Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-468/2021 10.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxx 202N-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, N0) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx N992-ci ildə hərbi çağırışa çağırılmış və N saylı hərbi hissədə qulluq etmişdir. xx xxxxxx N992-ci il tarixində N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Çəmənli deyilən ərazisində döyüşmüşdür. xx xxxx N993-cü ildə N saylı hərbi hissədə xidmət etməyə başlamış və tərxis olduğu xx xxxx N997-ci ilə kimi qeyd olunan hərbi hissədə xidmət etmişdir. Qarabağ uğrundan gedən N99N-N994-cü illər döyüşlərində iştirak etmiş, döyüşmüş və döyüşlərin birində igidlik göstərdiyinə görə hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılmışdır. N992-N997-ci illərdə N və N saylı hərbi hissələrdə xidmət edərək qatı düşmən olan erməni terrorçularına qarşı vuruşmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin XN ünvanlanan xx.xx.2020-ci il tarixli Arxiv arayışından aydın görünür ki, o, yuxarıda qeyd olunan döyüşlərdə iştirak edərək düşmənə qarşı döyüşmüşdür. Bundan əlavə onu qeyd etmək istəyir ki, hərbi biletini itirdiyindən onu bərpa etmək etmək qərarına gəlmiş və ona hərbi komissarlıq tərəfindən hərbi bilet verilmişdir. Sonradan hərbi biletə diqqət yetirdikdə xidmət etdiyi hərbi hissənin səhv olaraq qeyd edildiyi ona məlum olmuşdur. Amma Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilən arayışdan aydın görünür ki, o, hərbi biletdə qeyd olunan hərbi hissədə deyil, arayışın özündə qeyd edildiyi kimi N və N saylı hərbi hissələrdə xidmət etmiş və qanuna uyğun şəkildə ordudan təxris olunmuşdur. Müharibə veteranı olduğunu təsdiq etmək üçün ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə yazılı müraciət etmişdir. Qeyd olunan orqanın XN xx.xx.2020-ci il tarixli Arxiv arayışı göndərilmişdir. Bundan sonra prosedur qaydalara uyğun olaraq sənədləri toplayıb, müharibə veteranı adının verilməsindən ötrü Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yazılı şəkildə ünvanlamışdır. Qeyd olunan İdarənin xx.xx.2020-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olur. Göstərilənlərə əsasən, cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-lı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi; Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, İddiaçı iddia edir ki, xx xxxxxxxx N992-ci il tarixdə hərbi çağırışla çağırılaraq N nömrəli hərbi hissədə qulluq etmiş, xx xxxxxx N992-ci il tarixdə N nömrəli hərbi hissənin Ağdam rayonu ərazisində döyüşlərdə iştirak etmiş, xx xxxx N993-cü il tarixdən tərxis edilmiş, xx xxxx N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İddia ərizəsinə əlavə edilmiş, İddiaçı adına yazılmış SX № ******* nömrəli hərbi biletdə isə xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidməti barədə və xx.xx.N997-ci ildə N nömrəli hərbi hissədə hərbi and içməsi kimi qeydlər aparılmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçının müraciətinə N/B- N467N nömrəli 09.NN 2020-ci il tarixli məktubla cavab verilmişdir. Sözügedən məktubda, Mərkəzi Arxivin 9/2-8957 nömrəli, xx.xx.2020-ci il tarixli Arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin yanvar- fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi göstərilmişdir. İddiaçının təqdim etdiyi SX № ******* nömrəli hərbi biletində olan qeydlərin bir daha dəqiqləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına məktub göndərilmişdir. Bu hallara komissiya tərəfindən yenidən xx.xx.202N-ci il tarixli iclasda baxılmış və döyüş əməliyyatları aparılan zaman mart-dekabr N994-cü, yanvar-dekabr N995-ci, yanvar-dekabr N996-cı il tarixlərdə N nömrəli hərbi hissə komandirinin və yanvar-dekabr N997-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində, əlifba qeydiyyatı kitablarında hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə Arxiv sənədlərində məlumat olmadığına görə müsbət qərar qəbul edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteram sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.2020-ci il tarixli, N/B-N467N nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə baxılmışdır, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-8957 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidməti barədə məlumat aşkar olunmadığı üçün ona “Müharibə Veteram" adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi X5 Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8957 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N0 №-li əmrilə (əsas: səh NN, § N, sıra N8) sıravi İddiaçı Ağdam rayonunda erməni işğalçılarına qarşı igidlik göstərdiyinə görə ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrində (əsas: səh 49, § 4, əmrdə atasının adı Namiq yazılmışdır) N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı Namiq oğlunun şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü ıl tarixli, 25 №-li əmrilə (əsas: səh 26, əmrdə atasının adı Nurşiravan yazılmışdır) N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrinə əsasən sıravi əsgər İddiaçı Nurşiravan oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin N993-N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyindən və ərizədə N997-ci il tarixdə xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən bu barədə əlavə araşdırma apara bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi X5 Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-N0876 nömrəli Arxiv Arayışından görünür ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 95 №-li əmrində (əsas: § 3, sıra 7, əmrdə adı, soyadı və atasının adının üzərindən xətt çəkilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmətini davam etdirmək üçün Qaraçalada yerləşən kəşfiyyat bölüyünə göndərilmiş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 95 №-li əmrilə (əsas: səh N04, sıra 45) İddiaçı N №-li hərbi hissəyə göndərilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 97 №-li əmrində (əsas: səh N07, sıra 2, əmrdə atasının adı yazılmamışdır) sürücü İddiaçı Ağdam rayonu döyüş zonasına getməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N0 №-li əmrilə (əsas: səh NN, § N, sıra N8) sıravi İddiaçı Ağdam rayonunda erməni işğalçılarına qarşı igidlik göstərdiyinə görə ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrində (əsas: səh -9, § 4, əmrdə atasının adı Namiq yazılmışdır) N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı Namiq oğlunun şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 25 №-li əmrilə (əsas: səh 26, əmrdə atasının adı Nurşiravan yazılmışdır) N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrinə əsasən sıravi əsgər İddiaçı Nurşiravan oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin fevral-dekabr N993-cü il, yanvar- dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin N993-N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyindən və sorğuda N997-ci il tarixdə xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən bu barədə əlavə araşdırma apara bilmirlər. N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi nissələrin siyahısı qovluğunda N () №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, N689 nömrəli arayışından görünür ki, Astara rayon Şahağacı kənd sakini İddiaçı adına olan qeydiyyat kartasına əsasən o, xx xxxxxxxx N992-ci ildə keçmiş Astara RHK-ı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx xxxxxx N997ci ildə həmin hərbi hissədən Azərbaycan Respublikası MN-nin xx xxxxxxxx N997-ci il tarixli, N60 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı 704-N saylı hərbi hissələrdə xidmət keçməsi və döyüşlərdə iştirakı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Astara Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, N35- 23N36-N220 nömrəli məktubundan görünür ki, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olan xx.xx.N973-cü il təvəllüdlü İddiaçı barəsində Astara rayon Polis Şöbəsində cinayət, axtarış işi və təqsirləndirici material yoxdur. İddiaçıya məxsus SX № ******* nömrəli hərbi biletdə onun xx.xx.N992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılması, xx.xx.N992-ci il tarixdə N saylı hərbi hissənin siyahısına daxil olması, xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N997-ci il tarixdə yenidən N saylı hərbi hissənin siyahısından çıxarılması, xx xxxxxx N997-ci il tarixdə Azərbaycan Respublikası MN-nin xx xxxxxxxx N997-ci il tarixli, N60 saylı əmrinə əsasən ehtiyata buraxılması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. xx xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx xxxxxxxx N992-ci ildə keçmiş Astara RHK-ı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N () nömrəli hərbi hissəyə göndərilmiş, N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 95 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrinə əsasən N №-li hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmişdir. İddiaçı sonradan N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 25 №-li əmrinə əsasən xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilsə də, sonrakı dövr üçün xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının adına olan SX № ******* nömrəli hərbi biletdə onun xx.xx.N992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılması, xx.xx.N992-ci il tarixdə N saylı hərbi hissənin siyahısına daxil olması, xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N997-ci il tarixdə yenidən N saylı hərbi hissənin siyahısından çıxarılması, xx xxxxxx N997-ci il tarixdə Azərbaycan Respublikası MN-nin xx xxxxxxxx N997-ci il tarixli, N60 saylı əmrinə əsasən ehtiyata buraxılması qeyd olunsa da, həmin qeydlər arxiv sənədləri ilə təsdiqini tapmır. Belə ki, N №-li hərbi hissə komandirinin fevral-dekabr N993-cü il, yanvar- dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə, eləcə də N №-li hərbi hissənin N993-N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Şərh olunduğu kimi müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçının ehtiyyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində məlumat mövcud deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından o, Müharibə Veteranı hesab edilmir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-468/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-468/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver