Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-49/2021 08.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin nümayəndəsi Cabbarov Rövşən Hamil oğlunun, Üçüncü şəxs “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X7, Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinə qarşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən daxil olmuş işə baxaraq, müəyyən etdi. Təsviri hissə: İddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinə qarşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə iş Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadı ilə “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(82)-3377/2019 nömrəli qərardadı ilə iddia tələbinə “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə xx xxx 2019-cu il tarixli əmrin ləğv edilməsi” kimi baxılması, həmçinin “xxxx (Azərbaycan)” ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və “xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinə qarşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin əsl cavabdeh X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyi əvəz edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin cavabdeh sırasından çıxarılması, X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin üçüncü şəxs sırasından çıxarılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X8 Nazirliyinin tabeliyində yaradılmış Mineral X1rşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» bаrədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyi ilə əvəz edilməsi, X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin cavabdeh sırasından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin üçüncü şəxs sırasından çıxarılması, X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X8 Nazirliyinin tabeliyində yaradılmış X4 İstifadə Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin nümayəndəsi Cabbarov Rövşən Hamil oğlu məhkəmə iclasında izahatında işin ərazi aidiyyətı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə məhkəməyə təqdim etdiyi vəsatətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında izahatında verilmiş vəsatətə etiraz edərək işin aidiyyətı üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında izahatında işin aidiyyətı üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında izahatında işin aidiyyətı üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, həmin işə Şirvan İnzibati Məhkəməsində baxıla bilməz. Belə ki, iddiaçı xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinə qarşı iddia qaldıraraq «xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2008-ci il tarixli icazə sənədinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadı ilə iddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası “mübahisələndirmə haqqında” iddiaya aid olduğundan və mübahisələndirilən inzibati aktı (əmri) qəbul etmiş cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid ərazini əhatə etdiyindən, hazırkı mübahisəyə iddiaçının yerləşdiyi yer üzrə inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasını, cavabdehin olduğu yerin, hüquqi ünvanının İmişli rayonu ərazisində olmasını əsas gətirərək, hazırki işi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsi aşağıda göstərilən səbələrə görə işi müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsinin) mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən görünüdüyü kimi qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın və ərazinin olduğu yerə görə müəyyən etmişdir. İş materialında olan xx.xx.2008-ci il tarixli, DEİ 936 nömrəli icazə sənədindən görünür ki, bu məktub “Yerin təkindən istifadə hüququna icazə verilməsi Qaydaları”nın təsdiqinə qədərki müddətdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “xxxx” MMC-yə “Qaradağ” əhəngdaşı yatağının (İİ geoloji sahə) dağmədən istehsalı tullantılarından istifadəyə hüquq verir. İş materialında olan “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli müqavilənin 1-ci, 2-ci, 2.1-ci, 2.2-ci və 2.3-cü maddələrindən görünür ki, yerin təkindən istifadənin növü istehsal tullantılarından istifadədir, faydalı qazıntıların çıxarılacağı və yaxud işin görüləcəyi yatağın (sahənin) adı “Qaradağ” əhəngdaşı yatağı (İİ geoloji sahə), yerləşdiyi yer və inzibati ərazi vahidi isə Bakı şəhəri, Qaradağ rayonudur. İş materialında olan xx.xx.2019-cu il tarixli, 19/Ü nömrəli inzibati aktdan görünür ki, Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2008-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə xitam verilmişdir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi müəyyən ərazi ilə bağlı hüquqla əlaqədardır. Başqa sözlə hazırkı iddianın mahiyyəti müəyyən olunmuş ərazidən tullantıların çıxarılmasına hüquq verən sənədin ləğvi ilə bağlı inzibati aktın mübahisələndirilməsi ilə bağlıdır. Məhkəmə fikrini daha aydın ifadə edərək bildirir ki, iddiaçıya yerin təkindən istifadə edilməsi ilə bağlı verilmiş hüquq məhz icazə sənədində göstərilən əraziyə aiddir. İddiaçı həmin sənəd ilə respublikanın istənilən ərazisindən deyil, məhz həmin icazə sənədində və müqavilədə göstərilən ərazidən dağ-mədən istehsalı tullantılarından istifadə edə bilər. İş materiallarından və yuxarıda qeyd olunan sənədlərdən müəyyən olunur ki, həmin ərazi Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçıya hüquq verən sənəd Bakı şəhəri, Qaradağ rayonunda yerləşən ərazi ilə bağlı olduğundan, hazırda mübahisələndirilən inzibati aktla həmin hüquqa xitam verildiyindən və Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı iddia üzrə mübahisəyə iddiaçının hüquqi ünvanının olduğu yerin məhkəməsində deyil, iddiaçıya hüquq verən sənədin şamil olduğu (əhatə etdiyi) ərazinin yerləşdiyi yerin məhkəməsində - Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-858/2020 tarixli qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Məhkəmə cavabdehin vəsatəti üzrə onu da qeyd edir ki, hazırkı inzibati iş Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərildiyindən həmin iş üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan İnzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinə qarşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iddiaçı “xxxx-A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinə qarşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-49/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-49/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver