Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-49/2023 08.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X12, iştirakları ilə, iddiaçı “X28 təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X28 təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “X28 təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin icarə və istifadəsinə verilmiş Kürdəmir rayonu Karrar bələdiyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və xx.xx.2008-ci il tarixli 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə 99 il müddətinə 52 hektar əkin üzrə torpaq sahələrinə ilkin hüququmüəyyənedici sənədlər əsasında icarə hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli 2-1(120)-615/2021 nömrəli qərardadı ilə Kürdəmir rayonu Karrar bələdiyyəsi və Kürdəmir rayonu Karrar qəsəbə bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli 2-1(120)-615/2021 nömrəli qərardadı ilə X14, X15, X16 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-615/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Final KFT” MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"xxxx" MMC qeydə alındığı gündən hal hazıra kimi, Kürdəmir rayonunda mülkiyyətində və icarəsində olan torpaq sahələrində 2006-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin istehsalı ilə məşğul olur, ölkənin ərzaq balansının formalaşmasında fəal iştirak edir. Bu məqsədlə cəmiyyətə Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02 mart 2006-cı il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 43 hektar, 02 mart 2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və 21 aprel 2008-ci il tarixli 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar əkin üçün sahələri icarəyə verilmişdir. Həmçinin Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin 24 iyul 2006-cı il tarixli 07 saylı qərarı ilə əkin üçün 99 il müddətinə 52 hektar torpaq sahəsi icarə qaydasında əldə edilmişdir. Bildirilir ki, 2019-cu ildən torpaqların əkininə görə dövlət tərəfindən verilən kompensasiyaları almaq üçün icarəyə götürülən əkin sahələrinə mülkiyyət və icarə hüququnu müəyyən edən "Çıxarış" tələb olunur. Bu məqsədlə "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun tələblərinə uyğun olaraq icarəyə götütülən torpaq sahələrinə çıxarışın əldə edilməsi üçün həmin torpaqların ilkin hüquqi sənədlərin surətləri əlavə edilməklə xx.xx.2020-ci ildə 16 saylı ünvan 1 ünvanınlarına xx.xx.2020-ci il tarixdə cavab məktubu göndərərək icarəyə götürülən torpaq sahələrinin ilkin huquqi sənədlərin əslinin, dövlət rüsumu və xidmət haqqlarının ödənilməsi çeklərinin təqdim olunması bildirilmişdir. Bundan sonra cavab məktubuna əsasən tərəflərindən ərazi uzrə torpaqların hüquqnuiəyyənedici sənədlərinin əslləri ərazi icarəsinə 17 sentyabr 2020-ci il tarixdə təqdim olunmuş, dövlət rüsumları və xidmət haqlarının məbləğləri ərazi idarəsi tərəfindən tələb etməklərinə baxmayaraq bu ödənişlər üzrə hesab-faktura təqdim olunmadığı üçün ödənişlər baş tutmamışdır. Bundan sonra, yəni 21 oktyabr 2020-cı il tarixli **********85 və **********86 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən ikisinə bildiriş ünvanılarına daxil olur. Daxil olmuş hər iki imtina bildirişi ilə tanışlıqdan sonra onlara məlum olub ki, hər iki imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə əməl olunmaması ilə hazırlanmışdır. Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. təqdim olunmuş sənədlərin icraya qəbul edilməsi ilə əlaqədar bildirilir ki, torpaq sənədlərin əsli rəsmi qaydada 17 sentyabr 2020-ci il tarixdə təqdim olunmasına baxmayaraq həmin sənədlər 18 gündən sonra, yəni 06 oktyabr 2020-ci il tarixdə icraata götürülmüşdür.Sual t lunur 16 saylı ərazi idarəsi rəsmi qaydada təqdim olunmuş torpaq sənədlərini niyə 18 gündən sonra icraya götürür və bu müddətdə qarşı tərəfdən hansı təmənna umulur? Digər tərəfdən cəmiyyətin xx.xx.2006-cı ildən icarə və istifadəsində olan Xınıslı Bələdiyyəsinin ərazisində yerləşən 52 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********86 saylı imtina bildirişində digər fiziki şəxslərə məxsus pay torpaqları ilə üst-üstə düşdüyü qeyd edilir. Bu halda sual olunur əgər cəmiyyətin icarə və istifadəsində olan torpaq sahəsi pay torpaqlarıdırsa onda həmin torpaqların sahibləri keçən 22 il ərzində bu torpaqları niyə cəmiyyətdən geri tələb etməmişlər. Digər bir hal həmin imtina bildirişində daha sonra qeyd olunur ki, guya həmin torpaqlar örüş torpaqlarıdır. Bir-birinə ziddəyyətli olan fikirlər. Əgər bu torpaq sahəsi örüşdürsə onda həmin torpaqlar pay torpağı kimi verilə bilməz. Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********35 bildirişi uzrə də yuxarıda qeyd olunan nöqsanlar təkrar olunmuşdur. İmtina verilmiş istifadə və icarədə olan torpaq sahələrindən 52 hektarı taxıl altındadır və 31 hektar torpaq sahəsi isə nar bağıdır. Bundan sonra, yəni 03 noyabr 2020-ci il tarixli **********21 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair" təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən üçüncüsü barədə bildiriş ünvanımıza daxil olur. Daxil olmuş üçüncü imtina bildirişi ilə tanışlıqdan sonra məlum olub ki, üçüncü imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə -məl olunmaması ilə hazırlanmışdır.Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. Belə ki, bu sənəd əvvəlkilər kimi təqdim olunduğu gündən 18 gün sonra icraya götürülmüşdür. Digər tərəfdən cəmiyyətin xx.xx.2008-ci ildən icarə və istifadəsində olan Karrar Bələdiyyəsinin ərazisində yerləşən 20 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli 2********.821 saylı imtina bildirişində sözügedən torpaq sahəsinin "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli qanuna uyğun şəkildə verilməməsi qeyd olunur və həmin torpaq sahəsinin icarəyə verilməsi bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılması göstərilir. Bununla əlaqədar bildirir ki, Karrar bələdiyyəsinin qərarı xx.xx.2008-ci ildə qəbul edilmişdir. Adı çəkilən qanun isə bələdiyyə qərarından 6 ay sonra, yəni xx.xx.2008-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətin yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan sonra, yəni 04 noyabr 2020-ci il tarixli **********26 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair" təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən dördüncü bildiriş ünvanımıza daxil olur. Daxil olmuş dördüncü imtina bildirişi ilə tanışlıqdan sonra məlum olub ki, dördüncü imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə əməl olunmaması ilə hazırlanmışdır. Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. Bu sənəd də əvvəlkilər kimi təqdim olunduğu gündən 8 gün sonra icraya götürülmüşdür. Digər tərəfdən cəmiyyətin xx.xx.2007-cı ildən icarə və istifadəsində olan Karrar Bələdiyyəsinin ərazisində yerləşən 43 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********26 saylı imtina bildirişində həmin sahəyə aid hüquqrnüəyyənedici sənədlərdə kənd təsərrüfatı təyinatı torpaq sahəsi kimi qeyd olunduğu halda elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin BEF kimi qeyd olunduğu məlum olmuşdur. Digər bır irad X13 torpaq sahələrinin 15 ildən artıq icarəyə verilə bilməməzliyi qeyd olunur. Belə ki, sözügedən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 'Torpaq sahəsinin planı və ölçüsü" dair sənəd ərazi idarəsinə təqdim olunmuşdur və burada həmin torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin qaiməsi, yəni sertifikatı açıq aydın qeyd olunmuşdur. Bu göstəriciləri ərazi idarəsi baza məlumatlarına əsaslanmamalı idi, həmin məlumatları torpaq komitəsinin qeydiyyat üzrə arxiv sənədlərinə əsasən müəyyən etməli idi. Bələdiyyə torpaqlarının 15 ildən artıq müddətə icarəyə verilməsinə qoyulan məhdudiyyət 2019cu ildən qoyulmuşdur. Məlum torpaq sahəsini Karrar bələdiyyəsi onların istifadəsinə 2006-cı ildən vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək, etirazda qeyd etmişdir ki, “X28 Təsərrüfatı” MMCnin nümayəndəsi X1 rayonu, Karrar kəndində yerləşən 20.0 hektar, Kürdəmir rayonu, Karrar kəndində yerləşən 31.0 hektar, Kürdəmir rayonu, Xınıslı kəndində yerləşən 52.0 hektar, Kürdəmir rayonu, Karrar kəndində yerləşən 43.0 hektar torpaq sahələri üzərində “X28 Təsərrüfatı” MMC-nin icarə hüququnun rəsmləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı ərizəylə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2008-ci iİ tarixli, 6 nömrəli qərarı ilə Karrar kəndi ərazisindən icarəyə verilmiş, 20.0 hektar torpaq sahəsinin xx.xx.2007-ci il tarixli Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələbi pozulmaqla verildiyi, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarına əsasən Karrar kəndi ərazisindən icarəyə verilmiş 31.0 hektar torpaq sahəsinə dair Kürdəmir rayon DT və XK tərəfindən verilmiş AN-004378 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarla, “X28 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və konfiqurasiyası fərqli olduğu, sözügedən torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin örüş kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən həmin torpaq sahəsinin digər şəxslərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşdüyü, sözügedən torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin örüş kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarına əsasən Karrar kəndi ərazisindən icarəyə verilmiş 43.0 hektar torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin X13 torpaq sahəsi kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, “X28 Təsərrüfatı" MMC-nin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmasına baxmayaraq, Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsi Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən, Karrar kəndi ərazisindən icarəyə verilmiş 43.0 hektar torpaq sahəsi Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarına əsasən icarəyə verilmişdir. Yəni torpaq sahələri “X28 Təsərrüfatı” MMC qeydiyyata alınmadan öncə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdiyini və "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxs X15 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxs X14 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxslər keçirlən məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə münasibət bildirməmişdirlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı icarə müqavilələrinə əsasən ona verilən torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Final KFT” MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, 16 saylı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixdə cavab məktubu göndərərək icarəyə götürülən torpaq sahələrinin ilkin huquqi sənədlərin əslinin, dövlət rüsumu və xidmət haqqlarının ödənilməsi çeklərinin təqdim olunması bildirilmiş, torpaqların hüquqmüəyyənedici sənədlərinin əslləri ərazi icarəsinə 17 sentyabr 2020-ci il tarixdə təqdim olunmuş, dövlət rüsumları və xidmət haqlarının məbləğləri ərazi idarəsi tərəfindən tələb etdiklərinə baxmayaraq bu ödənişlər üzrə hesab-faktura təqdim olunmadığından ödənişlər baş tutmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2006-cı il tarixli Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “X28 Təsərrüfatı” MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatı (VÖEN) ********** dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarından görünür ki, “Final LTD” firmasına 43 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarından görünür ki, “Final LTD” firmasına 31 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 03 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şakir Məmmədov arasında 31 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan xx.xx.2007-ci il tarixli 03 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şakir Məmmədov arasında 43 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 06 saylı qərarından görünür ki, "xxxx" MMC-nə 20 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 01 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şahid Həmidovun arasında 20 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarından görünür ki, “Final LTD” firmasına 52 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri X11 ilə "xxxx" MMC-nin direktoru arasında 52 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Karrar bələdiyyəsinin 04 saylı xx.xx.2006-cı il tarixli, 04 saylı xx.xx.2007-ci il tarixli və 06 saylı xx.xx.2008-ci il tarixli iclas protokolları (qərarları) X5 qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının elektron baza nətamatlarına əsasən üst-üstə düşdüyü torpaq sahələrinin sənədlərinin surətləri məhkəməyə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, “X28 təsərrüfatı" MMC-ə Karrar bələdiyyəsi tərəfindən 02.03 2006-cı il tarixli 04 saylı 11 qərarı ilə 99 il müddətinə 43 hektar, xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar torpaq icarə və istifadəyə verilmişdir. Həmin torpaq sahələrindən Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş 31 hektar torpaq sahəsi örüş-otlaq sahəsidir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydasının 13-cü bəndinə əsasən Örüş-otlaq sahələri bir qayda olaraq hüquqi və fiziki şəxslərin icarəsinə 10-ildən 15 ilədək verilə bilər. “X28 təsərrüfatı” MMC-ə Karrar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli,04 saylı qərarı ilə 99 il müddətinə 43 hektar və xx.xx.2008- ci il tarixli, 06 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş 20 hektar torpaq sahələri isə X13una daxil olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaçcan Respublikasının qanununun 11.5-ci maddəsinə əsasən X13unun torpaqları fiziki və hüquqi şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. (Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.) Odur ki, “X28 təsərrüfatı” MMC-ə Karrar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 hektar. xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 31 hektar və xx.xx.2008-ci il tarixli ,06 saylı qərarı ilə 20 hektar icarə və istifadəyə verilmiş torpaq sahələrinin Azərbaçcan Respublikas, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə.Azərbavcan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş "Örüş-otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi" qaydasının 13-cü bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının qanununun 11.5-ci maddəsinə əsasən icarə müddəti bitdiyindən icarə və istifadə hüququna dair çıxarışın verilməsi yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktuna məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nə məxsus AA seriyalı, 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin və onların verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarında olan JN-0012, KOD 90611048 nömrəli dövlət aktına əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,72 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. İş materiallarında olan JN-0013, KOD 90611048 nömrəli dövlət aktına əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X9 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən **********28 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-yə Kürdəmir rayonu Xınıslı kəndi ərazisində 1,43 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verildiyi müəyyən edilmişdir. (qeyd edilən torpaq sahəsinin əvvəllər “Final LTD” firmasının mülkiyyətində olduğu, daha sonra alqısatqı müqaviləsi əsasında satıldığı müəyyən edilir) Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin koordinatları A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-ninAğsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-ninmütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 06 nömrəli qərarı olə “X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin koordinatları A 041128 nömrəli torpaq sahəsinin planı ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 21,04.2008-ci il tarixli, 06 nömrəli qərarına əsasən A 041128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin X13u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın beşinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin koordinatları A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi"MMCnin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 04 nömrəli qərarına əsasən A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin X13u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52.0 ha torpaq sahəsinin koordinatları **********000001 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin 48,93 ha hissəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqları, 3,07 ha hissəsinin isə xüsusi mülkiyyətə verilmiş çoxillik əkmələr (üzüm bağı) ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsinin hal-hazırda əkildiyi müəyyən edildi. Qərardadın doqquzuncu sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə “Final fermer təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin, JN- 0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X8 mülkiyyətinə verilmiş 1,72 ha torpaq sahəsinin 6.42 ha hissəsi ilə, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış AA 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində olan 1.43 ha torpaq sahəsinin 0,33 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X18rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X21rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”: Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.
4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrıayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ilədək qüvvədə olan mətn)
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1–4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ildən qüvvədə olan mətn)
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.
3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin imtinası üçün beş dəlil gətirmişdir: 1) etdiyiniz ləğv edilmiş DT və XKnın imişli rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 268009 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 7.8 km fərq olması; 2) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Beyləqan rayon inzibati ərazisinə düşməsi; 3) torpaq sahəsinin bir hissəsi Beyləqan rayonu, Aşıqalılar kəndində ayrıayrı vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi; 4) X6 Uçotu informasiya Sistemində sözügedən torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazinin məqsədli istifadə növü örüş kimi göstərilməsi; 5) ləğv edilmiş DT və XK-nın imişli rayon şöbəsinin müvafiq rəyinin əlavə edilməməsi. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. Göründüyü kimi, iddiaçıya Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələri icarə müqaviləsi əsasənda icarəyə verilmişdir. Bələdiyyə qərarlarına, tərəflər arasında bağlanmış icarə müqavilələrinə və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərarlar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarından göründüyü kimi, iddiaçı torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarını, xx.xx.2007ci il tarixli, 04 saylı qərarını, xx.xx.2008-ci il tarixli, 06 saylı qərarını və Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarını və icarə müqavilələrini cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin koordinatları A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-ninAğsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-ninmütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 06 nömrəli qərarı olə “X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin koordinatları A 041128 nömrəli torpaq sahəsinin planı ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 21,04.2008-ci il tarixli, 06 nömrəli qərarına əsasən A 041128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin X13u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın beşinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin koordinatları A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi"MMCnin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 04 nömrəli qərarına əsasən A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin X13u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52.0 ha torpaq sahəsinin koordinatları **********000001 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin 48,93 ha hissəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqları, 3,07 ha hissəsinin isə xüsusi mülkiyyətə verilmiş çoxillik əkmələr (üzüm bağı) ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsinin hal-hazırda əkildiyi müəyyən edildi. Qərardadın doqquzuncu sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə “Final fermer təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin, JN- 0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X8 mülkiyyətinə verilmiş 1,72 ha torpaq sahəsinin 6.42 ha hissəsi ilə, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış AA 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində olan 1.43 ha torpaq sahəsinin 0,33 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Cavabdeh inzibati orqan imtina məktubunda "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha və 43,0 ha torpaq sahələrinin əkin torpaq sahələri olmadığını qeyd etsə də, qeyd edilən 20.057 ha və 43,0 ha torpaq sahələrinin iş materiallarına, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyinə əsasən X13u olmaqla əkin torpaqlarına aid olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Cavabdeh inzibati orqan qeyd edilən hissə də iddiaçının torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasının digər hissəsi "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha və 52,0 ha torpaq sahələri ilə bağlı olmuşdur ki, qeyd edilən torpaq sahələrinin digər şəxslərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşdüyü, həmçinin elektron kadastr məlumat bazasında örüş torpaq sahəsi kimi qeyd edilməsinə baxmayaraq 99 il müddətinə icarəyə verildiyi bildirilmişdir. İş materiallarına, eləcə də ekspert rəyinə əsasən "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilir. "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin isə 48,93 ha hissəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqları, 3,07 ha hissəsinin isə xüsusi mülkiyyətə verilmiş çoxillik əkmələr (üzüm bağı) ilə üst-üstə düşdüyü müəyyən edilir. Belə ki, ekspert rəyinə əsasən “Final fermer təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin, JN-0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X8 mülkiyyətinə verilmiş 1,72 ha torpaq sahəsinin 6.42 ha hissəsi ilə, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış AA 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində olan 1.43 ha torpaq sahəsinin 0,33 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmişdir. . İddiaçı cavabdeh inzibati orqanın imtinasının üst-üstə düşmə hissəsi ilə, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyi ilə razılaşaraq üst-üstə düşən hissə də torpaq sahəsinə icarə hüquqlarının qeydiyyata alınması hissəsi ilə bağlı tələbinin azaldılmasını və dəqiqləşdirilməsini məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Final KFT” MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Torpaq sahələrinin örüş torpaq sahəsi olması və 99 il müddətinə icarəyə verilməsi ilə bağlı isə məhkəmə yuxarıda qeyd edilən qanunvericili və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha və 52,0 ha torpaq sahələri ilə bağlı qərarlar və icarə müqavilələri qüvvədə olmuş, bu aktlar mübahisələndirilməmiş, aktların “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 15 aprel 2023-cü ilədək qüvvədə olan mətnində “Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər” ifadəsi həmin Məcəllənin 15 aprel 2023-cü ildən sonra qüvvədə olan mətnindən çıxarılmış və “Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir” ifadəsi ilə əvəz edilmişdir. Qeyd edilən dəyişiklik zamanı X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha və 52,0 ha torpaq sahələri ilə bağlı qərarlar və icarə müqavilələri qüvvədə olmuşdur. Məhkəmə qanunvericiliyə daxil edilmiş sonrakı normanı iddiaçıya münasibətdə yüngülləşdirici norma kimi qəbul edərək belə nəticəyə gəlir ki, onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması qanunsuzdur. Qanunvericilikdə edilmiş sonrakı dəyişikliklərin hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqı şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyinə əsasən "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha və 52,0 ha torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları olduğu müəyyən edilir, belə olan halda iddiaçının həmin torpaq sahələrində əkinçiliklə məşğul olması qanunazidd olmamışdır. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli 10/5905 nömrəli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə torpaq sahəsinin iddiaçı "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri sözügedən torpaq sahəsi üzərində "X28 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha (digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən hissə) çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı "xxxx" MMC-dən tutulmalı və ödənilən 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha (digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən hissə) çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Sədrlik edən: Hilal Nəcəfov