Məhkəmə qərarları › İş №2-1(120)-489/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-489/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-489/2020 01.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə alınması və hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq ordu sıralarından istefaya buraxıldığına görə qeydiyyatda olduğu və yaşadığı Cavabdeh tərəfindən mənzil növbəsinə götürmək, mənzil olmadıqda fərdi yaşayış evi tikmək üçün pulsuz torpaq sahəsinin verilməsi, eləcə də həmin müddət ərzində mənzil kirayə xərcinin verilməsi, eyni zamanda Cavabdeh hərəkətsizliyi nəticəsində itirilmiş 1 il 4 aylıq mənzil kirayə xərcinin ona ödənilməsi və 10 manat məhkəmə rüsumunun iddiaçıya ödənilməsi üçün Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(120)-489/2020 saylı qərardadı ilə iddia tələbinə mənzil növbəsinə alınması və hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.2000-ci il tarixdə hərbi xidmətini bitirmişdir. Bundan sonra, xx.xx.2005-ci il tarixdən könüllü olaraq, həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N saylı hərbi hissədə çavuş rütbəsində, sanitar-təlimatçı vəzifəsində xidmət etməyə başlamışdır. Həmin hərbi hissədə xx.xx.2012-ci il tarixə qədər xidmət etdikdən sonra, xx.xx.2012-ci il tarixdən N saylı hərbi hissədə, həmin vəzifədə xidmətini davam etdirmişdir. xx.xx.2014-cü il tarixə qədər həmin hərbi hissədə xidmət etdikdən sonra, xx.xx.2014-cü il tarixdən N saylı hərbi hissədə həmin vəzifədə xidmətini davam etdirmiş, xx.xx.2015-ci il tarixə qədər həmin hərbi hissədə xidmət etdikdən sonra, xx.xx.2015-ci il tarixdə təkrarən N saylı hərbi hissəyə qaytarılmış və yenədə həmin vəzifədə xidmətini davam etdirmişdir. Son hərbi xidmət yerində N saylı hərbi hissədə olmuşdur. Xidməti dövründə gözlərində olan xəstəliklərlə əlaqədar olaraq, bir neçə dəfə Müdafiə Nazirliyinin Baş Kilniki Hospitalında stansionar müalicədə olmuşdur. Buna baxmayaraq gözlərində olan xəstəliklər müalicəyə tabe olmadığı üçün, Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız qərarı verilmişdir. Həmin qərara əsasən 03 avqust 2018-ci il tarixdən ordu sıralarından təxris olunub istefaya buraxılmışdır. 2007-ci il tarixdə ailə həyatı qurmuş, 2 övladı və ümumilikdə 4 nəfər ailə üzvü var. Bu ailə tərkibində valideyninin sayəsində yaşamağı mümkün deyildir. Çünki, onların yaşayış mənzili heç özləri üçün o qədər də yetərli deyildir. Ona görə də məcbur olub kirayələrdə yaşamış və bu gündə kirayədə yaşayır. Könüllü həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etdiyi vaxtlarda da, özünün yaşayış mənzili, fərdi yaşayış və ya yaşayış evi tikmək üçün torpaq sahəsi olmadığına və kirayədə qaldığı hərbi hissə tərəfindən ona mənzil kirayəsi xərci verilmişdir. Ona görə də xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunduqdan sonra, mənzil kirayə haqqı verilməsi ilə bağlı şifahi şəkildə bir neçə dəfə Cavabdeh Başçısının və həmin məsələyə baxan şöbənin qəbulunda olmuşdur. Bütün bu cəhdlərinə baxmayaraq həmin aidiyyəti şəxslər ona bildirdilər ki, bu tələbləri ilə ona mənzil kirayə xərci verilməsi mümkün deyildir. Bundan sonra təkrarən rəsmi qaydada ərizə ilə, Cavabdeh Başçısına müraciət etmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh həmin ərizəsinə 13 noyabr 2019- cu il tarixli cavab məktubunda bildirir ki, Sizin xidmət müddətiniz qanunda göstərilən müddətə uyğun olmadığı üçün, mənzillə və ya fərdi asayiş evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququnuz yaranmadığından mənzil növbəsinə alınmağınız və kirayə haqqı ilə təmin olunmağınız mümkün deyil. İddiaçı xəstəlik səbədindən istefaya buraxıldığı və 15 ildən artıq xidmət ilinin olduğunu əsas gətirib hesab edir ki, istər xəstəliyinə görə istərsə də, hərbi xidmət müddətinə görə yuxarıda etdiyi imtiyazlar ona da şamil edilməlidir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış 26 fevral 2020-ci il tarixli, 494 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli 2-1(120)-489/2020 saylı sorğunuza cavab olaraq İddiaçı barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 832 saylı “Xəstəlik haqqında şəhadətnamə” nin təsdiq olunmuş surəti Sizə göndərilir. Məlumat üçün bildirirəm ki, vətəndaş İddiaçı Silahlı Qüvvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğuna və həmin hospitalın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirildiyinə görə İddiaçı dair xəstəlik tarixləri və digər sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırıldıqdan sonra saxlanılmaq üçün həmin hərbi hospitala qaytarılmışdır. Odur ki, İddiaçı dair yuxarıda qeyd olunan şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün Silahlı Qüvvvələrin Baş KlinikHospitalının komandirinə müraciət etməlisiniz. İşdə olan xx-xx.2018-ci il tarixli, 832 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xəstəliyi hərbi xidmət dövründə yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 198 saylı məktuba əlavə olunmuş xidmət dəftərçəsindən, tərcümeyi-haldan təqdimatdan, əmrdən və əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət və xx.xx.2005-cı ıl tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2018-ci il tarixdə 2-ci OKK-nın xx.xx.2018-ci ıl tarixli 026 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-cı maddəsinin “b" bəndinə əsasən xəstəliyə görə ehtiyata tərxis olunubdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 627 saylı arayışında qeyd edilimşdir ki, xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət və xx.xx.2005-cı ıl tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2018-ci il tarixdə 2-ci OKK-nın xx.xx.2018-ci ıl tarixli 026 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-cı maddəsinin “b" bəndinə əsasən xəstəliyə görə ehtiyata tərxis olunub. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısı aparatının iddiaçıya ünvanladığı 13 noyabr 2019-cu il tarixli, 3/Ə-113-068 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh bildirir ki, istefada olan hərbi qulluqçu olduğunuzu nəzərə alıb mənzil növbəsinə alınmanıza və kirayə haqqı ilə təmin olunmanıza köməklik göstərilməsi barədə rayon İcra hakimiyyətinə ünvalanmış müraciətiniz araşdırılmışdır. Araşdırma zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən təqdim olunmuş 29 okyabr 2019-cu il tarixli 1034 nömrəli məktuba əsasən məlum olmuşdur ki, Siz Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, ümumilikdə təqvim ili üzrə 13 il 3 ay 28 gün xidmət edərək hərbi xidmət keçmək haqqmda əsasnamənin 157-ci maddəsini “b” bəndi ilə xəstəliyə görə istefaya buraxılmısınız. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndinə əsəsən, yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələri sıralarında xidmət edibsə müvafiq İcra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda da yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər.Nəzərinizə çatdırırıq ki, Sizin xidmət müddətiniz 15 təqvim ilindən az olduğu üçün yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələblərinə əsasən istefaya buraxılmış hərbi qulluqçu kimi mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququnuz yaranmadığından mənzil növbəsinə alınmağınız və kirayə haqqı ilə təmin olunmağınız mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 3987 saylı arayışından görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. İşdə olan xx.xx.2009-cu il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı 27 fevral 2020-ci il tarixli, 2/128 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsində xəstəliyi ilə əlaqədar ordu sıralarından istefaya buraxıldığına görə mənzil növbəsinə alınmasının, mənzil olmadıqda fərdi yaşayış evi tikmək üçün pulsuz torpaq sahəsinin verilməsinin, eləcədə mənzil kirayə xərcinin verilməsinin və məhkəmə rüsumunun ödənilməsinin qeydiyyatda olduğu və yaşadığı yer üzrə Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bildiririk ki, ünvan 5 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə daxil olmuş müraciəti əsasında verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən təqdim olunmuş 29 okyabr 2019-cu il tarixli 1034 nömrəli məktuba əsasən məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, ümumilikdə təqvim ili üzrə 13 il 3 ay 28 gün xidmət edərək hərbi xidmət keçmək haqqında əsasnamənin 157-ci maddəsini “b” bəndi ilə xəstəliyə görə istefaya buraxılmışdır. Müraciəti ilə əlaqədar İddiaçı Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 3/Ə-l 13-068 nömrəli məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndinə əsəsən, yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələri sıralarında xidmət edibsə müvafiq İcra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda da yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. İddiaçı nəzərinə çatdırılmışdır ki, onun xidmət müddəti 15 təqvim ilindən az olduğu üçün yuxanda göstərilən Qanunun 12-ci maddəsinin tələblərinə əsasən istefaya buraxılmış hərbi qulluqçu kimi mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ yaranmadığından mənzil növbəsinə alınması və kirayə haqqı ilə təmin olunması mümkün deyildir. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində göstərilir ki, (hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ)

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata almır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər ii dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər(əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd edirik ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda (maddə 12) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinə daxil edilmədiyindən və müddətdən artıq xidmət hərbi qulluqçu kimi xidmət müddəti 15 təqvim ilindən az olduğu üçün İddiaçı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı Cavabdehnə qarşı müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi və mənzil və ya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddiasının rədd edilərək mümkünsüz sayılması barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı qüvvələrində uzun müddət xidmət etmiş və Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli, 026 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. İddiaçı özünün mənzil növbəsinə alınması və mənzil ilə təmin edilənədək kirayə haqqı ilə təmin olunması tələbi ilə əlaqədar iş üzrə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının xidmət ilinin 15 təqvim ilindən az olduğu əsas gətirib ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə çağırılaraq xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət və xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. İddiaçının həqiqi hərbi xidmət və müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi müddət daxil olduqda iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 xidmət ilindən artıq xidmət ilinin olduğu müəyyən olunur. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarına və hazırkı tələblə bağlı iddiaçının ilkin müraciətindən cavabdehin imtinasına aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 9-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Həmin Qanunun 26-cı maddəsinin 2-ci bəndinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi xəstəliyə görə hərbi xidmətdən istefaya buraxılmış hərbi qulluqçulara «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilən imtiyazlardan istifadə edə bilməsi üçün 15 xidmət ilinin olması zəruri şərt deyildir. Bununla belə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə iş üzrə iddiaçının müddətli həqiqi hərbi xidmət ili müddətdən artıq həqiqi hərbi xidmət ili birlikdə iddiaçının ümumi xidmət ilinə daxil edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həqiqi hərbi xidmətdə olan vətəndaşların (hazırkı iş üzrə iddiaçının) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları gündən hərbi qulluqçu satatusu yaranır və həmin həqiqi hərbi xidmət müddəti ümümi əmək stajına, xidmət ilinə daxildir. Hazırkı iş üzrə iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına çağırılaraq həqiqi hərbi xidmət keçdiyindən və həmin müddət müddətdən artıq hərbi xidmət müddəti (xx.xx.2005-ci ıl tarixdən xx.xx.2018-ci il) ilə birlikdə xidmət illərinə daxil edildiyindən iddiaçının 15 xidmət ilindən artıq xidmət ilinin olduğu müəyyən olunur. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı xəstəliyə görə istefaya buraxıldığına və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili xidmətinin olduğuna görə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan imtiyazlardan istifadə etmək hüququ vardır. İddiaçı mənzil növbəsinə alınması və hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) kirayə haqqının hesablanaraq ona ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehin iddiaçının müraciətindən imtinası əsassızdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiya-nın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2. maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mənzil növbəsinə alınması və hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə alınması və hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar