Məhkəmə qərarları › İş №2-1(120)-485/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-485/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-485/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarının ləğv edilməsi, övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “himayəsində olan xx.xx.2010-cu il tarixdə anadan olmuş Alışov Müslüm Nəhməd oğluna sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarının ləğv edilməsi və övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, azyaşlı 20 yanvar 2010-cu il təvəllüdlü Alışov Müslüm Nəhməd oğlunun anasıdır. Azyaşlı uşağı sağlamlıq imkanları məhdud xəstə və əlil uşaqdır. Bildirir ki, oğlu Alışov Müslüm Nəhməd oğlu 30 iyul 2020-ci il tarixdə Bakı şəhərində yerləşən X5 «Premium Clinic» Klinikasında sağ böyrəknefroektomiva cərrahi əməliyyatı olmuşdur. Həmçinin uşağı Bakı şəhərində yerləşən 3 saylı Uşaq Xəstəxanasında xx.xx.2022-ci ildə müayinə olunmuş və Tibbi müayinə zamanı «Sağ böyrək-nefroektomiya» cərrahı əməliyyat olunması öz təsdiqini tapmışdır. Müayinənin nəticəsi olaraq uşağa -«Kod Z90,5-sağ böyrəyin nefroektomiyası, sidik kisəsinin neyrogen disfunksiyası-Kod N 31.2»-diaqnoz təyin edilmişdir. Uşağı faktiki olaraq xəstədir və ömürlük əlildir. Sağlamlıq imkanları məhdud uşağına əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı RMX-nın PHŞ-in Həkim Məsləhət Komissiyasının xx.xx.2022-ci il tarixli, 0309003AAQ24 saylı elektron (FORMA 088) göndərişlə cavabdeh DTSERA-nə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibb-Sosial Ekspertiza komissiyaları haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsssisəsinin göndərişi əsasında TSEK-rı tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. xx.xx.2022-ci il tarixli, 0309003AAQ24 saylı elektron göndəriş əsasında müraciətinə cavabdeh orqan tərəfindən sağlamlıq imkanları məhdud olan və ağır xəstəlikdən əziyyət çəkən uşağına əlillik dərəcəsinin təyin edilməməsinə dair xx.xx.2022-ci il tarixli əsassız və qanunsuz imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi: «Göndərişin natamam doldurulması və digər şablon xarakterli əsassız səbəblər» göstərilmişdir. Halbuki, qeyd olunan xəstəliyin müalicəsi qeyri-mümkündür. İmtina səbəbi tam olaraq əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən verilən imtina səbəbini qanunsuz və əsassız hesab edir. Ona görə də o, azyaşlı, sağlamlıq imkanları məhdud olan, xəstə uşağının konstitusiyada təsbit edilmiş sosial təminat hüququnun təmin olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Qeyd edirlər ki, M.Alışovun sağlamlıq imkanlarının məhdudluğu “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0309003AAQ24 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və ağırlaşmaları təsdiqləyən müayinələrin qeyd edilməsi məsləhət görüldüyündən göndərişin natamam doldurulması (Səbəb: ağırlaşmalar ətraflı qeyd edilsin və müayinələrlə əsaslandırılsın) barədə əsaslı qərar qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı nümayəndəsi olduğu övladı, xx.xx.2010-cu il tarixdə doğulmuş, qeydiyyat və faktiki ünvanı Saatlı şəhəri olan Alışov Müslüm Nəhməd oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, 30 iyul 2020-ci il tarixdə Bakı şəhərində yerləşən X3 «Premium Clinic» Klinikasında sağ böyrək-nefroektomiya cərrahi əməliyyatı olmuş, xx.xx.2022-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, xx.xx.2022-ci ildə Bakı şəhərində yerləşən 3 saylı Uşaq Xəstəxanasında müayinə olunmuş və Tibbi müayinə zamanı «Sağ böyrək-nefroektomiya» cərrahi əməliyyat olunması öz təsdiqini tapmış, müayinənin nəticəsi olaraq uşağa -«Kod Z90,5-sağ böyrəyin nefroektomiyası, sidik kisəsinin neyrogen disfunksiyası-Kod N 31.2»diaqnozu təyin edilmişdir. Alışov Müslüm Nəhməd oğluna sağlamlıq imkanları məhdud uşaq təyinatı ilə bağlı Saatlı RMX-nın PHŞ-in Həkim Məsləhət Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 0309003AAQ24 saylı elektron (FORMA 088) göndərişlə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, M.Alışovun sağlamlıq imkanlarının məhdudluğu “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0309003AAQ24 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş, X1: XİV Sinif – Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N30-N39 – Sidik sisteminin digər xəstəlikləri => N31-Sidik kisəsinin digər rubrikalarda təsnif olunmayan sinir-əzələ disfunksiyası => N31.2-..; Diaqnozun mətni: Böyrəyin qazanılma olmaması. Sağ böyrəyin nefroektomiyası; Meyar: imtina edilir. Nəticədə “göndərişin natamam doldurulmasıağırlaşmalar ətraflı qeyd edilsin və müayinələrlə əsaslandırılsın” səbəbi ilə ona sağlamlıq imkanları məhdud uşaq təyinatından imtina olunmuş, bu barədə 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il 6UP7TE70002 saylı qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.2010-cu ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olan Alışov Müslüm Nəhməd oğlu canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X8 verdikləri 25 avqust 2022-ci il tarixli, T 356/2022 saylı rəydə göstərilmişdir ki, azyaşlı M.N.Alışovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “sidik cinsiyyət sisteminin xəstəlikləri=>N30-N39-sidik sisteminin digər xəstəlikləri=>N31-sidik kisəsinin digər rubriklarda təsnif olunmayan sinir-əzələ disfunksiyası=>N31.2-böyrəyin qazanılma olmaması, sağ böyrəyin nefroektomiyası” diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofiınksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na aid etmək mümkün deyil. Yaşayış yeri üzrə poliklinikadan yeni Forma 88 rəsmiləşdirildikdən sonra xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarın meyarları ilə dəyərləndirilə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - İddiaçı xx.xx.2010-cu ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olan Alışov Müslüm Nəhməd oğlu canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X8 verdikləri 16 fevral 2023-cü il tarixli, 1029 saylı rəydə göstərilmişdir ki, 1-3. Alışov Müslüm Nəhməd oğlunda “Saatlı Rayon Mərkəzi Xəstəxanası” phş-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Böyrəyin qazanılma olmaması, sağ böyrəyin nefroektomiyası (Z90.5). Sidik kisəsinin başqa rubriklarda təsnif olunmayan neyrogen zəifliyi. Sidik kisəsinin neyrogen disfunksiyası (N31.2)” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ılə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan Alışov Müslüm Nəhməd oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından “göndərişin natamam doldurulması-ağırlaşmalar ətraflı qeyd edilsin və müayinələrlə əsaslandırılsın” səbəbi ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Alışov Müslüm Nəhməd oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından imtinada və bu imtinanın əsasında qəbul edilmiş 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarında göstərilən səbəblər iddiaçının və onun təmsil etdiyi övladının iradəsindən asılı olmayan hallardır. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən Alışov Müslüm Nəhməd oğlunun xəstəliyi ilə əlaqədar tərtib edilmiş tibbi sənədlər əsasında sağlamlıq durumunun ona “sağlamlıq imkanları məhdud uşaq hesab olunmasına əsas vermir” nəticəsinə gəlinməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Müslüm Nəhməd oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından yalnız formal əsaslara istinadən imtina etmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə Alışov Müslüm Nəhməd oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4-cü “Sidikcinsiyyət sisteminin xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, Alışov Müslüm Nəhməd oğlunun xəstəliyi ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə Alışov Müslüm Nəhməd oğlunun xəstəliyinin hal-hazıradək mövcud olması tam təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il 6UP7TE70002 saylı qərarın ləğv edilməsi, övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbində haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarı ləğv edilməli, İddiaçı övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni 20 yanvar 2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarı ləğv edilsin. İddiaçı övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni 20 yanvar 2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar