Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-484/2021 16.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Hüseynqulu oğlunun, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Hüseynqulu oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Hüseynqulu oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 16 il 10 ay 18 gün və imtiyazlı xidmət müddəti 22 il 10 ay 18 gün təşkil etdiyindən, “məlumat vərəqəsinin” tərtib edilərək DSMFnin Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5759/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 3-cü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5759/2020 saylı qərardadı ilə İddiaçı Hüseynqulu oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbinə dair işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Karantin tədbirlərinin mühafizəsinin təmin edən Xüsusi batalyonunun xx xxxxxx 1992-ci il tarixli, 130 saylı əmri ilə DİO-na xidmətə qəbul olunmuş və öz xahişi ilə xx xxxxxxxx 2007ci il tarixli 23 saylı əmri ilə polis orqanlarından xaric olunmuşdur. Polis Orqanlarından xaric olunarkən əmək kitabçasında aparılan qeydə əsasən xidmət illərin təqvim hesablama ilə 14 il, 10 ay, 01 gün, imtyazlı hesablama ilə isə 17 il, 08 ay, 14 gün kimi qeyd edilmişdir. X6 xidməti illəri barəsində “məlumat vərəqəsinin” DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nə xx.xx.2020-ci il tarixində etmiş olduğu müraciətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 07.07.20-ci il tarixli, 027-33217X23220 saylı cavab məktubu ilə xidməti illəri barəsində “məlumat vərəqəsinin” DSMF-nun Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsi ilə bağlı ərizəsi təmin olunmamışdır. DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri nəzərə alınmamışıdır. Onun H3 ******* saylı hərbi biletdə aparılmış qeydə əsasən xx xxxx 1987-cı ildən xx xxxx 1989-cu ilədək olan 2 il, 11 gün təşkil etmiş, xx xxxxxx 1992-ci il tarixli, 130 saylı əmri ilə DİO-na xidmətə qəbul olunmuş və öz xahişi ilə xx xxxxxxxx 2007-ci il tarixli 23 saylı əmri ilə polis orqanlarından xaric olunduğundan təqvim hesablanması ilə 14 il, 10 ay, 07 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 9.5.1 maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. X6n xaric olunduğu vaxt, yəni xx.xx.2007-ci il tarixdə onun xidmət illərinin təqvimi hesablama ilə 14 il, 10 ay, 07 gün və imtiyazlı xidmət müddəti 20 il 10 ay 07 gün müəyyən olunmalıdır. Buna görə də, onun Daxili İşlər Nazirliyinin xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlandırılacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Qeyd olunanlara əsasən xidmət illərinin təqvim hesablanması ilə 16 il 10 ay 18 gün və imtiyazlı xidmət müddəti 22 il 10 ay 18 gün təşkil etdiyindən, “məlumat vərəqəsinin” tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı Hüseynqulu oğlu iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı, № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş НЗ seriyalı, № ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hüseynqulu oğlu xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı, № ******* nömrəli, xx xxxxxx 1992-ci il tarixli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hüseynqulu oğlu xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası DİO-da xidmət etmişdir. Xaric olunduğu tarixə xidməti müddəti təqvim hesablama ilə 14 il 10 ay 01 gün, imtiyazlı hesablama ilə 17 il 08 ay 14 gün təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 027-352170V-3220 nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətinizə Maliyyə-Plan İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar, xidmət illərinizin hesablanması DİN-in Baş Kadrlar İdarəsi tərəfindən yenidən araşdırılmış və müəyyən edilmişdir ki, xidmət müddətiniz təqvimi nesablama ilə 14 il, 10 ay, 1 gün, imtiyazlı hesablama ilə 17 il, 8 ay, 14 gün təşkil etmişdir. Məlumat üçün bildiririk ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malik idilər. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728- İİQD nömrəli Qanunu ilə "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54 lll-Q nömrəli Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. X6n tərxis olunduğunuz tarixə təqvimi xidmət müddətiniz 14 il, 10 ay, 1 gün, imtiyazlı xidmət müddətiniz 17 il, 8 ay, 14 gün təşkil etdiyindən, yəni 20 ildən az olduğu üçün, X10 Nazirliyinin xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 027-210-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğunuzla əlaqədar bildiririk ki, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı Hüseynqulu oğlunun xidmət müddəti DİN-in Baş Kadrlar İdarəsi tərəfindən yenidən araşdırılmış və müəyyən edilmişdir ki, onun xidmət illəri DİO-dan tərxis olunduğu xx.xx.2007-ci il tarixinə təqvimi hesablama ilə 14 il, 10 ay, 01 gün, imtiyazlı hesablama ilə 17 il, 08 ay, 14 gün təşkil etmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. İddiaçı xidmət müddətinun təqvimi hesablama ilə 20 ildən az olduğu baxımından ona DİN-in xətti ilə pensiya təyin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı X1 üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bildiyiniz kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Həmçinin həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiya hüququ, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir”. Bildirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların ımüvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən iddiaçının xidmət etdiyi orqan tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olduqdan sonra pensiya təyin edən komissiyasında baxıla bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə Qərar qəbul etməyinizi Sizdən xahiş edirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 027-4901-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili işlər Nazirliyinin sabiq əməkdaşı X1 iddia tələbinə dair Bakı inzibati Məhkəməsindən daxil olmuş Məhkəmə Qərardadına Maliyyə-Plan idarəsində baxılmışdır. Bildiririk ki, X2 pensiya təyin edilməsi ilə bağlı DİN-in Maliyyə-Plan İdarəsinə sənəd daxil olmamış və Daxili İşlər Nazirliyinin xətti ilə pensiya təyin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli, 027-131-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili işlər Nazirliyinin sabiq əməkdaşı X1 iddia tələbinə dair Şirvan inzibati Məhkəməsindən daxil olmuş Məhkəmə sərəncamına Maliyyə-Plan İdarəsində baxılmışdır. Bildiririk ki, X2 pensiya təyin edilməsi ilə bağlı DİN-in Maliyyə-Plan İdarəsinə sənəd daxil olmamış və Daxili işlər Nazirliyinin xətti ilə pensiya təyin olunmamışdır. Məhkəmə sərəncamı ilə əlaqədar məhkəmədə iştirakın təmin edilməsinə göstəriş vermənizi xahiş edirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli, 027-210-1221 nömrəli məktubunda qeyd edilmişdir: sorğunuzla əlaqədar bildiririk ki, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı Hüseynqulu oğlunun xidmət müddəti DİN-in Baş Kadrlar idarəsi tərəfindən yenidən araşdırılmış və müəyyən edilmişdir ki, onun xidmət illəri DİO-dan tərxis olunduğu xx.xx.2007-ci il tarixinə təqvimi hesablama ilə 14 il, 10 ay, 01 gün, imtiyazlı hesablama ilə 17 il, 08 ay, 14 gün təşkil etmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. İddiaçı xidmət müddətinun təqvimi hesablama ilə 20 ildən az olduğu baxımından ona DİN-in xətti ilə pensiya təyin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2020-ci il tarixli, 0xx-xx-5945-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı Müşviq Nuriyevin xidmət illərinin yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətinə baxılmışdır. Bildiririk ki, arxiv şəxsi işi öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-xx.xx.1989-cu illərdə hərbi xidmətdə olmuş, DİN-in Karantin batalyonunun xx xxxxxx 1992-ci il tarixli 130 nömrəli əmri ilə İmişli rayonunda yerləşən 5-ci taqımının polis nəfəri vəzifəsinə təyin edilmişdir. xx xxxxxxx 1995-ci ildə DİNin 158 saylı əmrinin 4-cü maddəsinin «e» bəndinə əsasən daxili işlər orqanlanndan xaric edilmişdir, xx xxxxxx 1997-ci ildə DİN-in Karantin batalyonunun 98 nömrəli əmri ilə yenidən xidmətə qəbul edilmiş və xx xxxxxxxx 2007-ci ildə DİO-da xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusuna görə) daxili işlər orqanlanndan xaric edilmişdir. İddiaçı xaric olunduğu tarixə xidmət müddəti: təqvimi hesablama ilə -14 il, 10 ay, 01 gün, imtiyazlı hesablama ilə 17 il, 08 ay, 14 gün təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. İddianın mümkünlüyü ilə bağlı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuş, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir, buna görə də iddia mümkün sayılmışdır. İddianın əsaslılığı ilə bağlı: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir və aşağıda göstərilən əsaslara görə iddia təmin edilə bilməz. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qanunvericiliyin qeyd olunan normalarından belə müəyyən olunur ki, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayarq qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı xx xxxxxx 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. Həmin Qaydaların 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarətiməntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Azərbaycan Respublikası xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin "a" bəndinin xx.xx.2004-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının xx xxxxx 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edimiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddianın əsaslı olması üçün iddiaçının xx.xx.2004-cü ilədək 20 il xidmət ilin olması zəruridir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1987-xx.xx.1989-cu illərdə hərbi xidmətdə olduğu dövrü və xx.xx.1992-ci ildən Azərbaycan Respublikası DİO-da xidmət etdiyi dövrü nəzərə alındıqda xx.xx.2004-cü ilədək 20 il xidmət ili olmamışdır. Hətta, iş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının daxili işlər oqanlarından xaric edildiyi xx.xx.2007-ci ilədək də 20 xidmət ili mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən düzgün olaraq İddiaçı xx.xx.1987-xx.xx.1989-cu illərdə hərbi xidmətdə olduğu dövrü və xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası DİO-da xidmət etdiyi dövrü nəzərə almaqla xidmət müddətini təqvim hesablama ilə 14 il 10 ay 01 gün, güzəştli xidmət müddəti kimi 17 il 08 ay 14 gün kimi götürmüşdür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddalar üzrə də iddiaçı bu cür öhdəliyin icrasını zəruri edən faktiki şərtlərin möcudluğunu cavabdeh isə - onu istisna edən şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı xidmət illərinin 22 il 10 ay 18 gün olması barədə “məlumat vərəqəsinin” tərtib edilərək verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirən dəlilləri təqdim edə bilmədiyi halda, cavabdeh tərəfindən bunu istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundundan təmin edilə bilməz. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3483/2019 nömrəli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində hərbi xidmətdə olduğu dövrün tarixlərini də hərbi biletində göstərilən məlumatlara uyğun düzgün yazmamışdır. Belə ki, hərbi biletində olan qeydlərə görə hərbi xidmət müddəti xx.xx.1987-xx.xx.1989-cu illər olduğu halda, iddia ərizəsində həmin dövrü xx.xx.1987-xx.xx.1989-ci illər kimi göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-484/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-484/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver