Məhkəmə qərarları › İş №2-1(120)-471/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-471/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-471/2022 09.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Salyan rayonu, Şorsulu kənd İƏN-i tərəfindən tərtib edilmiş 22.10.2005-ci il tarixli, 56 saylı doğum haqqında akt qeydinin qızı Nurvinə, həmin nümayəndəlik tərəfindən tərtib edilmiş 08.02.2011-ci il tarixli, 19 saylı doğum haqqında akt qeydinin oğlu Nahidə (məxsus olması) münasibətdə tərtib edilməsi faktının müəyyən edilməsi və həmin akt qeydlərində uşaq haqqında məlumatlar qrafasında uşaqların soyadlarının “Soltanlı”dan “Müzəffərli”yə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 09 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Salyan rayonu, Şorsulu kənd İƏN-i tərəfindən tərtib edilmiş 22.10.2005-ci il tarixli, 56 saylı doğum haqqında akt qeydinin qızı Nurvinə, həmin nümayəndəlik tərəfindən tərtib edilmiş 08.02.2011-ci il tarixli, 19 saylı doğum haqqında akt qeydinin oğlu Nahidə (məxsus olması) münasibətdə tərtib edilməsi faktının müəyyən edilməsi və həmin akt qeydlərində uşaq haqqında məlumatlar qrafasında uşaqların soyadlarının “Soltanlı”dan “Müzəffərli”yə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün iddiaçı və cavabdehin nümayəndəsi hazırlıq icraatı çərçivəsində 09 fevral 2022-ci il tarixdə saat 11.30-da məhkəməyə dəvət olunmuşlar, lakin iddiaçı və cavabdehin nümayəndəsi heç bir səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətinin müzakirəsi ilə bağlı məsələyə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə ərizə göndərərək, hazırki işinə baxılmasının saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı Cavabdehnə qarşı “Salyan rayonu, Şorsulu kənd İƏN-i tərəfindən tərtib edilmiş 22.10.2005-ci il tarixli, 56 saylı doğum haqqında akt qeydinin qızı Nurvinə, həmin nümayəndəlik tərəfindən tərtib edilmiş 08.02.2011-ci il tarixli, 19 saylı doğum haqqında akt qeydinin oğlu Nahidə (məxsus olması) münasibətdə tərtib edilməsi faktının müəyyən edilməsi və həmin akt qeydlərində uşaq haqqında məlumatlar qrafasında uşaqların soyadlarının “Soltanlı”dan “Müzəffərli”yə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar