Məhkəmə qərarları › İş №2-1(120)-48/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-48/2024

11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-48/2024 11.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Mirzəyev Əziz Xubalı (Xubali) oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2-1(120)-1252/2021 saylı qərardadı ilə Mirzəyev Əziz Xubalı oğlu, X5, X22, X29, X27, X24, X25, X26 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(120)-1252/2021 saylı qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Mirzəyev Əziz Xubalı oğlunun adına tərtib edilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışın və onun əlavəsi olan plan ölçü sənədinin Mirzəyev Hacıağa Xubalı oölu və onun ailə üzvlərinə Yardımlı rayon X18 xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı və JN 024A kod 80407038 nömrəli şəhadətnaməsi ilə verilmiş 1,72 hektar torpaq sahəsi ilə üstüstə düşən hissədə (Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)- 06/2016 nömrəli qətnaməsi ilə ayrılmış 0,33 ha istisna olmaqla) ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2-1(120)-48/2024 saylı qərardadı ilə, iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Mirzəyev Əziz Xubalı oğlu və onun ailə üzvlərinə verilmiş 0,39 hektar torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2-1(120)-48/2024 saylı qərardadı ilə, iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Mirzəyev Əziz Xubalı oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Yardımlı rayon aqrar islahat komissiyasının 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən JN 024 A, kod 80407038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, X9, Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızına, İddiaçı4, İddiaçı2 və Əfıyyədin Hacıağa oğluna fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədilə 1,72 ha torpaq sahəsi verilmişdir. Mirzəyev Hacıağa Xubalı oğlu öz ailə üzvləri ilə Şirvan şəhərinə köçdükdən sonra Mirzəyev Əziz Xubalı oğlu həmin 1,72 ha torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Yardımlı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(038)-06/2016 saylı qətnaməsi ilə Mirzəyev Əziz Xubalı oğlunun istifadəsində olan 1,72 ha torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 ha torpaq sahəsi ayrılaraq X9 verilmişdir. Onlar dəfələrlə Mirzəyev Əziz Xubalı oğluna zəbt etdiyi faktiki istifadə etdiyi onların və mərhum Mirzəyev Hacıağa Xubalı oğlunun birgə mülkiyyyətlərində olan 1.39 ha torpaq sahəsindən istifadə etmək istədiyikləri üçün çıxmasını tələb etsələr də birgə mülkiyyətlərində olan 1,39 ha torpaq sahəsindən istifadə etmək istədikləri üçün çıxmasını tələb etsələr də o, buna məhəl qoymamışdır. Onlara məlum oldur ki, Cəlilabad 8 saylı Ərazi idrəsinin kadastr üzrə mütəxəssisi ilə İddiaçı4 arasında şəxsi münasibət olmaqla, onların mülkiyyət hüquqlarını pozmuşdur. Mirzəyev Hacıağa Xubalı oğlu xx.xx.2018-ci ildə vəfat etmiş və onlar onun qanuni vərəsələridirlər. Mirzəyev Əziz Xubalı oğlunun adına 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarışın verilməsinə əsas olan sənədlərdən, mübahisəli torpaq sahəsinin planından və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin komleks yerquruluşu layihəsindən çıxarışdan göründüyü kimi, JN 023B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mirzəyev Əziz Xubalı oğluna və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsi yerləşmə vəziyyətinə görə, JN 024 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, İddiaçı1, İddiaçı4, İddiaçı2 və Əfiyyədin Hacıağa oğluna mülkiyyətinə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən qalan 1.42 ha hissəsi ilə həmsərhəd yerləşsə də, Mirzəyev Əziz Xubalı oğlu JN 023 B kontur üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətinə verilmiş JN 024 A kontur üzrə iddiaçıların mülkiyyətində olan 1.42 ha torpaq sahəsini zəbt etməklə üzərində fərdi yaşayış evi və həyətyanı tikililər inşa etmiş və ona DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səhvən daşınmaz əmlakın (fərdi yaşayış evi) qeydiyyatı haqqında 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Göründüyü kimi Mirzəyev Əziz Xubalı oğlu özünə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada fərdi yaşayış evi və digər tikilililər inşa etmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına əsasən Mirzəyev Əziz Xubalı oğluna JN 023B kontur üzrə mülkiyyətinə verilmiş şəhadətnaməyə əsasən ƏMDK DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq iddiaçıların tərəfindən DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsindən ötrü DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsindən iddiaçılara göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda tələbin təmin olunmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı1 Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri əsasında Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Yardımlı rayonu, Dəryavar kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Mirzəyev Əziz Xubalı oğlunun adına çıxarış və texniki pasport verilmişdir. Torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir.İddiaçı4 və digər şəxslərin iddia tələbləri Yardımlı rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(038)-11/2020 saylı qətnaməsi ilə təmin edilərək Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi, İddiaçı1, İddiaçı4 və digər şəxslərin ümumbirgə mülkiyyətinə verilmiş 1.39 ha torpaq sahəsinin cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililərin cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun hesabına sökülməsi və cavabdeh həmin torpaq sahəsindən çıxarılması qərara alınmışdır.Həmin qətnamədən cavabdeh Mirzəyev Əziz Xubalı oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(106)- 1507/2020 saylı qətnaməsi ilə apelyasiya şikayət qismən təmin edilərək Yardımlı rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(038)-11/2020 saylı qətnaməsi qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(106)-1507/2020 saylı qərardadı ilə Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəli olan MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı4 tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(106)- 1507/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 01 mart 2021-ci il tarixli 2(102)-131/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(106)-1507/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Yuxarıda göstərilənlərə əsasən ərizədə göstərilən tələbin icrası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, Məhkəmədən sözü gedən inzibati işlə bağlı İddiaçı1, İddiaçı4, İddiaçı2 və X1 Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı İddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı4 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs Mirzəyev Əziz Xubalı oğlunun vəkili X14 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçılar və üçüncü şəxs arasında məhkəmə prosesləri dövründə xeyli barışıqlar əldə edilməsinə çalışılmış, lakin sonda tərəflər razılığa gəlməmişlər, keçirilmiş ekspert rəyləri əsasında torpaq sahəsinin qismən zəbt edilməsi aşkar olunmuşdur, cavabdeh orqanın etdiyi səhv əsasında torpaq sahələrinin üst-üstə qeydə alınması müəyyən edilmişdir. Buna görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçılara ünvanladığı 20 may 2021-ci il tarixli **********69 nömrəli məktubda göstərilmişdir ki, təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri əsasında Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Yardımlı rayonu, Dəryavar kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Mirzəyev Əziz Xubalı oğlunun adına çıxarış və texniki pasport verilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədinin ləğv edilməsi və torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Yuxarıda göstərilənlərə əsasən ərizənizdə göstərilən tələbin icrası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. - İş materiallarında olan kod 80407038, JN-024A nömrəli, şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə Mirzəyev Hacıağa Xubalı oğlu, X15, İddiaçı4, X12, İddiaçı2 və X3 1.72 ha torpaq sahəsi verilmişdir. - İş materiallarında olan AZ-İ №992535 nömrəli, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev Hacıağa Xubalı oğlu xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində ölmüşdür. - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1963-cü ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1997-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1994-cü ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan İV-ЖГ №291752 nömrəli, xx.xx.1987-ci il tarixli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev Hacıağa Xubalı oğlu ilə X15 nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Mirzəyeva soyadını götürmüşdür. - İş materiallarında olan Yardımlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 129 nömrəli məktubunda göstərilmişdir ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının Dəryavar kəndi üzrə islahat komissiyasının protokolları, Yardımlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Hal-hazırda Yardımlı rayon Dövlət Arxivində saxlanılmır. Mirzəyev Əziz Xubalı oğlu ilə Mirzəyev Hacıağa Xubalı oğluna ayrılmış torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının 11 noyabr 1988-ci il tarixli, 17/1 saylı qərarı Yardımlı rayon X11. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********07 nömrəli məktubda göstərilmişdir ki, sorğuda qeyd edilmiş **********39- 10301 reyestr mömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məktuba sənəd qoşması olaraq əlavə edilir. - İşdə olan **********39-10301reyestr nömrəli xx.xx.2011-ci il tarixli, 01 intentar nömrəli AR ƏMDK yanında DƏDRX Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən, Yardımlı rayon Dəryavar kəndində yerləşən fərdi yaşayış evi Mirzəyev Əziz Xubalı oğlunun adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Yardımlı rayon Dəryavar kəndində yerləşən 0.39 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Mirzəyev Əziz Xubalı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan kod 80407038, JN-023B nömrəli, şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə Mirzəyev Əziz Xubalı oğlu, X5, X22, X29, X27, X24, X25 və X16 0.39 ha torpaq sahəsi verilmişdir. - İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmədinin xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubunda göstərilmişdir ki, Müraciətinizlə əlaqədar JN-023B KOD-80407038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun verilməsinə əsas olan sənədlərin, xx.xx.2011-cı il tarixli çıxarışın, Yardımlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarının və adlı siyahılardan çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. - İş materiallarında olan Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının Yardımlı rayon Dəryavar kəndində Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 23-cü sırada Mirzəyev Əziz Xubalı oğlu, X5, X22, X29, X27, X24, X25 və X13 adları qeyd edilib. 24-cü sırada isə Mirzəyev Hacıağa Xubalı oğlu, X15, İddiaçı4, X12, İddiaçı2 və X2 adları qeyd edilmişdir. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə verilmiş (Torpaq mülkiyyətinə verilməsinə dair JN-024A KOD- 80407038 nömrəli şəhadətnamə) 1,72 hektar torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 (sıfır tam otuz üç) ha torpaq sahəsi ayrılaraq X9 verilməsi və zəbt edilmiş torpaq sahəsi Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi qərara alınmışdır. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin Şirvan İnzibati məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 2(038)-06/2016 nömrəli məktubunda göstərilmişdir ki, Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Mirzəyev Əziz Xubalı oğlu apelyasiya və kassasiya şikayəti vermiş, lakin Əziz Mirzəyevin şikayətləri təmin edilməmiş və Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-131/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı4 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-1507/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 2(038)-248/2019 nömrəli xx.xx.2019-cu il tarixli ekspertiza təyin edilməsi barədə qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırladığı xx.xx.2019-cu il tarixli 23752 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə JN 024A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum), İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsindən hər birinə düşən sahənin ayrı-ayrılıqda parametrlərinin (ölçülərinin), sərhədlərinin müəyyənləşdirilməsi, pay bölgüsü planının hazırlanması mütəxəssisin səlahiyyətlərinə aid olmamasına baxmayaraq Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə görə JN 024A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum) və iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsində mövcud olan əsas və köməkçi tikililərin yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdirilərək tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli Şəhadətnaməyə görə Mirzəyev Häcıağa Xubalı oğluna (mərhum) vö iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsinin 0,43 hektaradək hissəsi cavabdeh Mirzəyev öziz Xubalı oğiuna **********39-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0.39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin 0,43 hektaradək olan hissəsi ilə üst-üstə düşür. Cavabdeh Mirzəyev Əziz Xubalı oğluna adına **********39-10301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmış və faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdiriiərək tərüb edilmiş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli Şəhadətnaməyə görə Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum) və iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə naturada mövcud olan, plana alınmış gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır. - İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmədinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda göstərilmişdir ki, Mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bundan əvvəl Yardımlı Rayon Məhkəməsi tərəfindən daxil olan xx.xx.2019-cu il tarixli, 2(038)-248/2019 nömrəli müraciətinə cavab olaraq Xidmət tərəfindən xx.xx.2019-cu il tarixində **********71 nömrəli məktub ilə müvafiq məlumat Yardımlı Rayon Məhkəməsinə və surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Yardımlı rayon Dəryavar kəndində yerləşən 0.30 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Yardımlı Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli qərardan görünür ki, 11 oktyabr 2017-ci il tarixdə qeyd olunan icra sənədi tam icra edilməklə Yardımlı Rayon Aqrar islahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarı ilə Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə verilmiş (torpağın mülkiyyətə verilməsinə dair JN-Q24A kod 80407038 nömrəli şəhadətnamə) 1,72 ha torpaq sahəsinin şimal- qərb hissəsindən 0,33 ha torpaq sahəsinin 0,03 ha hissəsi borclu Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin üzərinə düşdüyünə görə yerləşməsi mümkün olmadığından tələbkarın nümayəndəsi X4 razılığı ilə 0.33 ha əvəzinə 0.30 ha torpaq sahəsi mütəxəssisin iştirakı ilə ayrılaraq X9 verilməklə zəbt edilmiş torpaq sahəsi Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilmiş və bu barədə akt tərtib edilmişdir.«icra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-cı maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Mirzəyev Əziz Xubalı oğlunun kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-404/2021 saylı qətnaməsi ləğv edilməsi və iddiaçı Mirzəyev Əziz Xubalı oğlunun cavabdeh İddiaçı1 və digərlərinə qarşı “Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair Mirzəyev Hacıağa Xubalı oğluna və ailə üzvlərinə Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmiş JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 19 yanvar 2022-ci il tarixli, 10504 nömrəli məktubunda göstərilmişdir ki, 2(038)-248/2019 №-li iş üzrə Yardımlı Rayon Məhkəməsinin qərardadına əsasən verilmiş xx.xx.2019-cu il tarixli 23752 №-li ekspert rəyi bir nüsxədə tərtib edilərək məhkəməyə göndərildiyi üçün, ekspert rəyinin təsdiq olunmuş surətinin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etməyini xahiş etmişdir. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin Şirvan İnzibati məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 49 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X8 cavabdehlər Mirzəyev Hacıağa Xubalı oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi, Mirzəyev Əziz Xubalı oğluna qarşı zəbt etdiyi torpaq sahəsini boşaltması və 2000 manat məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasına Yardımlı Rayon Məhkəməsinidə baxılmış və Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi tam icra edilmiş və Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilərək icra sənədi Məhkəməyə qaytarılmışdır. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı 24 may 2024-cü il tarixli 3-21-3-44/2-2586/2024 nömrəli məktubda göstərilmişdir ki, 1998-ci ildə Yardımlı rayonunda aparılan Aqrar İslahat zamanı Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə Yardımlı rayonu, Dəryavar kəndində 1.72 ha torpaq sahəsinin Mirzəyev Hacıağa Xubalı oğlunun adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin DWG xəritəsinin, DBF siyahısının, və “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyat” kitabındakı adının qeydə alındığı səhifənin təsdiq edilmiş surətləri göndərilmişdir. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(038)-220/2022 nömrəli qərardadından görünür ki, Yardımlı rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qərardadı ləğv edilərək Mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apelyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-1507/2020 qərardadında göstərilmişdir ki, cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun apelyasiya şikayəti qismən təmin edilərək, Yardımlı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(038)-11/2020 saylı qətnaməsi- qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair hissələrdə ləğv edilməsi qərara alınmışdır. - İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(038)- 11/2020 nömrəli qətnamədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriya ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilərək iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətiərinə verilmiş 1.39 ha pay torpaq sahəsi cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilsin, qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililər cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun hesabına sökülsün və cavabdeh həmin torpaq sahəsindən çıxarılması qərara alınmışdır. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1932/2022 qərardadında göstərilmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 19 iyul 2022-ci il tarixli və 17 avqust 2022-ci il tarixli qərardadları ləğv edilərək, iddiaçı Mirzəyev Əziz Xubalı oğlunun cavabdeh X9 qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə mülki işin materialları mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibаti Məhkəməsinin 08 fevral 2022-ci il tаriхli, 2-1(120)-157/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/8769 nömrəli ekspert rəyi tərtib edilərək, 2-1(120)- 157/2022 nömrəli inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/8769 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində Mirzəyev Əziz Xubalı oğluna **********39- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plam”nın elektron baza materialında yerləşmə vəziyyətinə görə mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin və bu torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir). Yardımlı rayonu Dəryavar kəndi erazisində **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı”nın elektron baza materialında yerləşmə və faktiki istifadə vəziyyəti ilə Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialı arasında uyğunsuzluqların olduğu müəyyən edildi. Uyğunsuzluqlara görə Yardımlı rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-024A və JN-023B nömrəli Şəhadətnamələr əsasında müvafiq olaraq mərhum Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə, Mirzəyev Əziz Xubalı pğluna və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 1,72 ha (1,39 ha) və 0,39 ha həyətyanı torpaq sahələrinin hansı koordinatlarda yerləşməsini, üst-üstə düşməsini və müqayisəli tərzdə araşdırıb qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********3910301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə Mirzəyev Əziz Xubalı oğluna mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpag sahəsinin onun taktiki istifadəsi kimi plana alınmış1,94 ha olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 23 may 2023-cü il tаriхli, 2-1(120)-86/2023 saylı qərardadı ilə məhkəmə təkrar tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7901 nömrəli ekspert rəyi tərtib edilərək, 2- 1(120)-86/2023 nömrəli inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7901 nömrəli ekspert rəyindən görünür ki, Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış, 1,72 ha torpaq sahəsinin Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən sonra qalan 1.39 ha hissəsinin və Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli Şəhadətnamə əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış 0,39 ha torpaq sahəsinin, o cümlədən seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasport əsasında Mirzəyev Əziz Xubalı oğlunun adına qeydiyyata alınmış 0,39 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin (hər bir sənəd üzrə ayrıayrılıqda göstərilməklə) sxemi və koordinatları iş materiallarında olan (səh 220) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə və xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planınlarında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planına əsasən, JN-24A və JN-23B nömrəli şəhadətnamələrin kompleks yerquruluşu xəritəsinin elektron baza məlumatında yerləşmə möygeyi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi əks olunmadığından göstərilmədiyindən JN-024A KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış, 1,72 ha torpaq sahəsinin Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən sonra qalan 1.39 ha hissəsinin koordinatları ilə Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış 0,39 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qeyd olunur ki, xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2510/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə əsasən, Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-Q24A nömrəli şəhadətnaməyə əsasında Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39-10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis əsasən, Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-024A nömrəli şəhadətnaməyə görə Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha iddia olunan həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2510/2023 saylı mütəxəssis rəyinə əsasən, **********39-10301 reyestr nömrəli Çıxarış və Texniki Pasporta əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatlarına əsasən Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş iddia olunan 1,41 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.Mirzəyev Əziz Xubalı oğlunun adına tərtib edilmiş seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 0,39 ha (faktiki isə 0,42 ha) təşkil etdiyi, torpaq sahəsinin eninin 51 metr (35metr), uzunluğunun 110 metr (91,5metr) təşkil etdiyi göstərilmişdir. Lakin Yäıldımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüləri və koordinatları qeyd olunmamışdır. Bu səbəbdə də həmin torpaq sahəsinin koordinatlar üzrə üst-üstə düşüb-düşməməsini, eyni zamanda texniki pasportun ilkin hüquqmüəyyənedici sənədinə-Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnaməyə uyğun düzgün tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli,*3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, seriya MA 0195885, **********39 reyestr nömrəli çıxarış və xx.xx.2011 -ci il tarixli, 01 inventar nömrəli texniki pasport əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinin adına qeydə alınmış 0,39 ha torpaq sahəsinin faktiki vəziyyətidə cizgi daxilində 0,4468 ha təşkil etdiyi müəyyən olunmuşdur Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəməyə müraicət edərək göstərmişdir ki, Yardımlı rayon aqrar islahat komissiyasının 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən JN 024 A, kod 80407038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, X9, Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızına, İddiaçı4, İddiaçı2 və Əfıyyədin Hacıağa oğluna fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədilə 1,72 ha torpaq sahəsi verilmişdir. Mirzəyev Əziz Xubalı oğlunun adına 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarışın verilməsinə əsas olan sənədlərdən, mübahisəli torpaq sahəsinin planından və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin komleks yerquruluşu layihəsindən çıxarışdan göründüyü kimi, JN 023B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mirzəyev Əziz Xubalı oğluna və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsi yerləşmə vəziyyətinə görə, JN 024 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, İddiaçı1, İddiaçı4, İddiaçı2 və Əfiyyədin Hacıağa oğluna mülkiyyətinə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən qalan 1.42 ha hissəsi ilə həmsərhəd yerləşsə də, Mirzəyev Əziz Xubalı oğlu JN 023 B kontur üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətinə verilmiş JN 024 A kontur üzrə iddiaçıların mülkiyyətində olan 1.42 ha torpaq sahəsini zəbt etməklə üzərində fərdi yaşayış evi və həyətyanı tikililər inşa etmiş və ona DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səhvən daşınmaz əmlakın (fərdi yaşayış evi) qeydiyyatı haqqında 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mirzəyev Əziz Xubalı oğlu özünə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada fərdi yaşayış evi və digər tikilililər inşa etmişdir. Halhazırda mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduöunu iddia edir və Mirzəyev Əziz Xubalı oğluna JN 023B kontur üzrə mülkiyyətinə verilmiş şəhadətnaməyə əsasən ƏMDK DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsini xahiş edir. Bununla bağlı cavabdeh orqana müraciət etmişlər, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Mübahisəli torpaq sahəsi iddiaçılar üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, iş üzrə müvafiq tikinti-texniki ekspertiza keçirilmişdir və ekspertiza rəyi nəticəsində müəyyən olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planına əsasən, JN-24A və JN-23B nömrəli şəhadətnamələrin kompleks yerquruluşu xəritəsinin elektron baza məlumatında yerləşmə möyqeyi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcud olması, eyni zamanda xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi əks olunmadığından göstərilmədiyindən JN-024A KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış, 1,72 ha torpaq sahəsinin Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən sonra qalan 1.39 ha hissəsinin koordinatları ilə Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış 0,39 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-024A nömrəli şəhadətnaməyə əsasında Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39-10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-024A nömrəli şəhadətnaməyə görə Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha iddia olunan həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. **********39-10301 reyestr nömrəli Çıxarış və Texniki Pasporta əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatlarına əsasən Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş iddia olunan 1,41 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. X33 Xubalı oğlunun adına tərtib edilmiş seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 0,39 ha (faktiki isə 0,42 ha) təşkil etdiyi, torpaq sahəsinin eninin 51 metr (35metr), uzunluğunun 110 metr (91,5metr) təşkil etdiyi göstərilmişdir. Lakin Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüləri və koordinatları qeyd olunmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin koordinatlar üzrə üst-üstə düşüb-düşməməsini, eyni zamanda texniki pasportun ilkin hüquqmüəyyənedici sənədinə-Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnaməyə uyğun düzgün tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, 1998-ci ildə Yardımlı rayonunda aparılan Aqrar İslahat zamanı Mirzəyev Hacıağa Xubalı oğluna və onun ailə üzvlərinə Yardımlı rayonu, Dəryavar kəndində 1.72 ha torpaq sahəsinin Mirzəyev Hacıağa Xubalı oğlunun adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin DWG xəritəsinin, DBF siyahısının, və “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyat” kitabındakı adının qeydə alınmışdır. Mütəxəssis və ekspert rəyləri nəticəsində iddiaçıların adına verilmiş JN-024A nömrəli şəhadətnamə əsasında Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39-10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmüşdür. Mirzəyev Əziz Xubalı oğlu isə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etdikdə texniki pasportu və ilkin hüquqmüəyyənedici sənədi- Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnaməsini təqdim etmişdir. Lakin keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi əks olunmamışdır. X33 Xubalı oğlunun adına tərtib edilmiş seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 0,39 ha (faktiki isə 0,42 ha) təşkil etdiyi, torpaq sahəsinin eninin 51 metr (35metr), uzunluğunun 110 metr (91,5metr) təşkil etdiyi göstərilmişdir. Bu halda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan JN-024A nömrəli şəhadətnamə əsasında Mirzəyev Hacıağa Xubalı oğlunun (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi üzərində Mirzəyev Əziz Xubalı oğlunun adına mülkiyyət hüququnu qeydə almışdır, halbuki Mirzəyev Əziz Xubalı oğlu yaşadığı evə dair texniki pasporta əsas olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Üçüncü şəxs İddiaçı4 təqdim etdiyi JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi olmadığı, torpaq sahəsinin ölçüləri və koordinatları qeyd olunma halda və şəhadətnaməyə dair elektron baza məlumatları müəyyən olunmadığından hazırkı vəziyyətdə cavabdeh orqan tərəfindən üçüncü şəxsə JN- 024A nömrəli şəhadətnamə əsasında torpağın mülkiyyətə verilməsinə dair həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, iddiaçıların adına tərtib edilmiş JN-024A KOD-80407038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. «Torpaq islahatı haqqında» AR Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin etməməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq Yardımlı rayonu, Dəryavar kəndində Mirzəyev Əziz Xubalı oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışla hüququn qeydə alınması üçün hüquqi əsaslar müəyyən olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Yardımlı rayonu, Dəryavar kəndində Mirzəyev Əziz Xubalı oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Yardımlı rayonu, Dəryavar kəndində Mirzəyev Əziz Xubalı (Xubali) oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar