Məhkəmə qərarları › İş №2-1(120)-4800/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4800/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4800/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Sailə Sadıqovanın məhkəməyə təqdim etdiyi mülki işdə olan Masallı rayon Türkoba Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli ilkin torpaq ayrıma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zolağını alqı-satqı etməklə Cavabdeh1 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin İslahat zamanı o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd sənəd, arayış və qərarın ləğv edilməsi; Cəlilabad 2 saylı Notariat Kontorunun Cavabdeh2 və Sailə Sadıqovayla bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi; DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin Cavabdeh2, Cavabdeh1 verilmiş çıxarışların və plan ölçülərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-453/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-1860/2024 saylı qərardadının ləğv olunması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbi barədə inzibati iş icraatın davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın 4-cü səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi hüquqi yardım prinsipinə əsasən bir daha İddiaçı şifahi məhkəmə iclasında dinləməli, iddianın məhz bələdiyyə qərarının ləğv olunması hissəsində mahiyyəti üzrə baxaraq, araşdırmanın nəticəsinə uyğun qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə inzibati iş baxılması üçün yenidən Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Bundan sonra məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması məqsədilə iddiaçıya xx.xx.2024-cü il tarixdə 2-1(120)-4800/2024 saylı məktub ünvanlamışdır. Sözügedən məktubda iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsi ilə Masallı rayonu Türkoba Bələdiyyəsinə qarşı sonuncunun qüvvədə olan 45 saylı, xx.xx.2003-cü il tarixli qərarının Xəlilova (Sadıxova) Sailə Məmmədrəhim qızına aid olan hissədə ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda iddiaçıya cavabdeh qismində göstərdiyi fiziki şəxslərin qəbul etdiyi hansı növ inzibati aktın onun hüquqlarını pozmasını əsaslandırmağı, hazırkı iş üzrə cavabdeh qismində göstərdiyi fiziki şəxslər inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə bilməməsi hallarınında nəzərə alınması izah olunmuşdur. İddiaçı tərəfindən İMP-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsinə dair ərizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələblərinin mümkün hesab edilərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 2(050)-459/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Cəlilabad rayon ərazi idarəsinin 06 oktyabr 2011-ci il tarixli Seriya MA ******* saylı, reyestr-**********81, qeydiyyat ********** olan çıxarış və torpaq sahəsinin planı və ölçüsü № AA 004753 reyestr nömrəsi, **********81, Cəlilabad rayon 2 saylı Dövlət notariat kontorunun xx.xx.2010-cu il tarixli 4Ə- 45 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-459/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Masallı rayonu Türkoba Bələdiyyəsinə, Cəlilabad rayon Dövlət Notariat Kontoruna və DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə qarşı “plan və ölçünün, reyestrdən çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-376/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masallı rayon məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli 2(050)-459/2014 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından ( surətlərindən) görünür ki, iddiaçı əvvəllər də eyni iddia tələbi ilə - daşınmaz əmlakın dövlət reyestrində cavabdeh şəxsin- Cavabdeh2n adına aparılmış qeydiyyatın mübahisələndirilməsinə və alqı-satqı müqaviləsinin ləğv edilməsi dair məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia tələbi təmin edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.5-ci bəndinə əsasən İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir; 15.6-cı bəndinə əsasən Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan əlavə Masallı rayonu Türkoba Bələdiyyəsinin 25 dekabr 2003-cü il tarixli yığıncağının 45 saylı qərarından çıxarışın surətindən müəyyən olunur ki, Türkoba Bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyti üçün mağaza məqsədilə 54 kv.m torpaq Türkoba kənd sakini X1 qərara alınmışdır. Daşınmaz əmlakın alğı-satqısına dair ******* №-li, xx.xx.2010-cu il tarixli müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 23/434 nömrəli arayışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0,0054 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* №-li çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0,0054 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində Cavabdeh2 adına qeydə alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, yəni Masallı rayonu Türkoba Bələdiyyəsinin 25 dekabr 2003cü il tarixli yığıncağının 45 saylı qərarı əsasında mübahisəli torpaq sahəsi X2 daha sonra Daşınmaz əmlakın alğı-satqısına dair ******* №-li, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmiş və sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, iddia ərizəsi ilə Masallı rayonu Türkoba Bələdiyyəsinə qarşı sonuncunun qüvvədə olan 45 saylı, xx.xx.2003-cü il tarixli qərarının Xəlilova (Sadıxova) Sailə Məmmədrəhim qızına aid olan hissədə ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar