci il tarixli, 110 nömrəli əmrlə böyük mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 49 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, Sabirabad rayonu Cavad kənd sakini, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş Sovet ordu sıralarında xidmət etmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 63 saylı Arayışından görünür ki, Təsərrüfatlararası tikinti idarəsinin 1992-1999-cu illərin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********979000 saylı məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat 5 saylı Ərazi Vergilər İdarəsində müəyyən edilməmişdir. İşdə olan Sabirabad rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 17 saylı məktubundan görünür ki, “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsi” xx.xx.1996-cı il tarixdə X4 reyestrində qeydiyyata alınmışdır və xx.xx.1999-cu ildə ləğv olunmuşdur. Məlumat üçün bildirirlər ki, müəssisənin xx.xx.1996-cı ildən əvvəlki dövrə olan məlumat tapılmadı. Tapılmamasının səbəbi SVDR-1 1996-cı ildən formalaşdığı üçündür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən 64 yaşından 27 il 4 ay 2 gün sosial sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı və ya fərdi hesabında 17245,17 pensiya kapitalı tələb olunurdu. İddiaçı təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası və hərbi xidmət dövrü) 27 il 4 ay 2 gün sığorta stajı (19748,93 manat kapital) hesablanmışdır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunmasına kifayət etmişdir. Lakin audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, 1992-1999-cu illərdə X8 idarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olan halda İddiaçı 19 il 4 ay 13 gün sığorta stajı və ya 14195,57 manat pensiya kapitalı müəyyən edilir. Ona görə də İddiaçı sığorta stajı və pensiya kapitalı çatmadığı üçün əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı mübahisəli və mübahiəsiz illərlə birlikdə 27 il 4 ay 2 gün sığorta stajı toplanır ki, bu da ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan staja kifayət edir. Lakin xx.xx.1992xx.xx.1999-cu illər (7 il 11 ay 19 gün) mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmır. İddiaçı onun əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin 4 saylı regional ərazi filialı bildirir ki, Sizə xx.xx.2019-cu il tarixli qərarla xx.xx.2019-cu il tarixdən 64 yaşınızdan 27 il 4 ay 2 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Sizə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyiniz sənədlərə əsasən (əmək kitabçası və hərbi xidmət dövrü) Sizin 27 il 4 ay 2 gün sığorta stajınız hesablanmışdır ki, bu da sizə yaşa görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin, Audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, 1992-1999-cu illərdə X8 idarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinizə dair sığorta stajınız əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajınız öz təsdiqini tapmadığından həmin illəri əmək stajı hesablanan zaman nəzərə alınmasından imtina edilmişdir. Belə olduğu halda Sizin 19 il 4 ay 13 gün stajınız müəyyən edilir. Ona görə də yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajınız və pensiya kapitalınız çatmadığından əmək pensiyanız xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Sabirabad rayonu, Cavad kəndində doğulmuş, ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, lakin sonradan aparılmış audit yoxlaması zamanı iddiaçının 1992-1999-cu illərdə X8 idarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajı öz təsdiqini tapmadığından həmin illəri əmək stajı hesablanan zaman nəzərə alınmasından imtina edilmiş və ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və pensiya kapitalı çatmadığından əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh orqanın mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi illərdir. Cavabdeh bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsindəki əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməməsi səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi “X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsinin faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmaması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1973-cü il tarixli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə həmçinin əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2019cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X8 İdarəsi təsərrüfatlararası əsaslı tikinti şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2019cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar