Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-482/2023 08.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X5, Üçüncü şəxs X1, onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə və X2 qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş digər hüququ müəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə 08 may 2023-cü il tаriхdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq məhkəmə müəyyən еtdi, Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə və X2 qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş digər hüququ müəyyənedici sənədlərin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tаriхli, 2-1(120)-1573/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə və X2 qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş digər hüququ müəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının, iddia tələbinin və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin olduğu kimi saxlanılması, X1 cavabdeh sırasından çıxarılması, X1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X9 iddia ərizəsini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X6 iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə hаzırlıq icrааtı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, X1 adına verilmiş RX ******* nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsin xx.xx.2022-ci il taixli məktubundan görünür ki, mübahisələndirdiyi çıxarış 4Ə-87, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi əsasında X12 tərəfindən X2 bağışlamışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, X8 çıxarış Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarı əsasında verilmişir. Məhkəmə qeyd edir ki, iddiaçının X1 adına verilmiş RX ******* nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi deyil, hüquqi marağına uyğun razılaşmadığı X8 0.27 ha torpaq sahəsinin verilməsi barədə Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarını mübahisələndirmək hüququ vardır. Bundan başqa iş materiallarında olan Masallı rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2(050)-2491/2017 nömrəli məktubundan və ona əlavə edilmiş 2(050)-2491/2017 nömrəli qətnamənin məzmundan görünür ki, iddiaçının həyat yoldaşı X10 tərəfindən oxşar tələblə Masallı rayon Məhkəməsinə müraciət edilmiş, Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2491/2017 nömrəli qətnaməsi ilə iddia tələbi ilə təmin edilməmişdir. Bütün bunlara baxmayaraq iddiaçı yenidən oxşar tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayonu Ləngan kəndində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X7 adına rəsmiləşdirilmiş və buna dair çıxarış verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Masallı rayonu Ləngan kəndində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X12 tərəfindən X2 bağışlanmışdır. İddiaçının hazırda mübahisələndirdiyi Masallı rayonu Ləngan kəndində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X1 adına rəsmiləşdirilmiş və buna dair çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış bağışlanma müqaviləsi və xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında, həmin çıxsarış isə Masallı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-1610/2014 nömrəli qətnaməsi və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında tərtib edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq mülki hüquqi əqdə (bağışlanma müqaviləsinə) və inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına və məhkəmə qətnaməsinə əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin sənədlərə əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahəsi vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Həmin sənədlər əsasında çıxarış alınmış və daha sonra bağışlanma müqaviləsi əsasında torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üçüncü şəxsə bağışlanmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının razılaşmadığı və hazırda mübahisələndirilən çıxarış bağışlanma müqaviləsi, məhkəmə qətnaməsi və Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edildiyindən və həmin hüquqmüəyyənedici sənədlər ləğv olunmadığından və buna subyektiv hüququ olan şəxs (şəxslər) tərəfindən mübahisələndirilmədiyindən onun əsasında verilmiş çıxarışın ləğv edilməsi mümkün deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi yerli aqrar islahat komissiyasının qərarı əsasında digər şəxslərə verilmiş və həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verilməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın əsasını təşkil edən bağışlanma müqaviləsi və xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan çıxarışın ləğv olunduğu halda belə, inzibati aktın və digər hüquqmüəyyənedici sənədlərin (bağışlanma müqaviləsinin, Masallı rayon Aqrar İslahat Komissiyasının) qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli 13 oktyabr 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mübahisəli torpaq sahəsi üzərində əmlak hüquqlarının olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri də iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə onun iradəsinə zidd başqa şəxsin (hazırkı iş üzrə üçüncü şəxsin) adına çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən çıxarış və torpaq sahəsinin planı və və ölçüsü sənədinin aid olduğu torpaq sahəsinin hər hansı hüquqi əsasla hazırda iddiaçıya məxsus olması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında (cavabdehin faktiki xarakterli hərəkətləri barədə) iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının ilkin olaraq iddia tələbi ilə əlaqədar cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, İddiaçı cavabdehin hazırkı iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya şifahi və yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair sübutların, o cümlədən hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsinə dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə və X2 qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş digər hüququ müəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-482/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-482/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver