Məhkəmə qərarları › İş №2-1(120)-465/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-465/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-465/2023 03.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə nəzərdə tutulan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına müraciət etmiş, lakin cavabdeh 15 fevral 2022-ci il tarixli, **********0 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tаriхli, 2-1(120)-1527/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialının tanınması, iddia tələbinə “cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə nəzərdə tutulan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2022-ci il tarixdə **********2 nömrə ilə qeydə alınmış “Cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət” təyinatı ilə bağlı ona imtina edilmişdir. Bundan narazı olduğuna görə və qəbul edilmiş qərar qanuna zidd olduğuna görə qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyil Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialının 15 fevral 2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2022-ci il tarixdə **********2 nömrə ilə qeydə alınmış “Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət” təyinatı ilə bağlı müraciətinizə tərəfimizdən qanunamüvafiq qaydada baxılmışdır. Bildiririk ki, “Penitensisr müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında’ Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Həmin Qanuna əsasən penitensiar müəssisə anlayışı müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəsisəsi mənasını ifadə edir. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən (məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli), həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən siz İstintaq təcridaxanasında cəza çəkdiyiniz üçün komissiya tərəfindən müraciətinizə imtina edilərək sənədləriniz sizə qaytarılır. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)- 191/2019 nömrəli hökmünün hökm etdi hissəsində qeyd edilmişdir: İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2- ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İddiaçı 20 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 18 noyabr 2019-cu il tarixdən hesablansın. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X8 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X3 20 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 04 sentyabr 2019-cu il tarixdən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X12 tərəfindən təqsirləndirilən şəxs İddiaçı hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat və X9 tərəfindən X3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx"ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-352/2020 nömrəli qərarın qərara aldı hissəsində qeyd edilmişdir: zərərçəkmiş X4 apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü təqsirləndirilən İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 20 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, habelə 18 noyabr 2019-cu il tarixdən 23 iyul 2020-ci il tarixədək yəni 08 (səkkiz) ay 05 (beş) gün müddət həbsdə saxlanılmasının azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması nəzərə alınmaqla qəti olaraq üzərində 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Astara rayon İcra və Probasiya şöbəsinə havələ edilsin. Cəzasının əvvəli İddiaçı Astara rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İddiaçı üzərinə Astara şəhəri Qum küçəsi ev 63-də yerləşən evini hər gün saat 20:00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı Cəzaçəkmə Müəssisəsinin 25 yanvar 2022-ci il tarixli, 17/19-79 nömrəli arayışında qeyd edilmişdir: Arayış verilir xx.xx.1985-ci il təvəllüdlü, İddiaçı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 69.3 maddələrinə əsasən 1 il 11 ay 29 gün müdddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəlli: xx.xx.2019-cu il, cəzanın sonu: xx.xx.2021-ci il. İddiaçı 4 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2020-ci il tarixdə Bakı istintaq təcridxanasından daxil olub, xx.xx.2020ci il tarixdə Bakı istintaq təcridxanasına göndərilib. İşdə olan Astara rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(018)-02/2022 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməsi, məhkum İddiaçı barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək həmin Qərarın 2-ci hissəsinin 2.5-ci bəndinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 1(005)-62/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi və həmin Qərarın 7ci bəndinə əsasən onun üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 33/2140 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 018-10441-1222 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazında qeyd edilmişdir: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran- Astara regional filialına qarşı "birdəfəlik müavinətin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı birdəfəlik pul müavinətinin ona ödənilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubu ilə cəzasını İstintaq təcridxanasında çəkdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən (məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli), həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Cəzaçəkmə Müəssəsinin xx.xx.2012-ci il tarixli, 79 nömrəli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə Bakı İstintaq təcridxanasına göndərilmişdir. Göründüyü kimi, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Belə ki, adından aydın olduğu kimi Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Lakin müvafiq arayışdan göründüyü kimi, iddiaçı azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, cəzasını İstintaq təcridxanasında çəkmişdir. Beləliklə, iddiaçı Qanunun 1.0.1-ci maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. İddiaçı isə ümumiyyətlə penitensiar müəssisədə cəza çəkmədiyindən onun sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Beləliklə qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin ödənilməsi mümkün deyildir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı “birdəfəlik müavinətin təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair 2-1(120)-1527/2022 nömrəli inzibati iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 21-1/3-205355 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-191/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2- ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 20 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasınının çəkməsinin əvvəli tutulduğu 18 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-191/2019 nömrəli hökmü qanuni qüvvəsini almamış, həmin hökmdən İddiaçı apellyasiya şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-352/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2019cu il tarixli hökmü təqsirləndirilən İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 20 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, habelə 18 noyabr 2019-cu il tarixdən 23 iyul 2020-ci il tarixədək yəni 08 (səkkiz) ay 05 (beş) gün müddət həbsdə saxlanılmasının azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması nəzərə alınmaqla qəti olaraq üzərində 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə qeyd edir ki, azadlığı məhdudlaşdırılması cəzasının icrası, penitensiar müəssisə tərəfindən deyil probasiya xidməti tərəfindən həyata keçirilir və məhkumun cəmiyyətdən tam təcrid olunmadan cəzasını çəkməsindən ibraətdir. Belə cəza təyin edildiyi halda məhkumun sosial adaptasiyasından zəzrurət yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə nəzərdə tutulan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsinin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə nəzərdə tutulan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar