Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-483/2023 12.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Üçüncü şəxs “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz birinci dərəcəli əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona müddətsiz təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsini müddətsiz birinci dərəcəli əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün TSEK-də komissiyadan keçirilərək ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi getdikcə ağırlaşmağa başlamış, Lənkəran regional psixatriya xəstəxanasında müayinə olunduqda xəstəliyinin ağırlaşdığını qeyd etdilər. Daha sonra sənədlər TERAS vasitəsilə yükənilsə də TSEK qanunsuz olaraq imtina etmişdir. Anası tərəfindən şikayət edildikdən sonra 29 dekabr 2021-ci il tarixində müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Ona təyin edilən ikinci dərəcə əlilliklə razı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarına əsasən ona müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarının 3.7ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmin qərarın 3.8-ci bəndinə əsasən isə Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. O da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun şəkildə TSEK-na 04 mart 2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. TSEKsı qaydaları kobud şəkildə pozaraq rəsmi müraciət etdiyi ərizəyə cavab verməmişdir. Onu əyani müayinəyə də cəlb etməmişlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində kəskin nəzərəçarpan ağıl zəifliyi, davranış pozğunluqları.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları. Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları.Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixipatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. Xəstə xx.xx.2021-ci il tarixdə (NQ420) Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının-həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və bir daha diaqnoz öz təsdiqini tapmışdır. İQ əmsalı-17% Ağırlaşma Davranış pozğunluğu, Davranış pozğunluğu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində aldığı dərman haqqında hec bir məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixipatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. İQ əmsalı-17%. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., Çox ağır əqli gerilik.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.4. emosional- iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F6...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına əsasən iddiaçının əlillik dərəcəsi İİ qrup kimi qiymətləndirilmiş və iddiaçının FORMA 88-də qeyd edilən diaqnoz İ qrup əlillik dərəcəsi kimi qiymətləndirilməyə əsas vermir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X4 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia tələbi üzrə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı xx.xx.1989-cu il tarixdə doğulmuş, faktiki ünvanı Cəlilabad rayonu, Uzuntəpə kəndi olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.1989-cu il tarixdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi nəzarətə götürülmüş, əlillik vəziyyəti ilə bağlı ilkin olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə müayinə olunmuş, müayinənin nəticəsi “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” qiymətləndirilərək ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinə olunmuş, müayinənin nəticəsi “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” qiymətləndirilərək ona daha bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinə olunmuş, müayinənin nəticəsi “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində kəskin nəzərəçarpan ağıl zəifliyi, davranış pozğunluqları.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” qiymətləndirilərək ona növbəti dəfə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinə olunmuş, müayinənin nəticəsi “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları. Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” qiymətləndirilərək ona növbəti dəfə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları. Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik vəziyyətinə baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixipatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. Xəstə xx.xx.2021-ci il tarixdə (NQ420) Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının-həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və bir daha diaqnoz öz təsdiqini tapmışdır. İQ əmsalı-17% Ağırlaşma Davranış pozğunluğu, Davranış pozğunluğu; olaraq qiymətləndirilmiş, lakin “Göndərişin natamam doldurulması - Səhiyyə Nazirliyinin reyesterində aldığı dərman haqqında hec bir məlumat yoxdur” səbəbi ilə ona əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik vəziyyətinə təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixopatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. İQ əmsalı-17%. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., Çox ağır əqli gerilik.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.4. emosional- iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F6...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının təyin etdiyi müddətsiz ikinci dərəcə əlilliklə razılaşmamış, həmin təyinatın müddətsiz birinci dərəcə əlilliklə əvəz edilməsi barədə ərizə ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, müraciət təmin olunmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə, yoxsa Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə aiddir? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 04 oktyabr 2022-ci il tarixli, T454/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfmdən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0340003AAZM0 saylı (088 JV2-İİ Formada) qeyd edilən “V sinif - psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09-simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06-baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli... Tibbi-sosial yardım və reabilitasiya vasitələri: ixtisaslaşmış müalicə. Diaqnozun mətni: baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayiət olunan psixopatabənzər davranış pozuntuları və nəzərəçarpan ağıl zəifliyi ilə, İQ əmsalı-17%, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, çox ağır əqli gerilik. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllılıq (demensiya) (F6...” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasmda müəyyən olunmuşdur. Hal-hazırda əyani müayinə zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin dəyişməsinə əsas vermir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə, yoxsa Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə aiddir? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 14 fevral 2023-cü il tarixli, 20 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi”ndə xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Dərin dərəcəli əqli gerilik kobud davranış pozuntuları ilə F73.1.” müəyyən edilmişdir. Hazırda onun diaqnozda göstərilən xəstəliklərlə əlaqədar kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var. Əlilliyin təyini məhkəmə-tibbi ekspertzanın deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqlan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci və ya ikinci dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 22 iyun 2023-cü il tarixli, T 399 nömrəli rəydə göstərilmişdir ki, 1-2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayiət olunan psixopatabənzər davranış pozuntuları və nəzərəçarpan ağıl zəifliyi ilə, İQ əmsalı-17%, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, çox ağır əqli gerilik. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllılıq (demensiya) (F6...” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarından göründüyü kimi, İddiaçı sağlamlıq durumu ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdiyi rəylər tam eynilik təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsinin, onun müddətinin, səbəbinin və əlilliyin baş vermə vaxtının TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, İddiaçı ilkin olaraq üçüncü, daha sonra ikinci dərəcə əlillik təyin edilməsinin onun sağlamlıq durumunun getdikcə ağırlaşdığının göstəricisi olduğunu, lakin iddiaçının xəstəliyinin hazırki mərhələdə birinci dərəcəli əlillik kimi qiymətləndirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddia sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia təmin edilməməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz birinci dərəcəli əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz birinci dərəcəli əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-483/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-483/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver