Məhkəmə qərarları › İş №2-1(120)-4838/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4838/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4838/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Nizami bələdiyyəsinə qarşı “Sabirabad rayonu Nizami bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 03 dekabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad rayonu Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Nizami bələdiyyəsinin X2 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin satılmasına dair 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23 fevral 2007-ci il tarixdə Nizami Bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Ərizəyə Sabirabad rayon Nizami Bələdiyyəsinin iclasında baxılmış və bələdiyyənin 01 mart 2007-ci il tarixli, 04 saylı qərarı ilə Sabirabad rayon Nizami Bələdiyyəsinin ehtiyyat fondunun alqısatqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında ona Nizami kəndinin şimal qərbində, Sabirabad-Bakı şosse yolunun solunda. “Ferma” adlanan ərazidə mövcud un dəyirman tikintisinin cənubunda yerləşməklə sahəsi 5.90 hektar kənd təsərrüfatı ınəhsulları istehsal etmək üçün torpaq sahəsinin satılması barədə DTXK-nin Sabirabad rayon şöbəsi tərətlndən hazırlanmış sənədlər və vətəndaşın ərizəsi nəzərə alınmaqla, bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 5.90 hektar torpaq sahəsi ona satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən həmin torpaq sahəsinin adına plan və ölçüsü tərtib edilmiş və X4 kitabında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin rəyinə əsasən Sabirabad rayon Nizami Bələdiyyəsinin ərazisindən ona satılacaq torpaq sahəsinin faktiki ölçüsü 5.90 ha olmaqla şərti yararsız torpaq sahəsidir və bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmetidir. Açəkilən torpaq sahəsinə dair A № 476420 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki. Sabirabad rayon Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli. 04 saylı qərarı əsasında torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda. 463925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən də görünür ki. Sabirabad rayonu Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixli. 04 saylı qərarı əsasında 0.92 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X4 kitabında xx.xx.2014-cü il tarixdə 11104 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki. Sabirabad rayonu. Nizami kəndində yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. İş materiallarında olan ”Torpağın mülkiyyətə verilməsinə dair” JN-633, Kod ******* olan şəhadətnamənin surətindən görünür ki. Sabirabad rayonu Vladimirovka bələdiyyəsinin 31 mart 2004-cü il tarixli qərarı əsasında 0.12 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir ki, həmin sahə də həyətyanı sahədir. Qeyd olunmıış faktiki əsaslara haxmayaraq Sabirabad rayonu Nizami kənd sakini, iş üzrə 3-cü şəxs X1 Nizami Bələdiyyəsinə ərizə ilə müraciəti ilə əlaqədar bələdiyyənin alqı-satqı predmeti olan 0.12 ha torpaq sahəsinin müsabiqədən kənar X1 xüsusi mülkiyyətinə satılması üçün lazımi ilkin sənədlərin hazırlanması proseduruna başlanması barədə Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı iclasında 4-cü məsələnin müzakirəsi ilə bağlı qərar qəbul edilnıişdir. Lakin sonradan məlum olmuşdur ki. Mehman Əsədovun həyətyanı məqsədilə istədiyi 0.12 ha torpaq sahəsi onun mülkiyyətində olan toıpaq sahəsi ilə üst-üstə düşmüş. bu səbəbdən də sənədləşmə işləri dayandırılmış, bu barədə Mehman Əsədova məlumat verilmiş və 0.12 ha torpaq sahəsinin verilmıəsinə dair xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı ləğv edilmiş və bələdiyyənin protokol kitablarına qeydiyyat aparılmışdır. Lakin sonradan bələdiyyənin protokol kitabları naməlum səbəbdən yoxa çıxmış, məlum olmuşdur ki. bələdiyyənin 2014-cü ilin protokol kitabı yeni seçilmiş bələdiyyəyə təhviltəslim aktına əsasən ləhvil verilməmişdir. Ona görə də Sabirabad rayonu Nizami kənd sakini X2 həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2013-cü il tarixli, 01 sayl qərarının ləğv edilməsi aydın olmamişdir. Əlavə olaraq bildirir ki, Sabirabad rayonunun Nizamikənd kənd sakini X3 cavabdeh Azərbaycan Respublikasımn İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi idarəsinə qarşı ”Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidınəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-30/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və hazırda ınəhkəmə icraatındadır. Diqqətə çatdırır ki, apellyasiya şikayətinin məhkəmə araşdırınası zamanı məlum olmuşdur ki, X2 həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsinin verilməsinə dair Sabirabad rayon Nizami Bələdiyyəsinin eyni tarixli iki sayda xx.xx.2013-cü il tarixli, 01 saylı qərarları mövcudduı. Eyni zamanda, Sabirabad rayon Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı X2 həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsinin verilməsinə dair deyi, həmin sahənin satılması üçün lazımi ilkin sənədlərin hazırlanması proseduruna başlanması barədə qəbul olunmuşdur. Eyni zamanda, Apellyasiya instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bələdiyyə üzvlərinin ifadələrindən görünür ki. onlar Bələdiyyənin xx.xx.2013-cü il tarixli. 01 saylı qərarı qəbul edilərkən iclasda iştirak etməmiş və qərar saxtalaşdırılmış iclas protokolu əsasında qəbul onmuşdur. Beləliklə, göstərilən əsaslar Sabirabad rayon Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi zərurətini yaratmışdır. “Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutmuşdur. Sabirabad rayon Nizami bələdiyyəsi X2 torpaq sahəsinin ayrılması barədə xx.xx.2013-cü il tarixdə qərar qəbul etmişdir ki, bu da Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli. 466-1İİ QD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il tarixli, 271 saylı Sərancamından irəli gələn tələblərə cavab vermir. Həmçinin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər Sözügedən Qanunun 01 dekabr 2007-ci il tarixdən öz qanuni qüvvəsini aldığı üçün həmin tarixdən bələdiyyələrin bu sahədə fəaliyyəti dayandırılmışdır. Buna görə də bələdiyyə və digər aidiyyəti orqanlar tərəfındən aparılan sənədləşmə işləri xx.xx.2007-ci il tarixinədək hazırlanıb başa çatdırıİmalıdır. Odur ki. X2 torpaq sahəsinin verilməsi barədə qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununıın 15-ci maddəsinə əsasən qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun vəkili Vəkil gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə etdilər və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadən qeyd edir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı 12 ildən artıq müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Buraxılmış müddətin bərpasına gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə İPM-in 13-cü maddəsi baxımından iddiaçıya “müddətin bərpası barədə” ərizə verilməsini tövsiyə etsə də, iddiaçı və vəkili “müddətin bərpası barədə” ərizə verilməsini zəruri saymamışlar. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün qanunvericliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən və müdddətin buraxılmasına hər hansı üzrlü səbəb olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Sabirabad rayonu Nizami bələdiyyəsinə qarşı “Sabirabad rayonu Nizami bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar