Məhkəmə qərarları › İş №2-1(120)-4709/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4709/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4709/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1954-cü il tarixində Cəlilabad şəhərində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə rəhbəri olduğu Uğur-98 müəssisəsi arasında bağlanmış 05 mart 1998-ci il tarixli kredit müqaviləsinə əsasən bank olmayan kredit təşkilatı tərəfindən ona kommersiya fəaliyyəti üzrə 35.000000 (otuz beş milyon) köhnə Azərbaycan manatı ilə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi eyni tarixdə kredit təşkilatı ilə onun arasında girov müqaviləsi bağlanmış və ona məxsus ünvan 3 ünvanında ona məxsus olan yaşayış evi və digər tikililər girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi əvvəllər icra etsə də, daha sonra kredit borcunun ödənilməsində maddi çətinliklər yarandığı üçün vaxtında borcunu ödəyə bilməmişdir. Bundan sonra iddiaçı təşkilat kredit müqaviləsi üzrə yaranmış borcun əmlaklara yönəldilməsi üçün İqtisadi məhkəməyə müraciət etmiş və həmin məhkəmənin 21 avqust 2000-ci il tarixli qərarına əsasən iddia təmin edilmiş və kredit borcunun mülkiyyətində olan əmlaklara yönəldilməsi qət edilmişdir. Bundan sonra fərdi yaşayşı evi bank olmayan kredit təşkilatına təhvil verilmişdir. Daha sonrasında isə bank hazırki iddia ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında ona məxsus olan yaşayış evinə mülkiyyət hüququnun ləğv edilməsi və həmin evə iddiaçı "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının mülkiyyət hüququnun tanınmasını xahiş etmiş və nəticədə onun iddiası təmin edilmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, tərəfindən sonrakı illərdə kredit təşkilataıa olan kredit borcu tam ödənilmiş və onlar tərəfindən ona borcunun olmaması barədə arayış verilmişdir. Sonradan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun tanınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin oradan ona bildirilib ki, məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin kredit təşkilatının mülkiyyətindədir və həmin hal əsas gətirilərək imtina məktubu verildi. Qeyd edir ki, "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" kiçik müəssisəsinin "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına olan borcu tam bağlandığından, ünvan 3 ünvanında ona məxsus olan yaşayış evinin "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının adına rəsmiləşdirilməsinə ehtiyac qalmamışdır. Daha sonra həmin məktubda göstərilmişdir ki, "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına girov qoyulmuş ünvan 3 ünvanında ona məxsus olan yaşayış evinin girovdan azad edilərək mülkiyyət hüququ əsasında İddiaçı adına, yəni onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Həmin halla bağlı əvvəllər də, yəni "xxxx" Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Lənkəran filialı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 15 aprel 2015-ci il tarixli məktubda göstərilmişdir ki, onun tərəfindən kredit təşkilatı qarşısında olan öhdəliyi tam icra edilmişdir, odur ki, ünvan 3 ünvanında ona məxsus olan yaşayış evinin girovdan azad edilməsinə sərəncam verilməsini xahiş etmişdir. Bununla bağlı hətta həmin kredit təşkilatının girovdan azad edilməsi barədə rəsmi nümayəndəsinə etibarnamə də verilmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli arayışdan da görünür ki, onun barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsində hər hansı icra işi yoxdur. Hesab edir ki, belə olan halda onun illərdir yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları bərpa edilməlidir və hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınmasına dair Cəlilabad Rayon Məhkəməsinin 29 noyabr 2006-cı il tarixli qətnaməsi olduğu üçün fərdi yaşayış evinin üzərində İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. Odur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinə etiraz edir və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraza uyğun izahat verərək tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Cəlilabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv məlumatlarında müraciətinizdə qeyd olunan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınmasına dair Cəlilabad rayon Məhkəməsinin 29 noyabr 2006-cı il tarixli qətnaməsi olduğu üçün qeyd olunan fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. "xxxx" Səhmdar Kredit Təşkilatı Lənkəran Filialnın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 153 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhərində yaşayan İddiaçı 1998-ci ildə X6 Cəlilabad şöbəsindən aldığı kreditin ödənilməsi üzrə öhdəliklərini tam icra etmişdir. Odur ki, həmin kreditin təminatı kimi girov qoyulmuş, İddiaçı ünvan 7 ünvanda yerləşən 1 mərtəbəli fərdi yaşayış evini (qeydiyyat vəsiqəsi No.3/410, verilmə tarixi: xx.xx.1992) filialımızın girovundan azad olunmasına sərəncam verməyinizi Sizdən xahiş edirik. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 30-8 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Cəlilabad rayon İcra və Probasiya Şöbəsində əmlak tələbi ilə bağlı tərəf olduğu icra işi yoxdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhər sakini X3 ərizə ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialına müraciət edərək 1998-ci ildə rəhbəri olduğu "xxxx" kiçik müəssisəsinin adına həmin filialdan xx.xx.1998-ci il tarixli kredit müqaviləsi əsasında 35.000000 AZM (7600 AZN) manat kredit götürdüyünü, ünvan 8 ünvanda yerləşən evini həmin kreditin təminatı kimi girov qoyduğunu, həmin kredit borcunun tam bağlandığını, lakin Cəlilabad rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 512/2006 saylı qətnaməsinə əsasən ünvan 9 ünvanda yerləşən yaşayış evinə "xxxx" QSC-nin mülkiyyət hüququ tanındığına görə həmin evə öz adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən mülkiyyət sənədi ala bilmədiyini bildirmişdir. O, ərizəsində evinin "xxxx" QSC-nin girovundan azad edilərək, həmin evə öz adına mülkiyyət sənədinin alınmasına razılıq verilməsini xahiş etmişdir. İddiaçı müraciəti "xxxx" QSC-də araşdırılmışdır. Müəyyən olunmuşdur ki, “Uğur 98” kiçik müəssisəsinin "xxxx" QSC-yə olan kredit borcu bağlandığından, onun tərəflndən girov qoyulmuş ünvan 10 ünvanda yerləşən yaşayış evinin "xxxx" QSC-nin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsinə ehtiyac qalmamışdır. Qeyd olunanları nəzərə alaraq "xxxx" QSC-yə girov qoyulmuş İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin girovdan azad edilərək mülkiyyət hüququ əsasında X1 adına rəsmiləşdirilməsinə etiraz etmirik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olunmuşdur ki, fərdi yaşayış evi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli 2-512.2006 nömrəli qətanməsinə əsasən Aqrar Kredit QSC-nin mülkiyyətinə keçmişdir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin məktubunda qeyd edilmişdir ki, iddiaçı "xxxx" QSC BOKT-nın cavabdeh İddiaçı qarşı yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 29 noyabr 2006-cı il tarixli, 2- 512/2006 saylı qətnaməsi 29 dekabr 2006-cı il tarixdə qanuni qüvvəsini almışdır. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsində elektron baza məlumatlarına və arxiv materiallarına əsasən sözügedən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə X2 adına reyestrdən çıxarış və texniki pasport işlənmişdir. Əlavə olaraq bildiririk ki, sözü gedən əmlak üzərində hər hansı bir yüklülük qeydə alınmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssəsinə qarşı borc tələbi barədə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-512/2006 saylı məhkəmə qətnaməsinə əsasən qət edilmiş borc müəssisənin rəhbəri İddiaçı tərəfindən "xxxx" QSC-yə tam ödənilmişdir. Mövcud təlimata uyğun olaraq borc ödənildikdən sonra kredit sənədləri Bankın arxivində 5 il saxlanılır və sonra utilə verilir. Belə olan halda "xxxx" QSC ilə İddiaçı 1998-ci ildə rəhbəri olduğu "xxxx" Kiçik Müəssisəsi arasında xx.xx.1998-ci il tarixdə bağlanmış kredit müqaviləsi və mülkiyyət sənədlərinin təqdim olunması imkan xaricindədir. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 29 noyabr 2006-cı il tarixli 2-512/2006 saylı qətnaməsi icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmamışdır. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinə çıxarış tərtib edilməyib. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinın məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssəsinin "xxxx" QSC-yə olan kredit borcu mövcud olmadığı üçün həmin borcla bağlı girov qoyulmuş ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasını etiraz etmirik. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssəsinə qarşı borc tələbi barədə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-512/2006 saylı məhkəmə qətnaməsinə əsasən qət edilmiş borc müəssisənin rəhbəri İddiaçı tərəfindən "xxxx" QSC-yə tam ödənilmişdir. Mövcud təlimata uyğun olaraq borc ödənildikdən sonra kredit sənədləri Bankın arxivində 5 il saxlanılır və sonra utilə verilir. Belə olan halda "xxxx" QSC ilə İddiaçı 1998-ci ildə rəhbəri olduğu "xxxx" Kiçik Müəssisəsi arasında xx.xx.1998-ci il tarixdə bağlanmış kredit müqaviləsi və mülkiyyət sənədlərinin təqdim olunması imkan xaricindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçın hüquqi marağı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsindən ibarətdir ki, o həmin tələbinin təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən İddiaçı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli 2-512.2006 nömrəli qətanməsinə əsasən Aqrar Kredit QSC-nin mülkiyyətinə keçməsi əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə işin araşdırılması nəticəsində əldə etdiyi mötəbər sübutlar əsasında müəyyən edir ki, iddiaçı ilə rəhbəri olduğu "xxxx" müəssisəsi arasında bağlanmış 05 mart 1998-ci il tarixli kredit müqaviləsinə əsasən bank olmayan kredit təşkilatı tərəfindən ona kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi eyni tarixdə kredit təşkilatı ilə onun arasında girov müqaviləsi bağlanmış və ona məxsus ünvan 3 ünvanında ona məxsus olan yaşayış evi və digər tikililər girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi əvvəllər icra etsə də, daha sonra kredit borcunun ödənilməsində maddi çətinliklər yarandığı üçün vaxtında borcunu ödəyə bilməmişdir. Bundan sonra təşkilat kredit müqaviləsi üzrə yaranmış borcun əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət etmiş və həmin məhkəmənin qərarına əsasən iddia təmin edilmiş və kredit borcunun mülkiyyətində olan əmlaklara yönəldilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının rəhbəri olduğu "xxxx" Kiçik Müəssəsinə qarşı borc tələbi barədə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-512/2006 saylı məhkəmə qətnaməsinə əsasən qət edilmiş borc müəssisənin rəhbəri İddiaçı tərəfindən "xxxx" QSC-yə tam ödənilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinın məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssəsinin "xxxx" QSC-yə olan kredit borcu mövcud olmadığı üçün həmin borcla bağlı girov qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasını etiraz edilmir. Bundan əlavə "xxxx" Səhmdar Kredit Təşkilatı Lənkəran Filialının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 153 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhərində yaşayan İddiaçı 1998-ci ildə X6 Cəlilabad şöbəsindən aldığı kreditin ödənilməsi üzrə öhdəliklərini tam icra etmişdir. Odur ki, həmin kreditin təminatı kimi girov qoyulmuş, İddiaçı ünvan 7 ünvanda yerləşən 1 mərtəbəli fərdi yaşayış evini (qeydiyyat vəsiqəsi No.3/410, verilmə tarixi: xx.xx.1992) filialımızın girovundan azad olunmasına sərəncam verməyinizi Sizdən xahiş edirik. Həmçinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinə çıxarış tərtib edilməyib. Beləliklə də, iddiaçı tərəfindən müvafiq kredit öhdəliklərinin tam şəkildə ödənildiyi, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evininə dair çıxarışın tərtib edilmədiyi və "xxxx" Səhmdar Kredit Təşkilatı tərəfindən iddiaçının adına çıxarışın rəsmiləşdirilməsinə etirazın olmadığı iş materiallarında olan mötəbər sübut əhəmiyyəti daşıyan sənədlərə öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Belə olan halda, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına çıxarışın və texniki pasportun verilməsindən əsassız olaraq imtina edilmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququnun reyestrdə dövlət qeydiyyatına alınaraq İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun İddiaçı adına reyestrdə dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar