Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-470/2023 21.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Kazımova (Hüseynova) Yeganə Təbriz qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci ildə doğulmuş Hüseynova Səbinə və ona verilən xx.xx.2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi qeyri-qanunidir. Çünki, həmin akt qeydi onun iştirakı olmadan tərtib edildiyindən və akt qeydində olan imza ona məxsus olmadığından həmin akt qeydinin ləğv olunmalı olduğunu Cavabdehnə bildirsə də, həmin orqan ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Cavabdeh müraciətini təmin etməməsi, onun qanunvericiliklə müəyyən edilmiş hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs Kazımova (Hüseynova) Yeganə Təbriz qızı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, xx/xx-1246/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Cavabdeh tərəfindən verilmiş 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvi Cavabdehndə mümkün deyildir. Məlumat üçün bildiririk ki, akt qeydinin ləğvi üçün qeydiyyat şöbəsində kifayət qədər əsaslar olmadığından bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 22 iyun 2007-ci il tarixli, 679 nömrəli Atalığı müəyyən etmək haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuş, akt qeydinin ata qrafasında İddiaçı, ana qrafasında anası X4 yazılmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 176/12 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə X1 doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixli, 857 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 208/12 saylı arayışdan görünür ki, X3 xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşdur. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixli, 857 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qərardadla məhkəmə-xətşünaslıq ekspertizası qarşısında aşağıdakı sual qoyulmuşdur: - İş materiallarında olan 20 iyun 2007-ci il tarixli atalığın müəyyən edilməsi haqqında ərizənin “Ata” qrafasındakı, eləcə də 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin “Ata” qrafasındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1326 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: - ekspertizaya təqdim edilmiş 2-1(120)-1541/2022 saylı iş materiallarında İddiaçı adından olan 22 iyun 2007-ci il tarixli atalığın müəyyən edilməsi haqqında ərizənin aşağı hissəsində “Valideynlərin imzaları” hissəsində “Ata” qrafasındakı imza, 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin arxa hissəsində “Atanın imzası” qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin mövqeyinə görə İddiaçı adından olan 22 iyun 2007-ci il tarixli atalığın müəyyən edilməsi haqqında ərizənin aşağı hissəsində “Valideynlərin imzaları” hissəsində “Ata” qrafasındakı, 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin arxa hissəsində “Atanın imzası” qrafasındakı imzaların İddiaçı məxsus olmadığının müvafiq ekspertiza rəyi ilə müəyyən edilməsi, iddiaçının həmin akt qeydində onun uşağın atası kimi göstərilməsini qəbul etməməsi, mübahisələndirilən 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi iddiaçının mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən hal kimi qiymətləndirilməsinə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2007-ci il tarixdə X1 doğulmuş X2 atası hesab edilməsi barədə Cavabdeh tərəfindən tərtib olunmuş 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi qanunsuz inzibati akt kimi ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.1-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 52-ci, 62-ci, 68-69-cu, 70-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdə X1 doğulmuş X2 atası hesab edilməsi barədə Cavabdeh tərəfindən tərtib olunmuş 22 iyun 2007-ci il tarixli, 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-470/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-470/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver