Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-491/2020 15.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Boyat kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x17rşı «15 yanvar 1998-ci il tarixdə Ağcabədi rayonu x11 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş JN 258, KOD 60803028 olan torpağa mülkiyyət hüququna dair 30 mart 1998-ci il tarixli Dövlət Aktına düzəliş edilərək 0,22 ha torpaq sahəsinin 2,22 ha kimi qeyd edilməsinə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının düzəlişlərlə qeydiyyata alınmasına və torpaq sərhədlərinin naturada müəyyən edilərək tanıdılmasına və bu vəzifələrin icrasının cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x22 üzərinə qoyulmasına dair» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x17rşı məhkəmədə iddia qaldıraraq 15 yanvar 1998-ci il tarixdə Ağcabədi rayonu x11 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş JN 258, KOD 60803028 olan torpağa mülkiyyət hüququna dair, 30 mart 1998-ci il tarixli Dövlət Aktına düzəliş edilərək 0,22 ha torpaq sahəsinin 2,22 ha kimi qeyd edilməsinə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının düzəlişlərlə qeydiyyata alınmasına və torpaq sərhədlərinin naturada müəyyən edilərək tanıdılmasına və bu vəzifələrin icrasının cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il və 8 iyun 2020-ci il tarixli qərardadları ilə iddia tələbi üzrə x12, x21, x18, x19, x13, həmçinin Ağcabədi rayon İcra hakimiyyəti və Ağcabədi rayon Boyat bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə torpaq islahatları keçirilərkən Ağcabədi rayon Boyat kəndində onlara 2,22 ha torpaq sahəsi ayrılmışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Dövlət Reyestri xidmətindən aldığı ******* saylı, 24.09.2018-ci il tarixli Çıxarışda olan torpaq sahəsinin ölçüləri 0,2266 ha olaraq qeyd edilmişdir. Hansı ki, qeyd 2,22 ha olmalı idi. Kənd İcra nümayəndəsinin verdiyi arayışlardan da göründüyü kimi onların mülkiyyətində 2,22 ha torpaq sahəsi vardır. Yəni 0 rəqəmi olmadan qeyd edilmişdir. Lakin 15 yanvar 1998-ci ildə Ağcabədi rayon x11 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş JN 258, KOD 60803028 olan torpağa mülkiyyət hüququna dair, 30 mart 1998-ci il tarixli Dövlət Aktında torpaq sahəsinin ölçüsü 0,23 ha göstərilmişdir. Hansı ki, sənəddə 0 olmadan 23 ha qeyd edilməli idi. Qeyd edir ki, 1996-cı ildə islahatlar zamanı hal-hazırda Boyat kənd inzibati ərazi dairəsinə daxil olan Ağcabədi rayon Bilağan kəndinin torpaqları da ümumilikdə Boyat Ərazi vahidinin torpaq sahəsi kimi bölünmüş, ancaq torpağa dair Dövlət aktları və şəhadətnamələr verilərkən, faktiki Boyat kənd ərazisində olan əhalinin torpaqları səhvən Bilağan kənd ərazisində olan torpaqlar kimi qeyd edilmişdir.Ağcabədi rayon Bilağan kəndi ayrıca kənd kimi mövcud olsa da, ancaq inzibati ərazi tabeliyi baxımından Boyat kənd icra nümayəndəliyinə aiddir. Hətta 2013-cü ilədək Bilağan kənd bələdiyyəsi mövcud olsa da, amma 2013-cü ildə Bilağan kənd bələdiyyəsi ləğv edilərək, Ağcabədi rayon Boyat kənd bələdiyyəsi ilə birləşmişdir. Onlara aid torpaq sahəsi də faktiki olaraq Ağcabədi rayon Boyat kəndinin ərazisindədir, Bilağan kəndinin deyil. Buna əsasən də ona verilmiş ******* saylı, 24.09.2018-ci il tarixli Çıxarışda da torpaq sahəsinin ərazisi Ağcabədi rayon Boyat kəndi göstərilmişdir Həmin Dövlət aktında adları olan şəxslər aşağıdakılardır. İddiaçı, x12, x21, x18, x14, x19, x13. Tərəflərindən cavabdehə müraciət edilərək Dövlət aktında düzəliş edilməklə yeni dövlət aktının verilməsi xahiş olunmuşdur. Müraciətlərindən sonra DƏDRX-nin 6 saylı Ərazi İdarəsi 05.12.2019-cu il tarixdə **********88 saylı məktubla cavab verilərək bildirilib ki, sözügedən torpaq JN258 nömrəli Dövlət Aktı əsasında verilmişdir və həmin aktda da torpaq sahəsinin ölçüsü 0,23 ha göstərilmişdir. Mübahisə ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən –Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, Daşınmaz Əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər, qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Həmin Qanunun 11-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim edilmiş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verilməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 16.1-ci bəndində qeyd edilir ki, Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. Həmçinin həmin Qanunun 16.5-ci bəndində göstərilir ki, Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarına əsasən DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan mübahisə inzibati mübahisə hesab edildiyindən iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x23 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İş materialında olan Torpağın mülkiyyət hüququna dair JN-258, kod 60803028 olan Dövlət Aktının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, Ağcabədi rayonu, Bilağan kənd sakini İddiaçı və ailə üzvlərinə Ağcabədi rayonu x6 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 0,23 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 sentyabr 2018ci il tarixli Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayonunun Boyat kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,2266 ha torpaq sahəsi İddiaçı, x1, x7, x4, x5, x2 adına xüsusi mülkiyyət hüququ üzrə 56 №-li reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağcabədi RİHB-nin Boyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, 381 nömrəli arayışla müəyyən olunur ki, Ağcabədi rayon Boyat kənd sakini İddiaçı həqiqətən Ağcabədi rayon Boyat kəndində yaşayır. İş materiallarında olan Ağcabədi RİHB-nin Boyat kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, 381 nömrəli arayışı ilə müəyyən olunur ki, 1998-ci il tarixdə Ağcabədi rayon Boyat kəndində torpaq islahatı keçirilmişdir. Həmin tarixdə İddiaçı aşağıdakı ailə üzvləri olmuşdur.1. x20 qızı, 2.Qızı- x18, 3. x15 qızı,4. x9 qızı,5. x10 qızı. İş materiallarında olan Ağcabədi rayon Boyat bələdiyyəsinin 18 dekabr 2019-cu il tarixli 14 nömrəli arayışında qeyd olunmuşdur ki, 1998-ci ildə Torpaq islahatı keçirilərkən Ağcabədi rayon Boyat kənd sakinlərinə 0,33, 0,37 ha pay torpağı verilmişdir. Boyat kənd sakini İddiaçı 6 nəfər ailə üzvləri ilə birlikdıə 2.22 ha torpaqdan hal-hazıra kimi istifadə edirlər. Ailəyə verilmiş torpaq sənədində texniki səhv üzündən 0,23 ha göstərilmişdir. İş materiallarında olan DƏDRX-nin 6 saylı x22 İddiaçı ünvanlanmış 05 dekabr 2019-cu il tarixli **********88 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin Ağcabədi rayonu Bilağan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə az qeyd edilməsi və buraxılmış texniki səhvin düzəldilməsi barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsi torpağa mülkiyyət hüququna dair JN 2588 nömrəli dövlət aktı əsasında verilmişdir ki, bu sənəddə də torpaq sahəsi 0,23 ha qeyd edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan İnzibati məhkəməsinə göndərilmiş 12 fevral 2020-ci il tarixli **********08 nömrəli məktuba əlavə olunmuş Ağcabədi rayonu M.Füzuli adına İstehsal koperativində torpaq islahatının aparılması ilə əlaqədar Bilağan kəndi üzrə torpaq payı veriləcək subyektlərin siyahısında İddiaçı, x1, x8, x4, x3, x5 və x2 hər birinə 003 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x16 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 0,23 ha torpaq sahəsi 15 yanvar 1998-ci ildə Ağcabədi rayon x11 qərarı ilə iş üzrə üçüncü şəxslər x1, x7, x4, x3, x5 və x2, eyni zamanda İddiaçı mülkiyyətinə verilmişdir. Bundan sonra həmin dövlət aktı əsasında da 0,2266 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı və ailə üzvlərinin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan İnzibati məhkəməsinə göndərilmiş 12 fevral 2020-ci il tarixli **********08 nömrəli məktuba əlavə olunmuş Ağcabədi rayonu M.Füzuli adına İstehsal koperativində torpaq islahatının aparılması ilə əlaqədar Bilağan kəndi üzrə torpaq payı veriləcək subyektlərin siyahısında da İddiaçı, x1, x8, x4, x3, x5 və x2 hər birinə 0,03 ha torpaq sahəsi ayrılması ilə bağlı qeydlər aparıldığı müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinə çıxarış verilərkən iddiaçının hüququ pozulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.5) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçıya və ailə üzvlərinə15 yanvar 1998-ci ildə Ağcabədi rayon x11 qərarı ilə 0,23 ha torpaq sahəsi verildiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklə qeydə alınması barədə iddia tələbinin qanuni əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x17rşı «15 yanvar 1998ci il tarixdə Ağcabədi rayonu x11 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş JN 258, KOD 60803028 olan torpağa mülkiyyət hüququna dair 30 mart 1998-ci il tarixli Dövlət Aktına düzəliş edilərək 0,22 ha torpaq sahəsinin 2,22 ha kimi qeyd edilməsinə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının düzəlişlərlə qeydiyyata alınmasına və torpaq sərhədlərinin naturada müəyyən edilərək tanıdılmasına və bu vəzifələrin icrasının cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x22 üzərinə qoyulmasına dair» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x17rşı «15 yanvar 1998-ci il tarixdə Ağcabədi rayonu x11 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş JN 258, KOD 60803028 olan torpağa mülkiyyət hüququna dair 30 mart 1998-ci il tarixli Dövlət Aktına düzəliş edilərək 0,22 ha torpaq sahəsinin 2,22 ha kimi qeyd edilməsinə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının düzəlişlərlə qeydiyyata alınmasına və torpaq sərhədlərinin naturada müəyyən edilərək tanıdılmasına və bu vəzifələrin icrasının cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x22 üzərinə qoyulmasına dair» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-491/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-491/2020
15.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver