Məhkəmə qərarları › İş №2-1(120)-471/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-471/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-471/2023 10.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 xx.xx.2000-ci ildə vəfat etmişdir. Yoldaşı polis əməkdaşı idi və əmək pensiyası alırdı. 2022-ci il fevral ayında cavabdehə müraciət edərək, ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, eyni zamanda son 3 ilin pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh ona 2012-ci ildən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin etmişdir. Amma son 3 ilin pensiyası ödənilməmişdir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və aşağıda göstərilən hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, xx.xx.2006-cı ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindi. Bu Qanunun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən sosial təminat hüququnu təmin edib, vətəndaşların pensiya məsələlərini tənzimləyir. Pensiya təminatı sosial təminatın tərkib hissəsi olduğundan hər kəsin Konstitusiyada nəzərdə tutulmuş sosial tənıinat hüququ onun pensiya almaq hüququnu da özündə əks etdirir. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsində 3 növ əmək pensiyası nəzərdə tutulmuşdur. Onlardan biri ailə başçısını itirməyə görədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsində deyilir: ”Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasınm Konstitusiyasının 7-ci maddəsinin İİİ bəndinə əsasən (Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir) hakimiyyətlərin bölünməsi prinsipi hakimiyyətin tərkibinə görə fərqli funksiyaların müstəqil şəkildə və hakimiyyətin başqa qollarından asılı olmadan həyata keçirilməsini nəzərdə tutur. Belə bölünmənin məqsədi müstəqilliyin zəmanətidir ki, bu da demokratiyanın özbaşınalıqla əvəz olunmasına imkan vermir. Hakimiyyətlərin bölünməsində məqsəd hakimiyyətin bir qolunun səlahiyyətlərinin başqası tərəfındən mənimsənilməsinə yol verməməkdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsidə 02 mart 2000-ci il tarixli Qərarı ilə belə bir mövqe tutur. Konstitusiyanın 71 maddəsinin 2-ci hissəsində deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. Konstitusiya hüquqlarının məhdudlaşdırılması bu cür məhdudiyyətlərin konstitusiya ilə tanınan məqsədləri üçün zəruri və onlarla ölçülə bilən olmalıdır; konstitusiya normaları onlarla nəzərdə tutulan hüquqların qanuni şəkildə məhdudlaşdırılmasına yol verdiyi halda, o, bu və ya başqa hüququn mahiyyətinə toxunacaq və onun real məzmununun itirilməsinə səbəb olacaq nizamlama həyata keçirə bilməz; konstitusiya ilə bəyənilən məqsədlərə uyğun olaraq bu və ya başqa hüququn məhdudlaşdırılmasına yol verildiyi halda, dövlət, konstitusiya ilə qorunan dəyər və maraqların balansını təmin edərək, həddən artıq deyil, yalnız zəruri və bu məqsədlərin ciddi şəkildə şərtləndirdiyi tədbirləri istifadə etməlidir. İctimai maraqlar, əgər yalnız bu cür məhdudiyyətlər ədalətliliyin tələblərinə cavab verirlərsə, konstitusiya nöqteyi-nəzərindən əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin hiiquq və qanuni maraqlarının, qorunması üçün adekvat, proporsional, müvafıq və zəruridirlər. Qeyd edir ki, həyat yoldaşı xx.xx.2000-ci ildə vəfat etmişdir. Belə olan halda onun ABİ görə əmək pensiyası almaq hüququ həmin vaxtan yaranır. 2017-ci ilin iyul ayının birinə kimi “Əmək pensiyaları haqqında” Qanunun 32-ci maddəsində deyilirdi: “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.” Həmin maddəyə əlavə edilmişdir: (32.1-1 konstitusiyaya zidd olan maddə əlavə edilmişdir.) Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Oanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Oanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə, sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırümasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu miiəyyən edilmiş şəxslərin hiiquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etrnək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırümasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qiivvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız korıstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyiində nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfındən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfındən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir. Bununla bağlı məsələnin digər tərəfı ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Hər kəsin sosial təminat hüququ vardır”. Sosial təminat hüququ demokratik cəmiyyətin dəyişilməz prinsipi olaraq, dövlət tərəfındən vətəndaşa yaşamaq üçün vasitə verməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respııblikası Konstitusiya Məhkəməsinin 29 dekabr 1999-cu il tarixli qərarında deyilir ki, “Pensiyalar qabaqcadan uzun illər sərf edilən faydalı əməyə, xidmətə, miiəyyən ictimai əhəmiyyətli öhdəliklərin yerinə yetirilməsinə görə əldə edilir və vətəndaşların “Pensiya təminatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən ömürlük təyin olunur. “Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”. “İnsan hiiquqları haqqında ümumi bəyannamə”nin 22-ci maddəsində göstərilir ki, “Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq ləyaqətinin qorunması, şəxsiyyətin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var”. Onun pensiya hüququndan məhrum edilməsi himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2001-ci il tarixli hüquqi mövqeyindən irəli gəlir ki: “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial vətəndaşın pensiya hüququndan məhrum edilməsi onun himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır və Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnu pozur.” Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmiz demokratik və hüquqi dövlətdir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə dövlətin ali məqsədidir. Dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasında sosial təminat hüququ tanınır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 7-ci maddəsinin İ hissəsi, 12-ci maddəsinin İ hissəsi, 16-cı maddəsinin 1 hissəsi, 38-ci maddəsinin İ və İİİ hissələri). Azərbaycan Respublikası sosial dövlət kimi çıxış edərək bəzi kateqoriya şəxsləri dövlət səviyyəsində himayə edir. Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısınm itirildiyinə görə əmək pensiyasınm verilməsinin şərtlərini müəyyənləşdirir («Əmək pensiyaları haqqında» Qanunun 3.1 və 4.1-ci maddələri). Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafıq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. İnsan hiiquqları və əsas azadlıqlarının qorıınması haqqında Konvensiyanı ratifıkasiya etməklə, Azərbaycan Respublikası bu müqavilə aktlarının müddəalarının Azərbaycan Respublikası tərəfındən nəzərdə tutulan pozulma hallarında Konvensiya və onun protokollarının şərh olunması və tətbiqi məsələləri üzrə Avropa məhkəməsinin insan hüquqları üzrə yurisdiksiyasını məcburi kimi qəbul etmişdir. Beləliklə, Konvensiya kimi, insan hüquqları üzrə Avropa məhkəməsinin qərarı da, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarından çıxış edərək, məhkəmə və ədalətli mühakiməyə çıxış hüququ da daxil olmaqla, konvensiyada nəzərdə tutulan hüquq və azadlıqların şərhinin verildiyi hissədə, Azərbaycanın hüquqi sisteminin tərkib hissəsidir, ona görə də ictimai münasibətləri tənzimləndiyi zaman qanunverici tərəfındən, müvafıq hüquqi normaların tətbiqi zamanı isə hüquq tətbiqetmə orqanları tərəfındən nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən “bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.” Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Konvensiyanın 14-cü maddəsi tanmması mümkün olan, obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların biri digərindən ayrıldığı “statusa” əsaslanan rəftardakı fərqləndirməni qadağan edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ci il, §§ 85-86). Hamının Konstitusiya səviyyəsində bəyan edilmiş məhkəmə və hüquqi qanun qarşısında bərabərliyi prinsipinin gerçəkləşdirilməsi yalnız hüququn eyni bir şəkildə tətbiq edilməsi yolu ilə mümkündür. Hüququn tətbiqi praktikasında hüquqi standartların gerçəkləşdirilməsinə eyni cür yanaşma hüququn aliliyi ideyalarının, nəticəsi əvvəlcədən bilinən ədalətli mühakimənin təntənəsi üçün zəruridir. Prosessual qanunvericilikdə nəzarət araşdırılması zamanı məhkəmə hüququnun tətbiqi yeganəliyinin pozulması kimi məhkəmə aktlarına düzəliş edilməsi üçün belə bir əsasın olması məhz bununla izah edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi belə neqativ hərəkətləri onun nəinki konstitusiyada, hətta insan əsas hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 1-ci əlavə protokolunda göstərilmiş hüquqlarını pozur. 1-ci protokolun 1ci maddəsinə əsasən “hər bir fıziki və ya hüquqi şəxsin mülkiyyətinə hörmət hüququ var. Heç kim qanunun və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan şərtlərilə cəmiyyətin maraqları naminə edilməsi istisna olunmaqla öz əmlakından məhrum edilə bilməz”. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən “Mülkiyyət anlayışı muxtar anlayışa malikdir və yalnız fıziki əşyalara mülkiyyət hüququna aid edilmir və daxili hüquq üzrə formal ixtisaslardan asılı deyildir: Mülkiyyət yaradan bəzi digər hüquq və faydalara da mülkiyyət hüququ kimi baxıla bilər” (Beyeler İtaliyaya qarşı xx.xx.2000-ci il). “Mülkiyyət anlayışına həm mövcud anlayış, həm də əmlak dəyəri, o cümlədən vətəndaşın hüququndan effektli istifadə etmək “qanuni gözləntilərini” almağa iddia edə biləcəyi tələb hüququ aid ola bilər” (X11 İİ Lixtenşteynə qarşı). Ümumi qaydaya əsasən 1ci protokolun 1-ci maddəsi şəxslərin pensiya hüququna və sosial təminatına zəmanət vermir. O halda ki, şəxslər pensiya fonduna ödənişlər ediblərsə, bu pensiyaya hüquq mülkiyyət hüququ təşkil edir. (Avropa Məhkəməsinin hüquqi mövqeyi Müller Avstriyaya qarşı 16 dekabr 1974). Həm ümumi, həm də kontinental qanunu olan ölkələri birləşdirən X8 Hüquqlar Xartiyasının 41-ci maddəsi, ümumiyyətlə, “yaxşı idarəetmə” doktrinasını özündə cəmləşdirir. Başqalarının arasında “yaxşı idarəetmə hüququ”, digələri ilə birlikdə “hər kəsin ona qarşı mənfı nəticələrə səbəb olan fərdi tədbirlər görülməzdən əvvəl eşidilmək hüququ, habelə inzibati orqanların qərarlarını motivasiya etmək öhdəliyini” əhatə edir. Beləliklə, ailə başçısını itirməyə görə yoldaşı X1 xx.xx.2000-ci il tarixdən təyin edilməməsi və yıgılmış borcun ödənilməməsi yuxarıda göstərilən qanunlara, beynəlxalq hüquq normalarına ziddir, qanunların düzgün dərk edilməməsi ilə və ya qəsdən nəzərə alınmaması ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 24 noyabr 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 28 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 28 fevral 2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq 17 mart 2022-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum həyat yoldaşı X2 təminat xərcliyinin (716,35 manat) 80 faizi-573,08 manat məbləğində əmək pensiyası müəyyən edilmiş, eyni zamanda 1 dekabr 2021-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Bundan əlavə, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Əlavə olaraq bildirirlər ki, iddiaçıya 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi- 57,31 manat maddi yardım ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X7 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Neftçala RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Salyan şəhərində doğulmuş, yaşayış yeri Neftçala rayonunun Pirəbbə kəndidir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat şöbəsinin 29 oktyabr 2021-ci il tarixli, 337 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X4 nikahı haqqında 03 avqust 1967-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan 06 oktyabr 2000-ci il tarixli, AZ 076526 nömrıli ölüm haqqında şəhadətnamənin təsdiq olunuş surətindən görünür ki, X3 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş 511266 nömrəli pensiya işindən görünür ki, iddiaçının ərizəsinə əsasən DSMF Neftçala rayon şöbəsinin qərarı ilə ona səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan cavabdeh təşkilatın iddiaya qarşı etirazına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarlarına əsasən İddiaçı 24 noyabr 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, bununla əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına verilmiş sorğuya əsasən 28 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubla iddiaşıya yaşa görə əmək pensiyasının 28 fevral 2022-ci il tarixinədək ödənildiyi bildirilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən ərizəsinin qeydə alındığı 2021-ci ilin noyabr ayından sonrakı dekabr ayının 1-dən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə müvafiq olaraq mərhum həyat yoldaşı X2 təminat xərcliyinin (716,35 manat) 80 faizi həcmində, yəni 573,08 manat məbləğində əmək pensiyası müəyyən edilərək xx.xx.2021-ci il tarixindən yenidən hesablanmış 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, DSMF Neftçala rayon şöbəsinin qərarı ilə İddiaçı səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, mərhum həyat yoldaşı X3 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək ona “Ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizəsi təmin edilərək xx.xx.2022-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş və əvvəl aldığı pensiya məbləği ilə hazırki pensiya məbləğinin xx.xx.2021-ci il tarixindən hesablanaraq müəyyən edilmiş 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı bununla razılaşmayaraq əvvəl aldığı pensiya ilə hazırda aldığı pensiya arasındakı fərq məbləğinin mərhum həyat yoldaşının vəfat etdiyi xx.xx.2000-ci il tarixdən etibarən hesablanıb ödənilməli olduğunu iddia edir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, pensiya münasibətlərini tənzimləyən qanunvericilik aktlarında əmək pensiyasının bir növündən başqa növünə keçdikdə vətəndaşın əvvəl aldığı pensiya ilə sonra təyin olunmuş pensiya arasındakı fərq məbləğinin həmin pensiyanı almaq hüququnun yarandığı tarixdən ödənilməli olduğu barədə hüquq norması mövcud deyildir. Bu səbəbdən də iddiaçı iddia ərizəsində, “iddiaya qarşı etiraza münasibət”ində, habelə məhkəməyə təqdim etdiyi “Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə” ərizə və vəsatətlərində iddia tələbinin təmin edilməli olduğuna hüquqi tövsif verə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsassız olduğundan təmin edilməməldir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar