Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4827/2024 17.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyiilə, İddiaçı Cavabdehnə qarşı X2,X10,X8,X3 Sabirabad rayonu,H.Əliyev prospekti.ev 2A,37 saylı mənzildən (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2,X10,X8,X3 Sabirabad rayonu,H.Əliyev prospekti.ev 2A, 37 saylı mənzildən (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə tərəflərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edirlən hüquq normalarının tələbindən aydın görünür ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı nümayəndəsi X1 ərizəsi təmin olunsun. İddiaçınin Cavabdehnə qarşı “X2, X10, X8, X5 Sabirabad rayonu,H.Əliyev prospekti, ev 2A,37 saylı mənzildən (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova Məhkəmə hazırlıq icraatı üzrə məhkəmə iclasının protokolu Şirvan İnzibati Məhkəməsi 17 dekabr 2024-cü il Şirvan şəhəri Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyiilə, İddiaçınin Cavabdehnə qarşı “X2,X10,X8,X3 Sabirabad rayonu,H.Əliyev prospekti.ev 2A,37 saylı mənzildən (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə 17 dekabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında baxır. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclası başlandı saat 15:00-da. Sədrlik edən məhkəmə iclasını açır, baxılan işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən iddiaçının nümayəndəsi Z.Şükürova tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə ərizəsini elan edir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən məhkəmə iclas zalına qayıdır və iş üzrə icraata xitam verilməsi barədə qərardadı elan edir. Məhkəmə iclası saat 15:05-də bağlı elan edildi. Protokol 17 dekabr 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim Amilya Hüseynova İclas katibi Rüfət Rzayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ AZ-1800, Şirvan şəhəri, H.Z.Tağıyev küç., 10 Tel: (021) 215-12-82,Faks: (021) 215-21-44 www.shirvanaecourt.gov.az Elektron ünvan İş № 2-1(120)-4827/2024 17 dekabr 2024-cü il Cavabdehnə Sabirabad şəhəri,H.Əliyev prospekti 91 İddiaçı Sabirabad rayonu, H.Əliyev prospekti. 2A,mənzil 37 X6 X12 X11 X7 Sabirabad rayonu, Qalaqayın kəndi. Şirvan İnzibati Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-4827/2024 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma: « » vərəqdə. Hakim Amilya Hüseynova İş № 2-1(120)-4827/2024 17 dekabr 2024-cü il Cavabdehnə Sabirabad şəhəri,H.Əliyev prospekti 91 İddiaçı Sabirabad rayonu, H.Əliyev prospekti. 2A,mənzil 37 X6 X12 X11 X7 Sabirabad rayonu, Qalaqayın kəndi. Şirvan İnzibati Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-4827/2024 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma: « » vərəqdə. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-4827/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4827/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver