Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-49/2024 23.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Cavabdehin nümahyəndəsi X19 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X10 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında mərhum atası X7 Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşməklə 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödəyərək ona təhkim edilmiş 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1279/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında mərhum atası X7 Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşməklə 12 avqust 1998ci il tarixli aktla dəyərini ödəyərək ona təhkim edilmiş 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Masallı Rayon Bədəlan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(120)-162/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X10 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Aşurlu X30 Komissiyasının 31 iyul 1998-ci il tarixli iclas qərarına və Masallı rayon Aqrar İslahat Komissiyasının 206 saylı 10 avqust 1998-ci il tarixli məktubuna əsasən Aşurlu YAİK-nın 12 avqust 1996-cı il tarixli satış aktı ilə təsərrüfatda olan qaraj talvarı öz hesabına sökülməklə atası X3, həmçinin qaraj talvarının yerləşdiyi 0,12 ha torpaq sahəsi ona təhkim edilmişdir. X27 həmin daşınmaz əmlakın 12 avqust 1998-ci il tarixli 01 saylı qaimə ilə nəzərdə tutulan dəyəri olan ******* manat vəsaiti Bank hesabına ödəmişdir. Lakin satış aktı ilə atasına təhkim edilmiş sözügedən qaraj talvarının yerləşdiyi torpaq sahəsinə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Atası isə 2017-ci ilin noyabr ayında vəfat etmişdir. Atasının adına olan digər əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilsə də, qeyd olunan qaraj talvarının yerləşdiyi Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmin torpaq üzərində mərhum atası X7 hüquqlarının qeydiyyatı üçün DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərkən hüququnun qeydiyyatından imtina edilərək həmin torpağın bələdiyyə mülkiyyətinə aid olması və binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X30 Komissiyasının qərarlarının, əmlakın təhvil-təslim aktının olmaması barədə 18 fevral 2021-ci il tarixli məktub verilmişdir. Sonradan qeyd olunan torpağın bələdiyyənin balansında olmaması barədə arayış alaraq yenidən müraciət etsə də, bu dəfə 16 may 2021-ci il tarixli məktubla torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri olmaması əsası ilə hüququn qeydiyyatından yenidən imtina edilmişdir. Halbuki sözügedən torpaq sahəsi mərhum atasına bələdiyyə yaranmamışdan əvvəl ayrılmış və satış aktı ilə qaimədə bu barədə qeydlər vardır. Bu isə cavabdehin hüququ qeydə almaqdan əsassız olaraq imtina etməsini göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən mərhum atasına torpaq sahəsi X30 Komissiyası tərəfindən 1998-ci ildə ayrıldığından həmin torpağın bələdiyyəyə aidiyyəti yoxdur və bələdiyyə tərəfindən təkrarən harrac və ya müsabiqə ilə satıla bilməz. Bu hal isə X30 Komissiyası tərəfindən mərhum atasına ayrılmış torpaqla bağlı hüquqların qeydiyyatının gözlənilən və mümkün hüquq olmasını göstərir. Bütün bunlar hüquqların dövlət qeydiyyatından imtina üçün Qanunda nəzərdə tutulmuş əsasların olmamasını göstərir. Cavabdeh təşkilat isə sözügedən torpağa hüququn qeydiyyatı ilə bağlı müraciətimi əsassız olaraq təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1 (120)-1279/2021 saylı sərəncamına cavab olaraq bildirilir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, 0.12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılmış və iddiaçının mülkiyyətində olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X29 Komissiyasının qərarları və əmlakın təhvil-təslim aktı təqdim edilməmişdir. Qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin və qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim edildikdən sonra yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinəəsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Cavabdehin nümahyəndəsi X21 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum oldu ki, sözü gedən torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldəedilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsindən imtina edilir və sənədlərin əsli qaytarılmışdır. iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 0.12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılmış və iddiaçının mülkiyyətdə olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X29 Komissiyasının qərarları vəəmlakın təhvil-təslim aktı təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin və qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinəəsasən mümkün olmamışdır. Odur ki, çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim etdikdən sonra yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşə əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 01 saylı qaimədən görünür ki, Aşurlu YAİK tərəfindən YAİK-nin xx.xx.1998-ci il tarixli protokol qərarına əsasən, Aşurlu kənd sakini B.Məmmədova mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki taver məbləğləri göstərilməklə təhvil verilmişdir, malların qiyməti yekun olaraq 374500 manat qeyd edilmişdir. İş materiallarına X16 tərəfindən Aşurlu Yaik-in hsabına ödənilmiş ******* manat ödəniş edilmişdir. İşdə olan xx.xx.1998-ci il tarixli satış aktına əsasən, Aşurlu YAİK-in xx.xx.1998-ci il tarixli iclas qərarına və Masallı rayon AİK-in 206 saylı, xx.xx.1998-ci il tarixli məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj navesinə baxış keçirilmiş və baxış zamanı tikilidən alına biləcək materialların həcmi müəyyən edilərək xx.xx.1998-ci il tarixli aktla sənədləşdirilmişdir. Mütəxəssislərin xx.xx.1998-ci il tarixli aktına və Masallı rayon AİK-nın 206 saylı, xx.xx.1998-ci il tarixli razılıq məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj talvarı Aşurlu kənd sakini X7 öz iştirakı və qüvvəsi ilə söküldü. Söküntüdən alınan inşaat materialları orta bazar qiyməti ilə qiymətləndirilərək X4. Mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki tavr. Sökülmüş bina altında və ətrafında olan 0.12 ha torpaq sahəsi X10 təhkim olundu. İşdə olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X7 vərəsəsidir. İşdə olan Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Masallı rayonu Aşurlu X30 Komissiyasının (YAİK) sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, Masallı rayonu Aşurlu YAİK-nın sədri tərəfindən təsdiq edilmir. xx.xx.1998-ci il tarixli satış aktının (sorğuda belə qeyd edilib), xx.xx.1998-ci il tarixli 01 nömrəli qaimənin (), həmin aktın və qaimənin tərtib edilməsinə (verilməsinə) əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. İşdə olan Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Masallı rayon AİK-nın, eləcə də, Masallı rayonu Aşurlu YAİK-nın sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, nə Masallı AİK-nın, nə də Aşurli YAİK-nın sənədləri barədə məlumatlar vermək imkanı yoxdur. Bu səbəbdən də, Masallı rayonu Aşurlu YAİK-nın xx.xx.1998-ci il tarixli qərarının (sorğunuzda belə qeyd edilib) və həmin qərarın verilməsinəəsas olan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarına əsasən, Müraciətləəlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivlərində Masallı rayonu Aşurlu kəndi X7 adına verilmiş Aşurlu YAİK-nın xx.xx.1998-ci il tarixli satış aktına və xx.xx.1998-ci il tarixli, 01 nömrəli qaiməyə dair məlumat aşkar edilməmişdir. Müraciətlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin və eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivlərində Masallı rayonu Aşurlu YAİK-nın xx.xx.1998-ci il tarixli qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. İşdə olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən adı qeyd olunan X11 Masallı rayonu Bədəlan(Aşurlu) kəndi ərazisində 0,12 ha torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd idarənin arxivində aşkar edilmədi və ümumiyyətlə X14 qərar və digər sənədləri Ərazi İdarəsinə təhvil verilməmişdir. İşdə olan Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Masallı rayonu ərazisində yaşamış və yaşayan vətəndaşların nə qədər torpaq sahəsinə malik olmaları barədə Masallı RDA-də elektron məlumat bankı yoxdur. X17 haqqında sorğunuza, axtarış mənbəyi olan məlumatlar əlavə edilməyib; X8 torpaq alma ili (təxmini də olsa, +- bir il), təvəllüdü və ya ölüm ili. Yuxarıdakılara baxmayaraq, sabiq M.Əzizbəyov adına sovxozun (Bədəlan, Aşurlu, Çayqıraq və Dəmirçi kəndlərini əhatə edib) 1964-cü ildən 1995-ci ilə kimi olan əmr kitabları və sovxozun torpağa aid qaytanlanmış kitabları tərəfimizdən araşdırıldı. M.Əzizbəyov adına sovxozun əmr kitablarında X12 torpaq sahəsi verilməsi barədə məlumata rast gəlinmədi. M.Əzizbəyov adına sovxozun torpağa aid qaytanlanmış kitablarında Məmmədov Baloğlanın 0.20 ha torpaq sahəsi olması barədə məlumata rast gəlindi ki, həmin kitabın lazım olan səhifələrinin təsdiq olunmuş surətləri göndərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Mərkəzin arxivində sorğuda qeyd olunan Masallı rayonu Aşurlu kənd X30 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı olmadığından onun hansı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır. İşdə olan Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının sənədləri və Masallı rayon Aşurlu kənd X30 Komissiyasının sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, Masallı rayonu Aşurlu kənd YAİK-nın xx.xx.1998 il tarixli qərarının Masallı rayon AİK tərəfindən təsdiq edilib-edilməməsi barədə (sorğunuzda belə qeyd edilib) və həmin/həmin məlumatı təsdiq edən sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. Masallı rayon Aqrar İslahat Komissiyasının sənədləri və Masallı rayon Aşurlu kənd X30 Komissiyasının sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, Masallı rayonu Aşurlu kənd YAİK-nın xx.xx.1998 il tarixli qərarının Masallı rayon AİK tərəfindən təsdiq edilib- edilməməsi barədə (sorğunuzda belə qeyd edilib) və həmin həmin məlumatı təsdiq edən sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. İşdə olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə mərhum B.Məmmədov barəsində çıxarışlar və onlara əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilərək göstərilmişdir ki, Məktubda qeyd edilmiş mərhum X9 adına Masallı rayonu, Aşurlu y/m kəndində yerləşən 9 nəfər ailə üzvləri ilə ümumibirgə 0.72 ha (JN-106) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. X9 adına olan fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. İşdə olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktublarında göstərilmişdir ki, sorğuda qeyd edilən.Masallı rayon ərazisində pay və həyətyanı torpağı alacaq subyektlərin siyahısından X6 adı qeyd olunmuş səhifələrin təsdiqlənmiş surətləri (0.20 ha və 0.044 ha torpaq sahələri) təqdim olunur. Aqrar İslahat komissiyasının qərarları və Masallı rayon Dövlət arxivində saxlanılan Əzizbəyov adına sovxozun torpağa aid qaytanlanmış kitabları 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, JN-472A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışda qeyd olunan və Masallı rayon Dövlət Arxivində saxlanılan Əzizbəyov adına sovxozun torpaqlarına aid qaytanlanmış kitabında qeydiyyatı aparılmış 0.20 ha torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmaması barədə arxivdə məlumat aşkar edilməmişdir. Mərkəzin arxivində saxlanılan Masallı rayon Aqrar İslahat Komissiyasının Qərarı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli Qərardır. İşin dəqiq araşdırılması üçün Masallı rayonu, Aşurlu kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X18 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların, eləcə də Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. İş materialları qərardadın icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2023-cü il tarixli, 10/3027 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 818/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aşurlu YAİK-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 1 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə X10 təhkim edilmiş 0,12 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı bir sənəd olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmamışdır. X5 vərəsəsi kimi İddiaçı iddia etdiyi faktfki torpaq sahəsinin naturada yerləşmə vəziyyət, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır) İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 818/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Aşurlu kəndi “Aşurlu” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə Masallı rayonu Aşurlu YAİK-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X10 təhkim edilmiş 0,12 ha torpaq sahəsinin (İddiaçı iddia etdiyi faktiki torpaq sahəsi) torpağın verilməsi barədə qərarın qəbul olunduğu vaxt kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, hüquqi statusubələdiyyə mülkiyyəti olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə hazırkı kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-ümumi istifadəli, uqodiyası-şərti yararsız, hüquqi statusu ilə bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsi olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 44/2- 818/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aşurlu Yaik-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X10 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin Aşurlu kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun sənəd üzrə yerini müəyyən etmək, iddia edilən faktiki torpaq sahəsi ilə uyğunsuzluğu müqayisələndirmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 818/2023 saylı mütəxəssis rəyinəəsasən, Masallı rayon Aşurlu Yaik-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X10 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin onun vərəsəsi X13 iddia etdiyi faktiki torpaq sahəsi kimi şimaldan, şərqdən fiziki sərhədlərlə, qərbdən isə ümumi istifadəli gediş-gəliş yolu iləəhatələnmiş ərazi iddiaçının nəzarətində və istifadəsində olan tikilisiz torpaq sahəsi olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 818/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aşurlu Yaik-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X10 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin (X13 iddia etdiyi faktiki 0,1148 ha torpaq sahəsinin) koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə bələdiyyə mülkiyyətinə aid edilən yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı cavabdeh orqana qaimə satış aktı təqdim edərək mərhum atası Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn X5 adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək, sözü gedən torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri təqdim edilməmişdir. Bundan sonra iddiaçı həmin sənədlərlə məhkəməyə müraciət edərək, məhkəmədən Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X10 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən araşdırma aparılmış, sorğular verilmiş və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixli, 01 saylı qaimə, satış aktı və qəbz təqdim edərək, satış aktı ilə 0.12 ha torpaq sahəsi ilə yanaşı onun üzərində qaraj talvarı mərhum X1, onun tərəfindən xx.xx.1998-ci il tarixli, 01 saylı qaimə ilə həmin əmlakın dəyəri olan ******* manat Bank hesabına köçürüldüyündən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətindən çıxarıldığı, lakin həmin torpaq sahəsinə mərhum mülkiyyət hüququ qeydə alınmadığı üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, həmin torpaq sahəsinin bələdiyyə torpağı kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən ilk öncə nəzərə çatdırılır ki, xx.xx.1998-ci il tarixli, 01 saylı qaimə, satış aktı və qəbzlərdən aşkar görünür ki, tikilidən alına biləcək materialların həcmi müəyyən edilərək xx.xx.1998-ci il tarixli aktla sənədləşdirilmiş, mütəxəssislərin xx.xx.1998ci il tarixli aktına və Masallı rayon AİK-nın 206 saylı, xx.xx.1998-ci il tarixli razılıq məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj talvarı Aşurlu kənd sakini X7 öz iştirakı və qüvvəsi ilə sökülmüş, söküntüdən alınan inşaat materialları orta bazar qiyməti ilə qiymətləndirilərək X2. Mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki tavr. Yəni mərhum B.Məmmədov tərəfindən pul məbləği malların satışı ilə əlaqədar ödənilmişdir. Sadəcə müvafiq satış aktında Sökülmüş bina altında və ətrafında olan 0.12 ha torpaq sahəsi X10 təhkim olunması barədə qeydiyyat vardır. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, Aqrar İslahat Komissiyası pul müqabilində torpaq sahələrini vətəndaşlara satmamışdır. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, həm də 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Əksinə mərhum X10 islahat zamanı qanuni istifadəsində olan 0.20 ha torpaq sahəsinə şəhadətnamə verilmişdir. Mübahisələndirilən 0.12 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Həmin torpaq sahəsindən əvvəllər iddiaçının mərhum atasının və hal-hazırda iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Aqrar islahatı zamanı X10 həyətyanı torpaq sahəsi verilmiş və adına mülkiyyət sənədi tərtib edilmişdir, çıxarış əldə edilmişdir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin normalarda göstərilən əsaslardan hər hansı biri iddiaçı tərəfindən təqdim olunmamışdır. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllə:Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). X30 komissiyası rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş həyətyanı torpaq sahələrinə bitişik olan və onlar tərəfindən istifadə edilən torpaq sahələri həmin ailələrin xüsusi mülkiyyətinə veriləcək torpaq paylarına daxil edilməsinə dair qərar qəbul etsə də, qanunvericiliyə görə qanuni istifadədə olan torpaqlar qanuni istifadəyə götürülən ölçüdə əvəzsiz olaraq mülkiyyətə verildiyindən, iddiaçının da qanuni istifadəsində 0,20 ha torpaq sahəsi olduğundan aqrar islahat komissiyasının qərarları iddiaçının qanuni istifadəsində olmayan 0,12 ha torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması üçün qanuni əsas ola bilməz. Cavabdehin tərtib etdiyi iddiaçının iddia etdiyi torpaq sahəsinin mövcud olan elektron kadastr məlumat bazasına əsasən yerləşmə sxemində 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq kimi göstərilmişdir. İddiaçı özü də mübahisəli 0.12 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim etməmişdir, məhkəmə tərəfindən verilmiş sorğular əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlər nə iddiaçıda, nə bələdiyyədə, nə də dövlət arxivində mövcud deyildir. Məhkəmə tərəfindən məhrum B.Məmmədov barəsində Aşurlu YAİK-in xx.xx.1998-ci il tarixli iclas qərarı və Masallı rayon AİK-in 206 saylı, xx.xx.1998-ci il tarixli məktubuna dair sorğular göndərilmiş, lakin heç bir sənəd aşkar edilməmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, 0.12 ha olan torpaq sahəsi üzərində X5 hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan, habelə həmin torpaq sahəsinin X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğu müəyyən edildi. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X10 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizasının xərci kimi 50 (əlli) manatpul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X10 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X15, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-49/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-49/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver