Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-480/2020 30.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonunun Həziabad kəndində yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, onun iştirak etməyi ilə bağlı bir sıra şəxslər bu faktı təsdiq edə bilərlər. Ona veteran vəsiqəsinin verilməsi ilə bağlı bir sıra orqanlara müraciət etmiş, lakin ona veteran vəsiqəsinin verilməsindən imtina edilmişdir. Onun silahlı qüvvələrdə iştirak etməyi ilə bağlı zəruri sübutları vardır. Lakin ona veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışdaqeyd edilib ki, N saylı hərbi hissə komandirinin N7.N2.N992-ci il tarixdə iddiaçının xidmətə daxil olması, vəzifəyə təyin edilməsi barədə məlumat var. Sonradan İddiaçı N7.N2.N992-ci ildən 23.05.N994-cü ilədək xidməti barədə məlumat yoxdur. İddiaçının atəşkəs elan olunan qədər harada olması və xidmət keçməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarına 28 sentyabr 20N8-ci il tarixli, 422 nömrəli Qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanın vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin təsdiq edilmiş surətlərini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətin Baş İdarəsinin 24.04.20N9-cu il tarixli, N/D-5022 nömrəli nömrəli məktubunu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin 08.04.20N9-cu il tarixli, N46 nömrəli arayışını və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 08.04.20N9-cu il tarixli, 9/2-4238 nömrəli məktubunu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli N36 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08506409 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N9.02.N974-cü il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Həziabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan N5.N2.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N5.N2.N992-ci il tarixdən 27.N.N996-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 24.04.20N9-cu il tarixli, N/D-5022 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N9.04.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin 08.02.20N9-cu il tarixli, 9/2-4238 nömrəli arayəşəna əsasən N7.N2.N992-ci il tarixdən 23.05.N994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin 08.04.20N9-cu il tarixli, N46 nömrəli məktubunda qeyd edilmişdir ki, N9.02.N974-cü il təvəllüdlü Cəlilabad rayon Həziabad kənd sakini İddiaçı N5.N2.N992-ci il tarixdən 27.N.N996-cı il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 08.04.20N9-cu il tarixli, 9/2-4238 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad RHKdan həqiqi hərbi xidmətə göndərilmiş, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N7.N2.N992-ci il tarixli, N59 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə qranatatanın köməkçisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N9.02.N974-cü il təvəllüdlü İddiaçı komandirinin 23.05.N994-cü il tarixli, N39 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olunması və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 09.08.N994-cü il tarixli müvafiq sərəncamına əsasən komandirin N8.08.N994-cü il tarixli, 222 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Əvvəllər N nömrəli hərbi hissədə olmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 23.05.N994-cü il tarixli, N39 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 6-cı MAT-a atıcı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09.08.N994-cü il tarixlimüvafiq sərəncamına əsasən 6-cı MAT-ın şəxsi heyəti hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin N8.08.N994-cü il tarixli, 222 nömrəli əmrində şəxsi heyətin siyahısından, bütün növ təminatlardan və 02.08.N994-cü il tarixdən pul təminatından çıxarılması barədə məlumat vardır. Lakin əmrə adlı siyahı əlavə olunmamışdır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8.08.N994-cü il tarixli, N90 nömrəli əmriləşəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-a təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən 2-ci MAT-ın hərbi qulluqçusu, manqa komandiri, kiçik çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin 27.N.N996-cı il tarixli, 3N5 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Cəlilabad RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin aprel N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı 04.02.2020-ci il tarixli, 9/2-N569 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad RHK-dan həqiqi hərbi xidmətə göndərilmiş, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N7.N2.N992-ci il tarixli, N59 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə qranatatanın köməkçisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N9.02.N974-cü il təvəllüdlü İddiaçı komandirinin 23.05.N994-cü il tarixli, N39 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olunması və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 09.08.N994-cü il tarixli müvafiq sərəncamına əsasən komandirin N8.08.N994-cü il tarixli, 222 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Əvvəllər N nömrəli hərbi hissədə olmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 23.05.N994-cü il tarixli, N39 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 6-cı MAT-a atıcı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09.08.N994-cü il tarixlimüvafiq sərəncamına əsasən 6-cı MAT-ın şəxsi heyəti hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin N8.08.N994-cü il tarixli, 222 nömrəli əmrində şəxsi heyətin siyahısından, bütün növ təminatlardan və 02.08.N994-cü il tarixdən pul təminatından çıxarılması barədə məlumat vardır. Lakin əmrə adlı siyahı əlavə olunmamışdır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8.08.N994-cü il tarixli, N90 nömrəli əmriləşəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-a təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən 2-ci MAT-ın hərbi qulluqçusu, manqa komandiri, kiçik çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin 27.N.N996-cı il tarixli, 3N5 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Cəlilabad RHKna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin aprel N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin iyun N993-cü il və N994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissəninN6.NN.N992-ci ildən N.05.N994-cü ilədək, N nömrəli hərbi hissənin 25.0N.N994-cü ildən N.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. Araşdırmalar İddiaçı barəsində Mərkəzi Arxivə daxil olmuş sorğu əsasında aparılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99Nci il oktyabrın 9-dan N994-cü il mayın N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin N7.N2.N992-ci il tarixdən 23.05.N994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçının N7.N2.N992-ci ildən 23.05.N994-cü ilədək xidməti öz təsdiqini tapmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlili nəticəsində belə nəticəyə gəlir ki, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının N7.N2.N992-ci ildən 23.05.N994-cü ilədək xidmətinin təsdiqlənməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-480/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-480/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver