Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-474/2023 02.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Çıxarışın və Texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin Çıxarışa dair “Texniki Pasportun qismən, yəni 05 yanvar 2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə almaqla adına tərtib edilmiş 333 inventar nömrəli Texniki pasportla üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin 05 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolu ilə bazarın balansında olan gün çıxan tərəfındə yerləşən əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların ona ******* manata satılması qərara alınmışdır. Bununla bağlı "xxxx" ASC ilə 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilədə də "xxxx" ASC-nin balansında olan yığıncağın protokolunda göstərilən hissəni ona ******* manata satması əks olunmuşdur. Həmin gün müqavilədə nəzərdə tutulmuş ******* manat pulu Cəmiyyətin kassasına ödəmişdir. Cəmiyyətin sədri olan Sərhəng Nadirov 07 yanvar 2000ci il tarixdə Masallı rayon DTİ və MHQİ-nə ərizə ilə müraciət edərək, Bazarın balansında olan ticarət sahəsindən ona satdığı mağazaya dair adına texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Həmin ay sözügedən tikiliyə dair adına texniki pasport tərtib edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyektindən bir neçə il istifadə etdikdən sonra işlə bağlı Rusiya Federasiyasına getməli olduğundan qeyd olunan obyektdən razılığı ilə tanışları tərəfındən istifadə edilmişdir. Ötən il həmin qeyri-yaşayış obyektinin qapısı və pəncərəsi çıxarılaraq yeri hörülmiiş və arxa divar sökülərək Bazara birləşdirilmişdir. Bununla bağlı Bazarla aralarında yaranmış məhkəmə mübahisəsi zamanı isə ötən ilin may aymda Bazarın adına Çıxarışla texniki pasport tərtib edilərkən onun adına olan texniki pasport tərtib edilmiş ərazinin də həmin çıxarışla Texniki Pasportun tərkibinə daxil edilməsi məlum olmuşdur. X1 adına olan Texniki Pasport çəkilən hissədə ləğvinə dair cavabdehə müraciət etsə də, nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin balansında olan qeyri yaşayış binalarının səhmlərinin özəlləşməsi barədə Milli Depozit Mərkəzi QSC-nin Qiymətli Kazğız Mülkiyyətçilərinin 11 iyun 2020-ci il tarixli Reyestrdən çıxarışı, Milli Depozit Mərkəzinin Səhmlərinin Sertifikatı, Emissiya prospeki, Nizamnamə, Dövlət qeydiyyatı haqqında şəhadətnamə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 30 dekabr 1998-ci il tarixli, 1626 saylı sərəncamı və 14 mart 1998-ci il tarixli texniki pasportu əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq “ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 2746.7 kv.metrdən ibarət qeyriyaşayış binasına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binasına 22 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin adına 14 oktyabr 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxsin nümayəndəsi və vəkili X6 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İş materiallarında olan "xxxx" ATSC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolundan çıxarışdan, 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsindən və xx.xx.2000-ci il tarixli, 4 nömrəli mədaxil kassa orderindən görünür ki, bazarın balansında olan gün çıxan tərəfındə yerləşən, əsas sahəsi 15,4 kv.metr, köməkçi shəsi 16 kv.metr olan otaqların ******* manata rayonun Yeddioymaq kənd sakini İddiaçı satılması qərara alınmış, bununla bağlı "xxxx" ATSC ilə İddiaçı arasında 05 yanvar 2000ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və alqı-satqı predmeti olan daşınmaz əmlakın 04 yanvar 2000-ci il tarixli iclas protokolunda və 05 yanvar 2000-ci il tarixli 1 nömrəli alqısatqı müqaviləsində qeyd olunmuş ******* manat dəyəri İddiaçı tərəfindən "xxxx" ATSC-nin kassasına ödənilmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli ərizədən və yanvar 2000-ci il tarixli texniki pasportdan görünür ki, "xxxx" ATSC-nin sədri X9 ərizə ilə Masallı rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək İddiaçı satılmış ticarət sahəsi 15,4 kv.metr, ümumi shəsi 16 kv.metr olan mağazaya dair onun adına texniki pasportun verilməsini xahiş etmiş və Masallı rayon DTİ və MHQİ tərəfindən həmin əmlaka dair İddiaçı adına yanvar 2000-ci il tarixli “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” texniki pasportu verilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli texniki pasportdan, xx.xx.2021-ci il tarixli çıxarışdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ümumi sahəsi 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair Masallı rayon Mərkəzi Bazarın adına texniki pasport tərtib olunmuş, Mərkəzi Bazarın səhmdarları "xxxx" ATSC-ni yaratmaqla X2 seçmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə "xxxx" ATSC-nə Mərkəzi Bazarın adına tərtib edilmiş texniki pasportda göstərilən tikililərə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan cavabdeh təşkilatın Masallı Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubunda qeyd olunmuşdur ki, yanvar 2000-ci il tarixli texniki pasportda (İddiaçı adına verilmiş) göstərilən və mübahisə predmeti olan 32,1 kv.m-lik qeyri-yaşayış sahəsi (bina hissəsi) xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış ("xxxx" ATSC-nə verilmiş) ilə əlaqədar tərtib edilmiş texniki pasportda göstərilmiş “Mərkəzi Bazar” tikilisinin tam şəkildə tərkibində yerləşir və həmin texniki pasportda ayrıca sahə kimi nəzərə alınmamışdır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən əsaslara və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizdə göstərilən tələbin icrası mümkün deyildir. Daşınmaz əmlak üzərində yaranmış mübahisənin həlli ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı "xxxx" ATSCnin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolu və 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsi əsasında bazarın balansında olan 31,4 kv.metr qeyri-yaşayış sahəsini ******* manat dəyərini ödəməklə almış, qeyd olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın veriməsi barədə 25 aprel 2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin qeyri-yaşayış sahəsinin hazırda xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla mülkiyyət hüququ əsasında "xxxx" ATSC-nə məxsus “Mərkəzi Bazar” tikilisinin tam şəkildə tərkibində nəzərə alınmadığını bildirərək ərizənin təmin olunmasından imtina emişdir. Məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanunamüvafiq olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "xxxx" ATSC ilə İddiaçı arasında mülki-hüquq (xx.xx.2000-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi) münasibətləri yaranan zaman qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu maddəsinin tələbinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qedə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. "xxxx" ATSC ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2000-ci il tarixli, 1 nömrəli müqavilə notariat qaydada təsdiq olunmadığından və qeydə alınmadığından, həmin müqavilənin bağlandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibasızdır. Digər tərəfdən, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;[ 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 394-cü maddəsinin tələbinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin qüvvədən düşmüş 407.3-cü maddəsinə əsasən müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmalı olduqda, müqavilə bu hüquqların qeydə alındığı andan bağlanmış sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik aktı da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilənin olmasını və dövlət qeydiyyatına alınmasını tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qeyd olunduğu kimi, iş materiallarında olan xx.xx.1998-ci il tarixli texniki pasportdan və xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ümumi sahəsi 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair Masallı rayon Mərkəzi Bazarın adına texniki pasport, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə "xxxx" ATSC-nə həmin tikililərə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmiş və bu zaman qanunvericiliyin pozulması halına yol verilməmişdir. Beləliklə, iş materiallarına əsasən, "xxxx" ATSC 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı qanuni əsaslarla əldə etmişdir və həmin çıxarışın "xxxx" ATSC-dən 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqısatqı müqaviləsi əsasında əldə etdiyi qeyri-yaşayış sahəsi hissəsində ləğv edilməsi barədə İddiaçı ərizəsinin təmin olunmasından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanunamüvafiq olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Çıxarışın və Texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Çıxarışın və Texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-474/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-474/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver