Məhkəmə qərarları › İş №2-1(120)-4827/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4827/2025

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4827/2025 10.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X9rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası üzrə inzibati işə 10 mart 2026-cı il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdehlər İmişli “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və “İmişli Rayon Mərkəzi Xəstəxanası” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 may 2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etmiş mərhum atası xx.xx.1948-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi və ölümün qeydə alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “28 may 2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etmiş mərhum atası xx.xx.1948-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X11 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası xx.xx.1948-ci il təvəllüdlü X6 28 may 2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etmiş və İmişli rayonunun Qulubəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum atasının ölüm sənədi tələb olunur. O, İmişli “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum atasının ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin qeydiyyat şöbəsi bundan imtina rəyi verdi və səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilib. Əlavə olaraq qeyd edir ki, o, tibbi şəhadətnamə almaq üçün “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 müraciət etmiş, oradan da ona həmin sənədin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyini məsləhət bildilər. Cavabdehin hərəkətini düzgün hesab etmir. Belə ki, atasının ölümü qeydə alınmalı və ona ölüm haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı 28 may 2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etmiş mərhum atası xx.xx.1948-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 18-1-46/2-X-9xx-xx-1340/2025 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Sizin xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, mərhum 1948-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamə (TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anın müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”-na uyğun olaraq, həkim rəyi olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməniz tövsiyə edilir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışına əsasən İmişli rayonu, Qulubəyli kənd sakini X6 28 may 2025-ci il tarixdə, saat 16:50-də Qulubəyli kəndində yerləşən özünə məxsus evində intihar edərək ölmüşdür və Qulubəyli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Təcili və X8 Stansiyasının səyyar tibb bacısı tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ə əsasən ölümün ilkin səbəbi “Həkimə qədər ölüm”, “sol dirsək nahiyəsinin kəsilmiş yaraları”, “polisə məlumat verildi” qeydləri aparılmışdır. İş materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” 28 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:30dan 18:55-dək İmişli Rayon Prokurorunun böyük köməkçisinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 Sabrabad rayon şöbəsinin ekspertinin işirakı ilə Qulubəyli kənd sakini X1 meyitinin ona məxsus həyətdə xarici müayinəsi keçirilmiş, ölümü təsdiqini tapmış və müvafiq şəkillər çəkilmişdir. İş materiallarında olan 05 avqust 2025-ci il tarixli rəydən görünür ki, İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi iddiaçıya mərhum atası X1 ölümünün qeydə alınmasından imtina etmişdir. İş materiallarında olan İmişli rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 iyun 2025-ci il tarixli qərarının surətindən görünür ki, 28 may 2025-ci il tarixdə, saat 16:50-də İmişli rayon polis şöbəsindən rayon prokurorluğuna Qulubəyli kənd sakini X1 ölümü ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.14. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.14. ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”: Bənd 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X5 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İddiaçı mərhum atası İmişli rayonu, Qulubəyli kənd sakini X1 28 may 2025-ci il tarixdə, saat 16:50-də Qulubəyli kəndində yerləşən özünə məxsus evində intihar edərək ölməsi və Qulubəyli kənd qəbristanlığında dəfn edilməsi iş materialları ilə tam təsdiq olunur. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, X1 ölüm vaxtı və səbəbi mötəbər sübutlarla öz təsdiqini tapmışdır və iddiaçının tələbi təmin olunmaqla onun mərhum atası X2 dair ölüm haqqında tibbi şəahdətnamənin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1948-ci ildə anadan olmuş X1 adına xx.xx.2025-ci il tarixdə ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X11 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.1-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 52-ci, 62-ci, 68-69-cu, 70-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1948-ci ildə anadan olmuş X1 adına xx.xx.2025-ci il tarixdə ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X11 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar