Məhkəmə qərarları › İş №2-1(120)-478/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-478/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-478/2023 27.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 20N nömrəli arayışından görünür ki, Quliyev XN rayonu, Əliabad kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli rəyindən görünür ki, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N996-cı ilədək N №-li hərbi hissədə (keçmiş N №-li h/h) müddətli həqiqi hərbi xidmətdə olmuş, N №-li hərbi hissədən daxil olmuş arxiv çıxarışında İddiaçı haqqında AR CM-nin 24Na, 233a, 235a və 239a maddələri ilə cinayət işi qaldırıldığına görə şəxsi heyətin siyahısında qalmaqla bütün növ təminatlardan çıxarılması barədə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N8 №-li əmri var. Bununla əlaqədar aidiyyəti üzrə sorğu göndərilmiş və daxil olmuş sənədlərdə barəsində hər hansı bir cinayət işinin olmaması qeyd edilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən İddiaçı xidmət keçdiyi dövrdə birbaşa döyüş əməliyyatlarında iştirakı, yəni döyüş bölgəsinə (zonasına) ezam olunması və ezamiyyətdən geri qaytarılması əmrlərlə təsdiq olunmur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/N7-367 nömrəli məktubunda qeyd edilmişdir ki, «Müharibə veteranı» vəsiqəsinin verilməsinə köməkliyin göstərilməsinə dair daxil olmuş ərizənizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, xidmət keçdiyiniz dövrdə hərbi biletinizin 7-ci səhifəsində qeyd olunmuş N993-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş zonasına ezamiyyətə göndərilməyiniz və ezamiyyətdən geri qaytarılmağınız barədə əmrlərə rast gəlinməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən döyüş əməliyyatlarında iştirakınız, yəni döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş zonasına ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qaytarılmağınız əmrlərlə təsdiq olunmadığından sizə «Müharibə veteranı» vəsiqəsinin verilməsi mümkün olmamış və bu barədə ünvanınıza xx.xx.202N-ci il tarixli 6/5N0 №-li məktub göndərilmişdir. Bir daha nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 27 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı AR MTN SQ-nin N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminatlara daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N №-li hərbi hissə komandirinin N8 yanvar N996-cı il tarixli, N8 №-li əmrindən çıxarışdan görünür ki, N №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı haqqında AR CM-nin 24N-a, 233-a, 235-a və 239-a maddələri ilə cinayət işi qaldırıldığına görə şəxs heyətin siyahısında qalmaqla bütün növ təminatlardan çıxarılmış və Füzuli rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasının rəisinin sərəncamına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N №-li hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli, 297 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla Sərhəd Qoşunlarında hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N6/5669 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı N993-cü illin noyabr-dekabr ayları ərzində döyüş əməliyyatlarında iştirak etdiyini, bu səbəbdən də cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, sabiq hərbi qulluqçu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş İddiaçı müraciətinə əsasən müvafiq arxiv sənədləri toplanılmış və məlum olmuşdur ki, iddiaçı F.X2 Xidməti Sərhəd Qoşunlarının hal-hazırkı N nömrəli hərbi hissə komandirinin (əvvəlki Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N nömrəli hərbi hissə) xx.xx.N992-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilmiş, xx.xx.N996-cı il tarixli 297 nömrəli əmri ilə isə şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. İddiaçı tərəfindən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciət əsasında müvafiq arxiv sənədləri toplanmış və xx.xx.202N-ci il tarixdə «Veteran adlarının və vəsiqələrinin verilməsi» komissiyasında baxılmışdır. İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından «Müharibə veteranı» vəsiqəsinin verilməsinin mümkün olmaması barədə onun ünvanına 0N,09.202N-ci il tarixdə 6/5N0 nömrəli məktub göndərilmişdir. «Veteranlar haqqında» xx.xx.N994-cü il tarixli 84N nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş zonasına ezamiyyətə göndərilmiş və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə (hərbi qulluqçulara) verilir. Eyni zamanda, müharibə veteranı adı və vəsiqəsi qeyd olunan əsasnamənin tələblərinə əsasən AR-nın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak barədə qeydiyyatlar aparılarkən tarixlər və əmr nömrələri göstərilmədiyindən, onun döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» vəsiqəsinin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş edirik. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin, döyüş əməliyyatlarına ezam olunması barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı döyüş əməliyyatlarına ezam olunmamış, həmçinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N №-li hərbi hissə komandirinin N8 yanvar N996-cı il tarixli, N8 №-li əmri ilə N №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı haqqında AR CM-nin 24N-a, 233-a, 235-a və 239-a maddələri ilə cinayət işi qaldırıldığına görə şəxs heyətin siyahısında qalmaqla bütün növ təminatlardan çıxarılmış və Füzuli rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasının rəisinin sərəncamına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar