Məhkəmə qərarları › İş №2-1(120)-462/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-462/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-462/2022 02.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X17, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X18 və X20 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X12 0,61 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə (X18 və X20 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “X18 və onun həyat yoldaşı X13 mülkiyyətin hüququnu təsdiq edən Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsini təsdiq edən sənədin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-462/2022 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “X18 və onun həyat yoldaşı X13 mülkiyyətin hüququnu təsdiq edən Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsini təsdiq edən sənədin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı olduğu kimi saxlanılsın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi cavabdeh sırasından çıxarılsın, Kürdəmir rayon İcra Hakimiyyəti cavabdeh qismində tanınsın, iddia tələbinə isə “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X12 0,61 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən həm məhkəmənin hazırlıq icraatının iclasında, həmçinin, iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdur ki, hazırki iddia üzrə subyektiv hüququnun olması və yaxud cavabdeh tərəfindən subyektiv hüququn pozulması və hazırki iddianı qaldırmaqla hüquqi marağın olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə izahat verərək, ona mərhum atamdan miras qalmış Yenikənd kənd sakini Bəkirov Mübariz tərəfindən saxta sənədlə zəbt etdiyi 0,61 ha həyətyanı torpaq sahəsinin qeyri-qanuni yol ilə verilmiş sənədinin ləğv edilməsini, onun 2014-cü ildən bu günə qədər həmin torpaq sahəsinə həsrət qaldığını, ondan istifadə edə bilmədiyini, onun pozulmuş hüquqlarının bərpa olunmasına kömək edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə hazırlıq icraatının iclasının yeri və vaxtı barədə cavabdeh Kürdəmir rayon İcra Hakimiyyəti, üçüncü şəxslər X18 və X20 lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin tələblərini rəhbər tutaraq, işə gəlməyən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, yaşadığı Kürdəmir rayonunun Dəyirmanlı kəndinin ərazisində atası mərhum X4 ona 0,61 ha torpaq sahəsi miras olaraq qalmışdır. Bu torpaq sahəsindən faktiki olaraq uzun illərdir ki, istifadə edirdi. Atasından ona miras qalmış torpaq sahəsi 0,61 ha 2014-cü ildə başqa bir kənd sakini tanımadığı, Yenikənd kənd sakini X11 adına saxta sənəd tərtib edilərək qeyri-qanuni olaraq onun əlindən alınmışdır. Onun faktiki olaraq uzun illərdir ki, istifadə etdiyi Dəyirmanlı kəndinin ərazisində yerləşən 0,61 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnaməyə” əsasən X12 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə həyətyanı sahə kimi mülkiyyətinə verilmişdir. Bu saxta sənəd 2014-cü il tarixinə deyil, 2014-cü il tarixindən 16 il əvvəlki tarixə 1998-ci il tarixinə verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnaməyə” DTXK-nin Kürdəmir rayon şöbəsinin və X28 Qurluşu Layihə İnsututu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayon Notariat kontorunda 22.012.2014-cü il tarixdə X18 və onun həyat yoldaşı X20 arasında “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” təsdiq edilmişdir. Müqaviləyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,61 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi 2714 006971 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” verilmişdir. 0,61 ha torpaq sahəsi Dəyirmanlı kəndi ərazisində yerləşdiyi və faktiki olaraq onun istifadəsində olduğu halda Yenikənd kəndində qeydiyyatda olan X12 öz kəndində mülkiyyətinə 0,72 ha torpaq sahəsi verildiyi halda, hansı əsaslarla və necə Dəyirmanlı kəndi ərazisində atasından ona miras qalmış torpaq sahəsinə saxta sənədlə sahibləndiyini qeyd edir. Bu işlə əlaqədar bir neçə aidiyyəti üzrə təşkilatlara müraciət etmiş, nəticəsi olmamışdır. Kürdəmir rayon prokurorluğunda da Yenikənd kənd sakinni X18 və onun həyat yoldaşı X16 verilmiş sənədlərin saxta və qanunsuz olması haqqında ona sənəd təqdim edilmişdir. Apardığı araşdırmalar əsasında, topladığı sübutlarla Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəldim. 2021-ci ilin iyun ayında Şirvan İnzibati Məhkəməsinə İddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində Şirvan İnzibati Məhkəməsində açıq məhkəmə iclası keçirildi. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışın etibarsız edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lakin həmin tələblə bağlı ilkin olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edib ona məxsus olan torpağın başqa bir kənd sakininə necə verilməsi haqqında sənəd alıb məhkəməyə təqdim etməli idi. Bu sənədi vaxtında ala bilmədiyi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız edilməsinə tələbi olan iddiası mümkün sayılmamışdır. Sonra xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə bu saxta sənədin Yenikənd kənd sakini X18 və onun həyat yoldaşı X16 necə verilməsi haqqında məlumat istədi. Həmin idarədə onun sorğusuna xx.xx.2021-ci il tarixində İmtina cavabı verildi. Şirvan İnzibati Məhkəməsindən ona göndərilən qərardad da göstərilmişdir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10/87-1-21 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən rayon prokurorluğuna xx.xx.2020-ci il tarixli B-437 nömrəli məktub göndərilərək sizin Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisində olan 0,61 ha torpaq sahəsinin qanunsuz olaraq saxta sənəd əsasında Kürdəmir rayon Yenikənd kənd sakininə verildiyini bildirmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə”yə əsasən X12 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0,61 ha torpaq sahəsi həyətyanı sahə kimi mülkiyyətinə verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə” DTXK- nın Kürdəmir rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayon notariat konturunda xx.xx.2014-cü il tarixdə X18 və onun həyat yoldaşı X20 arasında “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” təsdiq edilmişdir. (Reyestr N 4Ə-121) Müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən 0,61 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə”də bir sıra uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Belə ki, həmin şəhadətnamədə Kürdəmir rayonu Yenikənd kənd sakini olan X1 rayonu Dəyirmanlı kənd sakini kimi göstərilmişdir. Bundan başqa Mübariz Bəkirov rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində 0,61 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə Dövlət Torpaq və X3 rayon şöbəsi tərəfindən 2012-ci ildə verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi “Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə” DTXK-nın Kürdəmir rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsi zamanı əsas götürülmüş sənədlərin qanuni olub-olmamasının yoxlanılması məqsədilə rayon prokurorluğuna daxil olmuş sənədlər xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə göndərilmişdir. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının .anununun 5.1 -ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına rmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən ayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onarın yazılı və ya elektron müraciətləri əsasında verilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1 -ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq, sorğuda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətinə əsasən, X2 İlahə Əhməd qızına Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində 0,61 ha həyətyanı torpaq sahəsini hədiyyə etmişdir. İş materiallarında olan JN 151F, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Kürdəmir Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir və plan, sərhədlərinin ölçüsü təqdim edilmişdir. İş materiallarında olan JN 166A, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Kürdəmir Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Aqrar X9 rayonunun Dəyirmanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, İddiaçı adına 0.35 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən, Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********50 saylı məktuba əsasən, Kürdəmir rayonu, Dəyirmanlı kəndində X12 torpaq sahəsinin ayrılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində “Torpağın mülkiyyətə veriməsi barədə şəhadətnamə” və ya qərar aşkar edilməmişdir. Lakin, X1 rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilməsi ilə bağlı ərizəylə 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsi tərəfindən JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilmişdir. X1 rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-121 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini X16 bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********23 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış və plan-ölçüsü sənədi verilmişdir. Sorğuda adı qeyd olunan X6 adına Kürdəmir rayonu, Dəyirmanlı kəndində torpaq sahəsinin ayrılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində “Torpağın mülkiyyətə veriməsi barədə şəhadətnamə” və ya qərar aşkar edilməmişdir. Lakin, X10 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu, Dəyirmanlı kəndi ərazisində 0.30 ha torpaq sahəsi (həyətyanı) ayrılaraq, adına JN-226F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Hazırkı işdə iddiaçı öz adına və ya mərhum atası X7 adına Kürdəmir rayonu, Dəyirmanlı kəndi ərazisində 0.61 ha (həyətyanı) torpaq sahəsinin onlara məxsus olmasına dair sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının X12 0,61 ha torpaq sahəsinin ayrılmasına dair hissədə qərarın ləğv edilməsini tələb etdiyi torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 29041)-57/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə üçüncü şəxs X18 arasında Dəyirmanlı kəndində yerləşən torpaq sahələri ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 29041)-57/2019 saylı qətnaməsinə əsasən, İddiaçı iddia ərizəsi təmin edilmiş, cavabdehlər X18 və X20 iddiaçı X8 xüsusi mülkiyyətində olan Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən 0.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaqdan istifadəyə cavabdehlər tərəfindən edilən manelərin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən qazılmış kanal cavabdehlərin vəsaiti hesabına doldurularaq torpağın əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Həmin qətnamənin giriş və əsaslandırma hissəsindən görünür ki, iddiaçı həmin prosesdə iştirak etmiş və “Torpağın mülkiyyətə veriməsi” barədə şəhadətnamə və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarından məlumatlı olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının iddia ərizəsindən, məhkəmə iclasında iştirak edən iddiaçının izahatından və iş materialında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı hazırda razılaşmadığı Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı mübahisələndirdiyi qərardan (inzibati aktdan) sonuncu dəfə 2019-cu il tarixindən məlumatlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X18 və X20 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X12 0,61 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar