Məhkəmə qərarları › İş №2-1(120)-4665/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4665/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4665/2025 11.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-xx.xx.1985-cı il (01 il 11 ay 08 gün) tarixlərdə “Bakı 2 №-li Tibb Məktəbi”-ni bitirmiş, əmək fəaliyyətinə isə xx.xx.1985xx.xx.1988-ci il tarixə (03 il 03 ay 03 gün) kimi “Hacıqabul MRX”-da “tibb bacısı”, 1988-ci ilin sentyabr ayından 1994-cü ilin oktyabr ayına kimi (04 il 04 ay 28 gün) “Hacıqabul rayonu 1 May kolxozunda”, xx.xx.1996-xx.xx.1999-cu il tarixə (03 il 05 ay 16 gün) kimi “X17 Alətlər Bazası”-da “Metal təmir sexi”-də “açar (çalov) yağlayıcı” və “Metal boyama sexi”-də “metal boru (məmulatları) laklayıcı”, xx.xx.2011-xx.xx.2020-ci il tarixə (09 il 02 ay 12 gün) kimi və hal-hazıra kimi “Aqreqat” İstehsalat Birliyinin “Telemexanika” Zavodunda (hal- hazırda "xxxx" X9 QSC "xxxx" X7 MMC “Telemexanika” Zavodu) “1 nömrəli sex”-də “yığıcı”, “barıt yığıcı” və “kapsul yükləyici” peşələrində işləyirəm. Belə ki, mənim işlədiyim “yığıcı”, “barıt yığıcı” və “kapsul yükləyici” peşələrində işləmişdir. Onun hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 22 il 03 ay 07 gün və zərərli iş stajı isə 12 il 07 ay 28 gün təşkil edir. İşlədiyi vəzifələr ağır və zərərli iş olmuşdur. Cavabdeh onun ümumi iş stajının 21 il 18 gün, yəni xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1989-xx.xx.1993-cü il dövrləri, 4 il 6 ay 10 gün kolxoz dövrü və xx.xx.2006-cı il tarixdən sonra 13 il 6 ay dövrləri qəbul etmiş, lakin xx.xx.1985xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul Mərkəzi rayon Xəstəxanasında, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində Əli X14 Zavodunda işlədiyi dövrləri və 2011-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarının “Şirvan Telemexanika” İB tərəfindən həmin məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyindən, ona görə də fərdi hesabının sığorta hissəsində qeydə alınmadığından qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 9 iyul 1985-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1997-xx.xx.1999-cu ii tarixləri arasındakı dövrlər ərzində isə Əli X14 Zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilib. Sözügedən əmək kitabçasının 2-3-cü səhifələrindəki xx.xx.1985-ci il və xx.xx.1988-ci il tarixlərinə aid qeydlər həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid möhürlə təsdiqlənib, həmçinin işə daxil olma və işdən çıxma ilə bağlı imza ilə təsdiq edilməyib. Bu səbəblərdən də, yuxarıda göstərilən dövrlərdə işləməyinə dair iddiaçının əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, həmin dövrlərə dair məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının və Əli X14 Zavodunun sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilib. Bu fakt 21 yanvar 2025-ci il tarixli və 4 fevral 2025-ci i! tarixli birgə Aktlarla təsdiq edilib. Göstərilən səbəblərdən də həmin dövrləri İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də, iddiaçının 59 yaşının tamamlandığı 19 avqust 2024-cü il tarixinə ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmənin diqqətinə çatdırırıq ki İddiaçı ümumi iş stajı 21 il 3 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 7 il 6 ay 18 gün (xx.xx.1983xx.xx.1985-ci il (əyani təhsi! aldığı dövr), xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 4 il 6 ay 10 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 13 il 9 ay) təşkil edir. İddiaçının güzəştli iş stajı isə xx.xx.2024-cü il tarixinədək 12 il 8 ay 22 gün (xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd etmək lazımdır ki, iddiaçının 55 yaşının tamamlandığı 19 avqust 2020-ci il tarixinə güzəştli iş stajı 10 ildən az (8 il 10 ay 12 gün (xx.xx.2011-xx.xx.2011-ci il və xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildiririk ki, araşdırma zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində 2011-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə məcburi döviət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları (ümumilikdə 4 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 19 avqust 2020-ci il tarixinə İddiaçı münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18141,66 manat təşkil edirdi. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36151,83 manat təşkil edir. İddiaçımnin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövrün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, Şirvan şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, 031726 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli tibbi məktəbinə daxil olmuş və 1985-ci ildə həmin məktəbi tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-xx.xx.1999-cu il tarixə (03 il 05 ay 16 gün) kimi “X17 Alətlər Bazası”-da “Metal təmir sexi”-də “açar (çalov) yağlayıcı” və “Metal boyama sexi”-də “metal boru (məmulatları) laklayıcı vəzifəsində işləmişdir. İş materiallarında olan Əli X14 Bazasının xx.xx.1999-cu il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1996-xx.xx.1997-ci il tarixlərində X17 X12 təmir sexində açar (çalov) yağlayıcı və xx.xx.1998-xx.xx.1999-cu il tarixlərində isə Metal boyama sexində metal boru (məmulatları) lakləytcı peşələrində işləmişdir. İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı peşəsi üzrə gördüyü işlər - metal borulara bərkidilmiş açarların (çalovların) yağlanmasından və metal boyama sexində metal boru (məmulatları) laklayıcı üzrə gördüyü işlər-metal boruların (məmulatların) eboksidlə laklənrnasından ibarətdir, işlədiyi müddətdə hər iki peşə üzrə zərərli iş stajı olaraq aylıq əmək haqqısına 12 % və məzuniyyət gününə isə 2 təqvim günü əlavə olunmuşdur. Belə ki, İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı və metal boru (məmulatları) laklayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"-nın XİV. METAL EMALİ bölməsinin 1. Tökmə istehsalatı bəndinin a) fəhlələr: 21-ci abzasında qeyd edilən çilov yağlayıcı lari (2150100a- 15228) kodu ilə göstərilən və həmin bölmənin 12. Metal emalmın digər peşəiəri bəndinin a) fəhlələr: 6-cı abzasında qeyd edilən 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların laklarıması ilə məşğul olan bütün adlarda ləklayıcılar (2151200a-13328) peşələrinə uyğundur və ona gələcəkdə güzəştli əmək pensiyası hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********021600 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əli X14" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001 -ci il tarixdə D- 3336 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət oeydiyyatına, 11,08.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. “Əli X14” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə .ergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hal-hazırda cəmiyyətin fəaliyyəti passiv vəziyyətdədir. İş materiallarında olan "xxxx" X9” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X7 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024-cü il tarixli, 100/02-579 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2011-ci il tarixdə Əli Bayramlı şəhər “X8”-nin “Telemexanika” Zavodu (Hal- hazırda "xxxx" X9” QSC "xxxx" X2 Telemexanika İdarəetmə şöbəsi) “1 saylı sexi”nə “yığıcı" vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə “barıt yığıcısı” peşəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə “kapsul yükləyici” peşəsinə keçrilmişdir. Hal-hazırda da həmin sexdə (yəni 1 saylı sexdə) İV dərəcəli “kapsul yükləyici” peşəsində çalışaraq əmək fəaliyyətindədir. İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıradək olan illər arasındakı əmək fəaliyyəti dövrünün bütün olan illəri arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi “yığıcı” “barıt yığıcısı” və “kapsul yükləyici” peşələri ağır əmək şəraiti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 9-cu - Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri: göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr; həmin bölmədə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 13 il 05 ay təşkil edir. Beləliklə, İddiaçı “yığıcı”, “barıt yığıcı” və “kapsul yükləyici” peşələri üzrə xx.xx.2011-ci il tarixdən hal-hazıradək işləməklə ümumi ış stajı 13 il 05 ay, o cümlədən həmin əmək stajının bütün işlədiyi illəri zərərli və ağır iş stajı olmaqla 13 il 05 ay təşkil edir. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48- 17RA/2-82/2024 nömrəli arayışından görünür ki, İddiaçı 1988-ci ilin sentyabr ayından 1994cü ilin oktyabr ayına kimi Hacıqabul rayonu 1 May kolxozunda işləmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-68/3-355/2025 nömrəli arayışından görünür ki, X3 həqiqətən xx.xx.1986-cı il (Əmr 64 xx.xx.1986) tarixdən xx.xx.1987-ci il ( Əmr 77 xx.xx.1987) tarixə kimi Salyan rayon X4 Kənd həkim ambulatoriyasında xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.1987-ci il ( Əmr 77 xx.xx.1987) tarixdən xx.xx.1989-cu il ( Əmr 1 xx.xx.1989) tarixə kimi Nəvahi KHA-da 0.5 ştat tibb bacısı,0.5 ştat xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyib. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-222134/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 21 il 3 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 7 il 6 ay 18 gün (xx.xx.1983-xx.xx.1985-ci il (əyani təhsil aldığı dövr), xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 4 il 6 ay 10 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 13 il 9 ay), güzəştli iş stajı 12 il 8 ay 22 gün (xx.xx.2011xx.xx.2011-cı il, xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 36151,83 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-302114/2025 nömrəli etiraza əlavəsində qeyd edilmişdir ki, iddiaçının 59 yaşının tamam olduğu xx.xx.2024- cü il tarixinədək güzəştli iş stajı mövcud olsa da ümumi iş stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 3.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçıin “iddiaçıya 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövrün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Mübahisə iddiaçının ümumi və güzəştli iş stajı ilə bağlıdır. Belə ki, imtina əsasları iddiaçının 55 yaşdan hüququnun yarandığı tarixdə ümumi iş stajının mübahisəli olması və toplanmaması, həmin dövrlərin güzəştli iş stajı kimi qəbul edilməməsi və həmin dövrdə zəruri olan kapitalın toplanmamasıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçsını) təqdim etmişdir. İnzibati orqan tərəfindən təqdim edilən etiraza əlavəyə əsasən ümumi staj kimi xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 22 il 6 ay, güzəştli iş stajı kimi isə 8 il 10 ay 12 gün (xx.xx.2011-xx.xx.2011-ci il və xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) mübahisəsiz olduğu müəyyən edilir. Mübahisə isə xx.xx.1996-ci il tarixndən xx.xx.1999-cu il tarixinə kimi Əli X14 Zavodunda işlədiyi dövrləri əhatə edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1996-ci il tarixndən xx.xx.1999-cu il tarixinə kimi Əli X14 Zavodunda əmək fəaliyyətində olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) İddiaçı tərəfindən təqdim edilən sənədlərə, eləcə də Əli X14 Bazasının xx.xx.1999-cu il tarixli, 92 nömrəli arayışına nəzər yetirilən zaman İddiaçı həqiqətən xx.xx.1996-ci il tarixndən xx.xx.1999-cu il tarixinə kimi Əli X14 Zavodunda işlədiyi müəyyən edilir. Həmçinin Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Əsas hal həmin dövrdə müəssisənin işlək, aktiv müəssisə olmasıdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olan müəssisə olması şübhə doğurmamışdır. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması, möhürün oxunaqlı olmaması və ya sənədlərin arxivə təhvil verilməməsi iddiaçının səhvi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının hüququ yarandığa tarixə kimi qanunvericiliyin ümumi stajı ilə bağlı staj ödənilmişdir. İddiaçının tələbindən imtinanın əsaslarından digər halı iddiaçının güzəştli iş stajı ilə ilə bağlı olmuşdur. Güzəştli stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 10 il güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. İddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Əli X14 Bazasının xx.xx.1999-cu il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1996-xx.xx.1997-ci il tarixlərində X17 X12 təmir sexində açar (çalov) yağlayıcı və xx.xx.1998-xx.xx.1999-cu il tarixlərində isə Metal boyama sexində metal boru (məmulatları) lakləytcı peşələrində işləmişdir. İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı peşəsi üzrə gördüyü işlər - metal borulara bərkidilmiş açarların (çalovların) yağlanmasından və metal boyama sexində metal boru (məmulatları) laklayıcı üzrə gördüyü işlər-metal boruların (məmulatların) eboksidlə laklənrnasından ibarətdir, işlədiyi müddətdə hər iki peşə üzrə zərərli iş stajı olaraq aylıq əmək haqqısına 12 % və məzuniyyət gününə isə 2 təqvim günü əlavə olunmuşdur. Belə ki, İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı və metal boru (məmulatları) laklayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"-nın XİV. METAL EMALİ bölməsinin 1. Tökmə istehsalatı bəndinin a) fəhlələr: 21-ci abzasında qeyd edilən çilov yağlayıcı lari (2150100a- 15228) kodu ilə göstərilən və həmin bölmənin 12. Metal emalmın digər peşəiəri bəndinin a) fəhlələr: 6-cı abzasında qeyd edilən 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların laklarıması ilə məşğul olan bütün adlarda ləklayıcılar (2151200a-13328) peşələrinə uyğundur və ona gələcəkdə güzəştli əmək pensiyası hüququ verir. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq müəssisə ilə bağlı məhkəmənin icraatında olan digər işlərdə sorğular verilərək müvafiq cavablar əldə edilmişdir ki, məhkəmə həmin sənədlərin hal-hazırki iş üzrə də əlavə edilərək tədqiq edilməsini zəruri hesab edir. Belə ki, Şirvan inzibati Məhkəməsinin 2-1(120)-1057/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar üzrə mübahisəli iş yeri “Əli X14” Bazasında əmək fəaliyyəti dövrü olmuş, qərar üzrə tələb təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-596/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh orqan tərəfindən həmin işdən kassasiya şikayəti verilməmişdir. Məhkəmə həmin iş üzrə əldə edilən sorğu cavablarına istinad edərək aşağıdakı halları qeyd edir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********021600 nömrəli məktubunda göstərilmişdir ki, “Əli X14” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə D- 3336 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. “Əli X14” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hal-hazırda cəmiyyətin fəaliyyəti passiv vəziyyətdədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-17500/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Əli X14” Açıq Səhmdar Cəmiyyətinə dair məlumatların təqdim edilməsinə köməklik göstərilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2001-ci il tarixli, 212 nömrəli Sərəncamına əsasən Dövlət Neft Şirkətinin “Quruda neft və qazçıxarma” X10 X14 bazasında yaradılmış “Əli X14” Açıq Səhmdar Cəmiyyəti 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2/2-2336/2024 nömrəliməktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin “Quruda Neft və Qazçıxarma” X10-Bayramlı şəhəri, Kürovdağ sahəsində yerləşən “X6” bazasının əsasında İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 212 saylı Sərəncamı ilə “X6” Səhmdar Cəmiyyəti yaradılmış və ARDNŞ-nin xx.xx.2001ci il tarixli 209 nömrəli əmrinə əsasən “X6” bazası “Quruda Neft və Qazçıxarma” İstehsalat Birliyinin tabeçiliyindən çıxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "X6" Səhmdar Cəmiyyətinə aidiyyəti üzrə müraciət etməyi məqsədəmüvafiq hesab edir. - Şirvan şəhər Bələdiyyəsinin Torpaq Tikinti-Təmir Şöbəsinin müdiri M.Məmmədov, Şirvan İH-nin 1 saylı Ərazi İnzibati Nümayəndəsi F.Həsənov, «X17 Alətlər Bazası» ASC-nin İcraçı direktoru Q.Lətifov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda bildirmişlər ki, Şirvan şəhəri, X15 ünvanında yerləşmiş «X17 Alətlər Bazası» ASC-nin inzibati binasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün düşmüş sakinlər tərəfindən qış fəslində qızınmaq üçün müəssisəyə məxsus olmuş sənədləri yandırmışlar və bu səbəbdən də müəssisədə heç bir sənəd saxlanılmamışdır. Hal-hazırda da fəaliyyətini dayandırmış «X17 Alətlər Bazası» ASC-nin inzibati binasında Zəngilan rayonundan məcburi köçkün düşmüş sakinlər yaşayırlar. Aktın tərtib edilməsində məqsəd «X17 Alətlər Bazası» ASC-nin fəaliyyəti dövründə müxtəlif tarixlərdə çalışmış işçilərin yaşa görə pensiya çıxan zaman onlara məxsus əmək kitabçaları əsasında Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon və şəhər şöbələri tərəfindən nəzərə alınsın. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-3228/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, ki, X6” Bazası (sonradan “Əli X14” ASC) 20 may 1996-cı il Xırdalan Texservis” ASC isə 20 sentyabr 2001-ci il tarixlərdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xidməti məktuba əsasənVətəndaş X5 yaşa görə əmək pensiyası təyin olunarkən onun “Əli X14 Bazasında” xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alındığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən sübutları təkrarlamadan məhkəmə qeyd edir ki, qeyd edilən idarədə mübahisəli dövr üzrə digər şəxslərin sığorta stajının və güzəştli iş stajının nəzərə alınaraq həmin şəxslərə pensiya təyin edildiyi müəyyən edilir. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə məhkəmə qeyd edilən halları yenidən təkrarlanmasını zəruri hesab etmir. Mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və qeyd edilən arayışın, güzəştli stajın mövcud məhkəmə təcrübəsinə zidd olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı hallarını əsaslandıra bilməmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, inzibati orqanın imtinasında qeyd edilən halların mövcud olmadığını və iddiaçının güzəştli iş stajının 10 ildən çox təşkil etdiyini müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmış və iddiaçının hüququ yarandığı 55 yaçşı olan dövr üzrə qanunvericiliyin kapitalla bağlı olan şərtlərinin ödənilmədiyi bildirilmişdir. İddiaçı isə məhkəməyə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddənin pensiya kapitalı hissəsi ilə bağlı şərtin qüvvədən düşməsi əsasının nəzərə alınmasını və xx.xx.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin hissədə tələbinə düzəliş etməkdə haqlı olmuşdur. Və belə olan halda, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi təqdirdə cavabdeh orqanın həmin hissədə imtinası üzrə normaların və şərtlərin aradan qalxdığı və imtina üçün həmin hissədə əsasın qalmadığı müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən sonraki redaksiyası – “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Kimi qeyd edilmiş və kapitalla bağlı şərtlər qüvvədən düşmüşdür. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar