Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4766/2025 24.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, ünvan 1 ünvanda heç vaxtı yaşamayan X5, X3 və X4, o cümlədən öncədən ünvan 3 ünvanda yerləşən evin formal pasport qeydiyyatında olub, bu ünvanda heç vaxt yaşamayan X9 pasport qeydiyyatından çıxardılmalarından imtina edən Cəlilabad rayon şöbəsinin rəisi Polad Qarayevin imzaladığı 11 avqust 2025-ci il tarixli bu məktubun etibarsız hesab edilməklə, ləğv ediməsinin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, ünvan 1 ünvanda heç vaxtı yaşamayan X5, X3 və X4, o cümlədən öncədən ünvan 3 ünvanda yerləşən evin formal pasport qeydiyyatında olub, bu ünvanda heç vaxt yaşamayan X9 pasport qeydiyyatından çıxardılmalarından imtina edən Cəlilabad rayon şöbəsinin rəisi Polad Qarayevin imzaladığı 11 avqust 2025-ci il tarixli bu məktubun etibarsız hesab edilməklə, ləğv ediməsinin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12, X10, X11 və X13 üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 iyun 2013-cü il tarixdə notariat qaydasında bağlanmış müqavilə əsasında ünvan 4 ünvanda yerləşən yaşayış evi atası X7 tərəfindən oğlu X8 bağışlanmışdır. 28 sentyabr 2021-ci il tarixdə də ünvan 4 ünvanda yerləşən bu ev, məhz notariat qaydasında təsdiq edilmiş səlahiyyətli etibarnamə əsasənda 70 (yetmiş) il müddətə özgəninkiləşdirilməsi məqsədilə, bağışlama, satılma, və s. hüquqların reallaşdırılması tələbkarllığında ona verilərək, müvafiq işlərin həyata keçrilməsinə qanuni və əsaslı səlahiyyətlər notariat qaydasında təsdiq edilmiş bu etibarnamə üzrə ona həvalə olumuşdur. Məhz bu etibarnamə əsasında notariat kantorunda da müvafiq alqı satqı işlərinin həyata keçrilməsi məqsədilə səlahiyyətli nümayəndə kimi bu məkanda olarkən bir daha məlum oldu ki, ünvan 5 ünvan göstərilən həmin evdə çoxsaylı bəzi vətəndaşlar formal qeydiyyatda olduqlarından, etibarnamə üzrə ona verilmiş səlahiyyətlər daxilində bu evin alqı-satqısı və s. qanuni hərəkətlərin Cəlilabad rayon notariusunda həyata keçrilməsi mümkün hesab edilmədir. Cavabdeh 11 avqust 2025-ci il tarixli rəsmi məktubla imtina vermişdir. ünvan 6 ünvanda qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxardılmaları ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi, üçüncü şəxslər X12, X10, X11 və X13 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Məhəmməd Füzuli küçəsi 64 fərdi yaşayış evi X2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli kitabın 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan yaşayış evinin bağışlanması barədə xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, X7 - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Cəlilabad rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli 23\1042 saylı arayışa əsasən Cəlilabad şəhəri M.Füzuli küçəsi 64 ünvanında mülkiyyətdə olan 0.0399 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 85.4 kv.m, yaşayış sahəsi 54.5 kv.m, yardımçı sahəsi 30.9 kv.m olan yaşayış evini oğlu X8 bağışlamışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********53-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Əhməd Abdullayev küçəsi (keçmiş Məhəmməd Füzuli küçəsi 64) 78 fərdi yaşayış evi X6 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli kitabın 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-71/2-P-23051/11/25 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə X8 məxsus Cəlilabad şəhəri Məhəmməd ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan kənar şəxslərin, X11, X10, X12 və X9 həmin ünvandan qeydiyyatdan çıxarılmaları ilə bağlı bildiririk ki, həmin şəxslər müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan imtina etdikləri üçün onların ərizəsi əsasında qeydiyyatdan çıxarılmaları mümkün deyildir. Odur ki, Məhəmməd ünvan 8 ünvanda qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “Cəlilabad şəhəri, ünvan 1 ünvanda heç vaxtı yaşamayan X5, X3 və X4, o cümlədən öncədən ünvan 3 ünvanda yerləşən evin formal pasport qeydiyyatında olub, bu ünvanda heç vaxt yaşamayan X9 pasport qeydiyyatından çıxardılmalarından imtina edən Cəlilabad rayon şöbəsinin rəisi Polad Qarayevin imzaladığı 11 avqust 2025-ci il tarixli bu məktubun etibarsız hesab edilməklə, ləğv ediməsinin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”-nı xahiş etsə də, mübahisəli mənzil üzrə mülkiyyət hüquqları ona məxsus olmamışdır. Belə ki, iş materialında olan yaşayış evinin bağışlanması barədə xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, X7 - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Cəlilabad rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli 23\1042 saylı arayışa əsasən Cəlilabad şəhəri M.Füzuli küçəsi 64 ünvanında mülkiyyətdə olan 0.0399 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 85.4 kv.m, yaşayış sahəsi 54.5 kv.m, yardımçı sahəsi 30.9 kv.m olan yaşayış evini oğlu X8 bağışlamışdır. Həmin müqavilə əsasında X6 xüsusi mülkiyyət hüquqları müvafiq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmış və surətləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən əmlakın mülkiyyətçisi olmamış və hal-hazırki iddianı qaldrmaqda subyektiv hüququ yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-4766/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya hüquqi yardım məktublrı ilə qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə düzgün iddiaçı tərəfindən inzibai orqana müraciəti əsasında tələbindən imtina olunacağı təqdirdə eyni tələblə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4766/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4766/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver