Məhkəmə qərarları › İş №2-1(120)-488/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-488/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-488/2025 07.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-4051/2023 nömrəli qərardadı ilə Salyan rayon X5 Hüquqi Şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-7-4/3-3-2392/2023 nömrəli qərarının ona aid hissəsində ləğv edilərək ona vətən müharibəsi zamanı aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə X3 X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-488/2025 nömrəli qərardadı ilə iddia tələbi “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-488/2025 nömrəli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə Salyan rayonunda anadan olmaqla hazırda da rayonun Çuxanlı kəndində yaşayır. O, 2015-2017-ci illərdə Həqiqi Hərbi xidmətdə olmuş və 2017-ci ilin aprel ayında ordudan tərxis olunaraq yaşadığı rayona qayıtmışdır. 2020-ci ildə namərd qonşuları sərhəddə təxribat törədərək torpaqları işğal etməyə cəhd göstərdikləri vaxtda 21 sentyabr 2020-ci il tarixdə Salyan rayon hərbi komissarlığından o da müharibəyə getmək üçün səfərbərliyə cəlb olunmuşdur. İlkin olaraq Füzuli rayonu ərazisindən döyüşlərə başlamış və sonrakı vaxtlarda Hadrut, Tuğ kəndlərinin işğaldan azad olunmasında iştirak etmişdir. 05 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndinin işğaldan azad olunması istiqamətində gedən döyüşlər zamanı bədəninin müxtəlif hissələrindən güllə yarası və qəlpə yarası almaqla xəsarətlənmişdir. İlkin olaraq Füzuli rayonundakı hərbi hospitalda, sonrakı vaxtlarda isə Şirvan şəhərindəki Mərkəzi xəstəxanasında əməliyyat olunaraq müalicələr almışdır. Sonrakı vaxtlarda müalicənin davam etdirilməsi məqsədilə Göy-Göl rayonundakı Mərkəzi xəstəxanaya göndərilmiş və orada bir aydan artıq müalicə olunmuşdur. Müalicələrdən sonra səhhətində problemlər olduğundan yenidən o, Gəncə şəhərindəki Hərbi Hospitala göndərilib və komissiyadan keçdikdən sonra onu məzuniyyətə buraxıblar. Bu barədə ona 5713 nömrəli arayış veriblər və onu ordudan tərxis ediblər. Sonrakı vaxtlarda səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Bakı şəhərindəki Müdafiə Nazirliyinin hərbi hospitalına müraciət etmiş, baş psixiatr tərəfindən müayinə olunduqdan sonra Maştağadakı 1 saylı Psixatriya xəstəxanasında müalicə olunmuşdur. 30 aprel 2022-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasinin 5671 nömrəli Şəhadətnaməsinə əsasən ona sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı diaqnozu təyin edilməklə onu ordudan tamamilə tərxis etmişlər. Həkim Komissiyasının rəyində qeyd edilmişdir ki, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. O, hospitaldan tərxis olunduqdan sonra Salyan rayon Mərkəzi xəstəxanasında və Şorsulu ruhi əsəb xəstəlikləri xəstəxanasının qeydiyyatında olmaqla vaxtaşırı olaraq müalicələr alır. O, əlillik dərəcəsinin təyin olunması məqsədilə müalicə həkimlərinə müraciət etmiş və onlar tərəfindən 2 dəfə sənədlərinin Tibbi Sosial Ekspert komissiyasına göndərilməsinə baxmayaraq hər iki halda imtina edilmiş və əlilik dərəcəsi təyin olunmamışdır. Hazırki vaxtda da o, döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən əziyyət çəkir və vaxtaşırı olaraq müalicələr alır. Bütün bunlara baxmayaraq aidiyyatı orqanların səhlənkarlığı və etinasızlığı nəticəsində ona əlillik dərəcəsi təyin olunmaqdan imtina edilmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı “Vətən müharibəsində aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətə çatdırır. Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunub ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5571 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol axillaris və radialis sinirlərinin posttravmatik nevropativası nəticəsində ətraf funksiyasının mülayim dərəcədə pozulması. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Sol çiyin qursağını dəlib-keçən güllə yaralanması, ənsə nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İİ dərəcəli dişlərin anomaliyası, dislərarası məsafə~0,6 sm. Çeynəmə səmərəliliyi N.S.İ.Agapova görə 82%.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11973/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9039/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzungedisli posttravmatik stress pozuntusu, funksional qıcolma tutmaları ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 354 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 24.01.xx.xx.2023-cü il tarixli 10006418 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi." kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda ağrılardan, hərəkət məhdudluğundan, hissiyatın zəifləməsindən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Sol yuxarı ətrafda hipotrofiya, atrofiya və parez əlamətləri müşahidə edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin isterik tipli pozuntusu, aqravasiva elementləri ilə.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, cavabdehin və 3-cü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, trəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü məcburetmə haqqında iddiadır. Bu növ iddialarda xüsusi mümkünlük şərti iddiaçı tərəfindən iddia müddətinə riayət edilməsidir. Belə ki, İPM-in 38.2ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin qərardadı ilə ötürülmüş prosessual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: SX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Şuşa döyüşlərində iştirak etmişdir.Və xx.xx.2020-ci il tarixdə sol döş qəfəsinin ön divarını dəlib keçən kor güllə yarası, ənsə nahiyyəsində qəlpə yarası aldığı qeyd olunmuşdur. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1762 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “Döş qəfəsinin sol yarısının ön divarının dəlib-keçən kor güllə yaralanması. Ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarətini almışdır. Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli arayışında qeyd edilmişdir ki, Qısa anamnezi: Şikayəti: Baş ağrıları və sol yuxarı ətrafda olan ağrılardandır. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış mərminin partlaması və atəş nəticəsində xəsarət almışdır (travma haqqında arayış təqdim edilməyib). ilkin tibbi yardım göstərildikdən sonra təxliyyə olunmuşdur. Aparılmış müayinələrədn sonra "Yaraların birincili cərrahı işlənməsi, yad cismin xaric edilməsi” əməliyyatı icra edilmişdir. Sonrakı müayinə və müalicə üçün 09.11.20-ci il tarixdə Göygöl RMX-ya köçürülmüşdür. 09.11.20-14.12.20-ci il tarixlərdə Göygöl RMX-da stasionar müayinə və müalicədə olmuşdur. (əsas:Göygöl RMX tərəfindən təqdim olunmuş çıxarış epikrizi). N nömrəli hərbi hissə komandirinin sərəncamına əsasən HHK-ya təqdim olunur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması(05.11.20) nəticəsində ənsə nahiyyəsinin kor qəlpə və sol körpücük sümüyünün açıq, natamam sınığı ilə müşayiət olunan körpücük nahiyyəsinin kor odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından (05.11.20)sonrakı bərkiməmiş sümük döyənəyi və dəri çapığı, funksiyanın müvəqqəti pozulması ilə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmətə müvəqqəti yararsızdır. Xəstəliyinə görə 15 gün məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir. xx.xx.2022-ci il tarixli, 5571 nömrəli xəstəlik haqqında şəhadətnamədə (ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Salyan rayon şöbəsi tərəfindən). Səhiyyə idarəsinin Baş psixiatrı, X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Posttravmatik stress pozuntusu F43.1; Postkommosion sindrom F 07.2” diaqnozu təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən Respublika Psixatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixatriya Xəstəxanasında “Postravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 3411/22 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2022-ci il tarixdə Elmi Tədqiqat və X7 ENMG müayinəsində olmuş, “Alınan nəticələr pasientdə neyromator aparatın nevral tipli zədələnməsinə (sol n. Axillaris və n. Radiaiis sinirlərinin neyropatiyası)” dəlalət edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın travmatoloqu və nevroloqu ilə konsultasiya olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: İddiaçı: DİAQNOZ:”Sol axillaris və radialis sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının mülayim dərəcədə pozulması. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Sol çiyin qurşağını dəlib-keçən güllə yaralanması, ənsə nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” DİAQNOZ:”ll dərəcəli dişlərin anomaliyası, dişlərarası məsafə =0,6 sm. Çeynəmə səmərəliliyi NŞİ. Aqapova görə 82%” Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəsi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 354 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz :Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi F62.0. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəsi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 3279 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2022-ci il tarixdə X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz: Posttravmatik stress pozuntusu F43.1 Postkommosien sindrom F07.2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 2392/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Salyan Rayon Mərkəzi Xəstəxanasi" X9 19..09.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Çuxanlı kənd sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif tarixlərdə Salyan RMX-na müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası" na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Müəyyən olunmuşdur ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının E00011030HVG nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx004 nömrəli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının S00085362ESİ nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyinin “X8” X9 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 8379 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə 9 saylı BŞX-nın göndərişinə əsasən mərkəzə müayinə və müalicə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Təkrar olaraq xx.xx.2022-ci il tarixdə müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarında qeyd edilmişdir ki, Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Salyan Rayonlararası Psixatriya Xəstəxanasının 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyi ilə bağlı xəstəxana tərəfindən F07.2, F43.1, F62.0 Postravmatik stress pozuntusu, postkommosion sindrom, müharibə, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozları ilə proqnozlaşdırılaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Salyan Rayonlarası Psixatriya Xəstəxanası HMK-na təqdim edilmiş və müvafiq olaraq əlilliyin təyini ilə bağlı E00011030HVG, S00085362ESİ nömrəli elektron müraciət (forma 88) tərtib edilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 gün müddət təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının S00085362ESİ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardadınıza uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Komissiyanın xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat təxirə salınmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X6” X4 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, T 430/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1996-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-6. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına “Salyan rayonlararası Psixiatriya Xəstəxanası”nda tərtib edilmiş xx.xx.2021-ci il tarixli S00085362ESİ nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “a)Əsas diaqnoz: Posttravmatik stress pozuntusu. Diaqnoz: F43.1, F07.2, F62.0- uzun müddətli posttravmatik stress pozuntusu, postkommosion sindrom, fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi; Ağırlaşma: F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər: G56.3-mil sinirinin zədələnməsi, G54.0- Bazu kələfinin zədələnməsi, S44.1-Bazu səviyyədə orta sinirin travması, G83.2-Yuxarı ətrafların monoplegiyası, sol axillaris və radialis sinirlərinin posttravmatik neyropatiyası, sol yuxarı ətrafın monoparezi ilə diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin isterik tip dəyişikliyi, aqravasiya elementləri və kverulyant tendensiyaları” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Əlilliklə bağlı məsələlərin həlli məhkəmətibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında psixiatr həkim tərəfindən müayinə olunmuş və ona “Fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi tez- tez baş verən dekompensiyalarla” diaqnozu təyin edilmişdir. 7-8. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3253 nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ” (F 62.0) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ndə “Posttravmatik stress pozuntusu F43.1, Postkommosion sindrom F07.2” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişkənliyi” diaqnozu təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçı barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapırmı? Ekspert rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə iddiaçının səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər və qüsurlar hal- hazırda müəyyən olunurmu? Onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” aşkar olunur. 2-ci sual: əyani müayinə zamanı müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi (F62.0)” müəyyən edilir. 3-cü sual: aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? Cavab: Yoxlanılan şəxs İddiaçı aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. 4-cü sual: aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 5-ci sual: Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundurmu (eynilik təşkil edirmi) və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” müəyyən edilir. İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə uyğundur. 6-cı sual: İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 7-ci sual: İddiaçı əlillik dərəcəsi təyin edilməsindən imtina olunan zaman onda olan xəstəliklər hazırda müşahidə olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” aşkar olunur. 8-ci sual: İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər nəzərə alınmaqla) təyin olunmuş diaqnoza və müvafiq tibb göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd olunan diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hansı bəndinə uyğundur və Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin F62.0 davamlı dəyişikliyi psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı F62.1 dəyişikliyi Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, 35-60 2 il insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən F07.2,F43.1,F62.0 "Postravmatik stress pozuntusu, postkornmosion sindrom, müharibə, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" diaqnozları ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixində əlilliyin təyini ilə bağlı S00085362ESİ nömrəli göndəriş (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx004 nömrəli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının S00085362ESİ nömrəli, xx.xx.2023cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində tərtib olunan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3253 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ” (F 62.0) müəyyən edilir. Və məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçıda həmin xəstəliyin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə yarandığı öz təsdiqini tapır. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Etimad hüququnun qorunması Konstitusiyadan və X11 Konvensiyasından irəli gəlir. Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X11 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Qanuna əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı ləğv edilsin və ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar