Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-480/2022 04.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X6 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 04 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X11 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Füzuli Rayon X9 30 noyabr 1994-cü il tarixli 11 nömrəli qərarı ilə İddiaçı X6 başçısı X1 ‘Qarabağ” Kolxozunun ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və emalı məqsədi ilə 27 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında “Torpağın mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 000980 nömrəli Dövlət Aktı verilmişdir. İddiaçı X11 uzun illər həmin torpaq sahəsindən istifadə etməklə, öz fəaliyyətini uğurla həyata keçirsə də, 2012-ci ildən başlayaraq, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən müxtəlif maneələr yaradılmağa başlanmış və torpaq sahəsi üzərində İddiaçı-nin sahiblik və istifadə hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır. Hal-hazırda cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı X6 faktiki istifadəsində 14 ha torpaq sahəsi saxlanılmış, qalan 13 ha torpaq sahəsi isə faktiki olaraq zəbt edilmişdir. Nəticədə, İddiaçı X11 öz fəaliyyətini normal həyata keçirə bilmir. Torpaq sahələri üzərində Füzuli Rayon İcra Hakimiyyətinin qanunsuz sahibliyinə son qoyulması istiqamətində etdikləri israrlı etirazlar nəticəsində cavabdehin əməkdaşları şifahi şəkildə bildirmişlər ki, guya torpaq sahəsi qanunsuz olaraq zəbt edilməyib və Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 21 may 2012-ci il tarixli Sərəncamı ilə onlara verilmiş torpaq sahələrinin bir hissəsi onlardan geri alınıb. Onlar cavabdehin əməkdaşlarının verdiyi bu şifahi məlumata etimad göstərməyərək, 04 mart 2021-ci il tarixli ərizə ilə Füzuli Rayon İcra Hakimiyyətinin Başçısına rəsmi müraciət ünvanlamış və torpaq sahələrindən istifadəyə yaradılan maneənin səbəblərini aydınlaşdırmağa çalışmışlar. Onların müraciətləri poçt vasitəsilə cavabdehə 10 mart 2021-ci il tarixində çatdırılmasına baxmayaraq, müraciətə heç bir cavab verilməmişdir. Nəticədə, onlar cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Həmin iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamını təqdim edərək, onlara və bir neçə başqa X8 məxsus torpaq sahələrinin bir hissəsinin qeyd edilən Sərəncam əsasında başqa şəxslərin istifadəsinə verildiyini bildirmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, onların qanuni sahibliklərində olan torpaq sahələri cavabdehin qanunsuz Sərəncamı ilə əllərindən alınmış və başqa şəxslərə verilmişdir. Cavabdeh Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamının qanunsuz olduğu aşağıda göstərilən hallarla təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının ərazisində torpaq islahatları 16 iyul 1996-cı il tarixində qəbul edilmiş 55-İQ nömrəli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada və əsaslarla, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X18 Komissiyası haqqında” Əsasnamə ilə fəaliyyət göstərən X18 Komissiyası tərəfindən həyata keçirilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir”. Həmin Qanunun 20-ci maddəsinə əsasən, Torpaq islahatını Azərbaycan Respublikası X18 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Göründüyü kimi, torpaq islahatları yalnız qeyd edilən qanunvericilik əsasında və müəyyən olunmuş Komissiya tərəfindən həyata keçirilə bilər. Rayon İcra Hakimiyyəti Başçılarının torpaq islahatı aparmaq, bununla bağlı komissiya yaratmaq, islahatın nəticələri barədə qərar və ya Sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Sərəncamda isə, islahatın keçirilməsinin hüquqi əsası göstərilməmişdir. Bundan başqa, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir”. Yəni, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil olan torpaqlar həmin Qanun əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilir. İndiki halda isə, onların mülkiyyətinə, sahibliyinə və istifadəsinə 1994-cü ildə X9 Rəyasət Heyətinin qərarı ilə qanuni əsaslarla verilmiş, eləcə də müvafiq olaraq Dövlət Aktı verilmiş torpaq sahələrinin cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 2012-ci ildə verdiyi və heç bir hüquqi əsası olmayan Sərəncamı ilə onlardan geri alınması tamamilə qanunsuz və əsassızdır. Çünki, yuxanda adı çəkilən Qanunun 4-cü maddəsinə əsasən, “Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”. Bütün bunlar, eləcə də iddia ərizəsinin ağırlaşdırılmaması məqsədi ilə istinad etmədikləri həm ölkədaxili, həm də beynəlxalq maddi hüquq normaları onların əmlak hüquqlarının müdafiə edildiyini və cavabdehin xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamının qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia ərizəsinin 2-ci vərəqində yuxarıdan üçüncü abzasda göstərilmişdir ki, cavabdeh Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının qanunsuz olduğu aşağıda göstərilən hallarla təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının ərazisində torpaq islahatları 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş 55-İQ nömrəli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada və əsaslarla, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X18 Komissiyası haqqında” Əsasnamə ilə fəaliyyət göstərən X18 Komissiyası tərəfindən həyata keçirilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahatı Komissiyası, rayon və yerli aqrar islahatı komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Göründüyü kimi, torpaq islahatları yalnız qeyd edilən qanunvericilik əsasında və müəyyən olunmuş Komissiya tərəfindən həyata keçirilə bilər. Rayon İcra Hakimiyyəti başçılarının torpaq islahatı aparmaq, bununla bağlı komissiya yaratmaq, islahatın nəticələri barədə qərar və ya sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Bildirirlər ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış Dövlət Agentlikləri və Dövlət Xidmətləri haqqında Əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə “X16 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli və “Azərbaycan Respublikası X16 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanları qüvvədən düşmüş hesab edilmişlər. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 760 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: - “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”nin 3-cü bəndində “Azərbaycan Respublikası X16 Komissiyasının tapşırığına” sözləri “Yerli icra hakimiyyəti orqanının qərarına” sözləri ilə, “rayon aqrar islahatı komissiyası” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. - Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinin birinci hissəsində “rayon aqrar islahatı komissiyası” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. Keçmiş “Qarabağ” kolxozunun ərazisində vaxtilə fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvləri və Qarabağ kəndinin digər sakinləri 2011-ci ilin əvvəllərindən Respublikanın rəhbər orqanlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək, torpaq islahatı aparılmasını, özlərinə və ailə üzvlərinə düşən pay torpaqlarının rəsmi qaydada özlərinə verilməsini tələb etmişlər. Vətəndaşların müraciətlərini nəzərə alaraq Rayon icra Hakimiyyəti torpaq islahatı aparılmasını məqsədəuyğun bilmiş və razılıq verilməsi üçün xx.xx.2011-ci il tarixli, 01/169 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 17/R-884-25 və xx.xx.2012-ci il tarixli 17/17/R-884-25 nömrəli tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2012-ci il tarixli **********45 nömrəli; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xx.xx.2012-ci il tarixli, 17-4/16 nömrəli; Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2012-ci il tarixli, 04/19-08-88 nömrəli məktublarla islahatın aparılmasına etiraz etməmişlər. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 22 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İddiaçılardan “Elgün” KFT-nın başçısı - keçmiş “Qarabağ” kolxozunun baş mühasibi X15 və “Mil” KFT-nın başçısı - keçmiş “Qarabağ” kolxozunun sədr müavini X14 da İşçi Qrupunun üzvləri olmuşlar və islahata dair bütün sənədlərə imza etmişlər. İşçi Qrupunun üzvləri keçmiş “Qarabağ” kolxozunun sədri, kolxozun sədr müavini, baş mühasibi, baş aqronomu, aqronomu, həmkar təşkilatının sədri, ictimaiyyət nümayəndəsi, bələdiyyə sədri və ərazi icra nümayəndəsi olmuşlar. Kolxozun ərazisində torpaq islahatının aparılmasına dair X13 Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən işlənib hazırlanmış və Füzuli RİH-nin başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmişdir. İşçi Qrupu tərəfindən müəyyən edilmişdir ki, Qarabağ kəndində 194 ailə olmaqla 479 nəfər torpaq payı almaq hüququna malik subyekt vardır, bundan əlavə 6 nəfər isə əlavə bir pay torpaq almaq hüququna malik imtiyazlı şəxslərdir. Hər bir ailə başçısına torpağın onların daimi mülkiyyətinə verilməsinə dair Dövlət Aktları verilmişdir. Kolzoxun ümumi ərazisi 5000,0 hektar olmuşdur. Ondan 3543,91 hektar dövlət mülkiyyətində saxlanılmış, 413,95 hektar bələdiyyə mülkiyyətinə verilmiş, 1042,14 hektar xüsusi mülkiyyətə - yəni vətəndaşların daimi mülkiyyətinə verilmişdir. Xüsusi mülkiyyətə verilən 1042,14 hektarın 966,0 hektarı subyektlərə paylanmış, 76,14 hektar isə həyətyanı torpaq sahələridir. Torpağın subyektlər arasında bölünməsi qanunvericiliyə uyğun olaraq püşkatma qaydasında aparılmış, hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona düşən püşkə şəxsən imza etmişdir (X5 - püşk N- 92). Fermer təsərrüfatlarının islahata qədər istifadələrində olan torpaq sahələri islahat nəticəsində subyektlərə veriləcək adambaşına müəyyən olunmuş 2,0 hektar torpaq normasına görə dəfələrlə az olduğu üçün subyektlərə torpaq payları xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan ərazilərdən verilmişdir. Torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısı ərazi icra nümayəndəliyi ilə birlikdə İşçi Qrupu tərəfindən hazırlanmış, ərazi icra nümayəndəliyi tərəfindən möhürlənmiş, İşçi Qrupunun bütün üzvləri tərəfindən imzalanmış, Füzuli RİHB tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda İsmiyəli Hüseynovun adı 359-cudur. Püşkatma mərasiminin keçirilməsinə dair yekun cədvəli tərtib edilmiş və ərazi icra nümayəndəliyi tərəfindən möhürlənmiş, İşçi Qrupunun bütün üzvləri tərəfindən imzalanmışdır. Həmin cədvəldə İsmiyəli Hüseynovun adı 147-cidir. İddiaçı X11 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq reyestrində qeydiyyata alınmamışdır. İddiaçı X4 7 nəfər ailə üzvünə görə adambaşına 2,0 hektar olmaqla 14,0 hektar pay torpağı verilmişdir. Keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılmasından 9 ildən artıq vaxt keçmişdir. Bu müddətdə vaxtilə kolxozun üzvü olmuş, sonradan isə bu və ya digər (keçmiş) fermer təsərrüfatının üzvü olmuş, islahat nəticəsində özünün və digər ailə üzvünün mülkiyyətinə torpaq payı verilmiş şəxslərdən heç biri indiyə kimi hər hansı dövlət orqanına şikayət etməmiş, narazılıq bildirməmişdir. Bununla bir daha təsdiq olunur ki, iddiaçı vaxtilə təmsil etmiş olduğu fermer təsərrüfatının üzvlərinin deyil, yalnız özünün şəxsi maraqlarını güdür. Halbuki, ona və torpaq payı almaq hüququ olmuş ailə üzvlərinin mülkiyyətinə adambaşına müəyyən olunmuş 2,0 hektar normaya uyğun torpaq verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişər. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı X6 nümayəndəsi və vəkili Vəkil məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş və bildirmişdir ki, İddiaçı X11 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamını təqdim edərək, İddiaçı X8 və bir neçə başqa X8 məxsus torpaq sahələrinin bir hissəsinin qeyd edilən Sərəncam əsasında başqa şəxslərin istifadəsinə verildiyini bildirmişdir. Yəni, mübahisəli Sərəncam xx.xx.2012-ci il tarixində verilsə də, İddiaçı X11 bu barədə yalnız xx.xx.2021-ci il tarixində xəbər tutmuşdur. Həmin vaxt İddiaçı X8 məlum olmuşdur ki, onların qanuni sahibliyində olan torpaq sahələri cavabdehin qanunsuz Sərəncamı ilə əllərindən alınmış və başqa şəxslərə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, ‘‘Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər”. Göründüyü kimi, mübahisələndirmə haqqında iddianın verilməsi üçün qanunda nəzərdə tutulan müddət İddiaçı X11 tərəfindən ötürülməmişdir. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və nümayəndəsi və vəkili Vəkil “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazının məzmununa uyğun izahat verərək “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının surətindən görünür ki, Füzuli rayonunun Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılmasına dair İşçi Qrupunun 12 mart 2012-ci il tarixli 01 nömrəli, 08 may 2012-ci il tarixli, 02 nömrəli iclas protokolları, ərazinin tərtib olunmuş yerquruluşu planı və pay alacaq subyektlərin adlı siyahısı təsdiq edilmiş və keçmiş “Qarabağ” kolxozunun ərazisində fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvlərinə bir yerdən kontur ardıcıllığı əsasında püşk ardıcıllığı ilə pay torpağı verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********72 saylı məktubunda bildirilmişdir ki, Füzuli rayonunda İddiaçı-yə torpaq sahəsinin ayrılmasına dair B 000980 nömrəli dövlət aktlarının elektron bazada qeydiyyatda olması, hazırda qüvvədə olub-olmaması və kimə məxsus olması barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının xx.xx.2022-ci il tarixli, 44/84 saylı arayışından görünür ki, Füzuli rayonu “Qarabağ” kolxozunun ərazisində aparılan torpaq islahatı ilə bağlı Püşkatma aktı arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********89 saylı məktubunda bildirilmişdir ki, Arxivdə aparılmış araşdırma nəticəsində xx.xx.2012-ci il tarixli, 100 nömrəli Püşkatma aktı aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, keçmiş “Qarabağ” kolxozunun ərazisində vaxtilə fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvləri və Qarabağ kəndinin digər sakinləri 2011-ci ilin əvvəllərindən Respublikanın rəhbər orqanlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək, torpaq islahatı aparılmasını, özlərinə və ailə üzvlərinə düşən pay torpaqlarının rəsmi qaydada özlərinə verilməsini tələb etmişlər. Vətəndaşların müraciətlərini nəzərə alaraq Rayon icra Hakimiyyəti torpaq islahatı aparılmasını məqsədəuyğun bilmiş və razılıq verilməsi üçün xx.xx.2011-ci il tarixli, 01/169 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmiş, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 17/R-884-25 və xx.xx.2012-ci il tarixli 17/17/R-884-25 nömrəli tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2012-ci il tarixli **********45 nömrəli; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xx.xx.2012-ci il tarixli, 17-4/16 nömrəli; Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2012-ci il tarixli, 04/19-08-88 nömrəli məktublarla islahatın aparılmasına etiraz etməmişlər. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Kolxozun ərazisində torpaq islahatının aparılmasına dair X13 Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən işlənib hazırlanmış və Füzuli RİH-nin başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmişdir. İşçi Qrupu tərəfindən müəyyən edilmişdir ki, Qarabağ kəndində 194 ailə olmaqla 479 nəfər torpaq payı almaq hüququna malik subyekt vardır, bundan əlavə 6 nəfər isə əlavə bir pay torpaq almaq hüququna malik imtiyazlı şəxslərdir. Hər bir ailə başçısına torpağın onların daimi mülkiyyətinə verilməsinə dair Dövlət Aktları verilmişdir. Kolzoxun ümumi ərazisi 5000,0 hektar olmuşdur. Ondan 3543,91 hektar dövlət mülkiyyətində saxlanılmış, 413,95 hektar bələdiyyə mülkiyyətinə verilmiş, 1042,14 hektar xüsusi mülkiyyətə - yəni vətəndaşların daimi mülkiyyətinə verilmişdir. Xüsusi mülkiyyətə verilən 1042,14 hektarın 966,0 hektarı subyektlərə paylanmış, 76,14 hektar isə həyətyanı torpaq sahələridir. Torpağın subyektlər arasında bölünməsi qanunvericiliyə uyğun olaraq püşkatma qaydasında aparılmış, hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona düşən püşkə şəxsən imza etmişdir. Fermer təsərrüfatlarının islahata qədər istifadələrində olan torpaq sahələri islahat nəticəsində subyektlərə veriləcək adambaşına müəyyən olunmuş 2,0 hektar torpaq normasına görə dəfələrlə az olduğu üçün subyektlərə torpaq payları xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan ərazilərdən verilmişdir. Torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısı ərazi icra nümayəndəliyi ilə birlikdə İşçi Qrupu tərəfindən hazırlanmış, ərazi icra nümayəndəliyi tərəfindən möhürlənmiş, İşçi Qrupunun bütün üzvləri tərəfindən imzalanmış, Füzuli RİHB tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda İsmiyəli Hüseynovun adı 359-cudur. Püşkatma mərasiminin keçirilməsinə dair yekun cədvəli tərtib edilmiş və ərazi icra nümayəndəliyi tərəfindən möhürlənmiş, İşçi Qrupunun bütün üzvləri tərəfindən imzalanmışdır. Həmin cədvəldə İsmiyəli Hüseynovun adı 147-cidir. İddiaçı X4 7 nəfər ailə üzvünə görə adambaşına 2,0 hektar olmaqla 14,0 hektar pay torpağı verilmişdir. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Sərancamın qəbul olunmasından 9 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində İddiaçı X11 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin məhkəməyə Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamını təqdim edərək, İddiaçı X8 və bir neçə başqa X8 məxsus torpaq sahələrinin bir hissəsinin qeyd edilən Sərəncam əsasında başqa şəxslərin istifadəsinə verildiyini bildirdiyini, yəni, mübahisəli Sərəncam xx.xx.2012-ci il tarixində verilsə də, İddiaçı X11 bu barədə yalnız xx.xx.2021-ci il tarixində xəbər tutduğunu və həmin vaxt onların qanuni sahibliyində olan torpaq sahələrinin cavabdehin qanunsuz Sərəncamı ilə əllərindən alındığı və başqa şəxslərə verildiyinin İddiaçı X8 məlum olduğunu, bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmədiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, torpağın subyektlər arasında bölünməsi qanunvericiliyə uyğun olaraq püşkatma qaydasında aparılmış, hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona düşən püşkə şəxsən imza etmişdir (X5 - püşk №- 92). X2 7 nəfər ailə üzvünün mülkiyyətinə 14,0 hektar pay torpağı verilmişdir. Mülkiyyətlərinə pay torpaqları verilmiş hər bir ailə “Torpağın daimi mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə təmin edilmişlər. İddiaçı aparılan islahatla razılaşmış, aradan ötən bu müddət ərzində hər hansı dövlət orqanına şikayət etməmiş və həmin vaxtdan da onun payına düşən 14 hektar torpaqdan istifadə etmişdir. Məhz bu səbəblə məhkəmə, iddiaçının mübahisələndirdiyi Sərancamdan gec məlumatı oluduğu və həmin Sərancamın surətini gec aldığı üçün vaxtında məhkəməyə müraciət edə bilmədiyi və bununla da iddia müddətini ötürməmiş olması arqumentini əsassız hesab edir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı X6 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və «Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X6 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı X6 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərancamının ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-480/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-480/2022
04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver