Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-466/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə Masallı Məhkəmə kompleksinin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li 17 sentyabr 2021-ci il tarixli Qərara əsasən barəsində 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda göstərilir ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər tıziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar tam qanunsuz və əsassız olmaqla ədalətsizdir. 20 sentyabr 2021ci il tarixdə ona vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnaməyə əsasən müəyyən edilmiş hallardan biri də vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarıdır. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li Qərarın qəbul edilməsindən ötrü əsas olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 05 avqust 2021-ci il tarixli seriya DVX № 002264 -li AKT-a əsasən müəyyən edilmişdir ki, o, X1 rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində 2 (iki) nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etmişdir. Sözügedən aktın özü tamamilə əsassızdır. İlkin olaraq ona görə ki, həmin aktda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb edilmiş şəxslərin “Möcüzə Palace” şadlıq evində işlərə və xidmətlərə cəlb edilməsi absurddur və bu istiqamətdə heç bir sübut yoxdur, bu istiqamətdə hər hansı formada izahatlar və ifadələr alınmamışdır. Eləcə də qeyd edilən şəxslərin həmin şadlıq sarayında işlərə cəlb edilməsini təsdiq edən foto şəkillər və video görüntüləri əks etdirən disk və ya hər hansı digər sübutlar da müəyyən edilməmişdir. Həmin xüsusatlar vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li Qərarın qanunsuzluğuna və əsassızlığına kifayət qədər dəlalət edir, ikincisi də, qeyd etməli olduğum ən əsas məqamlardan biri ondan ibarətdir ki, şadlıq sarayında işlərə və xidmətlərə o, heç vaxt heç kimi cəlb etmir. Çünki, buna zərurət olmur. Oradakı qaydalar belədir ki, toyu keçiriləcək şəxslər və ya həmin şəxslərin gətirdiyi işçi qüvvələri (aşpaz, ofisiant və digər xidmət personalı) bu məsələləri həll edir və toyda xidmətin təşkilini özləri aparırlar. Məhz bu baxımdan xidmət göstərilməsinə tərəflərindən kiminsə cəlb edilməsi məntiqsizdir. Ona görə də o, bu qərarı tam qanunsuz və əsassız hesab edir. Əgər belə bir hal varsa qanunvericiyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1, 3.2, 3.3, 3.4, 3.9, 3.11-ci maddələrinə əsasən vergilər haqqında qanunvericilik vergi tutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-cı maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzr, məhkəmə icraat, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd olunan Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqtim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrinə istinad edib cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17 sentyabr 2021-ci il tarixdə qəbul olunmuş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li tarixli Qərarın qanunsuz və əsassız olması səbəbinə görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində İddiaçı tanımadığını, heç bir müqavilə əsasında işə cəlb edilmədiyini və cəlb edilməsinin qarşılığında pul almadığını, xx.xx.2021-ci il tarixdə saat 17.00-da toyda olduğunu, toyun saat 5-6 arası başladığını, toy sahibi olan Nəsib adlı şəxslə şəxsi tanışlığı olduğunu, toy başlayan vaxtı gəldiyin və tanış qonaq kimi məclisdə iştirak etdiyini, toyda olan vaxt Nəsibin tapşırığı ilə toy sahibinə məxsus mallara nəzarət etmək üçün şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzərat etdiyini, həmin zaman bəy və gəlin zala daxil olmamışdan qabaq vergi əməkdaşlarının ora gəldiklərini, vergi əməkdaşlarının anbara girib baxdıqdan sonra ondan heç bir izahat almadıqlarını, sadəcə şəxsiyyət vəsiqəsiylə bağlı məlumat aldıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində İddiaçı tanımadığını və həmin şəxslə heç bir ədavəti olmadığını, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışdığını, operativ yoxlama keçirilməsi məqsədi ilə saat 5-dən sonra “Möcüzə” Şadlıq Sarayına daxil olduğunu və onları şadlıq evində Mübariz və Vüqar adlı şəxslərin qarşıladığını, onların izahatlarını alandan sonra Mübariz və Vüqar şadlıq evinin işçiləri olduqlarına əmin olduqlarını, həmin vaxt obyektin sahibinin orada olmadığını, sonradan obyekt sahibinin oğlu Niyaməddin adlı şəxsin gəldiyini, söhbət edərkən hələ toyun başlamadığını, yemək bişirənlər və kababçının ev sahibinin adamları olduğunu, toy sahiblərindən heç kimin onlara yaxınlaşmadığını bildirmişdir. - İşdə olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində VÖEN ********** ilə vergi ödəyicisi kimi uçota alınmışdır. - İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********0808 nömrəli xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, iddiaçının İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin (kontraktın) hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti, nəzarət kitabçası və operativ vergi nəzarəti ilə əlaqədar digər zəruri sənədlər tələb olunmuşdur. - İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2021-ci il tarixli **********918700 nömrəli məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubuna əsasən, İddiaçı barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 002264 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2021-ci il tarixli **********9408 nömrəli tələbnamə ona göndərilmişdir. - İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin,inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********9409 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə xx.xx.2021-ci il tarixə kimi 4000 (dörd min) manat vəsait ödənilməsi tələb olunmuşdur. - İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. - İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2021-ci il tarixli **********118000 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:00-da 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. - İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 002264 nömrəli aktdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X7 akta imza etməkdən imtina etmişdir. - İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta əlavədən görünür ki, İddiaçı məxsus “Möcüzə Palace” şadlıq evində operativ vergi nəzarəti nəticəsində X4 və X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. X7 akta əlavəyə imza etməkdən imtina etmişdir. - İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 05 avqust 2021-ci il tarixli, seriya DVX № 001842 nömrəli protokoldan görünür ki, təqdim edilən sənəd və əşyaların adları göstərilməmiş, X7 protokola imza etməkdən imtina etmişdir, 6 saylı Ərazi Vergi Baş İdarəsinin əməkdaşları tərəfindən protokola imza edilmişdir. - İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********732300 nömrəli etiraz məktubunda göstərilmişdir ki, təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar bildirilir ki, Baş idarənin xx.xx.2021-ci il tarixli **********0663 nömrəli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə saat 17:30-da vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi “Möcüzə Palace” şadlıq evində Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 2 nəfər işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar edilmiş və bu hal DVX seriyalı 002264 nömrəli aktla rəsmiləşdirilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə **********118000 nömrəli bildiriş əlavələr ilə birlikdə vergi ödəyicisinə göndərilmiş və poçtdan geri qayıtmamışdır. Həmçinin, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə akt göndərilmiş, lakin qərar üzrə materiallara baxılması üçün xx.xx.2021-ci il tarixdə saat 11:00-a Baş idarəyə dəvət olunmasına baxmayaraq gəlməmiş və ya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixli **********9408 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” Qərar çıxarılmış, vergi ödəyicisinin məsuliyyət tədbirinə baxılmış və həmin qərar əlavələri ilə birlikdə vergi ödəyicisinə göndərilmiş və poçtdan geri qayıtmamışdır. İddia ərizəsində qeyd olunan dəlillərin əsassızlığı ilə bağlı qeyd etməyi zəruri hesab edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı təşkil edir. Yuxarıda qeyd olunan fakt və dəlillərdən də göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahisə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. Həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 54-cü mədəsinə əsasən hüquq pozuntusunun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal hesab edilmədiyindən iddiaçının iddia ərizəsində qeyd etdiyi fakların əsassızlığı bir daha təsdiqini tapır.Yuxar ia göstərilənləri nəzərə alaraq, İddiaçı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı işlətdiyi “Möcüzə Palace” şadlıq evində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 2 nəfər fiziki şəxsin, yəni X4 və X9 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, İddiaçı ilə əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etməsi barədə izahat, həmçinin aktda adı olan 2 nəfər şəxslərdən izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta nəzər yetirildikdə yalnız vergi əməkdaşları tərəfindən imza edildiyi, X4 akta imza etməkdən imtina etməsi və X12 barəsində isə ümumiyyətlə heç bir məlumat əks etdirilməməsi müəyyən edilmişdir. X7 məhkəmə iclasında ifadə verərək şadlıq sarayının işçisi olmadığını, həmin gün toyda iştirak etdiyini, toy sahibinin tapşırığı ilə şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzərat etdiyini təsdiq etmişdir, vergi əməkdaşları tərəfindən ondan izahat alınmadığını bildirmişdir. Dövlət vergi müfəttişi vəzifəsində çalışan X11 şahid qismində ifadəsində onları şadlıq evində Mübariz və Vüqar adlı şəxslərin qarşıladığını, onların izahatlarını alandan sonra Mübariz və Vüqar şadlıq evinin işçiləri olduqlarına əmin olduqlarını bildirsə də, cavabdeh orqan tərəfindən həmin izahatlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan operativ vergi yoxlaması apararkən hazırki qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən göstərilən şəxslərin izahatlarını ala bilərdi. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan X4 və X9 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh adları çəkilən şəxslərlə əmək müqaviləsi bağlanmadan onların işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia ərizəsi təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-466/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-466/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver