Məhkəmə qərarları › İş №2-1(120)-4644/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4644/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4644/2025 09.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yeyənkənd sovxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlərlə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X6 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Yeyənkənd sovxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlərlə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 8 saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilsin. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 sentyabr 1996-cı il tarixli 55 saylı Yeyənkənd sovxozunun əmri ilə ona 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın təhkim aktı, Yerquruluşu planında, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü A № 421229 saylı şəhadətnamə xx.xx.2013-cü il tarixdə 4358 nömrə ilə qeydiyyata alınmış və Yeyənkənd ərazi nümayəndəsinin 560 saylı 16 iyul 2012-ci il tarixli arayışı ilə onun istifadəsində olması ilə təsdiq edilmişdir. O, həmin torpaq sahəsinə çıxarış almaq üçün dəfələrlə 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, hər dəfə bir bəhanə ilə ona çıxarış verməkdən imtina edirlər. Sonuncu dəfə də ona bildirildi ki, həmin torpaq sahəsinin ona məxsus olmasının tanınması barədə məhkəmə qərarı gətirdikdən sonra Sizə çıxarış verilə bilər. Qeyd etmək istəyir ki, həmin torpaq sahəsinin ona məxsus olması barədə xx.xx.2012-ci il tarixdə 2(050)-1528/2012 saylı qətnaməsi də vardır. Bütün bunlara baxmayaraq öu günə qədər ona torpaq sahəmə reyestrdən çıxarış və texniki pasport 8 saylı Cəlilabad Ərazi İdarəsindən verilmir, torpağın ona məxsus olması barədə məhkəmə qərarı tələb edilir. Ona Yeyənkənd sovxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlərlə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin ona məxsus olmasının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli məktubla hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə nəzər yetirilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişdir və ərizəyə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “...0.06 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin əsli və Masallı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(50)-1528/2012 saylı qətnaməsi ilə Masallı regional “Asan Xidmət” Mərkəzinə rəsmi müraciət etdikdən sonra sözü gedən torpaq sahələrinə reyestrdən çıxarış və texniki pasport verilməsinə qanunamüvafiq qaydada baxıla bilər.” İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan tərəfindən imtina edilməmişdir. Yəni cavabdeh inzibati orqanın torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ilə 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etməli olduğuğu bildirilməsi “imtina” verilməsi anlamına gəlmir. Başqa sözlə, cavabdeh inzibati orqana sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra, həmin inzibati orqanın müraciət ilə bağlı müvafiq qərar qəbul etmək imkanı yaranacaqdır. Həmin imkan tükənmədən hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğular əsasında iddiaçı tərəfindən kserosurətini təqdim edilən Yeyənkənd sovxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlərin əsli və ya təsdiq edilmiş surəti iş üzrə icraat materiallarına daxil edilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquq şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı "Yeyənkənd savxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlər verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin taninması vəzifəsinin cavabdehin üzərinə qoyulması iddia tələbinə dair Masallı Rayon Məhkəməsinə müraciəti daxil olmamışdır. İddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən sənədləri - torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin əslini və ya notarial qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmək təklif olunmuşdur. İddiaçı müraciətə cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilməmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsə müraciət edərək, xidmət haqqını idarənin hesablaşma hesabına ödəməli, çöl-öçmə işlərinə şərait yaratmalı və hüquqmüəyyənedici sənədlərlə mübahisəli torpaq sahəsinin koordinatlarının tanıtdırılması, çıxarış verilməsi ilə bağlı müraciət etməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddiaçı sənədlərlə birlikdə iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə, yəni Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X3 iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Yeyənkənd sovxozu tərəfindən 30 sentyabr 1996-cı il tarixdə 55 saylı əmrlə və digər təsdiqedici sənədlərlə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar