Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-480/2023 20.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 oktyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 23 dekabr 2021-ci il tarixli, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun mülkiyyətində olan 0,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan və ölçü sənədlərinin verilməsindən imtinasının qanunsuz hesab edilməsi və həmin İdarənin üzərinə 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlar əsasında qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədlərinin verilməsi və həmin torpaq sahəsinin yerində ölçülərək ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “04 iyun 2002-ci il tarixli, JN-0656 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar əsasında (0,67 ha) torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonunun sakini X15 mülkiyyətində olan, 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında təsvir olunan 0,83 ha pay torpaq sahəsini 03 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cəlilabad rayon sakini X2 və həmin müqavilə əsasında D.D.Abdullayevin adına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən, 17 yanvar 2018-ci tarixdə, reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan ******* saylı çıxarış verilmişdir. X11 17 yanvar 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini hazırki ona satmışdır. 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alınmış və onun adına 23 dekabr 2021-ci il tarixli, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bundan sonra o, 09 mart 2022-ci il tarixli ərizə ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək onun mülkiyyətində olan həmin torpaq sahəsinə plan və ölçü sənədlərinin verilməsini xahiş etmişdir. Həmin İdarə tərəfindən verilən 05 aprel 2022ci il tarixli, **********76 saylı cavab məktubunda bildirilmişdir: Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 09 mart 2022-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi “Daşmmaz əmlakm dövlət reyestri haqqmda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Bununla bağlı bildirir ki, həmin cavab məktubunda qeyd olunan - torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğun nədən ibarət olduğu anlaşılmır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və ölkədə aparılan aqrar islahatı ilə əlaqədar olaraq 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cəlilabad rayonunun sakini X8 mülkiyyətinə verilmişdir. X22 qeyd olunan torpaq sahəsinin bütün koordinatları dəqiq şəkildə verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, X3 həmin torpaq sahəsini X9, sonuncu isə ona satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən həmin şəxslərin adına müvafiq Çıxarışlar verilmişdir. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən - Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin maddənin 2-ci bəndinə əsasən - Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 3-cü bəndinə əsasən - Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi, yaxud satılması barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin maddənin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqlarm istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin maddənin 8-ci bəndinə görə Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin maddənin 9-cu bəndinə görə isə torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Göründüyü kimi, qeyd olunan normaların tələbinə görə torpaq sahəsinin planı və ölçüsü, koordinatları bəlli olmadığı halda həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, onun üzərində mülkiyyət hüququnun yeni mülkiyyətçilərin adıma qeydə almması və buna dair müvafiq Çıxarışın verilməsi mümkün deyildir. Bundan başqa, 8 saylı Cəlilabad Ərazi İdarəsinə göndərilmiş 24 fevral 2022-ci il tarixli, 93 nömrəli vəkil sorğusuna həmin İdarə tərəfindən verilən 28 mart 2022-ci il tarixli, **********10 saylı cavab məktubunda da bildirilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi baza məlumatlarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0656 saylı Dövlət Aktında (X13m adına verilmiş Dövlət Aktında) olan torpaq sahəsi ilə X5 adına 17 yanvar 2018-ci il tarixli, ********** reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Cəlilabad şəhəri ərazisində yerləşən 0,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşməklə eynilik təşkil edir. Göründüyü kimi, hazırda onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinin ilkin mülkiyyətçisi olan X8 adına verilmiş Dövlət Aktında qeyd olunan koordinatlarla üst-üstə düşür və eynilik təşkil edir. Belə olan halda, həmin torpaq sahəsinə onun adına plan və ölçü sənədlərinin verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Buna görə də cavabdeh təşkilatın onun mülkiyyətiində olan torpaq sahəsinə plan və ölçü sənədlərinin verilməsindən imtinası məhkəmə tərəfindən qanunsuz hesab edilməli və cavabdehin üzərinə 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlar əsasında qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədlərini vermək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı müraciətə İdarə tərəfindən 05 aprel 2022-ci il tarixli, **********76 saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğ mövcud olduğu üçün torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələrlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Qeyd olunan müddət ərzində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciətinə baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Cəlilabad rayonu, Cəlilabad şəhər sakini X12 adına, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, cizgidə göstərilən sərhəd daxilində yerləşən 0.83 hektar torpaq sahəsinə dair “Torpağa Mülkiyyət hüququna dair” JN-656 KOD 80601004 saylı Dövlət Aktı tərtib edilmişdir. Dövlət aktına əsasən sözügedən torpaq sahəsi X12 mülkiyyətindədir, kənd təsərrüfatı təyinatlıdır və iki hissədən ibarətdir (mülk nömrəsi 656, sahəsi 6672.78 kv.m və mülk nömrəsi 656M, sahəsi 1600.83 kv.m). İş materiallarından görünür ki, 03 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində, Cəlilabad şəhəri, H.Əlyev prospekti, 49-da yaşayan X16 ilə Cəlilabad şəhəri, Təbriz küçəsi, 88-də yaşayan X11 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1ci bəndinə əsasən, X16, “Torpağa Mülkiyyət hüququna dair” JN-656 KOD 80601004 saylı Dövlət Aktına əsasən özünə məxsus olan Cəlilabad şəhəri ərazisində yerdəşən 0,83 hektar torpaq sahəsini X7 1000 (min) AYM-na satmışdır. X5 mülkiyyətinə satılmış kənd təsərrüfatı təyinatlı 0,83 hektar olan torpaq sahəsinin 0,67 ha hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018) seriya RX ******* nömrəli Çıxarış verilmişdir. X11 ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən, yuxarıda qeyd olunan ünvanda yerləşən və X5 xüsusi mülkiyyətində olan 0,67 ha torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı satılmış kənd təsərrüfatı təyinatlı 0,67 hektar olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2021) Çıxarış verilmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 09 mart 2022-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğ mövcud olduğu üçün torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi “Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “ Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020ci ilədək mərhələrlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Qeyd olunan müddət ərzində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciətinizə baxılacaqdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mülkiyyət hüququ əsasında əvvəllər Cəlilabad rayonu, Göytəpə şəhərində, Cəlilabad şəhəri, H.Əlyev prospekti, 49-da yaşayan X14 məxsus olmuş və 2006-cı ildə Cəlilabad şəhəri, Təbriz küçəsi, 88-də yaşayan X1 Cəlilabad şəhəri ərazisində yerdəşən kənd təsərrüfatı təyinatlı 0,83 hektar torpaq sahəsinin 0,67 hektar hissəsi tərəflər arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən İddiaçı satılmış və iddiaçının 0,67 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, İddiaçı qanuni əsaslarla əldə etdiyi Cəlilabad şəhəri ərazisində yerdəşən kənd təsərrüfatı təyinatlı 0,67 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, müvafiq torpaq sahələrinə dair plan və ölçünün çəkilməsinin təmin etmək Xidmətin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 4-cü bəndinə görə isə plan və ölçü Əmlak Məsələləri Dövlət Komitənin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-0656 saylı, Kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-0656 saylı, Kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin koordinat göstəriciləri (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) biri-biri ilə uyğundurmu? - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsində hər hansı yaşayış və qeyri-yaşayış binası inşa edilmişdirmi? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3967 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2169/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0656 saylı, Kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X10 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin 0,67 ha hissəsinin (mübahisəli ərazidə yerləşən) naturada və sənəd üzrə yeri, koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2169/2023 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətidə olan 0,67 ha torpaqların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmadığı üçün naturada və sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmla|^'MəsəJəiə^Bövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsİŞö'tcsaylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, -21-3-44/2- 2169/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli verilmiş ********** qeydiyyat nömrəli çıxarışın plan və ölçü sənədi olmadığından JN- 0656 saylı, kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin koordinat göstəricləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 23.1202021-ci il tarixli verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin koordinat göstəricilərinin (ilkin sənədin koordinatlar göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü və beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, -21-3-44/2- 2169/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021 -ci il tarixli verilmiş ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Cəlilabad rayon 1 saylı notariat kontorunun xx.xx.2018 tarixli 4Ə-59 saylı alqısatqı müqaviləsi ilə alqı-satqı olunan JN656 nömrəli 0,67 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin JN656 nömrəli pay torpaq sahəsində tikili inşa edilmədiyi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 20-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır (maddə 20.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (maddə 20.2). Həmin Qanunun 28.1.1-ci maddəsinə görə fiziki və hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. İPM-in 14.2-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Məhkəmə mövcud qanunvericiliyin sadalanan normaları baxımından mübahisəyə qiymət verərək belə nəticəyə gəlir ki, üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair plan və ölçünün verilməsi qanunvericiliklə hazırkı iş üzrə cavabdehin vəzifələri sırasına daxil edildiyindən və Cəlilabad şəhərində yerləşən 0,67 ha torpaq sahəsi qanuni əsaslarla İddiaçı mülkiyyətində olduğundan, eləcə də onun bu mülkiyyət hüquqları qeydiyyat orqanı kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığından, həmin (iddiaçının mülkiyyətində olan) torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsindən torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğun mövcud olması əsası ilə imtina edilməsi formal tələblərə söykənir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmalı və daşınmaz əmlakın mülkiyətçisi kimi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar əsasında (0,67 ha) torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62.3, 68-69,73.1, 75, 78-79, 81, 85, 108 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar əsasında (0,67 ha) torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-480/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-480/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver