Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-472/2025 21.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onların ünvanına göndərilən məktubda “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun bugünədək ödənilmədiyi və bu barədə tədbir görüləcəyi bildirilmişdir. 2022-ci ilin iyun ayından etibarən "xxxx" MMC-də artıq reklam yayını dayandırılmışdır. Bu barədə X7 Ərazi müfəttişlərinə tərəfindən şifahi olaraq məlumat verilmişdir. Daha sonra tərəfindən həmin reklam idarəsinə göndərilən məktublarda da bu qeyd olunmuşdur. Lakin borc məbləği silinməmiş və görülən tədbirlər dayandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən hamının yazılı və şifahi olaraq dövlət orqanlarına müraciət etmək hüququ vardır. “Müraciətlərə baxılması haqqında” qanunun tələblərinə uyğun olaraq yazılı müraciətdənkənar olmaqla şifahi müraciətə yerində baxılaraq protokol hazırlanması nəticəsində yerində məlumat verilir. Lakin, Adil Oğlu Şirkəti MMC tərəfindən edilən şifahi müraciətlər nəzərə alınmadan X9 İdarəsi tərəfindən tədbirlər görülmüşdür. Bununla da X9 İdarəsi qanunun tələblərini nəzərə almayaraq işə səhlənkar yanaşmış və şifahi müraciətinə məhəl qoymamışdır. Eyni zamanda qeyd edir ki, Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onların müraciəti nəzərə alınmadan Tələbin icraya yönləndirilməsi haqqında 01 avqust 2023-cü il tarixli, 11- 3-6/3-3-046/2023 nömrəli qərar qəbul edilərək rəsmi şəkildə ünvanına göndərilmişdir. Həmin qərarda xx.xx.2022-ci il tarixli 1**********0001 və 1**********0002 nömrəli inzibati aktları (“Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə”) xx.xx.2023-cü il tarixdən icraya yönləndirildiyi qeyd olunmuşdur. Hesab edirik ki, Tələbin icraya yönləndirilməsi haqqında 01 avqust 2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərar ləğv edilərək hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi təmin edilməlidir. Yuxarıda göstərilən əsaslı halları nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən qəbul edilmiş Tələbin icraya yönləndirilməsi haqqında 01 avqust 2023-cü il tarixli, 11-3-6/3- 3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" MMC və cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı "xxxx" MMC-nin və cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, 11-3-6/2-322/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin X9 İdarəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli, 06/2023 saylı müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci bəndinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edilmədikdə “Açıq məkanda reklam yerləşdirilməsi” barədə icazənin verilməsi üçün inzibati akt qəbul edir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır-lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Lakin sizin müraciətdə yalnız şifahi məlumatın verilməsi qeyd olunmuşdur. Halbuki, qanunvericiliyin yuxarıda göstərilmiş normasının tələblərində hər hansı şifahi məlumatın verilməsi ilə bağlı icazənin dayandırılması əsası öz əksini tapmamışdır. X9 İdarəsi tərəfindən verilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 109.55 manat məbləğində yayım haqqı və 19.72 manat məbləğində ƏDV borcunuz bu günədək (xx.xx.2023-cü il) ödənilməmiş, bununla bağlı sizə borcun ödənilməsi barədə “Xəbərdarlıq məktubu’’ da xx.xx.2023-cü il tarixində göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə xəbərdarlıq məktubunun tələblərinin yerinə yetirilməsi sizdən xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, 11-3-6/2-530/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayından etibarən "xxxx" MMC tərəfindən Açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin dayandırılması barədə hər hansı müraciət İdarəyə daxil olmamışdır. Bundan başqa, qeyd etməyi zəruri hesab edirik ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin direktoru Sədrəddin Kazımov tərəfindən İdarəyə ünvanlanmış müraciətlərə əsasən, həmin Cəmiyyətin açıq məkanda yayımlanan reklamlar üçün icazənin verilməsinə şəraitin yaradılması və o cümlədən də icazənin verilməsi xahiş edilmişdir (ərizələrin təsdiq olunmuş nüsxəsi əlavə olunur). X9 İdarəsi tərəfindən verilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə dair" xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə dövlət rüsumu xx.xx.2022-ci il tarixdə ödənilmişdir (ödəniş qəbzinin portaldan çıxarışı əlavə olunur). X9 İdarəsi tərəfindən 01 avqust 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə (icazələr əlavə olunur) yaranmış reklam yayım haqqı borcunun tutulmasının təmin edilməsi məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, “Tələbin icraya yönəldilməsi haqqında” 11-3-6/3-3-046/2023 №-li qərar qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Rcspublikasi Dövlət Reklam Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC ilə Azərbaycan Rcspublikasi Dövlət X4 Regional Reklam İdarəsi arasında 2020-ci il və 2021-ci il tarixlərdə reklam yayımı ilə bağlı müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən reklam ödənişləri tam şəkildə ödənilmişdir. 2022-ci il tarixi üçün nəzərdə tutulmuş reklam yayını ilə bağlı X7 nümayəndələri "xxxx" MMC- yə müraciət etməmiş və hər hansısa müvafiq sənədlər tələb etməmişdirlər. Biz "xxxx" MMC olaraq Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq müddətli bağlanmış əqdin təkrar bağlanması ilə bağlı tərəflər susduqda artıq müqavilə üzrə öhtətiyi davam etmiş kimi qəbul edərək icazəli olduğunu hesab edirik. Hazırda "xxxx" MMC tərəfindən açıq məkanda və meydanda hər hansısa bir reklam yayını mövcud deyildir. Binanın üzərində 2 kv.m ibarət müəssisənin adı yerləşdirilmiş, həmin adın yerləşdirilməsi icarə deyil şirkətin özünə məxsus obyektdədir. Akt tərtib olunan zaman 08 iyul 2022-ci il tarixdə X7 əməkdaşları olan X8 və X2 şirkətə yaxınlaşmamış və hər hansısa bir nöqsan bildirməmişdir. Hesab edirik ki, bu şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkara külli miqdarda ziyan vurmaq məqsədi ilə qanunsuz hərəkətlərə yol vermişdirlər. Onların şirkətin qabağında olması və şirkətə daxil olması ilə bağlı 08 iyul 2022-ci il tarixdə təhlükəsizlik kameralarında görüntü aşkarlanmamışdır ki, bu şəxslər yoxlama keçirmədən qanunsuz akt qəbul etmişdirlər. "xxxx" MMC olaraq Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi ilə reklam yayımı ilə bağlı müqavilə bağlanılmasına etirazımız yoxdur. Xahış edirik ki, 2022-ci il üçün reklam yayımı ilə bağlı müqavilə bağlanılmasına şərait yaradasınız. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" dair icazədən görünür ki, Adil Oğlu Şirkəti” MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin məhkəməyə göndərdiyi etirazında qeyd edilmişdir ki, İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimlənmə və nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 №-li Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.12.6. açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ; 2.19. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Qanunvericiliyin qeyd olunan normalarına əsasən,"xxxx" MMC-nin direktoru X6 xx.xx.2022-ci il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə dair ərizə ilə X9 İdarəsinə müraciət etmişdir. Qeyd olunan ərizə üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə bildiriş (hesab-faktura) xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru X3 ərazi üzrə təhkim olunmuş müfəttiş tərəfindən təqdim edilmişdir. X6 xx.xx.2022-ci il tarixdə 52.42 manat dövlət rüsumunu ödəmişdir. X1 M**********0001 saylı müraciət ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli, İ**********0001 və İ**********0002 saylı icazə sənədi üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 01 (bir) il müddətinə Lənkəran şəhəri, X11 küçəsi ünvanında yerləşən "xxxx" MMC adlı obyektinin üzərində fasad reklamın və qarşısında ayrıca dayaqlı reklamın (ümumi ölçüsü 5.64 m2 olan) yerləşdirilməsinə dair icazələr verilmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan icazələr üzrə 66.10 manat yayım haqqı X6 tərəfindən ödənilmişdir. Qeyd olunan icazə sənədləri üzrə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi qaydası” rəhbər tutularaq xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə kimi elektron qaimələr "xxxx"xxxx"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, İ**********0001 və İ**********0002 saylı icazə sənədi üzrə borc öhdəliyi barədə dəfələrlə ərazi üzrə təhkim edilmiş müfəttiş tərəfindən "xxxx" MMC-nin direktoru X3 şifahi bildirilmişdir. "xxxx" MMCnin 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcu ödənilməmiş qaldığına görə, "Açıq məkanda reklam yerləşdirilməsinə dair" xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə ödənilməmiş cəmi 129,27 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli 11- 3-6/2-313/2023 nömrəli xəbərdarlıq məktubu Cəmiyyətin hüquqi ünvanı olan Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 149 ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli 11-3- 6/2-313/2023 nömrəli xəbərdarlıq məktubuna cavab olaraq, "xxxx" MMC-nin direktoru Sədrəddin Kazımov tərəfindən X9 İdarəsinə ünvanlanmış 10 iyul 2023-cü il tarixli məktubda 2022-ci ilin iyun ayından etibarən artıq reklamların yayımının dayandırılması və bu barədə X7 ərazi üzrə müfəttişlərinə şifahi məlumat verilməsi qeyd olunmuşdur. Həmin müraciətə cavab olaraq İdarə tərəfindən 14 iyul 2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X3 ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 2-ci bəndinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1 -ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edilmədikdə “Açıq məkanda reklam yerləşdirilməsi” barədə icazənin verilməsi üçün inzibati akt qəbul edir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır- lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Lakin müraciətində yalnız şifahi məlumatın (Halbu ki, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu 9-cu yarımbəndinə əsasən, şifahi müraciət-vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciətlər sayılır) verilməsi qeyd olunmuşdur. Qanunvericiliyin yuxarıda göstərilmiş normasının tələblərində hər hansı şifahi məlumatın verilməsi ilə bağlı icazənin dayandırılması əsası öz əksini tapmamışdır. X9 İdarəsi tərəfindən verilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2022- ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcu bu günədək (xx.xx.2023cü il) ödənilməmiş, bununla bağlı ona borcun ödənilməsi barədə “Xəbərdarlıq məktubu” da xx.xx.2023-cü il tarixində göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə xəbərdarlıq məktubunun tələblərinin yerinə yetirilməsi xahiş olunmuşdur. Həmin məktuba “Adil Oğlu Şirkəti MMC”-nin direktoru Sədrəddin Kazımov tərəfindən cavab olaraq bildirilmişdir ki, şifahi müraciətə səhlənkar yanaşılmış və qeyd etmişdir ki, yaranmış borc İdarənin öz təşəbbüsü ilə silinsin. İdarə tərəfindən təkrar olaraq xx.xx.2023-cü il tarixli təkrar müraciətə cavab olaraq bildirilmişdir ki, X9 İdarəsi tərəfindən verilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə dair" xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcu hazırki vaxta kimi ödənilmədiyi barədə məlumatlar ona verilmiş, lakin tərəfindən təkrarən müraciət olunaraq qeyd olunan borcun X9 idarəsi tərəfindən silinməsi xahiş edilmişdir, idarə tərəfindən təkrar olaraq qeyd edilmişdir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır-lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Lakin tərəfindən icazənin dayandırılması ilə bağlı qanunvericiliyə əsasən ərizə təqdim edilmədiyi bildirilmişdir. Qanunun tələbini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə xəbərdarlıq məktubunun tələblərinin yerinə yetirilməsi ondan xahiş olunmuşdur. Xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu "xxxx" MMC tərəfindən yayım haqqı və ƏDV borcu ödənilməmişdir. X9 İdarəsi tərəfindən 01 avqust 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə yaranmış reklam yayım haqqı borcunun tutulmasının təmin edilməsi, yəni həmin icazələr üzrə yaranmış borcun ödənilməsinin təşkil olunması və həyata keçirilməsi məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, “Tələbin icraya yönəldilməsi haqqında” 11-3-6/3-3-046/2023 №-li qərar qəbul edilmişdir. Həmin qərar aidiyyəti üzrə icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Eyni zamanda da qərar məlumat üçün “Adil Oğlu Şirkəti" MMC-nin hüquqi ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşdən göründüyü kimi, iddia tələbinin mahiyyəti “tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsindən və yaranmış borcun silinməsindən” ibarətdir. Həmin iddiadan da göründüyü kimi mübahisələndirilən qərar X9 İdarəsinin xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli inzibati aktlarının icraya yönəldilməsi ilə bağlıdır. Onunla bağlı isə qeyd etmək istəyirəm ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə “İnzibati akt dedikdə” inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İddiaçının tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam idarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli “11-3-6/3-3-046/2023“ nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. Lakin həmin qərarın ləğv edilməsi iddiaçını həmin qərarla tutulmalı olan reklam yayım borcunun ödənilməsindən azad etmir, onun şəxsi hesab vərəqəsində təsbit olunan reklam və vergi öhdəliyi yerində qalmış olur. Başqa sözlə, onun vəziyyətində heç bir müsbət dəyişiklik yaranmır. Mübahisələndirilən ‘Tələbin icraya yönəldilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr əsasında yaranmış reklam yayımı borcunun tutulmasının təmin edilməsi, yəni həmin inzibati aktların icrasının təşkil olunması və həyata keçirilməsi məqsədilə qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanununun 2.0.9-cu maddəsinə uyğun olaraq konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. Belə ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. “Tələbin icraya yönəldilməsi” barədə qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmiş və qərarda qeyd edilmişdir ki, əmlakın siyahıya alınması barədə cavabdehin 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutulduğu qeyd edilmişdir. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 nömrəli Qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.1 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.2. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.3 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1 İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2 İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində “iddianın mümkünlüyü” ilə bağlı göstərilmişdir: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şirvan İnzibati Məhkəməsindən "xxxx" MMC tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı məcburetmə qərarının cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi 01 avqust 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə (icazələr əlavə olunur) yaranmış reklam yayım haqqı borcunun tutulmasının təmin edilməsi məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, “Tələbin icraya yönəldilməsi haqqında” 11-3-6/3-3-046/2023 №-li qərar qəbul edilmişdir. İddiaçı "xxxx" MMC poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsində inzbati mübahisə kimi qeydiyyata götürülmüşdür. Belə olan halda iddiaçı tərəfindən qanunvericilikdə mübahisələndirmə haqqında iddia növlərinə aid edilmiş 30 günlük xüsusi iddia müddəti ötürülməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" dair icazədən görünür ki, Adil Oğlu Şirkəti” MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 1 illik Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. X9 İdarəsi tərəfindən verilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 109.55 manat məbləğində yayım haqqı və 19.72 manat məbləğində ƏDV borcu xx.xx.2023-cü il tarixədək ödənilmədiyi üçün borcun ödənilməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində “Xəbərdarlıq məktubu” göndərilmişdir. Daha sonra X9 İdarəsi tərəfindən 01 avqust 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə (icazələr əlavə olunur) yaranmış reklam yayım haqqı borcunun tutulmasının təmin edilməsi məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, “Tələbin icraya yönəldilməsi haqqında” 11-3-6/3-3-046/2023 №-li qərar qəbul edilmişdir. Hal-hazırda iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 5-6 ay fəaliyyət göstərdikdən sonra Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə fəaliyyətinin dayandırılması ilə bağlı şifahi məlumat verməsini əsas gətirərək, xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsini xahiş edir. İş materialları ilə sübuta yerilirki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə fəaliyyətinin dayandırılması ilə bağlı şifahi məlumat verməsini sübuta yetirə bilməmiş və buna dair məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Həmçinin bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, 11-3-6/2-530/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayından etibarən "xxxx" MMC tərəfindən Açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin dayandırılması barədə hər hansı müraciət İdarəyə daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi ilə reklam yayımı ilə bağlı müqavilə bağlamış, həmin müqavilədə şifahi qaydada tərəflərin bir birnə məlumat verməsi, müqaviləni bir tərəfli qayda şifahi məlumat verməklə ləğv edilməsi və ya iddiaçı tərəfindən şifahi qaydada məlumat verməklə fəaliyyətinin dayandırılması nəzərədə tululmamışdır. Bundan başqa iddiaçı hüquqi şəxs fəaliyyətinin dayandırılması ilə bağlı şifahi məlumat verməsini sübuta yetirə bilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarı qəbul etməkdə haqlı olmuş, hər hansı pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 2-ci bəndinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1 -ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6- cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edilmədikdə “Açıq məkanda reklam yerləşdirilməsi” barədə icazənin verilməsi üçün inzibati akt qəbul edir. 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.2. Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3. Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. 3.4. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: 3.4.1. reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumu məlumatlandırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.4.2. bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.5. Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 11-3-6/3-3-046/2023 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 109,55 manat məbləğində yayım haqqı və 19,72 manat məbləğində ƏDV borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-472/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-472/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver