Məhkəmə qərarları › İş №2-1(120)-486/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-486/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-486/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X14, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarixli, 116 saylı sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarixli, 116 saylı sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər icra Hakimiyyəti tərəfindən 02 dekabr 2021 -ci il tarixli, 116 №-li Sərəncam və 02 dekabr 2021-ci il tarixli, 27 №-li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 №-li hərbi hissə) dislokasiya ərazisinə aid 0.13 ha torpaq sahəsi araşdırılma aparılmadan vətəndaş X9 49 (qırx doqquz) il müddətinə sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verilmişdir. Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin (o vaxtkı adı ilə N №-li hərbi hissə) 1966-cı il tarixli baş planına (qoşmaya əlavə olunur) əsasən, ünvan 1 ünvanında yerləşən ərazidə vətəndaş X9 ayrılmış torpaq sahəsi İddiaçı balansındadır. İddiaçı hərbi qulluqçularının yaxın gələcəkdə mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi maneələr yarada biləcəyini, 1966-cı ildə təsdiq olunmuş baş plan xəritəsini və həmin ərazidə sahibkarlıq fəaliyyəti məqsədilə ticarət obyekti tikilməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinin tələblərinə zidd olduğunu nəzərə alaraq, vətəndaş İ.F.Əzizova münasibətdə yuxarıda adıçəkilən Sərəncam və onun hüquqi nəticələrinin ləğv edilməsi, əks təqdirdə həmin Sərəncam, Müqavilə və digər hüquq müəyyənedici sənədlərin rəsmi qaydada İddiaçınə təqdim olunması barədə 23 noyabr 2022-ci il tarixdə 16/10684 №-li məktubla Lənkəran rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. 13 dekabr 2022-ci il tarixdə İddiaçınə rəsmi qaydada daxil olmuş Lənkəran şəhər İcra Hakimiyyətinin 08 dekabr 2022-ci il tarixli 10- 54/1-1513 №-li cavab məktubunda sözügedən torpaq sahəsinin icarə qaydasında ayrılarkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Torpaqların icarəyə verilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunduğu qeyd olunmuş və hüquq müəyyənedici sənədlər təqdim edilmişdir. Vətən müharibəsində canı bahasına vuruşan, yaralanan və şəhid olan sərhədçilərimizin böyük rəşadət göstərərək torpaqlarımızın işğaldan azad olunmasında iştirakını, müharibədən sonra isə sərhədlərimizin bərpası və sərhədçilərimiz tərəfindən dövlət sərhədlərinin fasiləsiz olaraq gecə- gündüz mühafizəsinin həyata keçirilməsininin vacibliyi nəzərə alınmalıdır. Böyük təəssüf hissi ilə bildiririk ki, “Lənkəran” sərhəd dəstəsinin xidmət apardığı “müdafiə və təhlükəsizlik təyinatlı” torpaq sahəsinə dair icarə müqaviləsinin (sahibkarlıq fəaliyyəti məqsədilə) bağlanması torpaqlarımızı erməni işğalçılarından qanı-canı hesabına azad edib, sərhədlərimizi bərpa edərək xidmət aparan hərbiçilərimizin gələcək xidməti fəaliyyətlərində müəyyən çətinlik yarada bilər. Qeyd olunan halların aradan qaldırılması məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 116 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, sözü gedən iddia tələbi üzrə iddiaçının qeyd etdiyi bütün xüsusatlar gerçəkliyi əks etdirmir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının İddiaçı iddia ərizəsində qeyd etmişdir: Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 02 dekabr 2021-ci il tarixii, 116 nömrəli sərəncam və 02 dekabr 2021-ci il tarixli, 27 №-li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 №li hərbi hissə) dislokasiya ərazisinə aid 0.13 ha torpaq sahəsi araşdırılma aparılmadan vətəndaş X9 49 (qırx doqquz) ii müddətinə sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verilmişdir. Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (o vaxtkı adı ilə N №-li hərbi hissə) 1966-cı il tarixli baş planına (qoşmaya əlavə olunur) əsasən, ünvan 1 ünvanında yerləşən ərazidə vətəndaş X9 ayrılmış torpaq sahəsi İddiaçı balansındadır. İddiaçı hərbi qulluqçularının yaxın gələcəkdə mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi maneələr yarada biləcəyini, 1966-cı ildə təsdiq olunmuş baş plan xəritəsini və həmin ərazidə sahibkarlıq fəaliyyəti məqsədilə ticarət obyekti tikilməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinin tələblərinə zidd olduğunu nəzərə alaraq, vətəndaş İ.F.Əzizova münasibətdə yuxarıda adıçəkilən Sərəncam və onun hüquqi nəticələrinin ləğv edilməsi, Müqavilə və digər hüquq müəyyənedici sənədlərin rəsmi qaydada İddiaçınə təqdim olunması barədə 23 noyabr 2022-ci il tarixdə 16/10684 №-li məktubla Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. 13 dekabr 2022-ci il tarixdə İddiaçınə rəsmi qaydada daxil olmuş Lənkəran şəhər İcra Hakimiyyətinin 08 dekabr 2022-ci il tarixli 10- 54/1-1513 №-li cavab məktubunda sözügedən torpaq sahəsinin icarə qaydasında ayrılarkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Torpaqların icarəyə verilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunduğu qeyd olunmuş və hüquq müəyyənedici sənədlər təqdim edilmişdir. Vətən müharibəsində canı bahasına vuruşan, yaralanan və şəhid olan sərhədçilərimizin böyük rəşadət göstərərək torpaqlarımızın işğaldan azad olunmasında iştirakını, müharibədən sonra isə sərhədlərimizin bərpası və sərhədçilərimiz tərəfindən dövlət sərhədlərinin fasiləsiz olaraq gecə-gündüz mühafizəsinin həyata keçirilməsinin vacibliyi nəzərə alınmalıdır. Böyük təəsüf hissi ilə bildiririk ki, “Lənkəran” sərhəd dəstəsinin xidmət apardığı “müdafiə və təhlükəsizlik təyinatlı” torpaq sahəsinə dair icarə müqaviləsinin (sahibkarlıq fəaliyyəti məqsədilə) bağlanması torpaqlarımızı erməni işğalçılarından qanı-canı hesabına azad edib, sərhədlərimizi bərpa edərək xidmət aparan hərbiçilərimizin gələcək xidməti fəaliyyətlərində müəyyən çətinlik yarada bilər. Qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2,32; Torpaq Məcəlləsinin 23 və Dövlət rüsumu haqında AR Qanununun 9-cu maddəsini rəhbər tutaraq Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 02 dekabr 2021-ci il tarixli, 116 №-li Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.” İddiaçı Azərbaycan Respublikasının İddiaçı, cavabdeh olaraq bizə, yəni, Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarixli, 116 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair sözü gedən əsassız inzibati mübahisə və ya qanunsuz iddia tələbinə qarşı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq qətiyyətlə etirazımızı ifadə edir, iddianın əsassız və qanunsuz olmasını aşağıdakı xüsusatlarla nəzərinizə çatdırırıq : Lənkəran şəhər sakini X2 Şəhər İcra Hakimiyyətinə müraciət edərək, şəhərin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin vətəndaşın müraciəti nəzərə alınmaqla, sözü gedən torpaq sahəsinin icarəyə verilməsindən ötrü müvafiq rəyin alınması üçün şəhər icra hakimiyyəti tərəfindən, 13 sentyabr 2021-ci il tarixli, 10-54/1-1080 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Ərazinin sərhədləri və koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı istifadəsində və mülkiyyətində deyildir. Bundan sonra ərazinin müvafiq yerquruluşu planı tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 07 oktyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə X9 ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Lənkəran şəhərinin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin birmərtəbəli ticarət obyektinin tikintisi məqsədilə X9 ayrılmasına dair rəy verilməsi barədə Şəhər İcra Hakimiyyəti tərəfindən 12 oktyabr 2021-ci il tarixli, 10-54/1-1198 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə müraciət edilmişdir. Həmin Komitənin 29 noyabr X0-03-2021- 04506 nömrəli məktubu ilə yerləşmə planında göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə bir mərtəbəli ticarət obyektinin tikintisi üçün X9 ayrılmasının etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsinin kateqoriyasına aid olduğu üçün torpağın baş planı, ərazinin planlaşdırılması və tikinti layihəsinə, eləcə də yerqurluşu təsərrüfat planlarına müvafiq olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 02 dekabr 2021-ci il tarixli, 116 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsi icarə qaydasında 49 il müddətinə X9 ayrılmış və bu barədə 02 dekabr 2021 -ci il tarixli 27 nömrəli icarə müqaviləsi tərtib edilmişdir. Daha sonra, İ.F.Əzizov 08 dekabr 2021 -ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək **********04 nömrəli çıxarış almışdır. Sözü gedən xüsusatlar, Şirvan İnzibati Məhkəməsinin “məhkəmə tikinti- ekspertizasf’nın təyin olunması ilə əlaqədar müvafiq tarixli və nömrəli qərardadı ilə keçirilmiş ekspertiza hərəkətləri nəticəsində təqdim edilmiş İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 347/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/781 saylı ekspert rəyi ilə də tam təsdiq olunmuşdur. Belə ki, aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2- 347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Flakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə) dislokasiya ərazisinə aid mübahisəli ərazidə torpaq sahəsinin olması barədə mövcud elektron baza məlumatlarında məlumatların mövcud olmaması səbəbindən Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı həqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə) dislokasiyasına aid torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Daha sonra, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli torpaq sahəsinin əvvəlki xəritələrdə (topoqrafik xəritə, bələdiyyə xəritəsi və.s) İddiaçı X10 sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə, əvvəlki adı N nömrəli hərbi hissə) balansında olması barədə məlumatların mövcud olmaması müəyyən olunmuşdur. Nəticə etibarı ilə isə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixii, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixii, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması və torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələbinə əsasən ; inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının «İnzibati Prosessual Məcəlləsi»ndə aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır : şəxsin hüquq və vəzifələri ilə bağlı inibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (müb ahisələndirmə haqqında iddia); 4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (İşə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinin tələbinə görə; Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuşdur ki; Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan münasibətlər də oxşar qiymətləndirilir. Belə olan halda “qanunun analogiyasından- istifadə zəruridir. Bu səbəbdən, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında”iddialarda da İPM-nin 14.3, 33.1, 33.2 və 73.1 -ci maddələri tətbiq oluna bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda aşağıdakı maddələr göstərilmişdir: Maddə 6.1: Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2: Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.» Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 12: 1. İnsan və vətəndaş hüquqlarinın və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 26: 1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60: 1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71: 1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 2. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 6. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. 7. İnsan və vətəndaş hüquqlarınm və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Yuxarıda qeyd edilən xüsusatlara, maddi və prosessual hüquq normalarına əsasən, cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq, iddaçı Azərbaycan Respublikasının İddiaçı sözü gedən primitiv iddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin rədd edilməsi ilə bağlı müvafiq məhkəmə aktı (qərar) qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X16 iddia tələblərini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhərinin Ş.Axundov küçəsində dövlət mülkiyyətinə aid 0,13 hektar torpaq sahəsi Lənkəran şəhər sakini X9 49 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 27 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti ilə X15 arasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən 49 il müddətinə 0,13 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən 0.13 ha torpaq sahəsi xx.xx.2021-xx.xx.2070-ci il tarixədək Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 49 il müddətinə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrdə 253 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 10-54/1-1513 nömrəli məktubundan görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyəti vətəndaşın müraciətini nəzərə alaraq həmin torpaq sahəsinin icarə qaydasında ayrılmasına rəy verilməsindən ötrü 13 sentyabr 2021 -ci il tarixdə 10-54/1-1080 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin yerquruluşu qaydasında hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinə tapşırıq verilmişdir. Aparılan ölçü işləri nəticəsində həmin ərazinin dövlət mülkiyyətində olmaqla heç bir quruma aid olmadığı müəyyən edilmiş və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq yerquruluşu planı hazırlanmışdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 07 oktyabr 2021 -ci il **********67 nömrəli məktubla müraciətimizə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılmasına müsbət rəy verilmişdir. Növbəti rəyin alınmasından ötrü tərəfimizdən 12 oktyabr 2021 -ci il 10-54/1-1198 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə müraciət edilmişdir. Komitənin 29 noyabr XO-03-2021-04506 nömrəli məktubu ilə dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin icarə qaydasında Lənkəran şəhər sakini X9 ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Müvafiq rəylər alındıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin 02 dekabr 2021-ci il tarixli 116 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsi 49 il müddətinə X9 icarə qaydasında ayrılmış və bu barədə 02 dekabr 2021ci il tarixli 27 nömrəli icarə müqaviləsi tərtib edilmişdir. İ. Əzizov 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək **********04 nömrəli çıxarış almışdır. Bir daha qeyd edirik ki, sözügedən torpaq sahəsi icarə qaydasında ayrılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Torpaqların icarəyə verilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbərinə tam əməl edilmişdir. Həmin torpaq sahəsinin İddiaçı Sərhəd Qoşunlarına aid olması barədə hər hansı hüquqi sənədi olduğu təqdirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edə bilərsiniz. İş materialarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-2-1/2-106/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhər sakini X15 şəhər İcra hakimiyyətinə müraciət edərək şəhərin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərər alınaraq həmin torpaq sahəsinin icarəyə verilməsindən ötrü müvafiq rəyin alınması üçün şəhər İcra hakimiyyəti tərəfindən 13 sentyabr 2021-ci il tarixli 10-54/1- 1080 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Ərazinin sərhədləri və koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsində və mülkiyyətində olmadığı aydın olmuş və ərazinin müvafiq yerquruluşu planı tərtib edilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 07 oktyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə X9 ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Lənkəran şəhərinin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0.13 ha torpaq sahəsinin birmərtəbəli ticarət obyektinin tikintisi məqsədilə X9 ayrılmasına dair rəy verilməsi barədə şəhər İcra hakimiyyəti tərəfindən 12 oktyabr 2021 -ci il tarixli 10-54/1-1198 nömrəli rrəktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə müraciət edilmişdir. Komitənin 29 noyabr XO-03-2021-04506 nömrəli məktubu ilə yerləşmə planında göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə bır mərtəbəli ticarət obyektinin tikintisi üçün X11 ayrılmasının etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda bildiririk ki, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsinin kotiqoriyasına aid olduğu üçün torpağın baş planı, ərazinin planlaşdırılması və tikinti layihəsinə eləcə də yerqurluşu təsərrüfat planlarına müvafiq olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 02 dekabr 2021 -ci il tarixli 116 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsi 49 il müddətinə X9 icarə qaydasında ayrılmış və bu barədə 02 dekabr 2021-ci il tarixli 27 nömrəli icarə müqaviləsi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21- 3/2-5594/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhəri, Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 hektar torpaq sahəsinin sahibkarlıq məqsədilə X9 ayrılmasına rəy bildirilməsi barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 10-54/1-1080 nömrəli məktubu əsasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə dəqiqləşdirilmiş, dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu müəyyən edilərək müvafiq yerquruluşu planı tərtib edilmişdir. Tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,13 hektar torpaq sahəsinin sahibkarlıq məqsədilə X9 ayrılmasına etiraz edilmədiyi barədə Lənkəran Şəhər İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli **********67 nömrəli məktub ünvanlanmışdır. İş materialarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-2-1/2-1168/2023 nömrəli məktubundan görünür ki, iddia tələbində Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 02 dekabr 2021-ci il tarixli, 116 №li Sərəncam və 02 dekabr 2021-ci il tarixli, 27 №li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” Sərhəd dəstəsinin (2004№li hərbi hissə ) dislokasiya ərazisinə aid 0,13 ha torpaq sahəsi araşdırılma aparılmadan vətəndaş X7 49 ( qırx doqquz ) il müddətinə sahibkarlıq fəaliyyəti məqsədi ilə icrarəyə verildiyi bildirildi. Məlumat üçün bildirmək istəyirik ki, Lənkəran şəhər sakini X15 şəhər İcra hakimiyyətinə müraciət edərək şəhərin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq həmin torpaq sahəsinin icarəyə verilməsindən ötrü araşdırma aparılmış və müvafiq rəyin alınması üçün şəhər İcra hakimiyyəti tərəfindən 13 sentyabr 2021-ci il tarixli 10-54/1 -1080 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Ərazinin sərhədləri və koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsi dövlət mülkiyyətindədir və ərazinin müvafiq yerquruluşu planı tərtib edilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 07 oktyabr 2021 ci il tarixli, **********67 nömrəli məktubla tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə X9 ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Sözü gedən torpaq sahəsinin İddiaçı balansında olmasının mümkünsüzlüyü məhs verilən bu cavabdan məlum olmuşdur. Lənkəran şəhərinin Ş.Axundov küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,13 ha torpaq sahəsinin birmərtəbəli ticarət obyektinin tikintisi məqsədilə X9 ayrılmasına dair rəy verilməsi barədə şəhər İcra hakimiyyəti tərəfindən 12 oktyabr 2021 -ci il tarixli 10-54/1- 1198 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə müraciət edilmişdir. Komitənin 29 noyabr XO-03-2021-04506 nömrəli məktubu ilə yerləşmə planında göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə bir mərtəbəli ticarət obyektinin tikintisi üçün X9 ayrılmasının etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda bildiririk ki, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsinin katiqoriyasına aid olduğu üçün torpağın baş planı, ərazinin planlaşdırılması və tikinti layihəsinə eləcə də yerqurluşu təsərrüfat planlarına müvafiq olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 02 dekabr 2021 -ci il tarixli 116 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsi 49 il müddətinə X9 icarə qaydasında ayrılmış və bu barədə 02 dekabr 2021-ci il tarixli 27 nömrəli icarə müqaviləsi tərtib edilmişdir. İ.Əzizov 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək **********04 nömrəli çıxarış almışdır. Yuxarıda qeyd edilən məlumatlardan məlum olmuşdur ki, torpaq sahəsinin ayrılması zamanı araşdırılma qanunvericiliyin tələblərinə əsasən aparılmış və prosessual pozuntuya yol verilməmişdir. Yuxarıda qeyd edilənlər iddia tələbində araşdırma aparılmadan torpaq sahəsinin ayrılması ilə bağlı tələbin əsassız olduğunu göstərir. İddia tələbində heç bir hüquqi əsas olmadan qeyd edilmişdir ki, Sərhəd Qoşunlarının “Lənkəran” Sərhəd dəstəsinin (o vaxtkı adı ilə N №li hərbi hissə ) 1966-cı il tarixli baş planına ( qoşmaya əlavə olunur) əsasən, ünvan 1 ünvanında yerləşən ərazidə vətəndaş X9 ayrılmış torpaq sahəsi İddiaçı balansındadır. Məlumat üçün bildiririk ki, ərazinin sərhədləri və koordinatları müəyyən edilərkən, elektron uçot xəritəsində sözü gedən torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün, ərazinin müvafiq yerquruluşu planı tərtib edilmişdir. Məsələ ilə bağlı aparılan araşdırma zamanı, iddia edilən torpaq sahəsinin Azərbaycan Respublikasının İddiaçı balansında olması ilə bağlı heç bir hüquq müəyyənedici sənədin olmadığı və ərazinin Sərhəd Dəstəsi tərəfindən istifadə edilmədiyi məlum olmuşdur, iddia ərizəsində torpaq sahəsinin İddiaçı balansında olması ilə bağlı tələb irəli sürülməsinin heç bir hüquq əsasın olmadığını qeyd edirik. İddia tələbində sözü gedən torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəssinə istinad edilərək, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanlarının müəssisələrinin , idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərilməsi üçün verilmiş müdafiə və təhlükəsizlik torpaqlar kateqoriyasına aid edilmişdir. Bu iddia ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinin 8 bəndində qeyd edilmişdir ki, Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, sözü gedən torpaq sahəsi hərbi hissənin və hərbi təhsil müəssisəsinin ərazisində yerləşmir, ərazinin müstəsna mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarı, sərəncamı və hüquqmüəyyənedici sənədi verilməmişdir.Torpaq sahəsini hüquqi əsas olmadan kateqoriyaya bölünməsi ilə bağlı qaldırılan tələb, əsassız olduğunu qeyd edirik. iddia tələbində Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 2, 32 maddələrinə və Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 23 maddələrinə istinad edilərək, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 02 dekabr 2021 -ci il tarixli , 116 №li Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilirdi. Yuxarıda qeyd edilən istinadlardan aydın olur ki, şəxsin hüquq və vəzifələrinin pozulması faktı aşkarlanmamış, iddia edilən torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin Müdafiə və Təhlükəsizlik ehtiyacları üçün verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. İddia ərizəsində irəli sürülən tələblərdə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edildiyini, məsələ ilə bağlı iddiaçının əlavə sübütların və yeni halların tədqiq edilməsinin mümkünsüzlüyü, tələbdə istinad edilən hüquq normaların əsassız olduğunu və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 154.2.3 maddəsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş edirik. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/781 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin hüquqi statusu-dövlət mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin koordinatlarının **********04 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzgün qeyd olunması, o cümlədən elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması və sözügedən torpaq sahəsinə aid elektron baza məlumatlarında məlumatların mövcud olması və torpaq sahəsinin Lənkəran bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci və onuncu sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması və faktiki vəziyyətlə sənəd üzrə vəziyyətin üst-üstə düşməsi müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki vəziyyətdə kimin (torpaq sahəsinin istifadəçiliyi ilə bağlı yaranmış mövcud vəziyyətlə əlaqədar) istifadəsində olmasını müəyyənləşdirmək məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuş və faktiki vəziyyətlə sənəd üzrə vəziyyətin üst-üstə düşməsi müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə) dislokasiya ərazisinə aid mübahisəli ərazidə torpaq sahəsinin olması barədə mövvcud elektron baza məlumatlarında məlumatların mövcud olmaması səbəbindən Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə) dislokasiyasına aid torpaq sahəsi ilə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli torpaq sahəsinin əvvəlki xəəritələrdə (topoqrafik xəritə, bələdiyyə xəritəsi və.s) İddiaçı X10 sərhəd dəstəsinin (2004 nömrəli hərbi hissə, əvvəlki adı N nömrəli hərbi hissə) balansında olması barədə məlumatların mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın on birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-347/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 116 nömrəli sərəncamına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsinə verilmiş 0,13 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhmmmövcud olmaması və torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası “X13” MMC-nin xx.xx.2024-cü il tarixli, 82 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. Tədqiqat nəticəsində İddiaçı Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin naturada faktiki istifadə etdiyi torpaq sahəsi 0.75 ha təşkil etməsi müəyyən olunmuşdur, faktiki coğrafi məkan göstəriciləri (koordinatları və ölçüləri) GPS - X26 Sistemi vasitəsilə müəyyən edilmişdir. Lənkəran şəhər X27 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli, 41 №-li Qərarı ilə İddiaçı Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinə ayrılmış naturada faktiki istifadə etdiyi torpaq sahəsi 0.50 ha təşkil edir və İddiaçı Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin naturada faktiki istifadə etdiyi 0.75 ha torpaq sahəsinin cənub hissəsində yerləşir. DSX-yə 41 №-li qərarla ayrılan 0.50 koordinatları aşağıdakı kimidir: X=313876.519, X=313924.541, X=313975.817, X=313926.986, Y=4291931.195 Y=4291964.533 Y=4291896.032 Y=4291862.834. 2. Lənkəran şəhər X27 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli, 41 №-li Qərarı ilə İddiaçı Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd :əstəsinə ayrılmış, 0,50 ha torpaq sahəsi, İddiaçı Sərhəd Qoşunlarının ’Lənkəran" sərhəd dəstəsinin naturada faktiki istifadə etdiyi 0.75 ha torpaq sahəsinin cənub hissəsində yerləşməklə naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil etməsi müəyyən olunmuşdur. 3. xx.xx.2021-ci il tarixli, **********04 reyestr nömrəli DƏDRX-dən verilmiş Çıxarış və Plan-ölçüyə əsasən vətəndaş X9 ayrılmış 0,13 ha torpaq sahəsi 15 fevral 1989-cu il tarixli, 41 №-li qərarla ayrılmış 0,50 ha torpaq sahəsinin müəyyən olunmuş hüdudları daxilində yerləşir. 4. xx.xx.2021-ci il tarixli, **********04 reyestr nömrəli DƏDRX-dən verilmiş Çıxarış və Plan-ölçüyə əsasən vətəndaş X9 ayrılmış 0,13 ha torpaq sahəsi Lənkəran şəhər X27 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli, 41 №-li Qərarı ilə İddiaçı Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinə ayrılmış 0,50 ha torpaq sahəsində mövcud tikilinin ətrafında olan DSX-nin istifadəsində olan hər iki yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Müəyyənləşdirilən torpaq sahəsinin naturada yerləşməsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan və plan-sxemlərdə aydın şəkildə göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5089 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinih xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2677/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 41 nömrəli qərarı əsasında X18 şəxsi heyəti üçün 5 mərtəbəli 48 mənzi yaşayış evinin tikintisi üçün ayrılmış 0,50 ha torpaq sahəsinə dair ilkin torpaqayırm sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi inzibati iş sənədlərinə əlavlə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini, sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-dövlət mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2677/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 41 nömrəli qərarı əsasında X18 şəxsi heyəti üçün ömərtəbəli 48 mənzilli yaşayış evinin tikintisi üçün ayrılmış 0,50 ha torpaq sahəsinə dair elektron baza məlumatlarında məlumatların mövcud olmaması müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki koordinatlarının mübahisəli ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2677/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır Sözügedən 0,50 torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) 0,13 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat və **********04 reyestr nömrəli X1 icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, qalan 0,37 ha hissəsinin isə yaşayış binasının altında və ətrafında yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahələrinin faktiki vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: Baxış zamanı əldə olunan məlumatlara və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 2677/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhər XDS İK-in xx.xx.1989-cu il tarixli, 41 nömrəli qərarına əsasında İddiaçı Sərhəd Qoşunlarının "Lənkəran" Sərhəd dəstəsinə ayrılmış 0.50 ha torpaq sahəsi kimi iddia olunan ərazidə cənub-qərb tərəfində 5 mərtəbəli, 6 girişli, 48 mənzilli yaşayış binası (1 -ci mərtəbəsi qeyri-yaşayış sahəsidir) mövcuddur. **********04 reyestr nömrəli X1 icarəsində olan torpaq sahəsinin yaşayış binasından 27,8-29 metr aralıda yerləşməklə iddia olunan sahə ilə üst-üstə düşməsi, qalan 0,37 ha hissəsinin isə yaşayış binasının altında və ətrafında yerləşən torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın səkkizinci və doqquzuncu sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2677/2024 saylı, mütəxəssis rəyinə əsasən, İddiaçı X10 Sərhəd Dəstəsinin (2004 nömrəli hərbi hissə) diskolasiya ərazisinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmaması və xüsusilə də X18 (2004 nömrəli hərbi hissə) mübahisəli ərazidə torpaq sahəsinin mövcud olması barədə mövcud elektron baza məlumatlarında hər hansı məlumatların aşkar olunmaması səbəblərindən Dövlət Sərhə Xidmətinin X10 Sərhəd Dəstəsinin (2004 nömrəli hərbi hissə) mübahisəli ərazidə diskolasiya ərazisini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsinin ölçüsünün 0,50 ha olması müəyyən olunmuşdur. Qərardadın onuncu, on birinci və on ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2677/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 41 nömrqli qərarı əsasında X18 şəxsi heyəti üçün 5 mərtəbəli 48 mənzi yaşayış evinin tikintisi üçün ayrılmış 0,50 ha torpaq sahəsinin və İddiaçıh X10 Sərhəd Dəstəsinin (2004 nömrəli hərbi hissə) ərazisinin mübahisəli ərazidə sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından eyni ərazi olub-olmamasını da müəyyənləşdirmək mümkün olmamışdır. Sözügedən iddia olunan 0,50 ha torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0,13 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat va **********04 reyestr nömrəli X1 icarəsində olan 0,13 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, qalan 0,37 ha hissəsinin isə yaşayış binasının altında və ətrafında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Qeyd edilən 0,50 ha torpaq sahəsinin faktiki iddia olunan vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın on üçüncü sualı üzrə: Baxış zamanı əldə olunan məlumatlara və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquc şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-2677/2024 say mütəxəssis rəyinə əsasən, X20 Sərhəd dairəsinin sifarişi ilə Lənkərah şəhərində 5 mərtəbəli, 6 girişli, 48 mənzilli yaşayış binasına dair tərtib olunmuş Planında qeyd olunan sahə ilə xx.xx.2021-ci il tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (**********04 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara) əsasən X6 icarəsində olan 0,13 ha torpaq sahəsinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddiada inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırıldığı hallarda iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə ….cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ... yoxlamalıdırlar (2.3-cü bənd). Bu zaman məhkəmələr müdafiə edilən istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (5.2-ci bənd). Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İPM-nin 2 və 35-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Çünki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir və pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (bax: “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (bax: “İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçı Azərbaycan Respublikasının İddiaçındən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarixli, 116 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı Azərbaycan Respublikasının İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar